Xəbər bülleteni №14


Dünya dillərinin təsir gücü: Azərbaycan türkcəsi 247 dil arasında 83-cüdür



Yüklə 474,92 Kb.
səhifə4/7
tarix04.12.2016
ölçüsü474,92 Kb.
#748
1   2   3   4   5   6   7

Dünya dillərinin təsir gücü: Azərbaycan türkcəsi 247 dil arasında 83-cüdür


13.11.2015

dilMassaçusets Texnologiya İnstitutu (ABŞ) dünya dillərinin təsir dairəsinə dair təhqiqatın nəticələrini açıqlayıb. Transparency.az bildirir ki, təhqiqat qrupu 1000-ə yaxın dilin işlənməsi və qarşılıqlı əlaqəsini müqayisəli analiz edib, 247 dil son 30 ildə çap olunmuş 2 milyondan çox kitab, açıq ensiklopediya – “Vikipediya”da məqalə və müəlliflərin, “Tvitter”də sözlərin sayı və başqa parametrlər üzrə araşdırılıb.

Təhqiqatın nəticələrinə görə, Azərbaycan türkcəsində 27 milyon adam danışır. 30 ildə Azərbaycan dilindən 774 kitab tərcümə olunub. Azərbaycan dilinə çevrilmiş kitabların sayı 1658-dir. Azərbaycan bu baxımdan siyahıda 83-cü yerdə qərarlaşıb.

Təhqiqatın nəticələrində bildirilir ki, erməni dilində dünyada 6 milyon nəfər danışır. 30 ildə erməni dilindən 1100 kitab tərcümə olunub, erməni dilinə isə 2139 kitab çevrilib. Erməni dili bu parametr üzrə 58-cidir.

Gürcü dilində dünyada 4 milyon adam danışır. 30 ildə gürcü dilindən 1224 kitab tərcümə edilib. Gürcü dilinə çevrilən kitabların sayı 2176-dır.

Rus dilində 278 milyon nəfər danışır. Bu dildən 101395 kitab tərcümə olunub. 82 min 772 kitab isə ruscaya çevrilib.

Türkiyə tükcəsində 70 milyon adam danışır. Bu dildən 30 ildə 2658 kitab tərcümə edilib, 11874 kitab isə Türkiyə türkcəsinə çevrilib.

Fars dilində 107 milyon adam danışır. 30 ildə bu dildən 2837 kitab tərcümə olunub. Farscaya çevrilən kitabların sayı 11329-dur.

Dilin təsir dairəsinə görə ilk sırada ingilis dili durur. Dünyada 1 milyard 500 milyon adam ingiliscə danışır. Bu dildən 30 il ərzində 1 225 237 kitab tərcümə olunub. İngiliscəyə çevrilən kitabların sayı 146 294-dür.

Fransız dili təsir dairəsinə görə ikinci yerdə gəlir. Bu ildə 200 milyon adam danışır. 30 ildə bu dildən 216 624 kitab tərcümə olunub. Fransız dilinə tərcümə olunan kitabların sayı 238 463-dir.

185 milyon nəfərin danışdığı alman dili siyahıda üçüncüdür. 30 ildə bu dildən 201 718 kitab tərcümə olunub. Alman dilinə isə 292 124 kitab çevrilib.


Reytinq cədvəli

Ukrayna rus işığından imtina etdi

13.11.2015



roven aesUkrayna Rusiyadan elektrik enerjisi almaqdan tamam imtina edib. Novator.az xəbər verir ki, Ukraynanın “Ukrenerqo” Dövlət Şirkəti ölkənin elektrik enerjisinə olan tələbatını öz gücü hesabına ödəyəcəyini bəyan edib.

Ukrayna hakimiyyəti bu qərarı 750 kilovat gücündə Rovno-Kiyev elektrik ötürücüsü xəttinin tikintisini başa çatdırandan sonra qəbul edib. Yeni xətdəki enerji bloklarından biri Roven Atom Elektrik Stansiyasını Kiyevlə birləşdirəcək. Roven Atom Elektrik Stansiyası Kiyev, Çerkask, Jitomir və Çerniqov vilayətlərini elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Con Kerri alqışladı və arzuladı

13.11.2015



con kerriABŞ dövlət katibi Сon Kerri tarixçi alim, politoloq Arif Yunusun həbsdən azad edilməsini müsbət addım sayır. “Azadlıq” radiosu xəbər verir ki, dövlət katibinin bəyanatı Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Bəyanatda deyilir: “ABŞ Bakı Apellyasiya Məhkəməsinin tarixçi, sülh carçısı Arif Yunus barədə həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərarına humanitar yanaşma və pozitiv addım kimi baxır. Ümid edirik ki, Azərbaycan hökuməti ciddi sağlamlıq problemləri olan digər məhbuslara da münasibətdə eyni diqqəti göstərəcək”.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun şikayəti əsasında proses keçirilib. Prosesdə Arif Yunusun həbsdən buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib. Arif Yunus haqqında Cinayət-Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Arif Yunus yüksək qan təzyiqindən əziyyət çəkir. O, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanırdı.

Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusla Arif Yunusa hökm oxunub. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus sayılan şəxslərin siyahısını tərtib edib. Arif Yunusun adı həmin siyahıda idi. Transparency.az bildirir ki, hazırda siyahıda 78 nəfərin adı qalır.

Siyahının jurnalistlər və bloqçular bölümündə 12 nəfərin adı yer alır. Hüquq müdafiəçilərindən 6 nəfər həbsdədir. Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır.

Müxalif siyasətçilərdən 5 nəfərin adı siyasi məhbus siyahısına salınıb. Siyahının keçmiş dövlət məmurları bölümünə 5 nəfər daxildir.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin işi üzrə 3 nəfər siyasi məhbus sayılır.

1 nəfər 2013-cü ilin İsmayıllı etirazlarına görə həbs edilib.

Siyahının siyasi girovlar bölümünə 4 nəfərin adı salınıb.

İnanclı fəallardan isə hazırda 38 şəxsin siyasi motivlərlə həbsdə saxlandığı bildirilir.

Beata Şidlo baş nazir postuna təsdiqləndi

13.11.2015



beata
Novator.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda noyabrın 13-də xanım Beata Şidlonu baş nazir postuna təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.

Xanım Yeva Kopaçın baş nazirlik etdiyi əvvəlki hökumət noyabrın 12-də istefa verib. Qərar oktyabrın 25-də keçirilmiş parlament seçkisində hakim Vətəndaş Platforması Partiyasının uduzması ilə bağlıdır. Beata Şidlonun təmsil etdiyi millətçi mühafizəkarların Hüquq və Ədalət Partiyası Seymdə yerlərin çoxuna sahib çıxıb.

Beata Şidlo 1963-cü ildə Osvensim şəhərində doğulub. Krakovdakı Yaqellon Universitetini etnoqrafiya ixtisası üzrə bitirib, daha sonra fəlsəfə, tarix, mədəniyyət meneceri, ərazi idarəetmə üzrə aspirantura təhsilləri alıb. 2005-ci ildən Hüquq və Ədalət Partiyasının üzvüdür, sədrin müavinidir.

Ölkənin xarici dövlət borcu barədə rəsmi hesabat yayılıb

13.11.2015

maliyye nazirliyinin binasi 01Maliyyə Nazirliyi ölkənin xarici dövlət borcu barədə məlumat yayıb. Qeyd olunur ki, 1 oktyabr 2015-ci ilə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 730,9 milyon ABŞ dolları, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 12,4% olub. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58,6%-i 10 ildən 20 ilə qədər, 33,4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Arif Məmmədov diplomatik rütbədən məhrum edildi

13.11.2015

arif-memmedov-1Noyabrın 13-də prezident İlham Əliyev Arif Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqda sərəncam imzalayıb.

Transparency.az xatırladır ki, Hesablama Palatası 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməsi ehtimalını nəzərə alınaraq yoxlama materiallarını Baş Prokurorluğa göndərib.

Avqustun 12-də Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla həmin faktlar öz təsdiqini tapıb və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Açıqlamaya görə, ilkin araşdırmalarla Arif Məmmədovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkarlanıb: “Aparılmış istintaqla Arif Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib”.



Bu il mayında Arif Məmmədov “Facebook” səhifəsində Bakıda qırğınla nəticələnən bina yanğınına görə məmurları ittiham edib. Həmin vaxt İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsində çalışan Arif Məmmədovun tənqidi qeydləri hakim dairələrdə etiraz doğurub, mediada qarşılıqlı ittihamlar başlayıb. Az sonra Arif Məmmədov İslam Əməkdaşlıq Təşkilatının səfiri vəzifəsi ilə vidalaşaraq Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçdiyini bəyan edib.

İlham Əliyev G20 sammitində çıxış edib

16.11.2015

prezident eliyev 1Prezident İlham Əliyev 20-lər qrupunun (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyəyə işgüzar səfər edib. Həmin gün Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından G20 sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib. İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da nahara qatılıblar.

Noyabrın 15-də Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə qəbul təşkil olunub. Həmin gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri işçi naharda bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev 20-lər qrupu ölkələri liderlərinin sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib. Dövlət başçısı Türkiyə prezidentinin şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda uğurlar əldə etdiyini vurğulayıb, ölkədə yaradılmış sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində görülən işlərdən danışıb.

Noyabrın 15-də dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr aparılıb. İlham Əliyev müzakirələrdə çıxış edib.

Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstan koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. İlham Əliyev qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir: “Ermənistanın terror təşkilatlarının Azərbaycanda törətdiyi terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub”.

Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan prezident qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub: “Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan indiyədək buna məhəl qoymur. Dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara əməl olunmaması çox ciddi məsələdir”.

Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

G20-nin tarixçəsi

16.11.2015



g 20 1
Transparency.az G20 – 20-lər qrupunun tarixçəsini oxuculara təqdim edir.

G20-nin təsis konfransı 1999-cu il dekabrın 15-16-da Berlində keçirilib. Qrup dünyanın 7 inkişaf etmiş ölkəsinin – ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb. Məqsəd inkişaf edən ölkələrlə iqtisadi və maliyyə siyasətinin mühüm aspektləri barədə dialoq aparılması olub.

Hökumət üzvləri və mərkəzi bank rəhbərlərinin klubu kimi fəaliyyət göstərən G20-yə hazırda 19 ölkə – ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqı daxildir. Avropa İttifaqını G20-də Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərləri təmsil edir.

G20-nin işinə beynəlxalq təşkilatlardan Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, BMT, Dünya Bankı da qatılır.

Dünyanın ümumi daxili məhsulunun 85%-i, dünya ticarətinin 75%-i G20 ölkələrinin payına düşür. Dünya əhalisinin üçdə ikisi 20-lər qrupu ölkələrində yaşayır.

2008-ci ildən G20 dövlət başçıları səviyyəsində sammitlər keçirir. Qurumda bir il müddətinə sədrlik sistemi tətbiq olunur. 2015-ci ildə 20-lər qrupuna Türkiyə sədrlik edir.

Sənaye məhsullarının istehsalı 1,2 faiz bahalaşıb

16.11.2015



senayeDövlət Statistika Komitəsi sənaye məhsullarının istehsalçı qiymətlərinin 2015-ci ilin oktyabr ayında necə dəyişdiyini açıqlayıb. Rəsmi hesabata görə, oktyabr ayında mədən sənayesi üzrə istehsalçı qiymətləri 1,6 faiz artıb, emal sənayesi üzrə 0,8 faiz azalıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalı əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşıb.

Mədən sənayesində istehsalçı qiymətləri xam neft üzrə 1,6 faiz artıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsal içki istehsalı üzrə 3,5 faiz, qida məhsullarının istehsalı üzrə 1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,2 faiz bahalaşıb, kimya sənayesi üzrə 6,9 faiz, tikinti materiallarının istehsalı üzrə 2,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk iclasında nələr müzakirə olunub?

16.11.2015

koordinasiya shurasi 1
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ilk iclası keçirilib. Noyabrın 13-ü Bakı Biznes Mərkəzində keçirilən tədbirdə çıxış edən Koordinasiya Şurasının sədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, ölkənin tranzit potensialının artırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı ölkənin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq”.

Tədbirdə tranzit yükdaşımaları sahəsində vəziyyət və bu sahədə səmərəliliyin artırılması barədə müzakirələr aparılıb. Economy.gov.az-ın məlumatına görə, iclasda dəmir yolu, dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminallarında yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin optimallaşdırılması, tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, prosedurlarının şəffaflaşdırılması və asanlaşdırılması üzrə təkliflərin hazırlanması qərara alınıb.

İclasda həmçinin tranzit yükdaşımalar sahəsində bağlanmış müqavilələrin qeydiyyatının aparılması məqsədi ilə zəruri tədbirlərin görülməsi, tranzit yükdaşımalarla bağlı elektron portalın yaradılması üçün müvafiq məlumatların təqdim olunması, tranzit yükdaşıma müqavilələrinin bağlanması sahəsində prosedurların sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Prezident İlham Əliyevin 21 oktyabr fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.

Koordinasiya Şurası dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir (ƏSASNAMƏ).

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sədrlik etdiyi Koordinasiya Şurasının üzvləri bunlardır:

Aydın Əliyev — Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev — Dövlət Sərhəd Xidmətinin rəisi

Qüdrət Qurbanov — Dövlət Dəniz Administrasiyasının rəisi

Musa Pənahov — nəqliyyat nazirinin müavini

Toğrul Musayev — ədliyyə nazirinin müavini

Xələf Xələfov — xarici işlər nazirinin müavini

Cavid Qurbanov — “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Elşad Nəsirov — Dövlət Neft Şirkətinin vitse-prezidenti

Taleh Ziyadov — “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru.

Dövlət başçısı din xadimlərini və dini icma rəhbərlərini təltif etdi

16.11.2015



prezident-fermanNoyabrın 16-da dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq din xadimlərini və dini icma rəhbərlərini “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif edib.

Beynəlxalq tolerantlıq günü münasibətilə imzalanan sərəncama əsasən, “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” Allahşükür Hümmət oğlu Paşazadəyə, Aleksandr Gennadyeviç İşeinə, Vladimir Feketeyə, Milix İlxananoviç Yevdayevə, Gennadi Konstantinoviç Zelmanoviçə, Robert Baqratoviç Mobiliyə verilib. Təltif həmin şəxslərin Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətləri ilə əsaslandırılıb.

Əli Kərimli: “Partiyanın qurultayı nizamnaməyə tam uyğun keçirilib”

16.11.2015



eli-kerimliAXCP sədri Əli Kərimli “Turan” agentliyinə müsahibəsində Ədliyyə Nazirliyinin partiyanın qeydiyyatı ilə bağlı qərarına münasibət bildirib.

Sentyabrın 27-si Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının VI (IX) qurultayı keçirilib. Qurultayda AXCP sədrliyinə açıq seçki olub. Əli Kərimli yekdilliklə sədr seçilib.

50 yaşlı Əli Kərimli Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi olub.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini postunu tutan, 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilən Əli Kərimli 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

Ötən həftə Ədliyyə Nazirliyi AXCP-nin 27 sentyabr qurultayının nəticələri barədə qərar verib. Nazirlikdən AXCP-yə göndərilən məktubda bildirilib ki, Razi Nurullayev də quruma AXCP qurultayı adı ilə sənəd təqdim edib, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd müraciətlər daxil olduğu üçün məhkəməyə üz tutmaq lazımdır.

Noyabrın 16-da “Turan”a danışan Əli Kərimli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə görə, qurultay keçiriləndə, yeni rəhbərlik formalaşdırılanda bunlar dövlət reyestrinə daxil edilməlidir: “Əvvəl belə şeylər olmayıb. 1992-ci ildə “Siyasi partiyalar haqqında” qanun qəbul olunub və partiyalar qeydiyyatdan keçəndən sonra tam müstəqil fəaliyyət göstəriblər, bunun Ədliyyə Nazirliyinə, hökumətə heç bir aidiyyəti olmayıb. Bəlkə də bizə tətbiq etmək üçün bu düzəlişi etdilər.

Həmin düzəlişə əsasən, biz qurultayın sənədlərini təqdim etməliyik ki, yeni formalaşmış rəhbərlik dövlət reyestrinə daxil edilsin. Ədliyyə Nazirliyi bizim sənədlərimizi geri qaytarıb. Bəhanə ediblər ki, bu ad altında başqa adamlar – Razi Nurullayevin dəstəsi də Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin hərəkəti tam qanunsuzdur. Çünki Razi Nurullayev özü mətbuat konfransı keçirib, telekanallar da bunu yayıb, orada elan edib ki, mən onu AXCP-də sədr müavini vəzifəsindən uzaqlaşdırandan sonra özü AXCP-dən istefa verib. Yəni AXCP-yə heç bir aidiyyəti olmadığını milyonlarla vətəndaşın qarşısında ifadə edib.

Onun ətrafında olan adamlar da ya uzun illər əvvəl Xalq Cəbhəsindən istefa veriblər, ya da partiyanın müvafiq strukturlarının qərarı ilə təşkilatdan uzaqlaşdırılıblar. Söhbət vaxtilə Xalq Cəbhəsində olmuş və qanuni yolla partiyadan çıxarılmış 5-6 nəfər adamdan gedir, onların heç birinin AXCP adından danışmaq haqqı yoxdur. Partiyanın qurultayı da nizamnaməyə tam uyğun keçirilib”.

Əli Kərimli əlavə edib ki, hələ 2003-cü ildə partiyanın qeydiyyatını ləğv ediblər, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi, indi BAXCP adlanan qurumu AXCP kimi tanıyıblar, amma 9 gündən sonra qərarı ləğv ediblər. Partiya liderinin qənaətinə görə, Ədliyyə Nazirliyi ədliyyə funksiyasından istifadə edərək, siyasi vasitəyə çevrilərək hökumətin siyasi tapşırığını yerinə yetirib və Xalq Cəbhəsini bu yolla hüquqdan kənarda qoymağa çalışırlar”.

AXCP sədri Ədliyyə Nazirliyinin qərarının partiyaya hüquqi baxımdan təsiri ola biləcəyini düşünür: “Guya bu məsələ mübahisəlidir, ona görə biz məhkəməyə müraciət edəcəyik. Amma Azərbaycanda məhkəmələrin necə işlədiyi hamıya məlumdur. Məhkəmələrə rəhbərlik edən Ədliyyə Nazirliyi belə bir mövqe bildiribsə, deməli, məhkəmənin də nəticəsi əvvəlcədən bəllidir. Bu, birbaşa İlham Əliyevdən gələn siyasi tapşırıqdır. Yəqin ki, məhkəmələr də bu xətti davam etdirəcəklər. Hüquqi baxımdan bütövlükdə bu proses perspektivdə Xalq Cəbhəsinin legitim strukturlarına problem yarada bilər. Amma biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Eyni zamanda faktiki fəaliyyətimizi davam etdirəcəyik”.

Razi Nurullayevin qrupu oktyabrın 18-i Bakıda qurultay keçirib. 212 nəfərin iştirak etdiyi qurultayda Razi Nurullayevin 3 namizəd arasından gizli səsvermə ilə, 165 səslə partiya sədri seçildiyi açıqlanıb. Həmin qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün olunan müraciətə Ədliyyə Nazirliyində baxılır.

Prezident Parisdədir

17.11.2015

Noyabrın 16-da prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb. Antalya beynəlxalq aeroportundan yola salınan dövlət başçısı Fransaya işgüzar səfərə gedib. AZƏRTAC xəbər verir ki, prezident UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumuna qatılacaq.

Parisin Orli beynəlxalq aeroportunda dövlət başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.

prezident 1

Rabitəçilər nizam-intizam müşavirəsi keçirib

17.11.2015

rabite nazirliyiRabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib. Mincom.gov.az-ın 17 noyabr məlumatına görə, müşavirədə Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.

RYTN-in birlik və müəssisələrinin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov prezident İlham Əliyevin 12 noyabr sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən çıxarıldığını xatırladıb. O qeyd edib ki, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində RYTN qurumlarının ayrı-ayrı məsul şəxslərinin ciddi qanun pozuntuları üzrə istintaq aparılır, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı ittihamları ilə həbs edilib. Baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.

İltimas Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı tapşırıqlar verib.

AXCP-nin dövlət qeydiyyatı barədə prezident sərəncamı

17.11.2015

axcpAzərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında yeni hüquq davası başlayıb. Sentyabrın 27-si Bakıda AXCP-nin VI (IX) qurultayı keçirilib. 15 ildir partiyaya rəhbərlik edən Əli Kərimli yenidən AXCP sədri seçilib. Ancaq Ədliyyə Nazirliyi 27 sentyabr qurultayının nəticələrini tanımayıb. Nazirlik hazırda AXCP adına iddia edən qrupun müraciətini araşdırır. Həmin qrup oktyabrın 18-si Bakıda etimad qurultayı keçirib Razi Nurullayevi AXCP sədri seçdiyini iddia edir.

Transparency.az/cnews xatırladır ki, 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. 2000 və 2002-ci illərdə AXCP-də iki parçalanma olub, qurumun adına iddia eləyən təşkilatlar (indiki Klassik Xalq Cəbhəsi və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları) meydana çıxıb. 2003-cü il yanvarın 13-də Ədliyyə Nazirliyi indiki BAXCP-ni AXCP kimi tanıyıb. Ancaq 9 gün sonra prezident Heydər Əliyev nazirliyin qərarını ləğv edib. Transparency.az/cnews həmin sərəncamı oxucuların diqqətinə çatdırır:



Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarı ilə 1995-ci ildə qeydiyyatdan keçmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyat sənədlərində dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərin edilməsi zərurəti öyrənilərkən buna dair sənədlər tam və hərtərəfli araşdırılmamış və nəticədə Azərbaycan Respublikası “Siyasi partiyalar haqqında” qanununun müddəalarına riayət olunmamışdır.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarı ləğv edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Heydər Əliyev, Azərbaycan Respublikasının prezidenti

Bakı şəhəri, 22 yanvar 2003-cü il

Azərbaycan nefti 43 dollardan aşağı düşdü

17.11.2015



neft 1Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,84 dollar bahalaşaraq 41,71 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar artaraq 44,70 dollar olub.

AZƏRTAC-ın 17 noyabr məlumatına görə, London birjasında “AzəriLayt” markalı neftin bir barreli 1,38 dollar ucuzlaşaraq 42,91 dollara düşüb.



İsveçrə əhlinin yarıdan çoxu alış-verişi internetdən edir

17.11.2015



internet shopinqİsveçrədə 8 milyonluq əhalinin 4 milyon 500 mini, ölkənin internet istifadəçilərinin 90%-i ərzağı və başqa malları internetlə alır. “Netcomm Suisse” elektron ticarət assosiasiyası və “ContactLab” şirkəti birgə araşdırmadan sonra belə qənaətə gəliblər.

Novator.az xəbər verir ki, araşdırmaya görə, İsveçrənin internet alıcıları ildə adambaşına 1993 ABŞ dolları xərcləyir. Onlardan 64 faizi xarici saytlar vasitəsilə alış-veriş edir.

Vergilər Nazirliyi vətəndaş müraciətləri haqqında hesabat yayıb

17.11.2015



vergiler-nazirliyi-32015-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 10250 müraciət daxil olub. Bunlardan 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir. Transparency.az bildirir ki, rəsmi məlumata görə, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll olunub, 0,4%-i aidiyyəti üzrə göndərilib, 29,7%-i icradadır.

Hesabat dövründə vergi orqanları ümumilikdə 501 vətəndaşı qəbul edərək qanunvericilik çərçivəsində lazımi köməklik göstərib və ya müvafiq izahatlar verib.

Üçüncü rüb: tikintidə istehsal 0,1 faiz bahalaşıb

17.11.2015

tikintiDövlət Statistika Komitəsi 2015-ci ilin üçüncü rübündə tikintidə istehsalçı qiymətlərin necə dəyişdiyini açıqlayıb. Bildirilir ki, yerüstü tikililər üzrə qiymətlər 0,1 faiz, yol tikintisi üzrə qiymətlər 0,3 faiz artıb, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsal əvvəlki rüblə müqayisədə 0,1 faiz bahalaşıb.

Cari ilin üçüncü rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlərdə 0,1 faiz, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2 faiz, 6 və daha çox mərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,1 faiz, o cümlədən inzibati tikililər üzrə 0,3 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1 faiz artım, sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə isə 0,4 faiz azalma qeydə alınıb.

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri necə dəyişib?

17.11.2015



statistika_komitesi_

2015-ci ilin oktyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması 8,5 faiz ucuzlaşıb, qazın nəql olunması isə 0,1 faiz bahalaşıb.

Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1 faiz artıb, dəniz, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma əvvəlki ayla müqayisədə 2,6 faiz ucuzlaşıb.

Gənclərə iş yerləri təqdim olundu

17.11.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Turizm Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, tədbirdə bu ilin 9 ayında gənclərin işlə təmin olunmasına dair rəqəmlər açıqlanıb. Bildirilib ki, münasib işlə təmin olunanların 41 faizini (9235 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 75,4 faizini (2094 nəfər), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilənlərin 45 faizini (1389 nəfər) gənclər təşkil edib.

Tədbirdə 55-i özəl, 4-ü dövlət sektoruna aid 59 müəssisə tələbə və məzunların seçiminə 262 boş (vakant) iş yeri təqdim edib.

Bu il Dövlət Məşğulluq Xidməti 6 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirib. Nəticədə 254 gəncə boş iş yerlərinə göndəriş verilib, 1447 tələbə və məzundan CV qəbul olunub.

emek nazirliyi

Vasif Talıbov 5-ci dəfə Naxçıvanın rəhbəri seçildi

17.11.2015

vasif_talibov 1Noyabrın 17-si Naxçıvan Muxtar Respublikasında yeni seçilmiş Ali Məclisinin sessiyası keçirilib. Sessiyada Vasif Talıbov yenidən Ali Məclisin sədri, bölgənin ali vəzifəli şəxsi seçilib. Xəbəri APA yayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ali Məclisə noyabrın 1-də keçirilmiş seçkinin nəticələrini ötən həftə təsdiqləyib. 45 deputatlıq Ali Məclisin deputatları majoritar seçki sistemi ilə seçilir. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Transparency.az bildirir ki, Vasif Talıbov 1960-cı ildə Şərurun Aşağı Aralıq kəndində doğulub. Naxçıvan Dövlət Pedaqoji Institutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirib. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

1995-ci il dekabrın 16-da, 2000-ci il dekabrın 7-də, 2005-ci il noyabrın 28-də və 2010-cu il dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

1995-ci il aprelin 8-dən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, İdarə Heyətinin üzvüdür.

“Şöhrət” ordeni laureatıdır.

Evlidir, 3 övladı var.

Məhkəmə-Hüquq Şurası Şəki tezislərini müzakirə edib

17.11.2015

Məhkəmə-Hüquq Şurası prezident İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunmuş geniş iclası keçirilib. Tədbirdə Ali Məhkəmənin, apellyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Jlc.gov.az-ın məlumatına görə, şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edərək dövlət başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artıırılması üzrə konkret tapşırıqları və qarşıda qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırıb. O, məhkəmə fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələrində işlərə baxılarkən aşkar edilən qanun pozuntularına prinsipial münasibət bəslənməsinin vacib olduğunu vurğulayıb.

Məruzə ətrafında Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, hakim assosiasiyalarının sədrləri, hakimlər, prokurorlar və QHT nümayəndələri çıxış ediblər.

Prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edib. Transparency.az-ın məlumatına görə, prezident  çıxışında məhkəmə-hüquq sisteminin üzərində geniş dayanıb: “Son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun”.

mhsh (2)

mhsh

Azərbaycan İnternet Forumu internet qəzasına münasibət bildirib

17.11.2015

loqoAzərbaycan İnternet Forumu ölkədə internetin kəsilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, noyabrın 16-da baş vermiş hadisə zamanı ölkənin uzun müddət qlobal dünyadan ayrılması, informasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması informasiya təhlükəsizliyi sarıdan ciddi problemdir: “Son illərdə ölkənin milli informasiya fəzasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət sektorunda və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.


“Delta-Telekom”un Azərbaycan internetinin qlobal dünyaya bir neçə fərqli magistral kanal üzərindən bağlantısının qurulması istiqamətində atdığı addımlar da müsbət dəyərləndirilməlidir.

Ancaq 16 noyabr hadisəsi göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması yönündə tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir.

AİF dövlət sektoru və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib sayır, bu kimi halların bir daha təkrarlanmaması üçün ən azı 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır”.

G20 sammiti ilə bağlı nəşrdə İlham Əliyevin məqaləsi çıxıb

17.11.2015

ilham eliyevNoyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilmiş G20 sammiti ilə bağlı xüsusi nəşr buraxılıb. Xüsusi nəşrdə sammitə qatılan Azərbaycan prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” məqaləsi dərc olunub. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı yazır ki, Azərbaycan 24 illik müstəqilliyik dövründə özünəməxsus inkişaf yolu keçib: “1995-ci ildə ölkədə demokratik normalara cavab verən yeni konstitusiya qəbul olunub, çoxpartiyalı sistem əsasında parlament formalaşdırılıb. Bunun ardınca hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilib, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşıb, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olub, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilib.

Bu gün Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətdə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətlər və dinlər arasında sülhə, tolerantlıq mühitinə, liberal, dayanıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir”.

Sosial-iqtisadi məsələlərə toxunan prezident qeyd edir ki, Azərbaycanda sosial problemlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir: “Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılıb, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılıb ki, bunun da 1 milyonu daimi iş yeridir. Əhalinin gəlirləri 6,5 dəfə artıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enib.

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinin həlli, əhalinin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına etibarlı təminatı prioritet vəzifə kimi müəyyən edilib. Mühüm dövlət proqramlarının qəbul olunması və uğurlu icrası nəticəsində kənd təsərrüfatının davamlı inkişafı təmin edilib və ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilib. 2005-2014-cü illərdə Azərbaycanda kənd təsərrüfatı 48,9 faiz, ərzaq məhsulları istehsalı isə 39 faiz artıb.

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli iş şəraitinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ölkə iqtisadiyyatında özəl sektorun payı 82 faizə yüksəlib. 2002-ci ildən bu günə kimi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına 2 milyard dollardan çox güzəştli kredit verilib, təkcə 2014-cü ildə bu rəqəm 380 milyon dollar təşkil edib.

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən bir qədər çoxdur ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Nüfuzlu beynəlxalq iqtisadi, maliyyə və reytinq mərkəzləri Azərbaycan iqtisadiyyatının davamlı şəkildə inkişafını proqnozlaşdırır, bu məqsədlə həyata keçirilmiş tədbirləri təqdirəlayiq hesab edirlər. Davos Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycan rəqabət qabiliyyətlilik indeksi üzrə dünyanın 144 ölkəsi arasında 38-ci yerə yüksəlib”.

Dövlət başçısı: “Bizim layihə Avropanın enerji xəritəsini tam dəyişəcək”

17.11.2015



prezident yeniAZƏRTAC prezident İlham Əliyevin G-20-nin Antalya sammiti çərçivəsində noyabrın 16-da keçirilən işçi lançdakı çıxışnı yayıb. Dövlət başçısı deyib ki, Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir: “XX əsrin ortalarında Abşeronda neft hasilatı geniş vüsət aldı. İndi biz “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizlərini birləşdirən layihəni nəzərdə tuturam. Bu, tarixdə ilk hadisədir.

Həmçinin Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də biz təkcə neft deyil, həm də qaz ixrac edən ölkəyə çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən istifadə etməyə kömək edir.

Məlum olduğu kimi, Xəzər dənizinin dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir”.

“Cənub” qaz dəhlizi layihəsindən söz açan prezident qeyd edib ki, layihənin həyata keçirilməsi İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək: “Qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət, Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük.

Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq”.

Rusiyanın pensiya fondu 7,4% əriyib

17.11.2015

rubl 01İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 57 ölkənin pensiya fondu ilə bağlı hesabat açıqlayıb. Novator.az xəbər verir ki, 2014-cü ili əhatə edən hesabata İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan 21 və digər 36 ölkə üzrə göstəricilər daxil edilib.

2014-cü ildə təşkilat ölkələrində pensiya fondunun vəsaiti orta hesabla 6,8% artıb. Digər 36 ölkədə orta hesabla artım 4,5% olub.

Hesabata görə, 57 ölkənin yalnız 4-də — Ermənistan, Rusiya, Nigeriya və Honkonqda pensiya fondlarının gəliri azalıb. Ən böyük azalma Rusiyada qeydə alınıb. Bu ölkədə pensiya fondundakı vəsaitin həcmi 2014-cü ildə 7,4% azalıb.

Ağdaş dairəsində parlament seçkisinin nəticəsi ləğv olundu

17.11.2015

msk_1_2Noyabrın 17-də Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisi ilə bağlı müraciətlərə baxıb. APA-nın məlumatına görə, 90 saylı Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyev və müstəqil namizəd Qalib Qarayevin şikayətlərinə baxan MSK dairə üzrə seçkinin nəticələrini ləğv edib. MSK səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün belə bir qərar verib.

Araşdırmaya əsasən, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib, 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulub: “7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var”.

90 saylı dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev idi.

Prezident Parisdə çıxış edib

18.11.2015

prezident eliyev
Noyabrın 17-si Parisdə UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Prezident İlham Əliyev foruma qatılaraq çıxış edib. O, noyabrın 13-ü Parisdə baş vermiş terrora görə başsağlığı verərək deyib ki, bu dəhşətli hadisə beynəlxalq ictimaiyyətin terror bəlası ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu bir daha göstərir. İlham Əliyev çoxsaylı terror hadisələrindən əziyyət çəkmiş Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.

Azərbaycan-UNESCO əlaqələrinə toxunan prezident deyib ki, ölkə qurumun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib: “2003-cü ildə Azərbaycanla UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb: “Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib”.

Prezident əminliklə vurğulayıb ki, UNESCO-nun təhsil, mədəniyyət və elm sahələrinin inkişafına verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.

Dövlət başçısı deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı bu günə kimi davam edir: “Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz tamamilə dağıdılıb”. İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayıb. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” deyən İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Azərbaycanda mövcud olan tolerantlıqdan, multikulturalizmdən danışıb, ölkənin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələri barədə məlumat verib, UNESCO-nun 70 illiyi münasibətilə təbriklərini çatdırıb.

Vergilər Nazirliyi Çağrı Mərkəzinə müraciətlər barədə arayış verib

18.11.2015

vnTaxes.gov.az 2015-ci ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş müraciətlər haqqında arayış yayıb. Hesabata görə, oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 23732 müraciəti cavablandırıb. Müraciətlərin 28,4%-i vergilər və onların ödənilməsi qaydaları, 19,4%-i vergi nəzarəti tədbirləri, qalanları isə digər məsələlər barədə olub.

Ötən ay səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 7115 zəng daxil olub, 3996 zəng zamanı vergi borcu, 1530 zəng zamanı isə vergi növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 136535 mesaj, o cümlədən 134219 qısa mesaj (SMS) göndərilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 419972 daxilolma qeydə alınıb.

2015-ci ilin oktyabr ayında xidmət strukturlarına ümumilikdə 37241 müraciət daxil olub.

Vergilər Nazirliyi Çağrı Mərkəzinə müraciətlər barədə arayış verib

18.11.2015

vnTaxes.gov.az 2015-ci ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş müraciətlər haqqında arayış yayıb. Hesabata görə, oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 23732 müraciəti cavablandırıb. Müraciətlərin 28,4%-i vergilər və onların ödənilməsi qaydaları, 19,4%-i vergi nəzarəti tədbirləri, qalanları isə digər məsələlər barədə olub.

Ötən ay səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 7115 zəng daxil olub, 3996 zəng zamanı vergi borcu, 1530 zəng zamanı isə vergi növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 136535 mesaj, o cümlədən 134219 qısa mesaj (SMS) göndərilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 419972 daxilolma qeydə alınıb.

2015-ci ilin oktyabr ayında xidmət strukturlarına ümumilikdə 37241 müraciət daxil olub.

Dövlət Neft Fondunun büdcəsi prezidentə təqdim olunur

18.11.2015

ardnf-1Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin rəhbərliyi ilə keçirilən iclasda fondun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.

Rəsmi məlumata görə, iclasda Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 711 564,1 min manat, xərclərinin 8 261 399,7 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 420,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. ARDNF-nin 2016-cı il büdcə layihəsi, o cümlədən fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinin ölkə prezidentinə təqdim olunması tövsiyə edilib.

Azərbaycandan ixrac bir ildə 49,13% azalıb (Rəsmi rəqəmlər)

18.11.2015



dgk 1Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının 10 aylıq yekununu açıqlayıb. Transparency.az-ın məlumatına görə, komitə bildirir ki, xarici ticarət əməliyyatları 2014-cü ilin müvafiq dövrünə nisbətən 35,21% azalıb. Bir ildə idxal əməliyyatlarında 1,08% artım, ixrac əməliyyatlarında 49,13% azalma qeydə alınıb.

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 258 milyon 519,70 min manat daxil olub.

Xarici iqtisadi fəaliyyət iştirakçıları haqqında məlumat bölümündə qeyd olunur ki, 158 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 6355-dir. Bunun 3015-i fiziki şəxslər, 3340-ı hüquqi şəxslər olub. 232 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3108-i özəl sektoru təmsil edib.

10 aylıq hesabat

10 ayda gömrük orqanları 500 cinayət, 7584 inzibati xəta faktı ortaya çıxarıb

18.11.2015



gomruk 2Gömrük hüquqpozmalarının statistikası bəlli olub. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, bu ilin 10 ayında cinayət xarakterli 500 fakt aşkarlanıb (10 aylıq hesabat). Bunun 259-u qaçaqmalçılıq faktı, 182-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 5-i gömrük ödənişlərindən yayınma, 19-u aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 226-sı digər cinayət xarakterli faktlar olub. 10 ayda gömrük hüquqpozmalarında 557 şəxs təqsirləndirilib.

2015-ci ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsi 7584 inzibati xəta faktı ortaya çıxarıb.

Vergi proqnozuna 100,1 faiz əməl olunub

18.11.2015



vergi sekil
Vergilər nazirinin birinci müavini Natiq Əmirovun açıqlamasına görə, 2015-ci ilin 10 ayında dövlət büdcəsinə 5 milyard 970 milyon 247 manat vəsaitin toplanıb, proqnoza 100,1 faiz əməl edilib: “Oktyabr ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 899 milyon 971 min manatdan artıq vəsait daxil olub”.

Noyabrın 17-də jurnalistlərlə görüşündə Əmirov dövlət büdcəsinin gəlirləri üzrə müəyyən olunmuş proqnoz göstəricilərinin icrası ilə yanaşı sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. O deyib ki, Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxolmalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) dayandırılıb: “Əsassız və nəticəsi olmayan yoxlamalarla bağlı müvafiq araşdırmaların aparılması və bu sahədə nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarının məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görülür”.



Yüklə 474,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin