Xeste-qasim



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə40/65
tarix28.12.2021
ölçüsü0,84 Mb.
#48227
1   ...   36   37   38   39   40   41   42   43   ...   65
Xeste Qasım

 
 
 
 
 
 


 
175
   IV deyişmə 
 
Xəstə Qasım:  
 
O kimdir ki, otuzunda cavandı? 
On beşində qocalanı uludu? 
O nədir ki, dili ayrı, sözü bir? 
   O hansı dəryadı içi doludu? 
 
 
Ləzgi Əhməd: 
 
O aydı ki, otuzunda cavandı, 
On beşində qocalanı uludu. 
O qələmdi, dili ayrı, sözü bir, 
Elm dəryası hər dəryadan doludu. 
 
 
Xəstə Qasım: 
 
O nədir ki, qışda dağlar bürünür? 
O nədir ki, əl dəyməmiş hörülür? 
O nədir ki, insana fərz verilir? 
O nədir ki, o da onun gülüdü? 
 
 
 


 
176
Ləzgi Əhməd: 
 
O qardır ki, qışda dağlar bürünür, 
O könüldür, məhəbbətlə hörülür, 
Ölümdü ki, insana fərz verilir, 
O ilqardı, iman onun gülüdü. 
 
 
Xəstə Qasım: 
 
O nədir ki, haqq yanında nahaqdı? 
O nədir ki, yerə, göyə dayaqdı? 
O kimdir ki, yatmayıbdı oyaqdı? 
Xəstə Qasım hər elmdən halıdı? 
 
 
Ləzgi Əhməd: 
 
Böhtan sözdü, haqq yolunda nahaqdı, 
Haqq nəzəri yerə, göyə dayaqdı. 
Haqq özüdü yatmayıbdı, oyaqdı, 
Bu sirlərdən Ləzgi Əhməd halıdı. 
 
 
Xəstə Qasım: 
 
Mən qurbanam qaşı, gözü qaraya, 
Təbibimsən, dərman eylə yaraya, 


 
177
Bir səhrada meyid düşsə araya, 
Mollası olmasa, nə demək gərək? 
 
Ləzgi Əhməd: 
 
Bismillahı mən yanımca götürrəm, 
Yüz zikirnən özüm ona yetirrəm, 
Mollası yox, təəmimnən götürrəm, 
Tapşırıb haqqına qayıtmaq gərək. 
 
Xəstə Qasım:  
 
Bəlkə səğiri var, nə demək olar? 
Onun əməyini nə yemək olar? 
Məhşər günü ona nə kömək olar? 
Kim onun havadarı, bilmək gərək? 
 
Ləzgi Əhməd: 
 
Səğiri olana tutarlar qəyyum, 
Çörəyini halal eylər o alim, 
Məhşərin günündə onlara lazım, 
Axır kömək verən şahmərdan gərək. 
 
Xəstə Qasım: 
 
Xəstə Qasım deyər, kimdi qaytardı, 
Onda kim saxladı din Məhəmmədi? 


 
178
Kim söylədi müsəlmanlıq şərtini? 
Müsəlman olanda nə demək gərək. 
 
Ləzgi Əhməd: 
 
Ləzgi Əhmədəm mən, haqdan keçmərəm, 
Dediyin sözləri başa düşmərəm, 
Gər bilsəm də o sirləri açmaram, 
Müsəlman olanda nə demək gərək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
179

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin