60
324 Dekabr 2013
DÜNYA
DÜNYA
Noyabrın 6-da Tacikistanda keçirilən prezident seçkilərində indiki
dövlət başçısı Emomali Rahmon dördüncü dəfə ölkənin prezidenti
seçilmişdir.
Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Şermuhammad
Şoxieninin verdiyi məlumata görə, səsvermədə seçicilərin 86,6%-nin
iştirak etmiş və E. Rahmon 84,23% səs toplayaraq, qalib gəlmişdir.
Digər 5 namizəd arasında 5%-dən çox səs alan olmayıb.
Tacikistanın Azərbaycandakı səfirliyindən verilmiş məlumata
görə, Azərbaycanda yaşayan Tacikistan vətəndaşlarının 96,5 faizi
hazırkı prezident Emomali Rahmona səs verib. Səfirlikdə yaradılan
seçki məntəqəsində ümumilikdə 86 nəfər - məntəqə üzrə seçicilərin
89,6 faizi səs verib.
Emomali Rahmon birinci dəfə 1994-cü il noyabrın 6-da keçirilən
prezident seçkilərində bu ölkənin dövlət başçısı olmuşdur. O, 1999-cu
və 2006-cı illərdə keçirilən seçkilərdə də qələbə qazanmışdır.
Noyabrın 16-da Düşənbədəki “Koxi Somon” Dövlət İqamətgahında Emomali
Rahmonun andiçmə mərasimi keçirilmişdir
Dostları ilə paylaş: