§38. Maqnit kəşfiyyatının tətbiq sahələri
Geoloji axtarış işlərinin bütün mərhələlərində maqnit
planalma işlərindən istifadə olunur. Bu kiçik miqyaslı geoloji
xərətəalmadan başlayaraq yataqların kəşfiyyatına kimi istifadə
olunur. Keçmiş SSRİ ərazisi tam olaraq kiçik miqyaslı aeromaqnit
kəşfiyyat işləri ilə (1:1000.000; 1:200.000) əhatə olunub ki, bunun
köməyi ilə bütün ərazinin maqnit sahəsinin xəritəsi qurulmuşdur.
Regional maqnit planalması havada, dənizdə, Yerin səthində
aparılır. Bu işlər qravi kəşfiyyat və seysmik kəşfiyyatla birlikdə
aparılır. Regional maqnit planalma geotektonik rayonlaşdırmada və
xəritəalmada, o cümlədən regional strukturlarda, platforma və
geosinklinal ərazilərdə, dağarası çökəkliklərdə qırılmalarla yuxarı
qalxmış və aşağı düşmüş zonaların öyrənilməsində geniş istifadə
olunur. Maqnit anomalyasına görə maqnitliyə malik olan süxurların
yerləşdiyi dərinliyin özülunu və yayıldığı ərazinin quruluşunu aşkar
etmək olur. Digər tərəfdən intruzya və effuzivlərin əmələ gəldiyi və
çöküntü süxurlarına soxulduğu hissələri aşkar etməkdə geniş istifadə
olunur. Belə məsələləri geoloji üsullarla həll etmək (böyük xərclə
dərin quyular qazmaqdan başqa) qeyri mümkündür. Aeromaqnit və
hidromaqnit planalma ilə okeanın ayrı-ayrı dağ zirvələrinin
downloaded from KitabYurdu.org
125
sahələrinidə maqnit anomaliyaları aşkar edilmişdir, bu, geofiziklərin
fikrincə, yer qabığının bloklarının birinin digərinə nisbətən hərəkəti
sayəsində baş vermişdir. Bir neçə tip zolaqlı anomaliyalar isə
okeanın dibinin aralanaraq genişlənməsi, yəni yeni yer qabığının
əmələ gəlməsi ilə izah olunur. Bu zonalara rifit dərələri deyilir ki,
həmin dərələrdə mantiayadan gələn maddi kütlələr soyuyub, yer
qabığı əmələ gətirirlər. Beləlnklə, regional maqnit planalmanın
nəticələri böyük dərinliklərdə baş verən tektonik hərəkətlər haqda
mülahizələr söyləməyə imkan verir.
Orta miqyaslı maqnit planalma torpaqla üstü örtülmüş
ərazilərdə geoloji xəritəyə alma məsələlərində geniş istifadə edilir.
Qırışıqlarla səciyyələnən ərazilərdə maqnit axtarış üsulu üstü
torpaqla örtülmüş ərazilərdə maqmatik və metamorfik süxurların
əmələ gəldiyi sahələrin sərhədlərinin müəyyənləşdirilməsində geniş
istifadə edilir, çox hallarda bu süxurlar faydalı qazıntıların daşıyıcısı
filiz mineralları ilə zəngin olur. Bu da kəşfiyyat işlərini tezləşdirir və
maya dəyərini aşağı salır, bu ərazilərin maqnit xəritələrində nəinki
forması, eyni zamanda məkan daxilində hədəfin həcmi təsvir olunur.
Bu xəritələrdə üstü torpaqla örtülmüş tektonik zonalarda qırılmaların
birləşdiyi yerlər göstərilir. Əlverişli şərait olduqda maqnit kəşfiyyatı
üsulu tektonik və geoloji quruluşların elementlərini, petroqrafik
faktorları öyrənməyə şərait yaradır, bu da öz növbəsində faydalı
qazıntıların yerləşdiyi əraziləri aşkar etməyə kömək edir. Geoloji
işlərin bəzi mərhələlərində maqnit kəşfiyyatı ilə böyük ehtiyata malik
olan dəmir yataqları da aşkar edilə bilər.
Böyük miqyaslı geoloji tədqiqatlarda (1:50.000, 1:25.000,
1:10.000) maqnit kəşfiyytı işləri elə aparılır ki, geoloji kütlələrin
əmələ gəldiyi ərazinin sərhədləri və məkan daxilindəki vəziyyətini
təyin etmək mümkün olsun. O kütlələr böyuk müvəffəqiyyətlə aşkar
edilir ki, həmin kütlələr maqnit mineralları ilə zəngin olsun, bu da
aşağıdakı süxurların tərkibində zəngin olur: maqmatik, əsasi, ultra
əsasi və süxurlar maqnetit, pirrotin, maqnit mineralları ilə zəngin
olur. Çox hallarda maqnitli süxurlar arasında maqnitliyə malik
olmayan süxurlar asanlıqla aşkar edilə bilir. Dayka süxuru turş əsasi
downloaded from KitabYurdu.org
126
süxurdursa, o zəif maqnit sahəsinə malikdir, əgər bu böyük maqnitli
süxurlar arasında yerləşibsə, maqnit planalma xəritələrində asanlıqla
görmək olacaq.
Geoloji
xəritəalma zamanı maqnit kəşfiyuatı işləri
hidrotermal dəyişikliklərə məruz qalmış süxurlarla təmsil olunan
tektonik pozulmaları izləmək məqsədi ilə çox sə- mərəli istifadə
olunur. Dərin maqnit sahəsində pozulmalar müxtəlif formada təzahür
edir. Tektonik pozulmalar çox hallarda özlərini müsbət aydın
anomaliya kimi göstərir, Bunun da səbəbi tektonik pozulma olan
yerlərdə ferromaqnit minerallarla zənginləşmə prosesi baş verdiyi ilə
izah olunur. Məlumdur ki, tektonik pozulmalar olan sahələrdə nor-
mal maqnit sahəsi fonunda mənfi xətti maqnit anomaliyası qeyd
olunur, bu o deməkdir ki, tektonik pozulmaların çatları çoxlu
miqdarda kvarsla dolmuşdur. Hal-hazırda maqnit kəşfiyyatı üsulu
böyük miqyaslı geoloji xəritə almada qabaqcıl üsullardan birinə
çevrilmişdir.
Maqnit kəşfiyyatı üsulunun geniş istifadə olunduğu sahə
müxtəlif faydalı qazıntı yataqlarının axtarılmasıdır. Maqnit kəşfiyyatı
üsulu birbaşa dəmir, boksit, marqans filizəri və s. faydalı qazıntılar
kəşfiyyatında geniş istifadə olunur. Maqnit kəşfiyatı üsulunun
maqnetit filizli yataqların aşkar edilməsində geniş istifadə
olunmasının səbəbi həmin yatağın güclü maqnit sahəsinə malik
olması və yataq üzərində yüksək gərginlikli anomaliyanın olması ilə
əlaqədardır. Ona görə də maqnit kəşfiyyat üsulu dəmir filizi
yataqlarının axtarışında yataq haqda qabaqcadan məlumat almaq
üçün ən yaxşı üsuldur.
Bundan başqa, maqnit kəşfiyyatı üsulu həm filiz, həm də
qeyri-filiz yataqlarını aşkar etməkdə geniş istifadə olunur, çünki bu
yataqlar həm əsasi, həm də ultra əsasi süxurlarla əlaqədardır (nikel,
xrom, titan, almaz və s.). Əlvan, nadir, nəcib metallar filizi aksesor
maqnit mineralı, skarnlarda əmələ gələn filiz yataqları (volfram,
molibden, mis və s.) bir qayda olaraq maqnitit mineralı ilə zəngin
olur. Əksər hallarda müxtəlif yataqların axtarışında maqnit kəşfiyyat
üsulu müxtəlif geofiziki üsullarla birlikdə geniş istifadə olunur.
downloaded from KitabYurdu.org
|