Xidmәti proqramlar



Yüklə 432,73 Kb.
tarix09.05.2023
ölçüsü432,73 Kb.
#110206
Lab2


Tələbə: Elmin Badamov
Mövzu: Disklərin defraqmentasiyası və skan edilməsi xidməti proqramları.
Lab №2
Sistem proqram təminatının mühüm hissəsini xidmәti proqramlar, yaxud utilitlәr təşkil edir. Onlar kompüterə xidmət göstərilməsi, qurğuların və proqramların yoxlanması və köklənməsi, texniki əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Bu proqramlar, adətən, istifadəçi tərəfindən idarə olunur. Xidməti proqramların funksiyaları əməliyyat sisteminin imkanları ilə sıx bağlıdır, ona görə də xidməti proqramların bir çoxu onun tərkibinə daxildir.
XİDMƏTİ PROQRAMLAR. DEFRAQMENTLƏMƏ
Defraqmentasiya nədir və niyə lazımdır?
Sərt diskə fayllar yazılarkən ardıcıl qaydada hissəciklərlə (klasterlərlə) yazılırlar. Müəyyən müddətdən (fayl və qovluqların kopyalanması, daşınması və silinməsi əməliyyatlarından) sonra bu hissəciklər sərt diskə səpələnmiş halda yerləşirlər və nəticədə yaddaş qurğusunda "dəliklər" (boşluqlar) əmələ gəlir.
Bu zaman fayllar zədələnmirlər. Lakin onları təşkil edən bu hissələr bir-birindən çox uzaqda yerləşirlər.
Belə olan halda faylların oxunmasına sərf olunan vaxt çox uzanır, çünki onların axtarılıb tapılması və bir bütün halına gətirilməsi müəyyən vaxt itkisi hesabına başa gəlir. Bu hala fraqmentasiya deyilir.
Defraqmentasiya isə bu pərakəndiliyin aradan qaldırılması halıdır.
Defraqmentasiya zamanı səpələnmiş hissəciklər bir yerə (bir-birinə yaxın yaddaş xanalarına) köçürülür. Defraqmentasiya zamanı həm də verilənlərin sərt diskin əvvəlinə yeləşdirilməsi baş verir, bu zaman boş yerlər sərt diskin sonunda yerləşmiş olur. Bu da verilənlərə müraciəti sürətləndirir, fayllar və proqramlar daha sürətli yüklənir.
Əməliyyat sistemi də daxil olmaqla kompüterdə işləyən bütün proqramlar, eləcə də onların yerinə yetirilməsindən sonra alınan verilənlər sərt diskdə saxlanılır. Buna görə də sərt disk xüsusi diqqətə layiqdir. Sərt diskə vaxtlı-vaxtında qulluq göstərilməsi kompüterin ümumi məhsuldarlığına müsbət təsir edir, ona diqqət yetirilməməsi isə kompüterin sürətini aşağı salır.
Diskdə verilənlərin saxlandığı sahənin bir hissəsinə sektor, yaxud kәsim deyilir. Diskin üst və alt üzləri var, onların hər birində dairəvi cığırlar və sektorlar var. Hər bir cığır formatlama zamanı müəyyən ölçülü (adətən, 512 bayt) sektorlara bölünür.
Disklə əməliyyat zamanı oxuma/yazma başcıqları verilmiş cığırın üzərilə hərəkət edə və göstərilmiş sektorun və ya sektorlar qrupunun bütün cığırlarını oxuya, yaxud yaza bilər. Beləliklə, sektor diskdә müәyyәn hәcmi olan әn kiçik yaddaş blokudur.
Kompüterin sərt diskində milyardlarla sektor olur, ona görə də əməliyyat sistemi ayrı-ayrı sektorlarla deyil, onların qrupu ilə işləyir. Sektorlar qrupu klaster adlandırılır və onun ölçüsü sərt diskin ölçüsünə görə müəyyən olunur (adətən, 4 Kb olur).
Fayllar çox zaman birdən çox sayda klasterə yerləşir. Faylın sərt diskdə saxlanması əməliyyatı belə baş verir: əməliyyat sistemi faylın bir hissəsini bir boş klasterdə, ikinci hissəsini başqa bir boş klasterdə saxlayır və s. Yazılış yetərincə boş yeri olan diskdə aparılırsa, onda bir fayla aid olan klasterlər ardıcıl gəlir. Əgər disk bir qədər dolmuşsa, onun faylı yerləşdirmək üçün bütöv sahəsi (ardıcıl klasterləri) olmaya bilər. Ancaq buna baxmayaraq diskdə ümumi sahəsi yazı üçün yetərli olan çoxlu sayda kiçik boş hissələr olduğundan yazılış baş tutur. Bu halda fayl bir neçə fraqment şəklində yazılır. Kompüterdə müəyyən zaman işlədikdən sonra bir çox fayllar bütün diskə "səpələnmiş" olur.
Fraqmentlənməni aradan qaldırmaq, yəni diski bütünlәşdirmәk (defraqmentlәmәk) üçün xüsusi utilitlər vardır. Defraqmentləmə zamanı hissələri diskə səpələnmiş fayllar optimal şəkildə yeni yerlərə yazılır.
Windows-da diski defraqmentasiya etmək üçün Disk Defragmenter proqramından istifadə olunur.
Yüklə 432,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin