Xəbər bülleteni №11


Dövlət Sosial Müdafiə Fondu gəlirlərinin strukturu barədə məlumat yayıb



Yüklə 5,79 Mb.
səhifə8/87
tarix02.01.2022
ölçüsü5,79 Mb.
#2231
1   ...   4   5   6   7   8   9   10   11   ...   87

Bankomatlar həm artır, həm də azalır


12.10.2015

-cü ildə dünyada bankomatların sayı 3 milyona çatıb. Novator.az-ın məlumatına görə, ekspertlər 2020-ci ilə qədər bankomatların sayının 4 milyon olacağını proqnozlaşdırır.

Bankomatların qlobal şəbəkəsinin genişlənməsi Hindistan və Çin kimi ölkələrin bazarlarından asılıdır. İnkişaf etmiş ölkələrdə isə bank şöbələri optimallaşdırılır və bankomat bazaları ixtisar edilir.

Çində 2009-cu ildən bəri bankomatların sayı üç dəfə artıb. Hindistanda da son 10 ildə bankomat şəbəkələri genişlənib. Ekspertlər Asiya və Sakit okean bölgələrində olduğu kimi Yaxın Şərq və Afrikada da bankomat sayının artacağını güman edirlər. Nigeriya və İranda artım gözlənir.

Mərkəzi və Şərqi Avropa ölkələrində isə bankomatların ixtisar olunacağı bildirilir. 2014-cü ildə Qərbi Avropanın 17 aparıcı ölkəsindən 10-da bankomatlar ixtisara salınıb. Ən çox ixtisar İspaniyada olub. Ekspertlər 5 il ərzində Qərbi Avropanın ən azı altı ölkəsində bankomatların ixtisara düşəcəyini ehtimal edirlər.

Tədricən nağdsız ödənişə keçən inkişaf etmiş ölkələrdə əhali arasında bankomatlar o qədər də populyar deyil.

İnkişaf etmiş ölkələrdə bankomat şəbəkəsinin azalmasına baxmayaraq ümumilikdə bu bazar genişlənməkdə davam edir.



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin