XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review


-Niyə məhz, “mən sizdən yaxşıyam”?



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   2   3   4   5   6   7   8   9   ...   12

-Niyə məhz, “mən sizdən yaxşıyam”?   

Sadəcə,  öz  yaşamaq  hüququnu  tələb 

etmək kimi baxa bilmərikmi?  

-    Yaşamaq hüququndan istifadə eləsin. 

Ancaq  çıxıb  nümayişkaranə  surətdə 

insanlara meydan oxumaq, qıcıqlandırmaq, 

təbliğ etmək yaxşı deyil. Mən düşünürəm ki, 

bu,  cəmiyyətə  hücum  etməkdir  və  doğru 

deyil. Ya da, məsələn, mən ateistəm. Ancaq 

bu  o  demək  deyil  ki,  inanclı  bir  adama 

hücum eləməliyəm. Buna ixtiyarım yoxdur. 

Eləcə də, onun mənə hücum eləməyə ixtiyarı 

yoxdur.  Son  hadisələrdə  də...    Əgər  onlar 

Məhəmməd    peyğəmbərin  karikaturasını 

çəkməklə  milyonlarla  insanların  özlərini 

təhqir olunmuş hiss edəcəklərini bilirdilərsə, 

bunu etməməli idilər. Ola bilsin, belə deyil,   

ola bilsin, onların heç kimi təhqir etmək fikri 

yox idi... 

Ancaq  nəticə  budur  ki,  onlar    həmin 

karikaturalarla  kimlərisə  təhqir  etmiş 

oldular, yəni qisasa əsas verdilər. Ekstremist 

düşüncəli adamlar onlara öldürməklə cavab 

verdilər.  Baxın,  mən  təhlil  elədim.  Birinci 

onu  dedim  ki,  hər  nə  olur-olsun,  insan 

öldürmək  olmaz.  Amma  izah  eləyirəm  ki, 

bunun  səbəbi  milyonlarla  insanın  inancını 

təhqir  eləməkləridir.  Qafqazlının  anasını 

söyəndə durub səni öldürəcək, bu onun üçün 

böyük təhqir hesab olunur. Ruslarda isə ana 

s ö y ü ş ü   a d i   s ö z d ü .   O n a   g ö r ə   d ə ,  

azərbaycanlının  anasına  söyməməlisən. 

Bunu nəzərə almaq pis deyil.      

-  Bu  hadisəyə  Aydın  Talibzadə 

“Avropa  daha  çox  birləşdikcə”  adlı 

məqalə ilə münasibət bildirib və orda baş 

verənlərin alt qatında dayanan səbəblər-

dən biri kimi Boloniya sistemini göstərib. 

O,  bu  sis temin  əslində  Avropanı 

birləşdirmək  üçün  yaradıldığını,  digər 

insanlara, qeyri-avropalıya qarşı rasizmi 

təbliğ etdiyini bildirir. Doğrudanmı, Bolo-

niya sistemi bu qədər təhlukəlidir?

-Aydın  müəllimin  birinci  fikri  ilə 

tamamilə  ra zı yam:  Boloniya  sistemi 

Avropanı birləşdirmək üçündür. Mənim hələ 

1995-ci  ildən  başlayaraq  bu  barədə  çoxlu 

məqalələrim  var.  “Azərbaycan  Boloniyanı 

unudub,  bu  sistemə  qoşulmaq  lazımdır” 

d e y ə   h a y - k ü y ü   b i r   z a m a n l a r   m ə n  

qaldırmışdım.  O  vaxt  Avropa  Şurası 

“Country report” adlı bir məruzə istədi- yəni 

ölkədəki  vəziyyətin  təhlili.  Avropa  Şurası 

üçün  o  mərüzəni  mən  hazırlamışdım. 

Boloniya  sistemini  imzalamaq  üçün  də 

2005-ci ildə Norveçə Misir Mərdanovla mən 

getmişdim.  O  sənədi  imzalayırdı,  mən  də 

məruzə  edirdim.  Yəni  mən  Boloniya 

sisteminin təbliğatçılarından biriyəm.

 Bəli, Boloniya Avropanı birləşdirən ele-

mentlərdən  biridir.  Avropa  Şurası,  Şengen 

zonası,  av ro  kimi...  Ancaq  Aydın 

Talıbzadənin  fikirlərinin  ikinci  hissəsi  ilə 

qətiyyən razı deyiləm. Boloniya sisteminin 

hədəfi  təhsilin  keyfiyyətini  qaldırmaqdır. 

D e y i r   k i ,   b u n d a n   ö t r ü   g ü c ü m ü z ü  

birləşdirməliyik.    Av-ropanın  Boloniyaya 

qoşulmayan ölkələr üçün də külli miqdarda 

proqramları vardı və bu gün də var. Avropa 

bu gün  qonşu ölkələrin təhsil sisteminin, mə-

dəniyyətinin inkişafı üçün böyük maliyyələr 

sərf  eləyir.  Deyir  ki,  mənim  dəyərlərim  - 

demokratiya,  humanizm  və  s.  -  doğrudur. 

Qoy, qonşularımın da onlardan xəbəri olsun. 

Hazırda Azərbaycan həmin proqramlar üzrə 

xaricə xeyli tələbə göndərir,   onlardan bizə 

tələbələr  gəlir.  Hamısının  pulunu  Avropa 

Şurasının xüsusi komissiyası verir. Boloniya 

sisteminin  rasizmə  heç  bir  dəxli  yoxdur. 

Əksinə, Boloniya sistemi Avropanın digər öl-

kələrlə  münasibətlərinin  hamarlaşmasına 

kömək eləyir. 



- Bu sistem Azərbaycanda necə, özünü 

doğruldurmu?

-Yəni mən deyim ki, Boloniya dəhşətli 

dərəcədə  dəyişiklik  etdi,  elə  doğru  deyil. 

Boloniya bir modeldir, tədrisi hesablayanda 

saatı o cür hesablama, bu cür hesabla, o cür 

yazma, bu cür yaz, tələbələrə seçimi bir az 

çox  ver.  Amma  dildə  deyilir,  verilmir  o 

seçim.  Mən  Xəzər  Universitetini  amerikan 

sistemi  üzərində  qurmuşam.  Çünki  mən 

bilirdim  ki,  dünyanın  ali  təhsil  lideri 

Amerikadır. 

Boloniya  bizdə  2005-ci  ildə  olacaqdı. 

Amma  mən  1995-ci  ildə  bizim  “Xəzər 


31

XƏZƏR  XƏBƏR  JURNAL |  

Xəbər” dərgisində “kredit sistemi nədir, onu 

necə  tətbiq  etmək  olar”  –    bu  barədə  mə-

qalələr yazırdım. Amma keyfiyyət başqa bir 

şeydir. Məsələn, almanlar… Humbolt 1810-

cu ildə Berlin Universitetində rektor oldu və 

prinsip qoydu, dedi ki, “Yaxşı universitet ona 

deyilir ki, çox yaxşı alimi götürürsən və ona 

sərbəstlik verirsən ki, tələbələri yetişdir. Ona 

heç bir yol göstərmirsən. Ona görə də, mən 

tədris proqramlarının hazır göndərilməsinin 

əleyhinəyəm. Çünki tədris proqramları hər il 

dəyişir.  Biz  dünya  ilə  ayaqlaşırıq  və  hər 

yeniliyi  nəzərə  alıb  ona  uyğun  tədris 

proqramı hazırlayırıq. Tədris proqramlarını 

biz  hazırlayıb  hökumətə  verə  bilərik, 

hökumət bizə yox. Ona görə də, mən həmişə 

fikirləşirəm  ki,  konservativ  meyllərə  qarşı 

ali məktəb ciddi durmalıdır.

-  Hamlet  müəllim,  Siz  deyirsiz  ki, 

dövlətin göndərdiyi tədris proqramlarını 

qəbul  etmirəm.  Bəs  bu  halda  konfliktlər 

yaranmır?

-  Böyük  konfliktlər  yaranmır.  Mən  öz 

təcrübəmdə  görmüşəm.  Bu  universitetə 

başlayandan  həmişə  nəyi  düzgün  hesab 

etmişəmsə, çalışıram ki, onu edim. Təbii ki, 

bu  boş  fantaziyalara  əsaslanmır.  Dünyanın 

təcrübəsinə  baxmışam,  Amerika,  Avropa 

bunu  necə  edir,  Azərbaycanda  bunu  necə 

tətbiq etmək olar ki, ən yaxşı olsun. Əlbəttə, 

əvvəllər,  xüsusilə  nazirliklərdə  mənə  de-

yirdilər ki, dövlətin qanunu var, qaydası var. 

Mən  də  onu  bildirmişəm  ki,  əgər  mən  də 

sizin bütün dediklərinizi etsəm, bu yeni ali 

məktəbi yaratmağa nə ehtiyac var idi? İcazə 

verin, mən yenilik edim, eksperiment edim, 

başqa cür modeli göstərim. 

Doğrudan da, Boloniya prosesi gələndə 

bütün  ali  məktəblərin  rektorları,  dekanları 

gəlirdilər ki, bu kredit sistemi nədir, necə tət-

biq  olunur.  Çünki  bizdə  kredit  sistemi 

Boloniyadan  neçə  il  əvvəl  tətbiq  olunurdu. 

Ona  görə  də,  həmişə  insan  öz  fikrini 

deyəndə, fikrində duranda, əvvəl - axır onu 

başa  düşürlər.  Reforma  etmək  üçün,  irəli 

getmək üçün mütləq qaydaları pozmalısan.

Qaydanı pozub, yeni qayda yaradırsan. 



-Və sonda məni maraqlandıran sual: 

Uni ver si te tin  nəzdində  animasiya 

mərkəzi  yaradacağınızı  demişdiz,  bu 

layihənin taleyi necə oldu? 

- Animasiya mərkəzini yaratmışıq. Hətta 

ola  bilsin,  bununla  bağlı  bir  ixtisasın 

tədrisinə  də  başlayaq.  Yavaş-yavaş  bu 

sahəyə daxil olmaq istəyirik. Dünyanın hər 

yerində  partnyorlarımız  olduğundan  bu 

sahəni  in kişaf  etdirmək  üçün  lazımi 

mütəxəssisləri  gətirmək  imkanımız  var. 

Gərəkli bütün texnikanı almışıq. Prinsipcə, 

məşğul olmaq istəyən olsa, müraciət edib, bi-

zimlə işləyə bilər.

 

Aygün Aslanlı,

Xeber365.com

21.01.2015

Fevralın 7-də Xəzər Universitetinin tə-

sisçisi,  Direktorlar  və  Qəyyumlar  Şurası-

nın  sədri  professor  Hamlet  İsaxanlı,  Mü-

həndislik və tətbiqi elmlər fakültəsinin de-

kanı   Hassan Niknafs, Texnoparkın direk-

toru  Özden  Doyuran  TİKA-nın  (Türk 

Əməkdaşlıq  və  Koordinasiya  Agentliyi) 

ofisində  qurumun  koordinatoru  Mustafa 

Haşim Polatın qonağı oldular. Görüşdə iş-

tirak  edən  Havelsan  şirkətlər  qrupu  idarə 

heyətinin sədri Yüksel Öztekin və şirkətin 

baş direktoru Sadık Yamaç Hamlet İsaxan-

lıya təşəkkür plaketi təqdim etdilər. 



HAMLET  İSAXANLIYA 

 HAVELSANIN  TƏŞƏKKÜR  

PLAKETİ  TƏQDİM  OLUNDU

32 | XƏZƏR XƏBƏR  JURNAL

Yanvarın 29-da Xəzər Universitetinin konfrans za-

lında Məhəmməd Əmin Rəsulzadənin anadan olma-

sının 131 illiyi münasibətilə tədbir keçirildi. Tədbir 

M.Ə.Rəsulzadənin  1953-cü  ildə  “Amerikanın  səsi” 

radiosundakı çıxışı ilə başladı. Tarix və arxeologiya 

departamentinin  müəllimi, tarix elmləri doktoru Nə-

siman Yaqublu M.Ə.Rəsulzadə irsi haqqında tələbə-

lərə məlumat verdi. İctimai əlaqələr və media üzrə di-

rektor Əlövsət Əmirbəyli, Azərbaycan dili və ədəbiy-

yat  departamentinin  müdiri  Vurğun  Əyyub, 

M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycan Dövlət Peda-

qoji Universitetinin  dosenti Rəis Rəsulzadə çıxış edə-

rək, görkəmli dövlət xadiminin çoxşaxəli fəaliyyətin-

dən danışdılar. 

M.Ə.RƏSULZADƏNİN XATİRƏSİNƏ  HƏSR  OLUNMUŞ  TƏDBİR

Yanvarın 29-da Xəzər Universitetinin Magistratu-

ra, doktorantura və elmi işlər bölməsinin müdiri El-

dar Şahgəldiyev, İqtisadiyyat və menecment fakültə-

sinin dekanı İnqilab Əhmədov və Siyasi elm və bey-

nəlxalq münasibətlər departamentinin müdiri Muxtar 

Hacızadə Xəzər Universitetinin Magistratura proqra-

mına qəbulla bağlı Azərbaycan Dillər Universitetin-

də təqdimat keçirmişlər.

Fevralın 4-də  isə Xəzər Universitetinin İdarəetmə 

və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Ma-

gistratura, doktorantura və elmi işlər bölməsinin mü-

diri Eldar Şahgəldiyev, İqtisadiyyat və menecment fa-

kültəsinin  dekanı  İnqilab  Əhmədov  eyni  təqdimatı 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 

keçirmişlər.

Təqdimatlarda universitetimizin əməkdaşları çıxış 

etmiş və sonda tələbələrin çoxsaylı suallarına cavab 

vermişlər. 

XƏZƏR  UNİVERSİTETİ 

 MAGİSTRATURA  PROQRAMININ   ALİ  MƏKTƏBLƏRDƏ  TƏQDİMATI

Yanvarın 30-da Kitabxana İnformasiya Mərkəzinin direktoru G. Mehdiyeva və elektron xidmətlər 

şöbəsinin müdiri A. Miskərli Springer nəşriyyatının nümayəndələri ilə birgə AMEA-nın İnformasiya 

Resurs Mərkəzinin tədbirində iştirak etmişlər.



ƏMƏKDAŞLARIMIZ  İNFORMASİYA  RESURS  MƏRKƏZİNİN  TƏDBİRİNDƏ

Ümumrusiya Azərbaycan  Konqresinin  “Азербайджанский  Конгресс”    qəzetinin  26  dekabr  2014-cü  il 

tarixli nömrəsində “Художники” rubrikası ilə Azərbaycanın görkəmli fırça ustası, xalq rəssamı Altay Hacıyev 

haqqında məqalə və əsərlərindən reproduksiyalar dərc edilmişdir. 

Maraqlıdır ki, məqalənin müəllifi rəssamın oğlu – dünyada tanınan teatr və kino rəssamı Addis Hacıyevdir 

və bu, məqaləyə xüsusi orijinallıq verir.

(Məqalə və reproduksiyalar jurnalın 36- cı səhifəsində dərc olunur)

“АЗЕРБАЙДЖАНСКИЙ  КОНГРЕСС” 

 QƏZETİNDƏ  XALQ  RƏSSAMI  HAQQINDA  MƏQALƏ 


 33

XƏZƏR  XƏBƏR  JURNAL |  

Xəzər  Universitetinin  Siyasi  elm  və  beynəlxalq  münasibətlər  departamentinin  müdiri,  Avropa 

İnteqrasiyası üzrə Jan Monne Kürsüsü mükafatı laureatı, fəlsəfə doktoru Muxtar Hacızadə fevralın 5-də 

tələbələrə “Avropa Birliyinin xarici əlaqələri” mövzusunda mühazirə oxudu. Bu, Avropaşünaslıq istiqaməti 

üzrə tədrisi və tədqiqatı dərinləşdirmək məqsədi daşıyan Avropa Birliyinin Erasmus+ proqramının dəstəyi 

ilə tədris olunan “Avropa Birliyi bir Qlobal Oyunçu kimi” fənninin açılış mühazirəsi idi. 

Fevralın 5-də Xəzər Universitetinin Karyera mərkəzi Neftçilər korpusunda tələbələr üçün “Vaxt idarəçiliyi” 

mövzusunda  təlim  keçirdi.  Təlimçi  “Oratorica”  Təlim  Mərkəzinin  icraçı  direktoru  Tofiq  Sadıxov  idi.     

Tələbələrə karyerada uğur qazanmaq üçün təşkiledici element olan vaxtın idarə olunması, ondan səmərəli və 

məntiqi şəkildə istifadə etməyin yolları  izah olundu və sualları cavablandırıldı

.

JAN  MONNE  MÜHAZİRƏSİ

VAXT  İDARƏÇİLİYİ  MÖVZUSUNDA  TƏLİM

Fevralın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ali Təhsildə Keyfiyyətə Təminat” üzrə işçi 

qrupunun iclası keçirilmişdir. İclasda Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin 

müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev iştirak və çıxış etmişdir. Xatırladaq ki, işçi qrupunun bundan əvvəlki 

iclası 23 yanvar 2015-ci il tarixində olmuşdur.

ƏMƏKDAŞIMIZ  “ALİ  TƏHSİLDƏ  KEYFİYYƏTƏ  TƏMİNAT” 

ÜZRƏ  İŞÇİ  QRUPUNUN  İCLASINDA

Xəzər  Universiteti  Şərq  dilləri  və  din  araşdırmaları  departamentinin 

müdiri,  fəlsəfə  doktoru  Elnurə  Əzizovanın  2011-ci  ildə  İstanbulda  nəşr 

olunmuş “Məhəmməd Peyğəmbər dövründə işgüzar həyat və peşələr” adlı əsəri 

haqqında Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyi tərəfindən 2014-

cü ildə Ankarada nəşr edilmiş ikicildlik “Əxilik Ensiklopediyası”nda məqalə 

yazılmışdır.  Mərmərə  Universitetinin  dosenti  Casim Avcı  tərəfindən  yazılan 

məqalədə E. Əzizovanın əsəri haqqında geniş məlumat verilir (“Əxilik Ensiklo-

pediyası”, 1-ci cild, s. 468-470).

MÜƏLLİMİMİZİN  ƏSƏRİ  HAQQINDA 

 XARİCİ  ENSİKLOPEDİYADA  

MƏQALƏ  ÇAP  OLUNMUŞDUR


34 | XƏZƏR XƏBƏR  JURNAL

MƏDƏNİYYƏT

O qeyd edib ki, rus diplomatı, şair və dramaturq Aleksandr Qri-

boyedov  haqqında  filmin  ssenarisi  1985-ci  ildə  yazılıb.  Lakin 

Qarabağdakı müharibəyə görə çəkilişlər təxirə salınıb.

Nikita Mixalkov bu barədə Belqradda yanvarın 27-də  özünün 

“Günəş zərbəsi” filminin dünya premyerasından bir neçə saat öncə 

keçirdiyi  mətbuat  konfransında  məlumat  verib.  O  deyib:  “Biz  o 

zaman  filmi  Qarabağda  başlanan  hadisələrə  görə  çəkə  bilmədik. 

Çünki müharibə başlandı və filmin çəkilişi sadəcə mümkün olmadı.

Kinorejissor qeyd edib ki, Qarabağda erməni ailələrini Qribo-

yedov  məskunlaşdırıb.  O,  40  min  ermənini  İranda  əsirlikdən  çı-

xararaq ora göndərib. Güman edirəm ki, bu, 12-15 seriyadan ibarət 

böyük televiziya filmi olacaq».

Rejissorun fikrincə, A.Qriboyedovun qətli ingilislər tərəfindən 

planlaşdırılıb.  N.Mixalkov  deyib:  “Bu,  tarixi  hadisəyə  mənim 

baxışımdır,  yəni Aleksandr  Qriboyedovun  həyatı  və  ölümü,  ina-

nılmaz,  o  cümlədən  tarixi  faktlar  əsasında  yazılmış  ağlagəlməz 

ssenaridir”.

Fəridə Abdullayeva,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Rusiyanın məşhur kinorejissoru Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında çoxseriyalı film 

çəkməyə hazırlaşır 

 “QARABAĞDA  ERMƏNİ  AİLƏLƏRİNİ 

 QRİBOYEDOV  MƏSKUNLAŞDIRIB”

Ölkəmizin Ankaradakı səfirliyindən verilən məlu-

mata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan,

Özbəkistan, Qırğızıstan və Şimalı Kiprdən olmaq-

la  12  nəfərdən  ibarət  münsiflər  heyəti  müsabiqəyə 

təqdim olunmuş əsərləri dəyərləndirib. Bildirilir ki, müsabiqəyə 12 ölkədən 101 nəfərin 148 işi təqdim 

olunub.

Birinci yeri “Hamı yatarkən” tablosunun müəllifi Rəcəb İsmayılov, ikinci yeri “Unudulmayan” əsəri-



nə görə Halim Tibet tutub. Çakmak Sinanın “50 qızın göz yaşları” tablosu isə üçüncü yerə layiq gö-

rülüb.


Xatırladaq ki, müsabiqəyə təqdim olunmuş 148 işdən seçilmiş 50 əsər cari ilin fevralın 26-dan martın 

7-dək Qazi Universitetinin Rəsm və Heykəl Muzeyinin sərgi salonunda keçiriləcək Xocalı soyqırımına 

həsr olunmuş sərgidə nümayiş olunacaq.

Sabir Şahtaxtı,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

TÜRKİYƏDƏ  KEÇİRİLƏN 

 AFİŞA MÜSABİQƏSİNİN 

 QALİBLƏRİ  ELAN  OLUNUB

N.MİXALKOV: 

Azərbaycanın Türkiyədəki səfirliyi və 

Ankaradakı  Qazi Universitetinin birgə 

reallaşdırdığı “Hər kəs yuxudaykən Anadoludan 

Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa 

müsabiqəsinin nəticələri yanvarın 20-də elan olunub


  35

XƏZƏR  XƏBƏR  JURNAL |  

Muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” 

cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar İncəsənət 

Xadimi  Zərifə  Salahova    bildirib  ki,  30  ildən  artıq 

müddətdə  formalaşmış  kolleksiya  bu  gün  də  yeni 

nüsxələrlə zənginləşir.

 Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində 

nəşr  edilmiş  5600-dən  çox  miniatür  kitab  sərgilənir. 

Burada  ən  nadir  eksponatlar  Yaponiyanın  Tokio 

şəhərindəki  “Toppan”  nəşriyyatında  buraxılmış  dörd 

mikrokitab (onlardan biri 0,75x0,75mm formatında, üçü 

2x2 mm formatındadır), habelə Almaniyada hazırlanmış 

dörd  mikrokitab  (bu  nəşrlərdən  biri  2,0x2,9  mm 

formatında, qalan üçü 3,5x3,5mm formatındadır).

  2015-ci  il  yanvarın  21-də  Ginnesin  Rekordlar 

Kitabının  rekordlar  üzrə  menecerlər  komandasından 

alınan məlumata görə, muzeyin sifarişi qəbul edilib və o, 

miniatür kitabların dünyada ən böyük kolleksiyası hesab 

olunub. Yaxın  vaxtlarda  Zərifə  Salahovaya  “Guinness 

World Records” sertifikatı təqdim ediləcək.

 Xatırladaq ki, bundan əvvəl miniatür kitabların ən 

böyük  kolleksiyası  Nikuncu  R.Vaqadinin  kolleksiyası 

hesab edilirdi. Bu şəxs 258 adda müxtəlif miniatür kitab 

toplamağa müvəffəq olub.



“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl 

Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi 

Ginnesin Rekordlar Kitabına daxil edilib

MİNİATÜR   KİTAB  MUZEYİ  

GİNNESİN  REKORDLAR  KİTABINA  DÜŞDÜ

Azərbaycan haqqında polyakları ətraflı məlumatlan-

dırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən 

Dağlıq  Qarabağ  münaqişəsi,  Azərbaycan  mədəniyyəti, 

ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposla-

rı, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda ki-

tab nəşr olunub.

Səfirlikdən AzərTAc-a bildiriblər ki, “Azərbaycan ədə-

biyyatı” seriyasında “Dahi Azərbaycan şairi Məhəmməd 

Füzulinin qəzəlləri” adlı kitab ölkəmizin Polşadakı səfirli-

yinin Azərbaycan  Milli  Elmlər Akademiyasının  Nizami 

adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi 

Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində 

İSBN kodu ilə nəşr olunub. Kitab Polşanın mərkəzi və uni-

versitet kitabxanalarına göndərilib.

Bütün  bu  işlər Azərbaycanın  Polşadakı  səfiri  Həsən 

Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə 

həyata keçirilən silsilə tədbirlər çərçivəsində görülür.



Azərbaycanın Polşadakı səfirliyi 

dahi şair Məhəmməd Füzulinin 

qəzəllərini nəşr etdirib

FÜZULİNİN  QƏZƏLLƏRİ 

 POLYAK  DİLİNDƏ

36 | XƏZƏR XƏBƏR  JURNAL

Мне  писать  эту  статью  легко  и  приятно, 

ведь повествовать приходится об отце и в то 

же время о целой культурной глыбе, не побо-

юсь пафоса!

С  творчеством  Алтая  Гаджиева  я  знаком 

буквально с младенчества.

Первые  восприятия  окружающего  мира 

мои были прочно связаны со множеством дет-

ских книг, иллюстрированных отцом.

”Шянгюлюм,  Шюнгюлюм,  Мянгюлюм”, 

“Сказка о красавице Нефтезаде”, ”Мяним бах-

чам” и многие другие были любимыми детс-

кими книжками всей детворы того времени.

Папа – график от бога, долгие годы посвя-

тил книжной иллюстрации, ее развитию и по-

пуляризации в Азербайджане. К слову, он в 70-

е годы являлся главным художником комитета 

печати при Совете министров.

Алтай Амирович Гаджиев

Художник 

Любовь к книжной графике была, видимо, за-

ложена  еще  дедом,  Амиром  Гаджиевым,  прек-

расным  миниатюристом  и  книжным  графиком, 

одним  из  столпов  азербайджанского  изобра-

зительного искусства.

Алтай  Гаджиев,  замечательный  иллюстра-

тор,  график-станковист,  много  сделавший  на 

ниве линогравюры, в 1956 году окончил факуль-

тет  графики  Киевского  художественного  инс-

титута и вер-нулся в Баку. Первые работы “Баку 

строится”, ”Нефтяные камни” сразу обозначили 

появление  нового  ху дож ника  со  сво им 

оригинальным  видением!  А  “Весна  идет”, 

”Ашуги”,  свидетелем  создания  которых  я 

оказался пятилетним мальчиком, разошлись мно-

гочисленными тиражами откvрыток.

В 70-80-е годы отец много работает в станко-

вой  графике,  иллюстрации,  декоративном  офо-

рмлении, успевая совмещать все это с активной 

общественной деятельностью в Союзе художни-

ков Азербайджана и СССР, Комитете по печати, 

бесконечно мотаясь в Москву в командировки.

Хорошо помню его первую выставку в Мос-

кве, в Выставочном зале СХ СССР на Кузнецком 

Мосту. И снова интерес к работам отца был ве-

лик.  Множество  посетителей,  интервью  и  име-

нитые гости будоражили мое юношеское вообра-

жение.


В начале 90-х ярким событием стало приоб-

ретение  всемирно  известным  коллекционером 

Петером  Людвигом  серии  линогравюр  “Нацио-

нальная посуда и оружие”.

Потом вдруг, в конце 90-х, страна в одночасье 

рухнула,  исчез  Советский  Союз,  и  было  не  до 

искусства,  особенно  художников  немолодых,  а 

ведь отцу уже было за 50 и казалось, что самое 

лучшее и значительное он уже сделал в прошлом.

Однако вопреки всему творчество Алтая Гад-

жиева заблистало с новой силой. В этот период 

отец увлекся изучением истории Азербайджана и 

знаменитых персоналий.  Он создает прекрасные 

полотна из серии знаменитых женщин Азербайд-

жана.


37 

XƏZƏR  XƏBƏR  JURNAL |  

Портрет Натаван – жемчужина этой серии. 

А образ “Деде Горгуда”, созданный в живопис-

ном полотне, и “Кероглу” в графике были приз-

наны лучшими и самыми точными. За иллюст-

рации же к книге “Ашик Гариб”ему была при-

суждена премия М.Ф. Ахундова.

В  нулевых  годах  много  работы  было 

сделано в декоративном оформлении. Главный   

офис  нефтяной  компании  ЛУКОЙЛ  в  Баку, 

прекрасные витражи, выполненные по эскизам 

отца в Стамбуле, – документальное свидетельс-

тво этому.

И поныне папа полон творческих планов и 

замыслов, опять совмещая работу в мастерской, 

в которой он днюет и ночует, с общественной 

деятельностью - он является членом Государст-

венного комитета при президенте по присужде-

нию Госпремий Азербайджана, с бесконечны-

ми интервью на ТВ и радио.

Мой  рассказ  будет  неполным,  если  я  не 

скажу пару слов о нем как о прекрасном воспи-

тателе и творческом наставнике, о заботливом 

родителе, друге, каковым он мне был всю жизнь 

и является до сих пор.

Именно ему я обязан тем, что стал непло-

хим художником, хорошим сыном и творческой 

личностью! И, воспользовавшись статьей, хочу 

поблагодарить его за все, что он мне дал и дает 

до сих пор, при каждой нашей встрече и посто-

янных  творческих  диспутах.  Я  горжусь,  что 

являюсь  современником  такого  человека  и 

творца.

Радуйте своих зрителей и поклонников как 



можно  больше  и  дольше.  Творческих  успехов 

вам  и  долгой  жизни,  уважаемый  Алтай  муал-

лим, мой дорогой отец!

 

Аддис ГАДЖИЕВ,



художник театра и кино

38 | XƏZƏR XƏBƏR  JURNAL

    Fevralın  6-da  Xəzər  Universitetinin  “Dünya”   

konfrans  zalında  Tələbə  Məclisinin  təşkil    etdiyi   

“Müvəffəqiyyət   və Məsuliyyət” adlı   seminar keçi-

rildi.

  “Müvəffəqiyyətli  Karyera”,  “Hədəf  təyin  et-



mə”,  “Müvəffəqiyyət  və  müvəffəqiyyətsizlik”  və 

“Şans – bəxt - qismət” 

 seminarın əsas mövzuları idi.

Təlimçi Mərmərə Universitetinin (Türkiyə) mə-

zunu, Duravit AG, Nurgün Holding, Caspian Express 

LTD,  Avropa  LTD,  Subaru  Azerbaijan,  Hyundai 

Azerbaijan, Çiniçi, Embawood LLC-də rəhbər vəzi-

fələrdə  işləmiş  Fəxri  Ağayev  idi.  O,  hal-hazırda 

biznes - konsultant olaraq fəaliyyət göstərir və    Qaf-

qaz Universitetində "Business Management" fənnini 

tədris edir,  

"Vaxtın  idarə  edilməsi"  və  "Şəxsi  effektivlik" 

mövzularında professional təlimçi təcrübəsinə malik-

dir.


Seminarın  sonunda  iştirakçıları  maraqlandıran 

suallar üzrə fikir mübadiləsi oldu.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin