Siyasi məhbus sayılan şəxslərdən kimlər azadlığa çıxdı?
17.03.2016
Martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına “siyasi məhbus” və ya “problemli məhbuslar” adlanan şəxslərdən də düşən olub.
Novator.az xəbər verir ki, söhbət bu şəxslərdən gedir: Rəşadət Axundov (NİDA-çı), Rəsul Cəfərov (hüquq müdafiəçisi), Məmməd Əzizov (NİDA-çı), Rəşad Həsənov (NİDA-çı), Pərviz Həşimli (jurnalist), Taleh Xasməmmədov (hüquq müdafiəçisi), Sirac Kərimli (Müsavat Partiyası başqanının müavini, hazırda həbsdə olan Fərəc Kərimovun qardaşı), Nicat Quliyev (keçmiş xarici iqtisadi əlaqələr naziri), Anar Məmmədli (hüquq müdafiəçisi), Hilal Məmmədov (jurnalist), Ömər Məmmədov (bloqçu), Akif Muradverdiyev (Prezident Administrasiyasının keçmiş işlər müdiri), Nemət Pənahlı (siyasətçi), Yadigar Sadıqov (Müsavat başqanının müavini), Tofiq Yaqublu (Müsavat başqanının müavini).
Bu sərəncama qədər Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında 93 nəfərin adı var idi. Göründüyü kimi, onlardan 15 nəfəri əfvə düşüb.
Ümumilikdə 17 mart sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.
Dostları ilə paylaş: |