§64. Maqnit tellurik üsul
Günəşdən gələn güclü yüklü zərrəçiklər seli yerin ionosfer
qatında olan atom və molekulları parçalayır və burulğanlı cərəyan
yaradır, bunun təsiri ilə Yer qabığında və mantiyada təbii
elektromaqnit sahəsi yaranır, buna maqnit tellurik sahə deyilir. Bu
iki sahənin cəmindən ibarətdir: maqnit tərkib hissəsi
və elektrik
tərkib hissəsi E. Axırıncı tellurik sahə adlanır. Zamandan asılı olaraq
tellurik sahənin dəyişməsinin xüsusiyyətlərini öyrənməklə məşğul
olan üsul yarandı. Eyni zamanda maqnit və elektrik sahələrinin tərkib
hissələrinin öyrənilməsi maqnitetellurik zondlama və maqnittellurik
profilləmə üsullarının yaranmasına gətirib çıxardı. Maqnit tellurik
sahə çox kiçik tezliyə malikdir, ona görə də Yerin çox dərin qatlarına
keçə bilir, bu bir neçə on(10) yüz km dərinliyə qədər çata bilir, (TZ)
tellurik zondlama məhz bu səbəbdən də ən dərin üsullardan biridir.
Yerdə tellurik cərəyanın olmasını aşkar etmək üçün ölçü cihazına
qoşulmuş ikielektrodlu MN qurğusundan istifadə edirlər. Cihazın
əqrəbinin kənara çıxması TÇ gərginlyinin qiymətinə uyğun gəlir. H
və E vektorları verilmiş məntəqədə zamandan asılı olaraq nəinki
downloaded from KitabYurdu.org
199
qiymətini, eyni zamanda istiqamətini də dəyişir. Maqnittellurik sahənin
qiymətinin dəyişməsinin zamandan asılılığı çox mürəkkəb xüsusiyyətə
malikdir. Tellurik cərəyanın zamandan asılı olaraq dəyişməsinə tellurik
cərəyanın variyasiyası deyilir. Variasiya dövrü, ya da qeyri dövrü növlərə
bölünür.
Dövrü variasiya nisbətən sabit dövrlərlə təsvir olunur və uzun,
orta və kiçik dövrlü variasiyalara ayrılır. Uzun dövrlü variasiya bir
neçə saat davam edən variasiyadır, özünəməxsus tək impulsa
malikdir. Bunları Yerin dərin qatlarını tədqiq edəndə öyrənirlər.
Ortadövrlü variasiya bir neçə saniyədən saniyənin onda biri qədər
vaxtda baş verir. Qısa dövrlü və ya yüksək tezlikli variasiya onda bir
saniyədən mində bir saniyə müddətində baş verən variaiyadır.
Dəvamlılıq dərəcəsinə görə variasiya iki növə bölünür: dəvamlı
(dəyişməz) və qeyri-sabit. Sabit variasiya bir neçə saat (5 saat)
aramsız davam edir və dövrlərin amplitudasının dəyişməsi heç bir
qanunauyğunluğa tabe deyil. Ən çox müşahidə olunan dayanıqlı
variasiyadır, bunun dövrü 15-60 saniyədir, bu səhər və gündüz
vaxtlarında (saatlarında) baş verir. Qeyri-stabil variasiya bir silsilə
impulsdur, qısa fasilələrlə (40-60 saniyə) adətən axşam və gecə
müşahidə olunur.
Əməli cəhətdən daha çox əhəmiyyət kəsb edən orta dövrlü
variasiyadır. Bu yerin üst qabığının elektrik xassələrindən asılıdır.
Orta dövrlü variasiyanın amplitudu özülün (fundamentin) çox
dərində olmayan hissəsində 3-10 mV/km hüdudunda dəyişir.
Özülün süxurlarının üstünü örtən qalın keçirici laylar olan sahədə isə
amplitudu 0.5-1 mV/km hüdudunda dəyişir.
Əgər sahəsi böyuk olmayan ərazidə süxur horizontal yatırsa və
onun müqaviməti eynidirsə, onda TÇ sahəsi bu ərazidə həmin anda
eyni qiymətə və istiqamətə malikdir. Əgər ərazidə elektrik kəsilişi
dəyişirsə, onda eyni vaxtda müxtəlif məntəqədə TÇ sahəsi müxtəlif
olacaq. Bu dəyişikliyə TÇ anomaliyası deyilir, cünki bu tədqiq
olunan sahənin geoloji quruluşundan asılıdır. TÇ sahəsinin
öyrənilməsi geoloji quruluşun əsas xususiyyətlərinin aşkar
edilməsinə imkan verir. TÇ sahəsini ölçmək üçün maqnittellurik
downloaded from KitabYurdu.org
200
cihazdan istifadə olunur (MTL—71), bütün ləvazimatlar maşında
yerləşdirilir.
TÇ sahəsini ölçmək üçün qurğu iki qəbulediçi MN xəttindən
ibarətdir, hər bir xətt PSMO markalı naqildən, makaradan və iki
qütbləşməyən mis kuporoslu elektrodlrdan ibarətdir. Makaranın
açılma şəraiti və qəbuledici elektrodların bir-birinə nisbətən
yerləşməsinə görə (şəkil 76) qurğuları bir-birindən fərqləndirirlər:
xaçva
rı, Q şəkilli, T şəkilli və korbucaqlı qurğular (M
1
N
1
xətti ilə M
2
N
2
xətti arasındakı bucaq
70°).
MTP və MTZ üsulları ilə tellurik variasiyadan H və E
x
və E
y
-
dan başqa maqnit sahəsinin variasiyasını H
x
və H
y
təyin edirlər.
MTP və MTZ üsulları zaman etibarı ilə bir-birinə uyğun gələn
kvazisinusoidal impulslar dəstəsini ayırmağa əsaslanıb. Bu impulsların
dövrləri 10-15%-dan çox fərqlənməməlidirlər, fazaları isə bir-birindən
1/15 dövrdən çox olmamalıdır. İmpulsun amplitudu 10 sm-dən az
olmamalıdır. Hər dəstə impuls üçün orta dövr aşağıdakı formula ilə
hesablanır.
Şək.
76.
Tellurik cərəyan üsulunun ölçmə qurğuları a-Q şəkilli, b-Xaç
şəkilli. v-T şəkilli, q-Bucaq şəkilli.
T=1/4(T.
x
+T
u
+T H
x
+T H
u
)
Ayrılan hər dəstə impuls üçün giriş impedansı Z = Ex / H
u
və
sonra fərz olunan müqavimət təyin olunur.
f
=0,2T
Z
2
downloaded from KitabYurdu.org
201
Burada T- E
x
və H
u
komponentlərin dövrüdur, Z bunlara əsasən
hesablanır. MTZ üsulundan istifadə etdikdə nə qidalandırıcı xətdən,
nə də generator qurğularından istifadə olunur, bu da əmək məhsul-
darlığını artırır və çöl işlərinin maya dəyərini azaldır.
Dostları ilə paylaş: |