191
olur. Ona görə də filiz yataqları üzərində mənfi potensiallı elektrik
sahəsinin yaranmasına səbəb olur və müşahidə edilir. Mənfi
potensiala malik olan anomaliya filiz kütləsinin yerləşdiyi
dərinlikdən və onun ölçülərindən asılıdır.
Təbii elektrik sahəsi üsulu hidrogeoloji
və dağ mühəndis
tədqiqatlarında, torpaq sularının axma istiqamətinin təyini, torpaq
layları altında çat suların çıxdığı yerin, su quyularında suyun süzülüb
yığılmasının və s.-nin öyrənilməsində ən geniş istifadə olunan
sahədir. Bundan başqa bu üsul faydalı qazıntıların
yüksək keçirici
süxurların xəritəyə alınmasında geniş istifadə olunur. Təbii elektrik
sahəsinin ölçülməsi Yerin səthində, quyuda, yeraltı dağ mədən
istehsal yerlərində aparılır. Elektrodlar arasında potensiallar fərqinin
qiyməti M elektrodunun yerləşdiyi məntəqənin potensialı adlanır.
(şəkil 71 a 1,2,3 məntəqə).
Şək.
70. Sulfid yatağı üzərində təbii elektrik sahəsinin yaranması.
Potensial üsulla görülən iş qəbuledici
elektrodlardan M birinin
yerini dəyişməklə aparılır, ikinci elektrod N ana xətt üzərində
tərpənməz yerləşdirilir və potensialın qiyməti həmin nöqtədə sıfır
qəbul olunur. Potensialın qiyməti əyri və bərabər potensial xəritəsi
kimi göstərilir (bax şəkil 72 a,b).
Potensialın izoxəttinin xarici görünüşü filiz kütləsi haqda ümumi
təsəvvür yaranmasına imkan verir. Layın oxunun kiçik qiyməti
downloaded from KitabYurdu.org
192
axtarılan hədəfin yerləşdiyinə uyğun gəlir.
Mənfi anomaliyalar bir
qayda olaraq sulfid yataqları, kömür layları, antrasit və qrafit layları
üzərində əmələ gəlir.
Dostları ilə paylaş: