Xəbər bülleteni №16


Əmlak Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində nələr var?



Yüklə 4,84 Mb.
səhifə16/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Əmlak Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində nələr var?


07.12.2015

emlak 1Dekabrın 5-də prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Dördmərtəbəli binada 80 nəfərlik heyət üçün iş otaqları, müasir avadanlıqla təchiz edilmiş 140 nəfərlik konfrans və video nümayiş zalları, videokonfrans, treninq, xidmət otaqları və digər otaqlar yaradılıb.

Mərkəzdə dövlət əmlakının avtomatlaşdırılmış idarə edilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemləri fəaliyyət göstərir.

Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sistemi mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrı, habelə daşınmaz dövlət əmlakının idarə edilməsi, hərracların təşkili barədə məlumatların vahid məlumat bazasında toplanmasını, onların mühafizəsini təmin edən informasiya ehtiyatlarının və proqram-texniki vasitələrin məcmusudur.

Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əksini tapıb. Bu baza ilə hüquqların dövlət qeydiyyatı sistemi arasında bağlantı yaratmaqla daşınmaz əmlakın kimə məxsus olması barədə məlumatı əldə etmək mümkündür. Torpaqların elektron kadastr uçotu işinin icrası üçün paralel olaraq ölkənin 3,5 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların stereomodellər üzərindən rəqəmsallaşdırılması, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri aparılır.

Ünvan reyestri informasiya sistemi daşınmaz əmlakların ünvan məlumatlarının toplanmasının və məlumat bazasının elektron idarə edilməsini, həmçinin bu məlumatlara digər dövlət orqanlarının informasiya sistemlərinin çıxışını təmin edən avtomatlaşdırılmış informasiya sistemidir. Bu sistem ünvan işinin elektron xidmətlər sırasına daxil edilməsinə və ölkədə ünvan axtarışlarında naviqasiya sisteminin tətbiqinə şərait yaradıb. Sistem ünvanlar haqqında mərkəzləşdirilmiş ümumdövlət rəsmi informasiya bazasıdır. Bu sistemin işə düşməsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin və pasportların hazırlanması zamanı ünvan məlumatlarının əldə edilməsi avtomatlaşdırılıb.

Torpaqların elektron uçotu sistemi təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqlarının kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emalını, idarə olunmasını və digər istifadəçilərə çatdırılmasını təmin edir. Sistemin işə düşməsi nəticəsində torpaqların islahat sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq, torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək, əmlak üzərində dövlət nəzarəti mexanizmi daha çevik olacaq. Bundan başqa sistem torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasına, “Plan-ölçü” sənədinin verilməsi işinin elektron xidmətlər sırasına daxil edilməsinə şərait yaradacaq, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üçün qərarların qəbulunda informasiya bazası rolunu oynayacaq, icarəyə götürülmüş, lakin istifadə olunmayan torpaq sahələrinin aşkarlanmasına şərait yaradacaq.


Düşmən ağır itki verib, Azərbaycan ordusunun isə zabiti şəhid olub


07.12.2015

Müdafiə Nazirliyinin 7 dekabr məlumatına görə, son günlər Silahlı Qüvvələr həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb: “Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib. Sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Başqa bir məlumatda deyilir ki, düşmən tərəfdən açılan atəş nəticəsində Silahlı Qüvvələrin baş leytenantı Mollayev Abdulla Molla oğlu ağır yaralanıb: “Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!”


15 ildə ilk dəfə: Venesuelada parlament seçkisini müxalifət uddu


07.12.2015

venesuela
Dekabrın 6-da Venesuelada keçirilmiş parlament seçkisi müxalifətin qələbəsi ilə başa çatıb. Novator.az xəbər verir ki, Milli Seçki Şurasının açıqladığı ilkin nəticələrə görə, müxalif Demokratik Birlik Bloku 99 mandata sahib olub. Hakim Vahid Sosialist Partiyası isə 46 yer ala bilib.

Səsvermədə seçicilərin 74,25%-i iştirak edib.

Venesuela prezidenti Nikolas Madura televiziya ilə xalqa müraciətində parlament seçkisinin nəticələrini tanıdığını bildirib. Hakim partiyanın nüfuzu ölkədəki iqtisadi böhranla əlaqədar düşüb.

Son 15 ildə ilk dəfə parlamentdə çoxluq müxalifətə keçib. 167 yerlik yeni parlament fəaliyyətə gələn ilin yanvarında başlayacaq.



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin