Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#1005
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
324 Dekabr  2013

şüşəsindən sahibini gözləyən Bumun qıcıqlandırıcı cizgiləri sezilirdi.

Səhər şəfəqləri çıxarkən, it nigaran qaldığından şüşəni cırmaqladı.

- Rədd ol burdan! - cənab Remo bağırdı.

İt sevincindən quyruğunu buladı. Axı sahibi ayaqyolunda ölməmişdi! Bundan böyük xoşbəxtlikmi 

olar?!


Üstündən iki gün keçdi. Cənab Remo iti maşına yerləşdirdi və gün uzunu yol gedib dənizə çatdılar. 

Cənab Remo gəmiyə oturdu. Gəminin uşaq sərnişinləri Bumeranqla oynayırdılar. Cənablardan biri 

Remoya dedi:

- Bu iti özünüzlə məzuniyyətə götürməyiniz çox yaxşıdır. Mənim itim çox böyükdür. Belə baxıram, 

siz bu itlə bir-birinizə çox bağlısınız.

- Hə, çox bağlıyıq, çox, - cənab Remo cavab verdi.

Axşam düşmüşdü. Cənab Remo Bumeranqı dənizə apardı və ağac parçasını əlinə alıb suya atdı. 

Bum ağac parçasının dalıyca üzüb, ağzıyla qapdı, sahilə qayıdanda sahibini tapmadı.

Cənab Remo yolun o biri tərəfində iki qədəh konyak içdiyindən ürəyi bulanırdı.

Bir həftə keçdi. Bumeranqın ötən dəfə qayıdışının şahidi olan xanım itin yenidən itməsi barədə 

soruşdu.

- Təəssüf edirəm, - Cənab Remo dedi, - əvvəlcə özünə gəldi, sonra halı yenə pisləşdi.

Xanımın  dodaqlarına  təəssüf  qondu,  Tommazina  göz  yaşını  saxlaya  bilmədi,  bəlkə  xəstə 

olduğundan, bəlkə də Buma yazığı gəldiyindən.

Həmən həftə cənab Remo üçün kədərli həftə oldu. Səbəbi heç də Bumeranqın yox olması deyildi. İt 

getsə də, izi qalmışdı.

Xalça və divan itin nəcisiylə iyləndiyindən, dezodorantla təmizlədi.

Cənab Remo darıxırdı, itə görə yox, televizorunun xarab olmasına görə.

Televizor ustası gəldi.

Ordan-burdan hap-gop etdilər, birdən Bumeranqın kasası ustanın gözünə sataşdı.

- Sizin itiniz var? - usta soruşdu.

- Daha yoxdur.

-  Amma  mənim  itim  var,  böyük  problemlər  yaşadır  mənə.  Təsəvvürünüzə  gətirin,  dənizdə 

məzuniyyətdə  idim.  Geriyə  qayıdarkən,  köntöy  bir  it  maşınıma  hoppandı.  Uşaqlarım  yalvardılar, 

dedilər bu it sahibi tərəfindən atılıbdır, götürək özümüzlə. Bu uşaqlar bilirsiniz də necə dilə tutmağı 

bacarırlar...

- Əlbəttə bilirəm, - Cənab Remo cavab verdi.

- İt indi yanımdakı maşındadır. Bilmirəm kimə verim. İt saxlayanlardan tanıdıqlarınız var?

- İt hansı rəngdədir? - daxilən səksənən cənab Remo soruşdu.

- Qara. Yarasayabənzər qulaqları var.

Usta getdi. Televizor işlədi. Cənab Remo televizor qarşısında otursa da, ekrana yox, qapıya baxırdı.

Biz az keçmişdi, cırmaqlaşma səsi eşidildi.

Cənab  Remonun  yadına  uşaqlıq  dövründə  baxdığı  film  düşdü,  həmən  filmdə  ölülər  qəbirdən 

xortlayırdılar. Ancaq cənab Remonun həmən dəqiqə hiss etdikləri, hansısa dəhşət filmiylə müqayisəyə 

gəlməzdi.

Zombi Bumeranq qayıtmışdı. Səhərdən-axşamacan uşaqlar tərəfindən yemləndiyindən, daha da 

kökəlmişdi. Dəyişməz sevgisiylə, sədaqətiylə, etibarıyla, mərhəmətli hissləriylə baxırdı sahibinə.

- Ay it, ay allahın heyvanı, səni tulladığımı anlamırsan? - cənab Remo qışqırdı.

-  Məni  tullamağa  səbəblərin  vardı.  Sən  müdriksən,  əvvəlkindən  də  çox  istəyirəm  səni,  -  it 



55

324

Dekabr  2013

quyruğuyla cavab verdi.

Bu zaman cənab Remo başqa ölkəyə, hətta başqa qitəyə getmək qərarına gəldi. Bütün pullarını 

hesabından çıxartdı, ağ pencək və saman şlyapa aldı. Səhər tezdən Bumeranqı eyvanda bağlayıb getdi.

Təyyarəyə oturdu, on dörd saat uçdu.

Təyyarənin pilləkənləriylə düşərkən, özünü tamamən başqa cür hiss etdi. Yükünü gözləyərkən, 

dərisi  gündən  qaralmış  qızın  yanında  durub,  üzünə  gülümsədi.  Bəli,  cənab  Remo  hər  şeydən 

uzaqlaşmışdı. Dəniz qoxusu gəlirdi. Günəş qoxusu gəlirdi. İt qoxusu gəlmirdi. Məhz bu anda qəribə 

səhnəyə  rastlaşdı.  İki  polisin  arasında  vurnuxan  bir  xanım  ağlayıb-sızlayıb,  malyükləyənlər 

tərəfindən indicə gətirilmiş it qəfəsinə işarə edərək, bərkdən qışqırırdı:

- Bu mümkün deyil! Mənim Rufusum hardadır?!

-  Sakitləşin,  xanım!  -  polis  başını  qaşıyıb  xanıma  deyirdi:  siz  dediyiniz  kimi  ola  bilməzdi....

Marağa gələn Remo daha da yaxınlaşdı.

Polisin yük axtarışı bürosunun əməkdaşıyla danışdıqlarını eşitdi.

- Çox qəribə hadisə baş verib. Xanım adi prosedur qaydalarla itini qəfəsdə göndərirmiş, indiysə 

deyir bu it onunku deyil.

- Ola bilməz...

-  Mənim  itim  irlandiya  setteri  cinsindəndir,  -  xanım  ağlaya-ağlaya  dedi,  -  bu  it  isə  piyli  və 

yöndəmsizdir. Öz itimi yaxşı xatırlayıram, uçmamışdan əvvəl aeroportda sərbəst gəzişirdi.

- Demək istəyirsiniz, kimsə itinizi dəyişibdir?

-  Hə,  -  büro  əməkdaşı  qəhqəhə  çəkdi,  -  yaxud  piyli  it  qəfəsi  açıb  və  itinizlə  qarşılıqlı  anlaşma 

şəraitində yerlərini dəyişiblər.

- Dişinizi ağartmayın! İtlərin ağıllı olmasından bixəbərsiniz!

Cənab  Remo  qəfəsin  açılmasını  gözləmədi.  Deyəsən,  ürəyinə  dammışdı.  Diyircəkli  çemodanını 

qaça-qaça sürüyərkən, dəhlizdə nəyəsə vurdu və onu təqib edən Bumeranqın şiddətli addımlarını 

eşitdi. Taksiyə oturub dedi:

- “Tropikana” mehmanxanasına, cəld!

- Sürə bilmərəm, cənab, - taksi sürücüsü dedi. – maşının qarşısında it uzanıb.

Cənab Remo yuxarı mərtəbədəki nömrəsinə qalxdı. Qapını açıb, eyvana çıxdı. Bumeranq razı halda 

xalçanı iyləyirdi.

Cənab Remo ağ pencəyini və şlyapasını çıxardı.

Dənizə baxdı, səmaya baxdı, baxışları uzaq üfüqlərə pərvazlandı.

Arxaya çəkilib, sürətlə irəliyə doğru qaçdı.

Eyvandan tullandı.

Pərəstişlə sahibinə baxan top mərmisi sayaq kök Bumeranqı sonuncu dəfə gördü.

Remo və Bum yan-yana aşağı şığıyırdılar.

Sahibim, bu, yeni oyundurmu?

Yerli qəzet manşet xəbərini bu kədərli hekayəyə həsr etdi.

Onları yan-yana dəfn etdilər.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin