(Şərqşünaslıq İnstitutu)
SİRƏ JANRININ İLK TƏDQİQATÇILARI
Çox təəssüf hissi ilə demək olar ki, qədim ərəb ədəbiyyatının ədəbi janrları sırasında adı çəkilən sirə janrının tədqiqi, məs, ərəb şərqşünaslarının deyil, Avropa şərqşünaslarının adı ilə bağlıdır. Qədim şərq tarixinin ağır yükünü öz çiyinlərində daşıyan ərəb xalq romanlarının hər birinin tədqiq tarixinə müraciət etsək, mütləq Avropa müəlliflərinin adı ilə qarşılaşacağıq. Bu da çox güman ki, ərəb filoloqlarının zaman-zaman xalq ədəbiyyatı nümunələrinə biganə yanaşmaları, romanlarda ön plana çəkilmiş islam dininə zidd saydıqları açıq məhəbbət səhnələri, xəyanət xarakterli motivlər, harama sürükləyən şərab məclisləri səbəbi ilə mənfi rəyləri formalaşırdı. Qatı dindarlar hətta “Min bir gecə” nağılları kimi xalq ədəbiyyatı nümunələrini aşağı səviyyəli ədəbiyyat nümunələri hesab etdiklərindən, onları tədqiq etməyə ehtiyac duymurdular. Lakin, Avropalıların ərəb xalq mədəniyyətinin salnaməsi sayılan əsrarəngiz xalq romanlarını tədqiq etmələri ərəb filoloqlarını qeyri-ciddi fikirlərindən əl çəkməyə sövq etdi. Həqiqətən də, ərəb xalq sirələrinin hər biri şərq ədəbiyyatının, tarixinin, coğrafiyasının bədii salnaməsidir. Romanlarda verilmiş islam əxlaqına zidd obrazlar, cəmiyyətin mənfi simasını öz obrazında canlandıraraq müsəlman xalqını doğru yola, yüksək islami dəyərlərə səsləyirdi (L. B).
Sirələrin tədqiqi XIII əsrdən etibarən Avropa müəlliflərinin birlikdə səyi nəticəsində reallaşmağa başlamışdır. Xüsusən, XVIII əsrin ilk minilliklərində xalq ədəbiyyatı sahəsində ciddi araşdırmalar aparılmağa başlanmiş, XIX əsrin əvvəllərində Avropa səyahətçiləri sadə xalqın həyat və yaşayış tərzləri ilə tanışlıq baxımından, ərəb sirələri haqqında çoxlu məlumatlar əldə etmişdilər (11, 5 ).
1798-1799-cu illər Napaleon Bonapartın Misirə yürüşü zamanı onu yaxından təqib edən Fransanın paytaxtı Paris şəhərində mərkəzi muzeyin müdiri vəzifəsində çalışan məşhur ərəb səyyahı Denon ərəb xalq ədəbiyyatı ilə tanış olmuş, xüsusilə sirə janrı ilə yaxından maraqlanmışdır. Denon “General Bonapartın yürüşü zamanı Misir” adlı məşhur əsərində ərəb ravilərinin repertuarı haqqında ətraflı məlumatlar vermişdir. Ravilərin ərəb xalq sirələrindəki rolundan danışan Denon qeyd edir ki:
«Eyni məzmunda olan sirələri müxtəlif ravilərin dilindən bir neçə dəfə eşitməyə hazıram. Çünki, hər bir ravi nəql etdiyi sirələri istədiyi yöndə dəyişə bilir: biri daha maraqnan, hiss və sevincilə çıxış edir, digəri qorxu-dəhşət hissi ilə emosional çıxış edərək, dinləyicilərini hər hansı qəbilələrarası döyüşün ağrılı-acılı səhnələrinin ağuşuna alır, üçüncüsü yumor hissi, satirik elementləri ilə dinləyicilərini güldürür» (7, 29).
Fikrimizcə akademik Denonun xalq nümunələri haqqında olan dəyərli fikirləri sirələrin məşhur olmasında ravilərin rolunun əvəzsiz olmasının təsdiqi kimi qiymətləndirmək olar.
Denonun Misirə səyahətindən dərhal sonra Avropanın kübar təbəqəsi (intiligentləri) Misirə səyahət etməyə başladılar. Çoxsaylı səyahətlər sayəsində sadə xalqın qədim ədəbi irsinin öyrənilməsi sahəsində mühüm addımlar atılmağa başladı.
Denonun səyahətindən sonra - 1922-ci ildə Misirə səyahət edərək, ərəb ədəbiyyatı ilə maraqlanan şəxs, misir hökmdarı Məhəmməd Əlinin hakimiyyəti dövründə Misirdə tibb məntəqəsinin müdiri vəzifəsində çalışan avropalı A.B.Klotbəy olmuşdur. Misiri ikinci vətəni hesab edən bu şəxs 1840-cı ildə iki cilddən ibarət «Klot bəy Misirdə» adlı Misirin təsvirinə dair maraqlı bir əsər nəşr etdirir. Və əsərin əsas fəslini ərəb xalq sirələrinə həsr etmişdir (7, 30).
Avropa mütəxəssisləri sirə janrının tədqiqindən savayı, sirə janrında yazılmış məşhur əsərlərin hər birini ayrıca tədqiq etməyə müvəffəq olmuşlar.
Sirələrdən ən çox şöhrət qazanan, dünya mədəniyyəti xəzinəsinə daxil olaraq, monumental abidələr zirvəsinə qalxmış “Min bir gecə nağılları” 1703-1713-cü illər arasında Antuan Qalland tərəfindən fransız dilinə tərcümə edilərək Parisdə nəşr olunmuşdur. Avropa oxucularının sirə nümunələrindən biri sayılan bu məşhur abidə ilə ilk tanışlığına şərait yaradan və uzun müddət bu əsər haqqında təsəvvür formalaşdıran bu tərcümə əslində bu günki anlamda “Min bir gecə”ni deyil, abidənin dörddə birini əhatə edir. Qallandın tərcüməsi sonrakı Avropa mütərcimlərinin tənqidi ilə üzləşmişdir. Buna səbəb Qallandin tərcümə prosesində sərbəst davranişlari olmuş, şəxsi fikir və meyarlarını mətnə əlavə etmişdir. Qalland əvvəlcə «Sindbad»ı müstəqil əlyazma əsasında tərcümə etmiş, sonra Suriyadan əldə etdiyi XV əsrə aid əlyazmadan faydalanmışdır. 1709-cu ildə Parisdə Hələbdən olan Hənna adli bir ərəblə taniş olan Qalland qalan nağılları onun danışdığı və ya ərəbcə yazdığı hekayətlərdən tərcümə etmişdir. Beləliklə, Qallandın tərcümə etdiyi iyirmi bir nağıldan yalnız doqquzu «Min bir gecə» əlyazmasından götürülmüş, qalanları isə başqa mənbələrdən əxz olunmuşdur. Abidə ilə bu cür sərbəst davranış sonralar da, hətta az-çox mötəbər sayıla biləcək nəşrlər işıq üzü görəndən sonra da davam etmişdir.
Ərəb alimi Suhir Qaləməvi qeyd etmişdir ki, “Min bir gecə nağılları”nın ilk elmi tərcüməsi 1921-1928-ci illərdə alman alimi Enno Littmann tərəfindən tərcümə olunaraq 6 cilddən ibarət tərcümə kitabı nəşr olunmuşdur (17, 17) .
“Min bir gecə nağılları”nın əsasında həm yazılı mənbələr, həm də folklor dayanmışdır. Buna uyğun olaraq, abidə müəllif ədəbiyyatının xalq içərisinə endirilməsi və xalq epik yaradıcılığının əyan qəsrlərinə qaldırılması (8, 4) kimi ikili funksiya daşımışdır. Belə funksional vüsət və ədəbi klassika ilə müqayisədə dövrün bədii normalarından nisbi sərbəstlik ilk növbədə abidənin janr çeşidinin rəngarəngliyinə, onun özünəməxsus janr polifoniyasına gətirib çıxartmışdır.
Ümumiyyətlə, “Min bir gecə nağılların”da roman elementləri yetərincədir.
1835-ci ildə Almanaxda O. Cenkovskinin “Əntərə” adlı etnoqrafik uğursuz şərq fantaziyası hesab olunan bir əsər nəşr olunmuşdur (8 ).
“Əntərə” romanının bir xalq ədəbiyyatı nümunəsi kimi təzahür etməsi, XIX əsrin birinci onilliyində Qahirədə oxucular sırasında əyləşib, onu maraqla dinləyən orientalist-etnoqraf Leynin şahidliyi nəticəsində baş vermişdir.
İngilis tədqiqatçısı, səyahətçi E.Y.Leyn (1801-1876) Qahirədə ərəb xalq sirələrini dinləyərkən əsas diqqətini sadə şəhərli əhalisinin təyin olunduğu təqdimatın demokratik xarakterinə yönəldərək qeyd edir ki: “Müsəlmanlar müqəddəs Ramazan ayında öz evlərində adətən, yığıncaqlar təşkil edir, yaxın döst-tanışın evlərində maraqlı zaman keçirirdilər. Çoxları axşamlar qəhvəxanalara xalq romanlarını ifa edən ravilərin bir-birindən maraqlı ifalarına qulaq asmaq üçün gedirdilər. Əlbəttə ki, dinləyicilər sadə xalq nümayəndələri idilər. Demək olar ki, bir ay Ramazan boyu insanların kütlə şəklində iştirak etdikləri məclislərdə, qəhvəxnaların səhnəsində, yığıncaqlarda ərəb xalq sirə nümunələri dinlənməkdə idi” (10, 70).
XIX əsrin əvvəllərində xalq ədəbiyyati nümunələrinin oxunması ənənəsi yalniz Misirdə deyil, digər ərəb əyalətlərində də davam etdirilirdi.
Avropada isə bu əsər XIX əsrin əvvəllərində ilk dəfə olaraq, İngiltərədə T.Xamiltonun (1819-1820) “Əntərə ” sirəsini ixtisarla tərcümə etdiyi dörd cildlik tərcüməsi ilə tanınmağa başlamışdır (19 ). Bu tərcümə O.Cenkovskinin uğursuz tərcüməsindən fərqli olaraq, orijinala uyğun gəlir. Yalnız əsərin epizodik məqamlarının orijinalla uyğunlaşmadığı nəzərə çarpır.
“Əntərə” sirəsi 1832-1833-cü ildə Fransa akademiyasının üzvü olan şair Lamartinin əlyazmaya əsasən, tərcüməsi ilə məşhurlaşdı və oxucular arasında xalq romanlarının mühüm ədəbi rolunu bir daha sübut etdi. Tanınmış fransız şairi Yaxın Şərqə səyahətinin hər bir incəliyinə toxunan Lamartin dörd cildlik «Şərqə səyahət» əsərində “Əntərə” sirəsi haqqında təəsüratlarını bölüşmüşdür (7 , 64-65). Məşhur əsərində “Əntərə” romanının spesifik xüsusiyyətlərindən söz açan Lamartin yazır: “Əntərə Homer kimi epik, İov kimi mərhəmətli, Teokrit kimi idillik məhəbbətlə dolu, Solomon kimi xeyirxahdır”. Gündəliyinin ikinci hissəsi “Əntərə” romanının tədqiqinə yönəldilmiş və romana verilən ümumi rəylər dəyərləndirilmişdir (lamartine, 264-269s). Hətta qeyd etmişdir ki, “Əntərə” dastanı, “Min bir gecə nağılları”ndan daha maraqlıdır. Çox güman ki, Lamartin “Əntərə” dastanını real şəxsiyyət şair Əntərənin epik obrazını canlandırması baxımından, “Əntərə” sirəsini “Min bir gecə” nağıllarından daha maraqlı olduğunu vurğulamışdır.
1838-ci ildən etibarən beş il davamlı şəkildə “Min bir gecə nağılları”nın tərcüməsi ilə məşğul olan Hammer də “Əntərə” sirəsinin ərəb xalq sirələri arasında ən maraqlı və səviyyəli xalq ədəbiyyatı nümunəsi olduğunu söyləmişdir.
Lakin qeyd etmək istərdik ki, “Əntərə” dünyada məşur ərəb xalq romanlarından olmasına baxmayaraq, “Min bir gecə” abidəsinin misilsiz şöhrətinə ünü yetməz. Mətninin sanballığı ilə seçilən “Əntərə” romanı ərab xalq romanlari arasında ən səviyyəli roman oduğu fikri ilə razılaşırıq. Hər halda məşhur muallaqçı-şair Əntərənin epik obrazının sadə xalq tərəfindən əbədiləşdirilərək roman qəhrəmanı Əntərənin simasında canlandıran “Əntərə” romanı sıradan olan xalq ədəbiyyatı nümunəsi təbii ki, ola bilməzdi. “Əntərə” romanı həcm etibarı ilə də “Min bir gecə” nağıllarından böyükdür, lakin insanların maraq dairəsi “Min bir gecə” nağılları ilə tam üst-üstə düşməkdədir (L.B).
Orta əsr mənbələrindən – Əbü-l-Fərəc əl-İsfahaninin “Nəgmələr kitabında” Əntərə sirəsi haqqında verilmiş dəyərli fikirlər Ənərə romanının səlib yürşlərində göstərilən qəhrəmanlıq şücaətlərindən bəhs edən, tam mətni olmayan kiçik mətndən ibarət toplu oldugunu təsdiq etməkdədir (12 ) .
1853-cü ildə alman alimi Duqat Əntərə sirəsinin tədqiqatına həsr etdiyi uzun illərin araşdırmalarına söykənərək geyd edir ki: “Əntərə insan ruhuna xitab edən əsas əsərlər (Qrekərin “İlliada və Odisseyası”, italyanların “Dəhşətli komediyası”, ingilislərin “İtirilmiş cənnət”, almanların “Nibelunqi və Messiada”sı, hindlilərin “Maxabxarata”sı, farsların “Şahnamə”si) sırasında olmalıdır ” (9, 9 s.). Bugün “Əntərə” romanı adları dünya ədəbiyyatı irsinə həkk olunmuş qiymətli əsərlər sırasında çəkilməkdədir.
“Əntərə” sirəsini Avropa tərüməçiləri tədqiq eməklə yanaşı, ingilis, alman, fransız və bir çox Avropa dillərinə tərcümə etmişlər. Romanın tərcümələri üzərində bir çox alimlər - Kossen de Perseval (1833-1834), Karden de Kardon (1834-18370, Perron (1840), Şerbonyu (1840), Dyuqa (188-1849, 1853), Devik (Pars-1864), Pujula Hammer (Paris-1868) işləmişlər (Şoven, Biblioqrafi, t.III, 120-126s).
“Əli Zibək” sirəsi ərəb xalq romanı nümunələrindən biri olaraq, məişətdə baş verən kələkbazlıqdan, dövrün fırıldaq işlərindən bəhs edir. Bu tip süjetlər təkcə sirə yaradıcılarının bədii təxəyyülünün məhsulu deyildi, həm də konkret tarixi-ictimai şəraitin inikası kimi meydana çıxırdı.
Tədqiqat əsərlərindən - XVIII əsrdə orta əsr ərəblərinin istər tarix və istər ədəbiyyatına xüsusi maraq oyandıran, orta əsr ərəb ədəbiyyatının bir çox münaqişəli suallarına, xalq ədəbiyyatının mübahisəli məsələlərinə işıq salan alman şərqşünasları arasında U.Y.Reyskinin (1716-1774) dəyərli araşdırması diqqətəlayiqdir.
1975-ci ildə “Asiya və Afrika xalqı” (N-゚2 ) jurnalında B.Y.Şidfarın “Hekayətdən romana” adlı məqaləsi nəşr olunmuşdur və burada ərəb xalq romanının özəllikləri işıqlandırılmışdır. Bu məqalədə sirə komponentlərindən söz açılmış, bir sıra süjetlərin və folklora xas personajların sirələrdə rolu işıqlandırılmışdır (8).
Sirə janrını ümumi xarakterizə edən Şidfar sirələri böyük ölçüdə yazılmış xalq ədəbiyatı adlandıraraq, onun məlum süjet xəttinə malik olduğunu söyləyir. O, qeyd edir ki, əsəri qüvvətli edən döyüş zamanı müsəlmanların xristianlara qarşı apardıqları amansız döyüşləri təşkil edir (8, 3 ).
1974-cü ildən başlayaraq öz yaradıcılığını “xalq romanına” həsr edən N.Ibrahimov bir şox dəyərli əsərlər yazmışdır. O, ərəb xalq romanına həsr etdiyi əsərlərində ərəb xalq sirələrinin əsas mərhələlərini izləmiş, janrın yaranma tarixi haqqında (4), sirələrin qurluşu (5), ərəb xalq romanının nümunələri (6), əsərin kompozisiyasına (4) dair maraqlı tədqiqat əsərləri meydana çıxartmışdır.
1981-ci ildə V.V. Lebedev orta əsrlər ərəb folklor nümunələri və xalq romanına öz doktorluq işini həsr etmişdir (11, 46).
Ərəb xalq sirələri haqqında yazılmış maraqlı əsərlər içərisində bu janrın mühüm suallarına cavab verən, gərgin mübahisə yaradacaq problemlər baxımından İ.M.Filştiniskinin əsərləri təqdirəlayiqdir ( 9 ).
1974-cü ildə rus ərəbşünası D.İ. Onoyeva öz tədqiqat əsərini “Əbu Zeyd”, “Bəni Hilal” sirələrinə həsr etmişdir. Tədqiqat əsərində D.İ.Onoyeva sirə janrının XII-ci əsrdən əvvəl yaranmadığını qeyd edir. Lakin, onun bu sözünün dəqiq sübutu olmadığından ərəbşünaslar bu fikrini müəyyən mənada düzgün hesab etmirdilər.
A.E.Krımskinin “Yeni ərəb ədəbiyyatı tarixi” adlı əsərində ərəb sirələrinə həsr etdiyi bölümdə sirələrin XVI-XVIII əsrlərdə “sadə xalq ərəb ədəbiyyatı” adlandığını qeyd etilmişdir və bir sıra məşhur sirələrin - “Əntərə”, “Taqribat Bəni Hilal”, “Zət əl –Himmə”, “Seyf ibn zu Yazan”, “1001 gecə nağılları”, “ Əli – Zibək ” və sairələrinin adları çəkilmiş, onlar haqqında müfəssəl, maraqlı məlumatlar verilmişdir (7). A.E.Krımskinin ərəb sirələrinə ayırdığı bu bölüm bütün şərq dünyasının sirələr haqqında məlumatlandırılması baxımından dəyərli işlərdən biri kimi dəyərləndirilməkdədir.
1860-cı ildən başlayaraq, ərəb xalq sirə janrının öyrənilməsində çox böyük işlər görülmüş və əsərlərdən bir çoxunun tərcüməsinə bir sıra V.H.Kirpiçenko, İ.M.Filştinski, B.Y.Şidfar kimi tanınmış ərəbşünaslar təşəbbüs göstərmişlər.
“Əntərə” sirəsinin 8 cilddən ibarət qısaldılmış tərcüməsi, “Min bir gecə nağılları”nin dörd cilddən, “Seyf ibn Zu Yazan” dörd cilddən ibarət, “Əz-Zahir Beybars”, "Əli-z-Zibək” və sairə məşhur sirələrin tərcümələri nəşr olunmuşdur. Bu tərcümələrin ən mükəmməli hədsiz ağır zəhmət hesabına başa gələn, epizodları düzgün seçilərək eyni tip obraza malik tərcümə əsərlərinin ən uğurlusu sayılan “Seyf ”əsəridir. B.Y.Turayev “Seyf” sirəsindəki baş qəhrəman Seyfin Efiopiyada 1344-1372-ci illərdə hakimiyyətdə olmuş tarixi şəxsiyyət şah Seyf Areda olduğunu sübut etmişdir. Ərəb alimlərindən Abbas İhsan “sirə” janrında yazılmış əsərlərdə real və fantastik obrazlardan bəhs edərkən qeyd etmişdir ki, “Seyf” sirəsinin bir çox epizodları dəqiq tarixi hadisələrlə bağlıdır.
Mütəxəssislər sirələri əlyazmadan istifadə edərək tərcümə etdikdə, tədqiqat əsəri yaratdıqda çalışmışlar ki, sirənin adında, mətnində ciddi dəyişikliklər baş verməsin. Orada iştirak edən tarixi şəxsiyyətlərin simasında, hadisələrin cərəyan etdiyi məkanlar, xüsusən toponomiya heç bir dəyişikliyə uğramasın.
Artıq deyildiyi kimi, Avropa şərqşünaslığında ərəb xalq romanına olan qeyri-adi maraq ərəb alimlərinə də təsir göstərmiş və onlar da istər bütövlükdə ərəb xalq ədəbiyyatının, istərsə də sirələrin tədqiqi sahəsində müəyyən təşəbbüslər göstərmiş, yeni-yeni tədqiqat əsərləri meydana çıxartmişlar. Ən əsası, Avropalıların ilk olaraq sirə nümunələrini tədqiq etməsi, ərəblərin qədim milli adət-ənənələrini, yaşayış tərzlərini, ictimai-siyasi həyatını günümüzə çatdıran ərəb şifahi xalq ədəbiyyatı incilərinə sahib çıxmalarına vəsilə oldu.
ƏDƏBİYYAT:
1. Azərbaycan ədəbiyyatı tarixi.III cilddə, I c; Bakı: Azərbaycan Milli Elmlər Akademiyası nəşriyyatı,1960,592 s.
2. P.Əfəndiyev Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981, 404 s.
3. Герхардт М.И. Искусство повествования. Москва: Наука, 1984, 456 с.
4. Ибрагимов Н. Арабский народной роман. Москва: Наука, 1984, 257 с.
5. Ибрагимов Н. Некоторые особенности языка и стиля арабского народного романа (Сиры) - “научные труды Ташкентского университета”. Вып.697.Ташкент, 1979.
6. Ибрагимов Н. Рифмованная проза арабской народной сиры (на примере “Сират Зат ал-Химма”) - научные труды Ташкентского университета ”. Вып. 697.Таш 1982.
7. Крымский А.Е. История новой арабской литературе. Москва:1971,217с.
8. Куделин А.Б. Формулъные сочетания в “ Сират Антар”- Памятники книжного епоса. Москва:Наука,1978.
9. Филъштинский И.М.История арабской литературы X-XVIII в: Москва: Наука, 1991,726 с.
10. Шидфар В.Я. Генезис и вопросы стиля арабского народного романа (сиры). - Генезис романа в литературах Азии и Африки. Москва: 1980.
11. عباس احسان، فن السيرة. بيروت: مطبعة عيتاني الحديدة، 1952.
12. عبد الحكيم الشوقي. الحكايات الشعبية العربية. بيروت: مطابع الكشاف،
1980.
Razım Əlİyev
Qədİm və orta əsr kİtabələrİndə azərbaycandİllİ yazılar
Qədim yazılı abidələrin tədqiqi hər bir xalqın tarixi keçmişini öyrənməyə, onun müasir sivilizasiyada yerini müəyyənləşdirməyə imkan verən amillərdəndir.
Şübhəsiz ki, tarixin dərin qatlarından gələn yazılı abidə o vaxt dəyər qazanır ki, bu yazıların mənası başa düşülsün. Əks təqdirdə bunlar sadəcə dəyəri bilinməyən daş parçası, sümük və metal parçasıdır, üzərində işləmələr olan perqament, kətan, yaxud kağız nüsxələridir. Şifrəsi açılan, oxunma qanunauyğunluğu müəyyənləşdirilən yazı isə dövrün düşüncə və həyat tərzi haqqında gələcəyə çox şey deyə bilir.
J.Şampolyonun 1822-ci ildə qədim Misir yazılarının, B.Tomsenin və B.Radlovun 1892-1894-cü illərdə orxon kitabələrinin oxunması sahəsində etdiyi kəşflər bu cəhətdən xarakterikdir.
Həm Şampolyonun, həm də B.Tomsenin və B.Radlovun tapıntıları göstərmişdir ki, heroqlif, piktoqrafik işarə, yaxud əlifbanın yazı üslubunun deşifrovkası qədim yazıların oxunmasında əsas amillərdən biridirsə, ikinci əsas amil sözün, ifadənin yazıldığı dildir. Qədim türk-şumer dünyagörüşü əsasında yaranış və varlıq haqqında mifoloji təsəvvürləri tədqiq edərkən istər-istəməz qədim mətnlərin, şəkillərin, qayaüstü təsvirlərin kodlaşdırılmış sistemləri ilə üzləşməli olursan. Bu sırada mənası heç bir dildə başa düşülməyən onomastik terminlər də vardır.
Belə terminlərdən bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi:
NAMMÜ - Şumer yaranış modelində ilahə adıdır.
Zurvan - Mifoloji yaranışın başlanğıcını qoyan zaman və tale allahının adıdır.
Köküdey – Türk yaranış təsəvvürlərində yer alan onomastik terminlərdəndir.
Tukulka - Etrusk miflərində yer alan demon adıdır.
Xufu - Şərəfinə ən uca ehram tikilmiş Misir Fironunu adıdır.
Bu siyahını uzatmaq da olar, lakin qədim dünyanın geniş coğrafiyasını əhatə edən bu terminlərin açılış mexanizmini diqqətə çatdırmaq üçün əvvəlcə formalaşdırılmış mifoloji yaranış modelinin əsas prinsipləri və ondan irəli gələn güzgü qaydası nəzərdən keçirilməlidir. Çünki yaranış haqqında türk xalqlarının dini-fəlsəfi, mifik-kosmoqonik təsəvvürləri əsasında apardığım modelləşdirmə nəinki bir çox mifoloji terminlərin semantikasını müəyyənləşdirməyə imkan verir, həm də bütövlükdə mifoloji kodun açılmasına gətirir.
Modelləşdirmədə əsas yeri Mirəli Seyidovun “Qam Şaman və onun qaynaqlarına ümumi baxış” əsərində (Bakı,”Gənclik” 1994) ümumiləşdirdiyi:
-
Dual təfəkkür prinsipi;
-
Əksiliklər prinsipi tutur.
Bu prinsiplərə əlavə etdiyim İnikas prinsipi modelləşdirməni tamamlayır. Həm qədim türk, həm də şumer mifologiyasında yaranışın ilkin substansiyaları başlanğıc ünsürləri hesab edilən Göy, Su, Hava və İşıq (Şumerlərin allahları panteonunun ali şurası Su-Enki, Göy-An, Hava-Enlil, İşıq-Nusku) vəhdəti ilkin kosmosu yaradır.
İlkin kosmos sferasında Su güzgü rolunu oynadığından kahin və qamların formalaşdırdığı bu model belə nəticəyə gətirir ki: Kainat güzgü simmetryasına malikdir. Yaxud: “Yer üzərində nə varsa hamısı Yuxarı dünyanın, allahlar dünyasının (ulduzlu göyün) şəkli, əksi, yaxud surətidir.
Araşdırmalarımız göstərir ki, qədim dünyanın yaranış haqqındakı bu təsəvvürləri onların həyatında geniş yer tutmuş, qayaüstü təsvirlərdə, relyefli şəkillərdə, sümük, güzgü və digər predmetlər üzərində çəkilmiş təsvirlərdə kodlaşdırma üsulu kimi istifadə olunmuşdur.
Bu üslub onomastik terminlərin formalaşdırılmasında, indiyədək oxunması müşkülə çevrilən sirli Etrusk yazılarında da özünü göstərir.
Etrusk yazılarından bir neçə nümunəni nəzərdən keçirməklə yuxarıda bəhs etdiyimiz gizli yazı üslubunu əyani şəkildə görmək və güzgü üzərindəki yazını asanlıqla oxumaq mümkündür.
Rus tədqiqatçı A.E.Naqovitsının “Etruskların mifologiyası və dini” kitabında (A.E.Haqovitsın Mifoloqiya i Reliqiya Etruskov Refl-buk 2000 səh.363) verilən şəkil 1-dəki təsvir üzərində sağ tərəfdəki yazı asanlıqla oxunan “Mars” sözüdür.
Soldakı yazını isə güzgü vasitəsilə oxumaq mümkündür- “Menerva”. Bu üsulla güzgüüstü təsvirlərdəki inikas üsulu ilə kodlaşdırılmış “Atlanta melekko”, “Aidda” ifadələri (səh. 315) sözləri asanlıqla oxunur. (şəkil 2, 3)
İndi əvvəlcə bəhs etdiyimiz mifoloji terminlərin Hammü, Zurvan, Kögüdey, Tuxulxa, və Xufu adlarının güzgü qaydası ilə açılışını nəzərdən keçirək. Yəni, bunların hər birini əksilik prinsipi əsaında sağdan sola oxuyaq:
Hammü-Ümman (dəniz), Zurvan-Navruz, Köküdey-yeddikök, Tuxulxa – Ağlı küt (Demon), Xufu- Üfüq mənasına gəlir. Həmin terminlərin məna açımının doğruluğu təkcə sadə mexaniki əks oxunuşda deyil. Bunların hər birinin izahı və əsaslandırılması, müxtəlif vaxtlarda çap etdirdiyim “Oğuz dünyanı dərketmənin açarıdır” (Bakı, Ziya- Nurlan 2000), “Məxvilik qrifi, yaxud Mif, Fəlsəfə, din və dil düyünü” (Bakı, Ziya-Nurlan 2002), “Türk-şumer dünyagörüşü və dil” (Bakı, Ziya-Nurlan 2005-ci il kitablarımda verilmişdir.
Lakin bunların hər birinə dair qısaca şərh də vermək mümkündür. Məsələn, Nammü ilahəsi şumer əsatirlərində Okean suyunun dərinliyində yaşayan bütün varlığın böyük anası adlandırılır. Göründüyü kimi termin kimi işlənən Nammü adı okeanla, Su ilə bağlıdır və “Ümman” dual yanaşmada onun əsl səciyyəsini göstərir.
Zurvan zamanın, yaranışın başlanğıcını qoyan allah adıdır. Əks oxunuşdakı Novruz da yaranışla, ilin yeni tsiklinin başlanması ilə bağlıdır. Bunların hər ikisi isə 4000 il qabaq Sur bürcünün mart ayının 21-də, gecə-gündüz bərabərliyi zamanı səmadan çıxması əlaməti ilə əlaqəli təsəvvürlərlə bağlıdır.
Xufu adının Üfüqlə bağlılığını əks etdirən dəlil isə qəbrüstü yazıdır.
“Misir piramidaları necə tikilmişdir” kitabında X.A.Kink yazır: “Piramidanı öyrənən arxeoloqların rast gəldikləri yazı belədir: «Xуфу естъ тот кто принадлежит горизонту» (Moskva, Nauka 1967 səh 26). Yəni “Xufu o kəsdir ki, üfüqə məxsusdur. Maraqlıdır ki, göstərdiyimiz çox qədim kökə malik həmin terminlərin şifrəsi açıldıqda bu gün də Azərbaycan dilində işlənən sözlərə gəlir. Müstəsna ad vermə, ad qoyma səlahiyyətlərinə malik Qam və kahinlərin vaxtilə kodlaşdırdığı jarqon sözlərin mənasının unudulması, düzgün başa düşülməməsi Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi və təbliğində yanlışlıqlara nəinki orta əsrlərdə, elə indinin özündə də zəmin yaradır. Bir misalla fikrimi aydınlaşdırmaq istərdim.
Elmi ədəbiyyatda və tədris vəsaitlərində bir tərəfdən Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsi kimi təsvir olunur, digər tərəfdən xürrəmilər şad, şən, kefcil və şəhvətpərəstlər kimi təqdim edilir. Bu cür yanaşma təbii ki, yanlışdır. 20 il müddətində güclü xilafət ordusuna kefcil və şəhvətpərəstlərin mütəşəkkil bir qüvvə kimi layiqli müqavimət göstərə bilməsi heç bir məntiqə sığmır.
Yanlışlığın əsası qam jarqonu kimi formalaşdırılan “xürrəm” termininin düzgün başa düşülməməsi ilə əlaqədardır. “Xürrəm” əkslik və inikas prinsipinə uyğun sağan sola oxunduqda “Mərrux” ifadəsi alınır. Bu çoxallahlılıq dövründə müharibə və şücaət allahının adıdır. Onu şumerlər Marduk, farslar Bəhram adlandırmışdır. Xürrəmilərin qırmızı geyimləri və qırmızı bayraqları da müharibə və şücaət allahı Mərrixin, Marsın rəngləridir. Tarixən, elə indinin özündə də Marsın qırmızı rəngli olması barədə təsəvvürlər məlumdur.
Qədim dünyagörüşə bələd olan Ə.Xaqani “Şirvanşahın tərifi” qəsidəsində yazır:
Zöhrə-Əsəddə gövhəri, Bəhram əlində xəncəri
Ulduzlar olmuş ləşgəri, fəthində Turan görünür.
(Ə.Xaqani, seçilmiş əsərləri səh. 100 Azərb. EA nəşriyyatı Bakı 1956)
Bu misralarda ifadə olunan fikrin Etrusk təsvirinə uyğunluğu da fikrimizi tamamlayır. (şəkil 1)
Beləliklə Xürrəm ifadəsinin kodununun açılması həm də Xürrəmilər haqqında kök salmış yalnış fikirləri aradan götürməyə imkan verir.
Etrusk mətinlərini araşdırarkən çox sayda Azərbaycan dilində indi də işlənən söz və ifadələrə rast gəlmək mümkündür.
Etruskları- qədim sirli xalq adlandıran rus tədqiqatçısı A.E.Navqovitsın yazır: “Etrusk xalqının sirliliyi praktiki olaraq hər şeydə təzahür edir. Onların dili məlum deyil, yazıları açılmamışdır, etnik mənsubiyyətlərinin mənşəyi aydın deyil...” (A.E.Navoqitsın, “Etruskların mifologiyası və dini” Moskva, Refl-buk, 2000, səh 12).
A.E.Navqovitsının həmin kitabındakı Alpna (alpan) və Kulsu məqaləsində miladdan əvvəl V-III əsrlərə aid edilən ikisifətli allah təsviri üzərində “alpan türke” yazıldığı qeyd edilsə də nədənsə bu ifadəyə diqqət yetirilmir. (Yenə orada səh. 379).
Güzgü qaydası ilıə oxuya bildiyim yazıların ən əhəmiyyətlisi Lemnos adasından tapılmış daş sütün üzərindəki yazıdır. (şəkil 3)
Əlində qalxan və iki ağızlı balta tutmuş döyüşçü təsvirini dövrələyən yazı bir çox tədqiqatçılar tərəfindən araşdırılmış və nəticə əldə edilməmişdir. Qədim İtalyan əlifbası ilə yazılan həmin yazıları oxumaq ona görə mümkün olmamışdır ki;
-
Yazı güzgü üsulu ilə yazılmışdır.
-
B.e.ə VII əsrə aid edilən bu yazı əksər qədim dillərdə araşdırılsa da, türkcə ola bilməsi fikri yaxına buraxılmamışdır.
Görünür türklərin həmin dövrdə Anadolu yarımadasında, Avropa ilə Asiyanın qovşağında mövcudluğunu qəbul etməyən konsepsiya bu yazının da oxunmasına maneçilik törətmişdir. Döyüşçü təsvirini əhatələyən yazının aşağı sətrində “Qan alam minim ul” sözləri yazılmışdır. Sütunun sol tərəfində döyüşçü təsvirinin önündəki yazı belədir:
“ Ukan ike hücum aparsn axşam”.
Sağ tərəfdə yuxarıdan aşağı yazılan sətirin axırı zədələndiyindən tam oxunmur. Başlanğıc hissə isə belədir.
“Aklem gel üzge...”
Bu kitabədəki yazının dəyəri ondadır ki, buradakı yazılar Azərbaycan dilində, ümumiyyətlə türk dillərində məlum olan yazıların ən qədimidir.
Belə ki, türk dillərində məlum olan yazılı abidələrin ən qədimi Altun döyüşçü qəbrindən tapılan yazı hesab olunur. Cam üzərində yazılan “Eşik xan öldü, başın sağ olsun” yazısı miladdan öncə V əsrə aid edilir. Güzgü üsulu ilə oxuduğum bu yazının tarixi isə həmin yazıdan 200 il qabağa m.ö.VII əsrə aiddir.
Yazıdakı bütün kəlmələr müasir Azərbaycan dilində başa düşülən sözlərdir. Təkcə “Ukan” kəlməsindən başqa.
“Ukan” ifadəsi görkəmli mifoloq alim M. Seyidov tərəfindən ətraflı təhlil edilmişdir. Qədim türk dillərində “ oğan”, “uğan” şəklində işlənən bu ifadənin “ qüdrətli”, “bacarıqlı”, “qadir xan” mənalarında işləndiyi M.Seyidov tərəfindən vurğulanır (M. Seyidov, Azərbaycan mifik təfəkkürün qaynaqları. B. Yazıçı 1983, səh. 235).
Bunu nəzərə alsaq döyüşçü təsviri ətrafındakı yazı “Qüdrətli xan iki hücüm aparsın axşam” mənasını verir.
Bir elementə də diqqət yetirilməlidir: Qədim türklərin bir çox tayfalarının dilində “hücum” ifadəsi “akın” şəklindədir. “Hücun” ifadəsinin hazırda da dilimizdə eynilə işləndiyini, Etrusk yazılarında “Alban türkü” kəlməsinin yer alamsını nəzərə alsaq, Egey dənizindəki Lemnos adasında fransız arxeoloqları Kuzen və Dyurbaxın tapdığı, hazırda Afina Milli muzeyində saxlanan həmin daş üzərindəki yazının sırf Azərbaycan dilində olmasını tam əsasla söyləmək olar. Bu yazının Etruskların dilinə qohum dildə olması barədə mülahizə irəli sürən qərb tədqiqatçılarının da fikrini nəzərə alsaq yazının müasir azərbaycanlıların sələfi Qafqaz Albanlarına etrusk mətnindəki ifadə ilə desək Alban-türklərinə məxsusluğu barədə fikir söyləmək olar.
Bəs Qafqaz Albanlarına məxsus kitabələrin dili necədir. İndiyədək tədqiq olunmuş kitabələrdə Azərbaycan dilli ifadələrə təsadüf olunurmu?
Belə yazıların olduğunu araşdırmalarımız təsdiq edir. Mingəçevir yaxınlığında arxeoloji qazıntılar zamanı tapılmış şamdan üzərindəki yazı Azərbaycan dilindədir. (Şəkil 4)
Üç rəqəmdən və iki sözdən ibarət yazı belə oxunur:
“774 (dən) 324 (ə) qibi 450 il”
Bu 774-cü ildən 324-cü ilə kimi 450 il deməkdir. Həmin yazı Alban tarixinin bəzi qaranlıq məqamlarına da aydınlıq gətirməyə imkan verir. Lakin bu yazının başlıca cəhəti ondan ibarətdir ki, yazıda latın qrafikasından istifadə olunmuşdur, həm də o Azərbaycan dilində başa düşülür. Latın qrafikası ilə yazılan “qibi” və “il” ifadələri bu kitabənin Alban əlifbasının yaradıldığı dövrdən əvvələ məxsusluğunu sübüt edən dəlildir. Yazı M. Kalankatlının Alban tarixi kitabında göstərilən “Yafəsdən Tiqrana qədər 450 il müddətində 44 çar olmuşdur fikrini əks etdirən yazıdır. Həm də, burada mətnşünaslıqla işləməyə üstünlük verən tarixçilərin nəzərindən qaçan mühüm bir məqam da vardır. M. Kalankatlının “Alban tarixində” 450 il müddətində 44 çar olduğu göstərilsədə kitabda 45 çar adı vardır. Buradan aydın görünür ki, Tiqranın adının (erməni çarı II Tiqran nəzərdə tutulur) mətnə əlavə edilməsi zamanı çar siyahısının 44 olduğuna diqqət yetirilməmişdir. Təəssüf ki, qeyd etdiyimiz Alban kitabəsinə hələ 2005-ci ildə həsr etdiyim “Alban kitabəsi ilk dəfə türkcə oxundu məqaləsi Yeni Azərbaycan qəzetində çap edilsə də, onun elektron variantı Azərbaycan Respublikası Prezidentinin idarəsinin kitabxanasında saxlansa da, Milli Tarix Muzeyimizdə qorunan şamdanın üzərindəki kitabənin oxunmadığı barədə muzeyə gələnlərə məlumat verilir.
Latın qrafikalı qədim yazılara Azərbaycanın digər ərazilərində də təsadüf olunur. Gəmiqaya qayaüstü təsvirlərində keçi şəkli ətrafında latın qarafikası ilə yazılmış “keçi”, at üstündə oxatan pozasında dayanan insan fiquru ətrafında “ovço“ sözlərinin yazıldığını müəyyən etmişdim. (Şəkil 5,6)
Bu təsvirlərin tarixini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu b.e.ə. II minilliyə aid edir. ( Həcər Müseyibli Gəmiqaya rəsmləri, Bakı 2002-ci il )
Latın qrafikalı əlifbadan Qafqaz Albaniyası ərazisində hələ cox qədim zamanlardan istifadə edildiyi barədə M.Kalankatlının məlumatını yada salmaq yerinə düşər: “Yazısı olan xalqlar bunlardır: yəhudilər və latınlar, hansı ki, /bu yazıdan/ romalılar, ispanlar, yunanlar, midiyalılar, ermənilər, aluanlar istifadə edir.”( I kitab, III fəsil)
Bu fakta M.Kalankatlının “ Tarix” əsərinə istinadən baş redaktoru akademik F.K.Köçərli, redaksiya heyəti Azərbaycanın tanınmış filosofları olan alimlərimizin 2002-ci ildə çap etdirdiyi “Azərbaycan Fəlsəfə tarixi “ kitabının I cildində (səh 59) diqqət yetirilmişdir. Burada qeyd olunur ki, “Latın yazısının antik dövrdə və ilkin orta əsrlərdə Şimali və Cənubi Azərbaycanda (albanlarda və midyalılarda) yayılmasına həmin abidə şəhadət verir. Bu Azərbaycanın o dövrdə latın yazılı qrekofil mədəni sferasına daxil olduğunu təsdiq edən arqumentlərdəndir. (Bakı, Elm 2002-ci il səh. 59)
Qobustan qayaüstü təsvirlərindəki bir piktoqrafik yazıya da konfrans iştirakçılarının diqqətini yönəltmək istərdim.( şəkil 7)
Bu şəkil simvolla ifadə olunmuş yazıdır. Yuxarıda öküz şəkili, aşağıda balıq, yaxud balina şəkili, ikisinin arasında isə insan şəkili verilmişdir. Rəmzlər məna açımına görə belədir:
Öküz göyü, səmanı simvollaşdırır, balıq isə təbii ki, suyu simvollaşdırır.
Yaranış haqqında Orxon-Yenisey abidələrində ifadə olunan qədim türk təsəvvürləri belə ifadə olunur: “ Üzə tənri, asra yaqız yer kılıntukda ekin ara kisi oqlı kılınmış...” (Ə.Rəcəbov, Y.Məmmədov Orxon-Yenisey abidələri Bakı 1993, səh. 71).
Bu indiki anlamda “Üstə mavi göy, altda qonur yer yaradıldıqda ikisinin arasında insan oğlu yaranmış...” şəkilində başa düşülür. (yenə orada səh. 78)
Qayaüstü təsvirin rəmzlərə görə açımını verdikdə “Üstə GÖY (öküz), altda SU (balıq) yarandıqda ikisinin arasında insan (kişi oğlu) yaranmışdır.
Gül Tikin abidəsindən yuxarıda misal gətirdiyimiz cümlə ilə müqaisə apardıqda fərqin “altda qonur yer” ifadəsi əvəzinə “altda su “ ifadəsi olduğu aydınlaşır. Bu tamamilə yaranış modelinə uyğundur. Çünki, mifologiyada yer, torpaq suyun törəməsi hesab edilir. Bu model Orxon-Yenisey abidəsindəki yaranış modelindən daha qədimdir. Təsvirin özü isə mütəxəssislər tərəfindən Mezolit dövrünə aid edilir. Yəni, 15 min il əvvələ.
Yuxarıda göstərilən faktların hamısı Azərbaycanın mədəni tarixi irsinin öyrənilməsində əhəmiyyətli rol oynaya bilər.
Bir problemi konfrans iştirakçılarının diqqətinə çatdırmaq istərdim. Hər hansı tədqiqatçının üzə çıxardığı, tapdığı, oxuya bildiyi milli mənəvi dəyərlər baxımından əhəmiyyət kəsb edən qədim kitabələrin respublikamızda vahid qeydə alma yeri və sistemi olmadığından bu sahədə bir pərakəndəlik var.
Yaxşı olardı ki, qədim kitabələrin, əlyazmaların nə vaxt, hansı dildə oxunmasını qeydə alan, belə məlumatların cəmləşdiyi, kataloqlaşdırıldığı vahid bir struktur müəyyənləşdirilsin.
Dostları ilə paylaş: |