MADDƏ 5. ÖDƏNİŞ ŞƏRTLƏRİ
5.1. Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin _____% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra _____rəqəmlə___ (sözlə) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
5.2. Mal “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” _____rəqəmlə___ (sözlə) iş günü ərzində Malın dəyərinin ______ % həcmində ödəniş etməlidir.
5.3. Malın “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.
5.4. Malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər.
Dostları ilə paylaş: |