Xəbər bülleteni №21



Yüklə 0.58 Mb.
səhifə28/28
tarix07.06.2017
ölçüsü0.58 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   28

Kimin pulu çoxdur? (Ölkələrin valyuta ehtiyatları)


29.01.2016

valyuta ehtiyatlari 1
Azərbaycan Mərkəzi Bankı son rəsmi məlumatında valyuta ehtiyatlarının 5 milyard 16,7 milyon dollar olduğunu bəyan edib. Bu rəqəm ötən ilin yekun hesabatına (30 dekabr) əsaslanır.

Transparency.az digər ölkələrin valyuta ehtiyatları barədə statistikaya nəzər salıb.

Valyuta ehtiyatlarının həcminə görə ilk sırada Çin gəlir. Bu ölkənin 3 trilyon 406 milyard 111 milyon dollar ehtiyatı var.

Yaponiya 1 trilyon 233 milyard 214 milyon dollar ehtiyatla ikinci yerdə gəlir.

25 Avropa ölkəsinin daxil olduğu avro zonasının 691 milyard 71 milyon dollar ehtiyatı olduğu bildirilir.

Valyuta ehtiyatlarının həcminə görə ilk sıralarda bu ölkələr yer alır:

Səudiyyə Ərəbistanı – 660 milyard 100 milyon dollar

İsveçrə – 588 milyard 241 milyon dollar

Tayvan – 425 milyard 300 milyon dollar

Honkonq – 393 milyard 792 milyon dollar

Cənubi Koreya – 374 milyard 700 milyon dollar

Rusiya – 368 milyard 300 milyon dollar

Braziliya – 356 milyard 797 milyon dollar

Hindistan – 347 milyard 208 milyon dollar.

Keçmiş SSRİ məkanından Ukraynanın valyuta ehtiyatları 14 milyard 890 milyon dollar, Belarusun ehtiyatları 4 milyard 176 milyon dollar, Moldovanın ehtiyatları 1 milyard 757 milyon dollardır.

Qazaxıstanın valyuta ehtiyatlarının 28 milyard 100 milyon dollar, Özbəkistanın ehtiyatlarının 15 milyard dollar, Türkmənistanın ehtiyatlarının 22 milyard 640 milyon dollar olduğu qeyd edilir.

Qonşu Gürcüstanın valyuta ehtiyatları 2 milyard 521 milyon dollar göstərilir. Ermənistanın ehtiyatları 1 milyard 209 milyon dollardır.

Türkiyənin 111 milyard 152 milyon dollarlıq valyuta ehtiyatı var. İranın ehtiyatları 93 milyard 950 milyon dollar həcmindədir.


Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə yeni evlər verilib


29.01.2016

ev
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 yanvar məlumatına görə, 3-ü Siyəzən, 5-i Şabran rayonunda olmaqla 8 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib.

Təqdimat mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib ki, dünyada iqtisadi böhran proseslərinin kəskinləşməsinə baxmayaraq Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanır və bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir: “Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 rayonda fərdi yaşayış evlərini, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzilləri, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib. Ümumilikdə ötən il müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib, habelə dövlət başçısının iştirakı ilə Nərimanov rayonunda 132 mənzilli yeni yaşayış binası gözdən əlillərə təqdim olunub. Bu sahədə tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək”.


Nazirliyə 45 yeni işçi qəbul olunub


29.01.2016

Yanvarın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib. Rəsmi məlumata görə, 45 nəfər nazirlik sistemində inzibati vəzifələrə işə qəbul edilib.

Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Əjdər Cəbiyev bildirib ki, qurum dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə kadrların qəbulu prosesini dövlət qulluğu haqqında qanunvericiliyin prinsipləri əsasında həyata keçirir. Nazirlik bu sahədə fəaliyyətini Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq şəraitində təşkil edir.

emek

Çingiz Abdullayev ixtisar əmrini imzalamaqdan imtina edib


29.01.2016

chingiz abdullayev“Bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, nə edim”. Musavat.com xəbər verir ki, bunu yazıçı Çingiz Abdullayev yanvarın 28-i “Facebook” səhifəsindəki statusunda yazıb.

Çingiz Abdullayev Yazıçılar Birliyinin katibi, “Neftçi” futbol klubu Müşahidə Şurasının sədri, “Pen-klub”un prezidenti, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının üzvüdür: “Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Bəzən xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, “Pen-klub”da da, “Neftçi”də də, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda da.

İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm”.

Yazıçı qeyd edib ki, bəzi məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandır: “Onlar üçün yüz min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər. Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər.

Əmri imzalamadım, imzalamayacağam da. Hətta düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.

4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdır mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdır ləyaqət və xeyirxahlıq çağırışları?

“Neftçi”yə gəlişimdən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdim. Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər.

Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib, digərinin baxması utandırıcıdır.

Nəyə görə illərdir mən oxucularımı sonda Xeyirin qələbəsinə inandırmağa çalışıram? Əgər özüm öz prinsiplərimə inanmıramsa…”

Çingiz Abdullayev sözünü belə yekunlaşdırıb: “Doğrudanmı Didro bu sözlərində haqlı olub: “Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdır”. Yoxsa haqsızdır?”


Rusiyada maşın nə qədər bahalaşıb?


29.01.2016

avtomobilRusiyada yeni minik avtomobilləri bahalaşıb. Novator.az xəbər verir ki, bunu “Avtostat” analitik agentliyi yanvarın 29-da açıqlayıb.

Agentliyin məlumatına görə, 2015-ci ildə Rusiyada yeni minik avtomobillərinin orta qiyməti 2014-cü illə müqayisədə 20% artıb.

2015-ci ildə Rusiyada ən çox “Land Rover” markalı avtomobil bahalaşıb. Onun qiyməti 61% artıb. Bahalaşan avtomobillərin sonrakı sıralaması belədir: “Cadillac” (48% bahalaşıb), “Volvo” (43%), “Opel” (38%) və “Peugeot” (35%). “Citroen”, “Toyota” və “Audi” markalı avtomobillərin qiymətində 30% artım olub.

Rusiyanın yerli avtomobillərindən “Lada”və “UAZ” 15-18% bahalaşıb.

“Avtostat” agentliyi rublun xarici valyutaya nisbətdə ucuzlaşması ilə əlaqədar avtomobillərin qiymətində yenə artım olacağını proqnozlaşdırır.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul cədvəli


29.01.2016

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb:



Qəbul edən

Gün

Yer

Əhatə olunan şəhər və rayonlar

Fikrət Məmmədov

ədliyyə naziri



3

Şabran

Şabran, Siyəzən, Xızı

Ramin Quluzadə

rabitə və yüksək texnologiyalar naziri



3

Lənkəran

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı

Mikayıl Cabbarov

təhsil naziri



8

Qobustan

Qobustan, Şamaxı, Ağsu, İsmayıllı

Səlim Müslümov

əmək və əhalinin sosial müdafiəsi naziri



12

Saatlı

Saatlı, Şirvan, Hacıqabul, Sabirabad

Oqtay Şirəliyev

səhiyyə naziri



12

Qazax

Qazax, Ağstafa, Tovuz, Gədəbəy

Elman Mehdiyev

Dövlət Sosial Müdafiə Fondunun sədri



18

Sumqayıt

Sumqayıt,  Abşeron, Xızı, Qobustan, Qubadlı

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi



18

Lənkəran

Lənkəran, Astara, Lerik, Yardımlı

Arzu Rəhimov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi



18

Cəlilabad

Cəlilabad, Masallı, Biləsuvar

Zakir Qaralov

Baş prokuror



19

Kürdəmir

Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Göyçay

Azad Rəhimov

gənclər və idman naziri



19

İsmayıllı

İsmayıllı, Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz

Şahin Mustafayev

iqtisadiyyat və  sənaye naziri



19

Şəmkir

Şəmkir, Tovuz, Gədəbəy

Əbülfəs Qarayev

mədəniyyət və turizm naziri



19

Sumqayıt

Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan

Ziya Məmmədov

nəqliyyat naziri



19

Qusar

Qusar, Quba, Şabran

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri



19

Beyləqan

Beyləqan, Ağcabədi, Laçın, Xocavənd,  Tərtər, Füzuli, Bərdə, Ağdam

Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri



19

Qobustan

Qobustan, Şamaxı, Ağsu

Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri



19

Şamaxı

Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri



24

Siyəzən

Siyəzən, Şabran

Hüseynqulu Bağırov

Ekologiya və təbii sərvətlər naziri



25

Neftçala

Neftçala, Salyan, Biləsuvar, Cəlilabad

Kəmaləddin Heydərov

fövqəladə hallar naziri



25

Ağsu

Ağsu, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan

Heydər Əsədov

kənd təsərrüfatı naziri



25

Yevlax

Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı, Kəlbəcər

Fazil Məmmədov

vergilər naziri



25

Oğuz

Oğuz, Şəki, Qəbələ

Aydın Əliyev

Dövlət Gömrük Komitəsinin sədri



25

Şabran

Şabran, Quba, Qusar, Xaçmaz

Ramil Usubov

daxili işlər naziri



27

Şirvan

Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl, Sabirabad, Saatlı, İmişli, Zərdab

Hərbi sahədə cinayət və cəza hesabatı açıqlanıb


29.01.2016

herbi prokurorluq
Yanvarın 29-da Hərbi Prokurorluğun kollegiya iclası keçirilib. AZƏRTAC-ın məlumatına görə, iclasda baş prokurorun müavini, respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb. Hərbi prokuror deyib ki, 2014-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrdə qeydə alınan hərbi xidmət əleyhinə cinayətlər 7,7 faiz, tabelik qaydası əleyhinə 20 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 26,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma 33 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə 74 faiz, rüşvət alma və rüşvət vermə 71,5 faiz, ölüm hadisələri 2,3 faiz azalıb.

Hesabata əsasən, ötən il korrupsiya və rüşvətxorluq xarakterli faktlar üzrə 70 şəxs barəsində 50 cinayət işinin istintaqı tamamlanıb, təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Ötən il axtarışda olanların 66 nəfəri tapılaraq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunub.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsinin birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verdiyi protestlərin 59 faizi təmin olunub. Hesabat dövründə 186 məhkəmə prosesi səyyar qaydada keçirilib.



Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1768 müraciətinə baxılıb, 935 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2920 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2239 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Hesabat dövründə əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmə sahəsində yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
1   ...   20   21   22   23   24   25   26   27   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə