Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   18   19   20   21   22   23   24   25   ...   65
Xeste Qasım

            Deyərlər 
 
Ay ağalar, gəlin sizə söyləyim, 
Yalqız daşdan olmaz divar deyərlər. 
Bəzirgansan, aç mətahın, xırd eylə, 
Ararlar, yükündə nə var  deyərlər. 
 
Ovçu olan bəslər alıcı quşu, 
Sərraflar tanıyar qiymətli daşı, 
Bir oğul atadan artırsa işi, 
El içində ona tavar deyərlər. 
 
Qızılgülü dəstə-dəstə dərginən, 
Dəribən də yaylıq üstə sərginən. 
Hər nə versən öz əlinlə verginən, 
Yüz qadanı başdan sovar deyərlər. 
 
 


 
149
Neynirəm bir bağı, barı olmasa, 
Alması, heyvası, narı olmasa. 
Bir igidin dövlət-varı olmasa, 
Yeləksiz ox kimi çovar deyərlər. 
 
İsgəndər atlandı, çıxdı zülmətdən, 
Qasım, Xızır içdi abı-həyatdan. 
Bəhs düşsə igiddən, qılıncdan, atdan, 
Süfrəni hamısından kübar deyərlər. 
 
 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin