290
olar. Bu işlər tək də aparıla bilər, açıq ərazilərə bu planalmanın
miqyası 1:200.000- 1:10.000 ya marşrutla, ya da əvvəlcədən seçilmış
profil üzrə aparılır. Ölçmə işləri aparılan nöqtələr arasında məsafə
5—50 m götürülür. Planalma vaxtı həmişə telefonda impulsun
tezliyinə qulaq asmaq lazımdır, bu zaman zondun gilizini yerdən 5—
10 sm yuxarıda tutmaq lazımdır. Ölçmə nöqtəsində və tezliyin
anaomal artma nöqtəsində gilzi 0,5-1 dəqiqə Yerin səthinə çıxaraq
ölçmə işi aparılır, əqrəbli cihazdan göstərilən qiymət yazılır. Anomal
nöqtə qeyd olunduqda əlavə ölçmə işləri aparılır və radioakvtvliyi ən
böyük olan nöqtələr qeyd olunur. Həmin ərazidən böyük
radioaktivlikli nümunə axtarılıb götürülür. Anomaliyanın ölçülərini
təyin etmək üçün əlavə marşrut seçilir və ölçmə işləri aparılır.
Cihazın sabit iş rejimi səhər və axşam nəzarət məntəqəsində
iş etalonu
60
Co və etalonsuz yoxlanılır. Nəzarət məntəqəsi dəstənin
dayandığı Yerə yaxın sahədə radioaktivliyin normal olduğu yerdə
seçilir, yəni özüllü süxurların üzə cıxdığı və radioaktiv mineralın
olmadığı yerdə seçilməlidir.
Qammaplanalmada nəticələrin qiymətləndirilməsi aşağıdakı
mərhələlərdə aparılır: 1.orta kvadratik xətanın hesablanması, 2. Qalıq
fon ücün düzəliş verilməsi və intensivliyin qiymətinin ölçülməsi
ölç
-
f
, 3. Ölçmələrin qrafiki təsviri. Ölçmələrin qiymələri geoloji
əsasda çəkilmiş radiometrik xəritədə qeyd edilir. Marşrutlarda
planalmanı dairəyə alırlar, ya da rənglənir, yaxud da dairənin içi
karandaşla cızılır. Anomaliya ayrılan ərazidə təkrar olaraq
spektrometrlə əlavə müşahidələr aparılır.
Dostları ilə paylaş: