Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 2.38 Mb.

səhifə1/27
tarix07.07.2017
ölçüsü2.38 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27

____________________Milli Kitabxana______________________ 

 



 

 

 



____________________Milli Kitabxana______________________ 

 



 

 

 



 

 

 



 

XIX ƏSR 

AZƏRBAYCAN ŞERİ  

ANTOLOGİYASI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ŞƏRQ-QƏRB  

BAKI-2005 

  

 



  

 

 



____________________Milli Kitabxana______________________ 

 



Tərtib edəni və 

ön sözün müəllifi:  

 

Zaman Əsgərli 

 

Redaktoru: 



   Bəkir Nəbiyev 

 

 



 

 

894.361008-dc21  



AZE 

XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

 

 



Qədim və spesifik mənəvi mədəniyyətlərin bir çoxunun öz saflığını və billurluğunu itirdiyi XIX 

əsr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələdir. 

Klassik irsin yaşarı  ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii keyfiyyətlərinə görə 

özünəməxsus bir hadisə olan, təzə, orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan 

ədəbiyyatında bununla yanaşı aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya 

tutulur. Lakin onun yeni istiqamətdə inkişafı artıq əsrin əvvəllərində ictimai-siyasi və mədəni həyatda 

baş vermiş mühüm dəyişikliklər şərtləndirir. 

Təqdim olunan "XIX əsr Azərbaycan şeri antologiyası"nda həmin dövrdə yaşayıb-yaratmış 60-

dan artıq  şairin  əsərlərindən seçmələr toplanmışdir. Nümunələr tarixi-xronoloji prinsip əsasında 

düzülmüşdür. 

 

ISBN 9952-418-69-5 

© "ŞƏRQ-QƏRB", 2005 

  


____________________Milli Kitabxana______________________ 

 



____________________Milli Kitabxana______________________ 

 



  

 

XIX ƏSR AZƏRBAYCAN POEZİYASI 

 

Zəngin və çoxəsrlik tarixi olan Azərbaycan bədii mədəniyyətinin ideya-estetik 



nailiyyətlərlə seçilən mərhələlərindən biri XIX əsrdir. Yeni tarixi şəraitin inikası kimi 

yetişən bu ədəbiyyat klassik irsin həmişəyaşar ənənələri zəminində yaranıb inkişaf etmiş, 

həm xronoloji hüdudlarına, həm sosial-fəlsəfi məzmununa, həm də bədii keyliyyətlərinə 

görə tamam orijinal və özünəməxsus bir hadisə olmuşdur. 

Əsrin ilk illərindən ictimai-siyasi həyatda baş verən əsaslı dəişikliklər, Azərbaycanın 

şimal hissəsinin Rusiya tərəfindən işğal olunması ölkənin mədəni həyatına, o cümlədən 

ədəbi-estetik fikrin inkişafına da təsir göstərdi. Azərbaycan ziyalılarının - şair və 

yazıçıların Qərbə, Avropaya marağı gücləndi. Bu isə öz növbəsində  bədii  ədəbiyyatda 

xəlqiliyin, həyatiliyin, sosial pafosun güclənməsinə  səbəb oldu. Onun mövzu dairəsi 

genişləndi, ictimai-siyasi məzmunu dolğunlaşdı. Bədii təcrübədə təzə, orijinal ədəbi forma 

və janrlar yarandı. 

XIX əsr ədəbiyyatı özündən əvvəlki və sonrakı dövrlərin ədəbiyyatından təkcə ideya-

məzmun  əlvanlığına görə yox, həm də  həyatı  bədii  əksetmənin forma və üsullarına, 

metod, üslub keyfiyyətlərinə, bütövlükdə ideya-estetik sisteminə - poetikasına görə seçilir. 

Klassik ədəbi janrlar (qəzəl, qəsidə, rübai, müxəmməs) bu dövrdə güclü təkamül prosesi 

keçirir, bədii dil əvvəlki dövrlərdən fərqlənən yeni bir inkişaf məcrasına düşür. Nəsr, 

dram üslubları, publisistika meydana gəlir. 

Qədim və orta əsrlərdə olduğu kimi XIX əsrdə  də  ədəbiyyatda başlıca yeri poeziya 

tuturdu. O, üç mühüm ideya-üslubi istiqamətdə davam və inkişaf edirdi: lirika, epik şeir 

və realist satira. Bu üç xətdən  ən qüvvətlisi lirika idi. Əsrin birinci yarısında fəaliyyət 

göstərmiş Zakir, Bakıxanov, Vazeh, Nəbati, Heyran xanım, daha sonralar Şükuhi, Bixud, 

Bahar, Seyid Əzim, Natəvan, Kəminə, Nakam, Sərraf kimi şairlər öz əsərlərində insanın 

mənəvi dünyasının, təbii hiss və duyğularının, sevinc və  həyəcanlarının təsvir və 

tərənnümüno geniş yer verirdilər. 

Onların yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tuturdu. Nizami, Füzuli, Saib, 

Vaqif kimi klassik sənətkarların yaradıcılıq  ənənələrini davam etdirən XIX əsr  şairləri 

insan həyatında məhəbbətin rolunu yüksək qiymətləndirir, ona dərin fəlsəfi məna 

verirdilər. Həyatın ləzzətini, insan bəxtiyarlığını  təmiz məhəbbətdə görən Nəbati bir 

qəzəlində "baisi-icadi-aləm ta ki bildim, eşq imiş" - deyə  məhəbbəti hətta dünyanın, 

aləmin yaradıcısı hesab 

 

 


____________________Milli Kitabxana______________________ 

 



edirdi. Təmiz sevgini ən qiymətli nemət sayan şair göstərirdi ki, "eşq camından 

içən kimsənə" qorxu bilməz, var-dövlət hərisliyindən  əl çəkər, kasıblığına 

təəssüflənmədən, sinəsinə  çəkilən dağları sikkə, qızıl sayar, dinar dalınca 

düşməz.


1

 

M.Ş.Vazeh isə saf eşqə  məkan olan könülləri xoş, təmiz sevgiyə bağlı olan 



fikirləri düzgün və  əbədi sayır, məhəbbətin dərdini, qəmini duya bilməyən, 

eşqdən xali ürəkləri susuz çeşməyə bənzədirdi: 

 

Xoş olsun ol könül, eşqə məkandır,  



Var olsun ol fikir, eşqə həyandır,  

Susuz çeşməyə bənzər ol ürək kim,  

Nə eşqin dərdini, nə qəm duyandır. 

 

Əsrin birinci yarısında yazıb-yaradan  şairlər kimi ikinci yarısındakı 



sənətkarların da şeirlərində  məhəbbət nəcib insani hiss, yüksək bəşəri duyğu 

kimi tərənnüm olunur, aşiqlər  ən kamil insan hesab edilirdi. Sevgini həyat 

mənbəyi kimi qiymətləndirən Seyid Əzim Şirvani yazırdı: 

 

Hər bir könüldə eşq ola şadan edər onu,  



Eylər xəzan olan çəməni növbahar eşq,  

Hər kəsdə yoxdur eşq, onun, bil, kamalı yox;  

Kamil olan vücudlar eylər şüar eşq. 

Xalxali, Şükuhi, Natəvan, Kəminə.  

 

Bixud, Nəvvab, Raci və Sərraf da məhəbbətin təsvir və tərənnümünə xüsusi 



yer verir, əsərlərində təmiz ürəklə sevən aşiqin mənəvi dünyasını, könül aləmini

keçirdiyi həyəcanları, ürək çırpıntılarını, məhəbbət uğrunda çəkdiyi iztirabları, 

sevgilinin ayrılığından doğan kədər duyğularını  və s. geniş  təsvir edirdilər. 

Onların sevgidən bəhs edən şeirlərinin mərkəzində həyat eşqi, yaşamaq ehtirası, 

dünyəvi nemətlərdən zövq almaq ideyası dayanırdı. 

Məhəbbət lirikasının mərkəzində üç başlıca insan surəti, lirik qəhrəman var 

idi: Aşiq, Sevgili və  Əğyar. Bu qəhrəmanların bədii təqdimi bir çox cəhətdən 

ənənəvi idi. Aşiq öz məbəbbəti uğrunda yorulmadan çalışan, fədakarlıq göstərən, 

bütün  əzablara dözən, vüsala çatmasa da sevgilisindən üz döndərməyən vəfalı, 

sədaqətli, bütün varlığı ilə  həyata bağlı olan vüqarlı  və  mətanətli bir gəncdir. 

Bəzən sevgilisinin biganəliyindən  şikayətlənməsinə baxmayaraq, o, əzmli və 

iradəlidir; qarşılaşdığı mancələr onu doğru yoldan çəkindirmir,  əksinə, 

məşuqəsindən gələn dövrü cəfalar ürəyindəki eşq atəşini daha da alovlandırır, 

onu sevgilisinə bağlayan mənəvi telləri möhkəmləndirir: 

  

                                                           



1

 

Bax: Nəbati. Əsərləri. Bakı, 1988, s.303.



 

 


____________________Milli Kitabxana______________________ 

 



Müşgüldi, mən kənara düşəm kuyi-yardan,  

Dişvardır ki, ət üzəm o gülüzardan. 



(Natəvan)  

 

Klassik poeziyanın lirik qəhrəmanı həyat gözəlliklərindən alman zövqü axirət 



səadətindən üstün tutur, cənnət vədlərini mənasız hesab edirdi. Bu ideya-bədii 

keyfiyyət XIX əsr şerində də qorunub saxlanmışdı. Belə ki, sevgiyə münasibətdə 

özünü Yusif, Vamiq, Sənan, Məcnun kimi klassik məhəbbət qəhrəmanları ilə 

müqayisə edən XIX əsr Aşiqi də  məhəbbəti dini ibadətə, dünya gözəlini  şəriət 

ehkamlarına qarşı qoyaraq sevdiyi qızın bir telini cənnətin huri qılmanlarına 

dəyişmir; o, sevgilisini huri, onun yaşadığı küçəni isə behişt sayaraq, maddi 

dünyadakı gözəlin fikri ilə "künci-bəladə lal oturmağı" behişt mələklərinin 

söhbətlərinə vermir: 

 

Künçi-bəladə fikrin ilə lal oturmağı,  



Qəsri-behiştdə, söhbəti-hurayə vermərəm. 

(Raci) 

 

Aşıq kimi Məşuqə də özünün əsas tipoloji keyfiyyətləri ilə klassik poeziyanın 



lirik qəhrəmanına oxşayır; o, həm zahiri. həm də daxili-əxlaqi gözəlliyi ilə 

aşiqini heyran edir. Bəzən biganə olub, əğyara meyl göstərməklə dostunu incitsə 

də, ilqarım unutmur; onun kometinalığı  aşiqini sınamaq, onun dəyanət və 

sədaqətini yoxlamaq üçündür. Bunlarla bərabər XIX əsr şairlərinin təsvir etdiyi 

Məşuqə vahid ümumşərq koloritindən müəyyən qədər ayrılmış, orijinal milli 

xüsusiyyətlər qazanmış bir gözəldir. Günəş kimi parlaq, yaraşıqlı və dilurba olan 

bu gözəl səmimiyyəti, mehribanlığı, xoş ədası və rəftarı baxımından konkret bir 

məkanın yetirməsidir. Ayrı-ayrı şeirlərdə təsadüf olunan, "Səni də bu Üştibində, 

Bir mahi-taban yaradıb" (Nəbati), "Şirvanda əgər bu gözələ yar olasan" (Seyyid), 

"Gər yolun düşsə, səba, Ağdaşa, məndən sölə kim" (Zövi), "Cəzbeyi-şövqi-

cəmalın məni  Şirvanə  çəkər" (Bixud) "Mənə  əgərçi vətən  şəhri-Şişədir, cana", 

"Şişeyi-dil Şişədə səngi-cəfalərdən sınıb (Növrəs), "Sən, ey məhparə, Meşkindən 

bu Təbrizə gələn gündən" (Dilsuz), | "Hay Xəmsənin ol soyuq suları? Bə Hidəcin 

ol sərin həvası?" (Hidəci) kimi misralarda göstərilən yer adları da həmin 

gözəlləri ümumşərq regionundan çıxararaq, xalis Azərbaycan qızları kimi 

səciyyələndirməyə möhkəm əsas verir. 

Məhəbbət lirikasının ümumi pafosu nikbin, optimist ruhdadır. Onun 

qəhrəmanı bəzən məyuslaşsa da həyatdan əlini üzmür; həmişə maneələri aradan j 

qaldırmaq  əzmi, vüsal ümidi, yara qovuşub kama çalmaq arzusu ilə yaşayır. 

Əlbəttə, real zəmin üzərində yaranan Aşiqin təbiətinə kədər və məyusluq    yad 

deyil. Lakin bu kədər daimi deyil, Ötəridir; həsrət, hicran saatları qurtarıb, 

  


____________________Milli Kitabxana______________________ 

 



vüsal anı çalarda kədər, iztirab yox olur. Hətta Natəvanın  şeirlərinin birində 

mübtəla olanları yaşamağa çağıran nikbin aşiq həyatdan  əl üzməyi, 

bədbinləşməvi nöqsan sayır; 

 

Cahanı tərk eləməz, kim ki aşiqi-candır,  



Həyatdan üzüb əl, eyləməz cəban tərkin. 

 

Məhəbbət və gözəlliyin tərənnümünə həsr olunmuş qözəl və müxəmməslərdə 



aşiqin mənəvi aləmini açmaq, gözəlin canlı, bədii təsvirini vermək üçün şairlər, 

əsasən, klassik şeirdə çox işlənən bədii təsvir və ifadə vasitələrindən istifadə 

edirdilər. Məsələn, aşiqin məhəbbətindəki coşqunluq  ümmanın təlatümünə, ahı - 

alova, gözlərindən axan yaş - selə, güclü yağışa, rəngi -heyvaya, yaxud payız 

yarpaqlarına təşbeh edilirdi. Lakin bəzən şairlərin yaradıcılığında canlı həyatdan 

gələn real təsvir vasitələrinə  və ifadə formalarına da təsadüf olunurdu ki, bu 

cəhət XIX əsrdə Azərbaycan lirik şerində  həyatiliyə, realizmə meylin 

gücləndiyini göstərirdi. 

XIX əsrin lirik şerində dövrandan narazılıq, zəmanədən şikayət motivləri də 

geniş yayılmışdı.  Şairlər həm məhəbbətə dair qəzəl və qoşmalarında, həm də 

rübai, müxəmməs, gəraylı, bayatı janrlarında yazdıqları başqa əsərlərində tez-tez 

feodal cəmiyyətinin qanun-qaydalarını, sosial bərabərsizliyi pisləyir, bəzən də 

şəxsiyyət azadlığını  təbliğ edən humanist fikirlər irəli sürürdülər. Onların 

poeziyasında haqqın gücsüz, nahaqqın güclü olduğu, alimlərin cahil, cahillərin 

isə alim mərtəbəsində durduğu ürək ağrısı ilə göstərilirdi. Zakir və Bakıxanov, 

Vazeh və Nəbati, Salik və Arif cəmiyyətda baş verən qanunsuzluqları hökumət 

adamlarının nadanlığı, rüşvətxorluğu, dələduzluğu ilə əlaqələndirirdilər. 

Əsrin ikinci yarısında Seyid Əzim, Bahar Şirvani, Natəvan, Kominə, Bixud 

kimi  şairlərin yaradıcılığında həyatın  əzablarından, insanların vəfasızlığından 

giley-guzar, pərişanlıq əhvali-ruhiyyəsi, peşmançılıq duyğuları aşkar görünürdü. 

Sosial ziddiyyətləri, cəmiyyət üzvlərinin etibarsız və dönük olmasını çox vaxt 

məhəbbət hisslərinin tərənnümü fonunda əks etdirən bu şairlərin  əsərlərində 

bəzən həyatın təzadları, ictimai kontrastlar və fəlsəfi düşüncələr açıq şəkildə əks 

olunurdu. Məsələn, insan qəlbinin təbii hisslərini özünəməxsus bədii 

sənətkarlıqla göstərən Əbülhəsən Raci yaşadığı zəmanədə vəfa, mehribanlıq, düz 

ilqar kimi bəşəri keyfiyyətlərin yoxluğunu birbaşa deyirdi: 

 

İmtahan eylədim, ey dil, hamı xubanı dürüst,  



Tapmadın-bircə nəfər əhdilə peymanı dürüst 

Adı var mehri vəfanın özü yox, ənqə tək; 

Par açıb dövr, elədin aləmi-qəmkan dürüst 

  

 



____________________Milli Kitabxana______________________ 

 



XIX  əsr Azərbaycan  şerində dini fanatizmə qarşı etiraz motivləri, 

azadfikirlilik ideyaları mühüm yer tuturdu. Zahidliyə və asketizmə qarşı çıxan I 

şairlər real dünyanı mövhumi axirətə, həyat sevgisini ziyarətə, meyxananı 

məscicdə qarşı qoyur, mövhumat və  cəhaləti pisləyir, insan zehnini əsarətdə 

saxlayan dini ehkamların yalan və əsassız olduğunu göstərirdilər. Vazeh, Bahar, 

Seyid  Əzim, Bixud, Asi və Racinin əsərlərində islam fanatizmi, onun çürük 

zəhniyyəti cəmiyyəti mənəvi əsarətdə saxlayan qüvvə kimi göstərilir, ruhanilərin 

təbliğ etdiyi tərkidünyalığa qarşı həyatsevərlik ideyalan irəli sürülürdü. 

Orta  əsrlərin lirik poeziyasında olduğu kimi, XIX əsr  şairlərinin də ictimai 

məzmunlu  şeirlərində lirik qəhrəman - həyatsevər Aşiq öz yerini aqil  və 

mütəfəkkir Arifə  tərk edir və ideya mübarizələrində başlıca olaraq iki surətlə 

qarşılaşırdı; onlardan biri Zahid, ikincisi isə Vaiz idi. 

Lirik konflikt həmişə bu surəllər arasında davam edən ideya mübarizələri 

üzərində qurulurdu. Nikbin həyat və gözəllik vurğunu Arifdən fərqli olaraq 

Zahid sürəti həmişə insana, yaşamağa zidd meylləri, ruhani əsarəti, mistikanı, 

tərkidünyalığı təbliğ edir: Xalqı əsarət və cəhalətdə saxlayırdı. Məhz buna görə 

dini-əxlaqi normalarla qənaətlənməyən,  şəriət xadimlərinin insanları  qəzavü 

qədərə, itaətə, səbr və  təvəkkülə  təhrik edən məhdud sxolast fikirlərinə qarşı 

çıxan Seyid Əzim müasirlərini həyati fəaliyyətə çağırırdı. O, dini xurafatin, şəriət 

mərasimlərinin bəşəriyyətə sevinc, nikbinlik yox, məyusluq və kədər gətirdiyini 

yaxşı bildiyi üçün insanları  məscid yolundan çəkilib, zahiddən birdəfəlik 

uzaqlaşmağı, meyxana küncündə sakin olmağı məsləhət bilirdi: 

 

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut,  



Tutma əldə zahidin tesbihini, peymanə tut.  

Zahidü məscid təmənnasın çox etmə, ey könül,  

Zahidi bir cüğd bil, həm məscidi viranə tul.  

Girmə sən məscidlərə namərd zahidlər kimi  

Seyyida, meyxanədə peymanəni mərdanə tut. 

 

Eyni ideya-fəlsəfi fikri görkəmli Cənubi Azərbaycan şairi Məhəmməd Əmin 



Dilsuz da özünəxas bir bədii kəskinliklə deyirdi: 

 

Zahidin baxma kəlamdən yekə əmmaməsinə,  



Məscidi qəsb eləyib, qabili-bütxanə deyil.  

Saxlayıb hiyləvü təzvir kəməndin əldə,  

Sülacaq boynuna, bil, səbheyi-səddanə deyil. 

 

XIX  əsr  şerində Vaiz surəti daha kəskin tənqidə  məruz qalmışdır. Seyid 



Əzimin qəzəllərində o, yalançı, ikiüzlü, əsassız vəzləri ilə xalqı aldadan, yetim 

malina göz dikən bir riyakar, fırıldaqçı kimi göstərilir: 



____________________Milli Kitabxana______________________ 

10 


 

  

Nişimənin ki sənin huriyadır, ey vaiz,  



Qəsəm ol xaliqə ki, bu riyadır, ey vaiz.  

Yetim malına goz dikməyin nədir daim,  

Həlali-kəsb məgər narəvadır, ey vaiz?! 

 

Başqa bir qəzəlində  şair vaizi insan yox, "aləmə fitnə salan" şər mədəni, 



cəhənnəm xəbərçisi, atası məlum olmayan bic uşaq adlandıraraq yazır; 

 

Aləmə fitnə salan mədəni-şərdir vaiz,  



Haşalillah demərəm mən ki, bəşərdir vaiz.  

Anası daməni-mehrabə atıb qımdağın.  

Eyləmə cəhl ki məchuli-pədərdir vaiz. 

 

Xalqı aldadan yalançı ruhanilərin, xüsusilə mollaların mənəvi-əxlaqi 



çirkinliyini açıb ifşa etməkdə Molla Ağa Bixud və  İskəndər ağa  Şair daha 

barışmaz mövqe tuturdular. Riyakarlıqda və hiyləgərlikdə mollaları iblis və 

şeytanla müqayisə edən  İskəndər ağa  Şair  şcirlərinin birində "baltanı dibindən 

vurub" (F.Köçərli) qəzəbini ən acı sözlərlə ifadə edirdi: 

 

Bitəkəllüf, eşşək kimi girirsən hər evə,  



Soxulursan tula tək her qapıdan, ay molla!  

Sən ki Quranda özün "əlhəqqü mürr" oxumusan,  

İncimə, acı olur həqqi-süxən, ay molla!  

Qapacaqsan mənı də it kimi bir gün bilirəm,  

Qapdırır itə özün, iti vuran, ay molla! 

 

Şəxsi və  mənəvi azadlıq, işıqlı bir əxlaqi-ictimai ideal arzusu, humanizm, 



insanlıq fəlsəfəsi, XIX əsr şairlərinin çoxunun yaradıcılığından qırmızı xətt kimi 

keçir. Onların yaradıcılığında təsvir olunan bədii surətlərin dünyagörüşü, həyata 

münasibəti, təbliğ etdikləri ideya ilə bağlı olaraq, şeirdə bir-birinə zidd mövqedə 

dayanan iki poetik məkan diqqəti cəlb edirdi: Meyxana və  Məscid. Bunlardan 

birincisi zövq əhli olan Arifin, ikincisi isə Zahid vo Vaizin dolaşdığı yerlərdir. 

Poeziyada lirik konflikti kəskinləşdirən bir də ayrı-ayrı surətlərin bu 

məkanlara münasibəti idi. Vaiz məscidin əzəməti, axirət dünyada behişt xülyası 

barədə danışırdı, Zahid xalqı, camaat məscidə - ibadətə  və itaətə  səsləyırdi. 

Onların  əksinə olaraq Arif meyxananı üstün tuturdu. Onun fikricə meyxana - 

düzlük, sədaqət, mehribanlıq və insanlığın məkanıdır; yalan, həsəd, paxıllıq və 

xəyanət oraya yaxın düşə bilmir. Humnist şair Ə.Raci yazırdı: 

  


____________________Milli Kitabxana______________________ 

11 


 

  

Bilmərrə, yolu canibi-meyxanəyə yoxdur,  



Hər kimsənədə büxtü riyavü həsəd oldu.  

Xoş halına hər kimsənə meyxanədə öldü,  

Xişti-xum o şuridəyə səngi-ləhəd oldu.  

Mən eyləmədim zahidi özbaşına rüsva,  

Bu işdə mənə piri-muğandan mədəd oldu.  

Zahidlərə ixbar eləyin: xirqeyi-Raci – 

Meyxanədə rindani-xərabə nəmad oldu. 

 

Yalan vəzləri ilə avam camaatı aldatdığına görə ikiüzlü ruhaniləri bayquş adlandıran 



görkəmli şair Bixud da xudbin zahiddən kənara çəkilib "rindlər yanında" etibarlı olmağı 

fəxarət sayırdı: 

 

Nə qəm, ülfətimdən ar edərsə zahidi-xudbin,  



Mənim də zahidi görməkcliyə, vallahi, arım var.  

Məni kafər sanıb bizar isə məndan əgər zahid,  

Xoşam kim, rindlər yanında qədrü etibarım var.  

Məni binamlərdən sanmayın aləmdə Bixud tək,  

Xərabət əhliyəm mən, rindlikdə iştihanın var. 

 

Seyid  Əzim isə meyxananı  məscidə qarşı qoyur, eşq odunda yanmağı  Məkkə 



ziyarətindən üstün tutaraq yazırdı: 

 

Zahid, çağıma Kəbəyə meyxanədən məni,  



Yüz Kəbədən səfalıdı meyxanənin biri.  

Min həccdən şərafəti əfzun olur, əgər  

Şəmə dolanıban yanə pərvanənin biri. 

 

Məscidlə müqayisədə meyxanaya üstünlük verən, oradakı  həyatı daha yüksək 



qiymətləndirən  şairlərin yaradıcılığında  şərabın tərənnümü də xüsusi yer tutur. Bnuun 

səbəbini konkret şəkildə izah edən  ədəbiyyatşünas M.Quluzadə  məşhur" fransız 

şərqşünası C.Darmsleterə istinadan yazır: "Şərq  ədəbiyyatında  şərab Quran əleyhinə, 

müqəddəsat  əleyhinə, dini qanun tərəfindən  əqlin təbiətinin  əzilməsi  əleyhinə üsyandır. 

Şair üçün şərab içən adam azad olmuş insanın rəmzidir" 

Beləliklə, Şərq ədəbiyyatında olduğu kimi, Azərbaycan şairlərinin də şeirlərində şərab 

- fikir azadlığı, etiqad sərbəstliyi, dini ehkamların  əsarətinə etiraz ifadəsi,  şadlıq, 

firavanlıq və səadətin timsalı kimi göslərilir. 

İçkini günah sayıb, onu insanlara qadağan edən Vaiz və Zahidin əksinə çıxaraq, Seyid 

Əzimin müdrik Arifi deyir: 



____________________Milli Kitabxana______________________ 

12 


 

Vaiz, demə kim zail edir əqli piyalə,  

Badə yetirir mərdümi hüşyan kəmalə.  

Sən özgə günah eyləmə, iç badeyi-gülfam  

Ondan nə günah olsa, mənə eylə həvalə. 

 

XIX  əsr  şairlərinin yaradıcılığında  şərab - real həyat və dünyəvi məhəbbət 



rəmzi kimi tərənnüm olunur. Dini mövhumat, fanatizm və cəhalət əleyhinə bədii 

etirazın bir forması kimi ondan şeirdə tez-tez istifadə edilir. Onun tərkidünyalıq, 

dinin uydurma "abikövsər" "dirilik suyu" ilə heç bir əlaqəsi yoxdur. 

Şeirdə  məhəbbət, dünyavilik, zamanədən  şikayət motivləri ilə yanaşı  təbiət 

movzusu, peyzaj lirikası da müəyyən yer tuturdu. Bu dövrdə  şairlərin təbiətə 

müraciəti, ondan bəhralənmə yolları müxtəlif idi. Çox vaxt onlar klassik poeziya 

ənənələrini davam etdirərək, təbiətdəki  əşyaları lirik qəhrəmanların zahiri 

görünüşü ilə qarşılaşdırır, gözəlin üzünü - gülə, boyunu - sərvə, gözünü nərgizə, 

qaşlarını - qövsi-qüzehə (göy qurşağına), ağzını -qönçəyə. yanağını - laləyə 

bənzədirdilər. Belə müqayisələrdə insan - sevgili öz gözəlliyi və  məlahəti ilə 

təbiət gözəlliklərindən üstün tutulur; sərt sevgilinin boyunu görəndə öz boyundan 

utanır, lalə  qırmızılığını onun yanağından alır, bağban gözəlin ağzını görəndə 

bəslədiyi qönçələri yandırır, günəş nuru, ziyanı onun camalından alır və s. 

Təbiət gözəllikləri insanın həyatı, mənəvi aləmi, ruhi vəziyyəti, sevgi hissləri, 

vüsal arzuları, sevinc və  kədəri ilə  əlaqələndirilir. Təbiət insanla daha da 

xinətlənir, güllər, çiçəklər insanla əlaqədə daha gözəl olur. İnsansız təbiətin 

gözəlliyi heçdir. Bu şeirlrin bir qismində aparıcı  xətt ayrı-ayrı  fəsillərin 

təsviridir. Belə şeirlərdə bahar - ürəkləri tezələyən, ruha fərəh, nikbinlik gətirən, 

həyatı yeniləşdirən, payız - bütün gözəllikləri uçunıb-dağıdan insan qəlbini 

kədarləndirən bir mövsümdür. Qış ömrün sonudur. Yay isə bədii surət kimi XIX 

əsr şerinclə yox dərəcəsindədir. 

Lirik qəhrəmanla təbiətin qarşılıqlı münasibətlərinin bədii təqdimi də əsasən 

ənənəvi idi; yəni əgər insan şaddırsa, o öz istəyinə yaxınndırsa, məqsədinə nail 

olursa, bu zaman təbiat də cilvələnir, gözəllik göz oxşayır.  Əgər qəhrəman 

kədərlidirsə, öz arzusuna çata bilmiş, onda təbiət də tutqundur: gülüstan solmuş

xəzan yarpaqlar tökülmüş, hər tərəf üryan qalmışdır. 

Lakin bəzən bunun əksi də olur. Şairlər təbiət hadisələri ilə insanın daxili-

mənəvi  əhvali-ruhiyyəsini qarşılaşdırmaqla qüvvətli bədii təzad yaradırlar. Bu 

cəhətdən Natəvanın "Sənsiz" rədifli qəzəlləri yaxşı bir nümunədir. Bahar gəlmiş, 

güllər açılmışdır. Ancaq bu gözəllik şairəyə sevinc yox, hədsiz kədər və iztirab 

gətirir. Çünki bu gözəllik insansızdır.  şairənin sevimli övladı  həyatda yoxdur. 

Ona görə  də  təbiət cah-cəlala buründüyü halda, lirik qəhrəmanın qəlbi xəzan 

görmüs bülbül kimi nalə edir, fəryad qoparır: 

  

 



____________________Milli Kitabxana______________________ 

13 


 

 

Bahar əyyamıdır, açıldı güllər, ey cavan, sənsiz!  



Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?  

Güli-röymdən ayrı neylərəm mən gülistan seyrin?  

Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz. 

 

Belə şeirlərdə bəzən təbiət hadisələri insanların maddi həyatı və dolanışığı ilə 



əlaqələndirilir, şairlər yağış, isti, qar, soyuq kimi təbii hadisələrin təsviri fonunda 

xalqın çətin, dözülməz yaşayışını əks etdirirlər. 

Təbiət şeirlərində əsas bədii obraz gülüstandır. Başqa surətlərin hamısı orada 

movcuddur. Gulüstan - gözəllik, məhəbbət məkanıdır. Baharın nəfəsi ilk dəfə 

orada duyulur. Şairlər cəmiyyətdə olmayan rahatlıq və gözəlliyi çox vaxt 

gülüstanda, bu kiçik bağçada arayıb tapırlar. Lakin XIX əsr  şerində  səhra, 

biyaban kimi yerlərində təsvirinə təsadüf edilir. Məhəbbət qəhrəmanları istək və 

arzularına çata bilməyəndə çölə, biyabana qoşur, cəmiyyətdən uzaqlaşırlar. 

Beləliklə, XIX əsr  şairlərinin yaradıcılığında təbiət həmişə  cəmiyyət həyatı 

və humanist ideyalarla əlaqələndirilir; poeziyada o, imanların zahiri gözəlliyini 

və mənəvi-əxlaqi keyfiyyətlərini dərindən səciyyələndirən bir vasitə kiıni işlənir. 

 

* * * 



 

XIX  əsr Azərbaycan lirikası  bədii məzmun, ideya-estetik ovqat baxımından 

zəngin olduğu qədər da keşməkeşli, enişli-yoxuşlu bir yolla inkişaf edirdi. 

Klassik poeziya üslubunda yazan şairlərin ictimai mənşəyi, mədrəsə təhsili alıb 

dini dünyagörüşə yiyələnməsi onların yaradıcılığına da müəyyən təsir göstərirdi. 

Bu  şairlər bir tərəfdən dünyəvi məhəbbəti tərənnüm edir, fanatizmə  və yalançı 

ruhaniliyə qarşı çıxaraq, elm və mədəniyyəti tərifləyir, məscidi "bayquş yuvası" 

adlandıraraq, arif adamları oradan uzaqlaşmağa çağırır, ikinci tərəfdən isə dini 

mərasimlərdə oxunan mərsiyə, növhə, sinəzən və mədhanələr yazırdılar. Özü də 

bu hal XIX əsr şairlərinin, demək olar, əksəriyyətinə xas olan bir xüsusiyyət idi. 

Hətta mövcud dini təəssübkeşliyi pisləyib, vaiz və zahidləri riyakar, ikiüzlü 

adlandıran  Əbülhəsən Raci. "Künci-meyxanəni məskən edib hər  şamü səhər, 

Vermə, Dilsuz, əlini zahidü molla əlinə" - deyə  xərabati  şeirlər yazan 

Məhəmmədəmin Dilsuz, habelə "Allaha rüşvət", "Köpəyə ehsan", "Yerdəkilərin 

göyə şikayətə getmələri" kimi satirik əsərlərin müəllifi olan Seyid Əzim Şirvani 

də dini mədhnamə. mərsiyə  və sinəzənlər yazmış, bu əsərlər camaat arasında 

geniş yayılmışdır. 

Əlbəttə, bu təsadüfi deyildi. Onun obyektiv səbəbləri vardı. Bu səbəblərin 

birincisi tarixi-ictimai şəriətlə bağlı idi. Ölkənin müəyyən yerlərində, xüsusilə 

cənub rayonlarında feodal idarə üsulunun, orta əsr qaydalarının, dini 

  


____________________Milli Kitabxana______________________ 

14 


 

fanatizmin və movhumi görüşlərin hələ qüvvətli olması, İran dövlətinin Osmanlı 

imperiyasına qarşı apardığı  rəqabətli mübarizələrlə  əlaqədar sünni-şiiə 

münasibətlərinin kəskinləşməsi bədii  ədəbiyyatda dini keçmişə marağı 

artırmışdı. 

XIX  əsrdə  mərsiyə  ədəbiyyatının geniş yayılmasına səbəb olan mühüm 

ictimai amilləridən biri də "çarizmin ucqarlarda apardığı müstəmləkəçilik 

siyasəti" və bununla əlaqədar olaraq, hökumətin "sünni-şiə ziddiyyətlərini 

kəskinləşdirməyə çalışması, Tiflisdə müsəlman uşaqları üçün ayrı-ayrılıqda  şiə 

və sünni məktəbləri açması" idi

1

. İkinci tərəfdən, bu, Azərbaycanda geniş ədəbi-



ictimai hərəkat səviyysinə qalxan maarifçiliyin yeni bədii-estetik çalarlar 

qazanması, dindarlaşması ilə  əlaqədar idi. Məlumdur ki, XIX əsrin 80-90-cı 

illərində Azərbaycan maarifçiləri sosial-mədəni həyatda nəyin necə olduğunu 

qiymətləndirmək üçün Ağılla yanaşı Allaha da əsaslanırlar. Onlar "dini 

fanatizmə qarşı mübarizədə dinin özünün ən müqəddəs silahı ilə -Quranla da 

silahlanırlar"

2

. Əxlaqi təmizlik, mənəvi ucalıq uğrunda mübarizə yollarından biri 



də "saf islama" qayıtmaq arzusu və  cəhdi olur. Məhz "saf din". "təmiz  şəriət" 

ideyasının tələbi ilə klassik poeziyanın lirik qəhrəmanı dini keçmişə müraciət 

edərək islam müqəddəslərinin igidliyi, ədalətli mübarizədə  şərəfli ölümü, haqq 

yolunda səhidliyi barədə mərsiyə və növhə oxuyur. 

Nəhayət, XIX əsr Azərbaycan  şerində  mərsiyənin intişarı, dini motivlərin 

geniş vüsət alması bir də  ədəbi gedişatın, mədəni-tarixi prosesin səciyyəsi, 

sənətkarların özlərinin ədəbi-ictimai mühitdə tanınmaq arzuları ilə bağlı idi. Belə 

ki, məhəbbət mövzusunda yazılan qəzəllər yalnız toy və bu kimi şadlıq 

məclislərində oxunduğundan onların müəllifləri də belə  məhdud yerlərdə 

tanınırdı. Həm də toy məclisləri uzun çəkmir,  ən yaxşı halda üç gün davam 

edirdi. Halbuki məhərrəmliklə bağlı təziyə və təkyə məclisləri hər ilin müəyyən 

vaxtlarında günlərlə, hətta həftələrlə və aylarla, özü də bir eldə, bir obada yox, 

bütün  şiə-müsəlman ölkələrində davam edirdi. Şübhəsiz, bu cür məclislərdə 

oxunan şeirlər öz müəllifini daha çox tanıdırdı. Bu cəhəti xüsusi nəzərə çatdıran 

ədəbiyyatşünas F.Köçərli yazır: "Beş-on sənə bundan əqdəm artıq hörmət və 

şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə  və  mərsiyə yazan 

şairlər idi ki, onların kəlamı  məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını 

eşidib, xalqın tərifü tövsifi ilə  sərəfraz olurdular ve növhə yazmağa dəxi də artıq 

şövqmənd olub, bütün vaxtlarını və qüvveyi-şedyyələrini bu yolda sərf edirdilər"

3



Təsadüfi deyildir ki, İranda Nəsrəddin  şahin (1848-1896) hakimiyyəti

 illərində 

"məhərrəmlik təziyədarlığına böyük əhəmiyyət verildiyi üçün 

  

                                                           



1

Azərbaycan ədəbiyyatı tarixi. II cıld. Bakı, 1960, s. 167-168.

 

2

 



Yaşar Qarayev . Realiz: sənət və həqiqət. Bakı. 1980, S. 129.

 

3



 

Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 1981, s.326. 

 


____________________Milli Kitabxana______________________ 

15 


 

Molla Məhəmmədbağır Məclisinin, Qumri, Dəxil, Raci və başqa mərsiyə  şairlərinin 

fanatizm yayan əsərləri tez-tez çap olunub yayılırdı1

1

". Belə kitab-lardan, məsələn, 



Qumrinin "Kənzül-məsaib"  əsəri mətbuat səhifələrində "Məcmueyi-mötəbər",  ədiblərin 

rəğbətlə qarşıladığı kitab kimi qiymətləndirilir, onun müəllifi xoş sözlərlə alqışlanırdı

2



Buna görə  də Mirzə  Məhəmməd Tağı Qumri (1819-1891), Mirzə  Kərim  Şüai (?-1894), 



Mirzə  Cəbrail Süpehri (?-1902), Mirzə  Həsib Qüdsi (1873-1908) kimi şairlər 

müasirlərinin çoxundan ayrılaraq, öz yaradıcılıqlarında növhə və sinəzənlərə daha çox yer 

vermiş, xüsusi mərsiyə  şeri, ruhani poeziya yaratmışlar. Bu şeir dini ədəbiyyat deyildi. 

Onun məzmununda, daxili mayasında həyatilik, tarixilik var idi. Şairlər hicri tarixin 61-ci 

il məhərrəm ayının 10-da (miladi 680-ci ilin oktyabr ayı) baş vermiş  Kərbəla 

müsibətlərini qələmə alsalar da bu hadisələri hələ mövhumiləşdirmir, ondan tarixi əhvalat 

kimi danışırdılar. Bu şeirlərdə  Məhəmməd peyğəmbər (570-632), onun əmisi oğlu və 

kürəkəni Əli ibn Əbu Talib (598-661) təriflənir, İmamların ölümü, ədalət, haqq uğrunda 

şəhidlik kimi mənalandırılır, tərənnüm olunurdu. 

Tarixi-dini şeirlər təkcə məsciddə oxunmurdu. O, xalqın məişətinə daxil olmuşdu; yas 

məclislərində, ölü yerlərində oxunan belə  şeirlər dinləyicilərin qəlbini riqqətə  gətirir, 

hisslərini və duyğularını kövrəkləşdirirdi. Dinləyicilər məğlub olanın  şəhidliyinə, onun 

dəstəsinin əsir düşməsinə təəssüflənir, göz yaşı axıdırdılar. Lakin mərsiyə şeri oxucularda 

bədbin  əhvali-ruhiyyə yaratmır,  əksinə, oxucunu mənəvi təmizliyə,  əxlaqi saflığa 

çağırırdı. Yezidin imamlara etdiyi zülmü gözləri qarşısında

3

canlandıran oxucu, yaxud 



dinləyici daxilən bu ədalətsizliyə qarşı çıxır, qəddarlığa və zalımlığa nifrin yağdırır, lənət 

oxuyur, hətta zülm və ədalətsizliyə qarşı etiraz və mübarizə ruhunda səfərbər olunurdu. 

Bədii kökləri və estetik təbiəti etibarilə də mərsiyə Azərbaycan ictimai gerçəkliyinə və 

ədəbi fikrinə yad deyildi. Məlumdur ki, ölən qəhrəmana, həyatdan köçmüş əziz bir adama 

sevgi, məhəbbət ifadə edən yanıqlı  nəğmələri daha təsirli  şəkildə ifadə edən xüsusi 

adamlar da olmuşdur. Rus ədəbiyyatında elegiyanın köklərini araşdıran  ədəbiyyatşünas 

L.Q.Frizman yazır: "Rus elegiyasının mühüm mənbəyi - folklor, o cümlədən xalq ailə-

məişət və məhəbbət lirikası, oxşama və ağılar olmuşdur"

4



Bu fikri Azərbaycan  ədəbiyyatına da aid etmək olar; yəni Azərbaycan mərsiyəsi öz 



mayasını Azərbaycan xalq ədəbiyyatından, ailə-məişət nəğmələrindən, oxşama və 

ağılardan götürmüşdür. Sonralar bu janrın yaxşı nümunələrini 

 

                                                           



1

 

Azərbaycan ədəbiyyatı tarixi. 11 cild, s.167



 

2

Bax: "Ziyayi-Qafqaziyyə". 1881, 12 dekabr.



 

3

Həsi Abdullayev. İslamın məhərrəmlik mərasimi. Bakı, "Azərnəşr", 1967, s.10.



 

4

Л.Г.Фризман  Жизнь лирического жанра. Изд-во "Наука"  M., 1973, c.12. 



 

____________________Milli Kitabxana______________________ 

16 


 

 Xaqani, Nizami, Füzuli, kimi klassiklər yaratmışlar. XIX əsr mərsiyələri də ilk 

növbədə xalq ədəbiyyatı, sonra isə klassik poeziya ilə bağlı idi; daha doğrusu 

mərsiyə  şeri dini ənənədən yox, ədəbi  ənənədən yaranmışdı. Bu mərsiyələrdə 

klassik  şerin ictimai kədər motivləri davam etdirilirdi. Onlar Sərg tarixi, 

keçmişdə olmuş qanlı hadisələr haqqında canlı  və ibrətli söhbətlər idi. Oradakı 

ideya-məzmun çox vaxt dini-şiə  təəssübkeşliyinin hüdudlarını asırdı.  Şairlər 

insani hissləri, mənəvi gözəlliyi,  əxlaqi təmizliyi, bəşəri kədəri hətta siyasi 

azadlığı  və  bərabərliyi təbliğ  və  tərənnüm etməklə yaşadıqları dövrün 

despotizminə, xüsusilə müstəmləkəçilik siyasətinə qarşı çıxırdılar. 

Mərsiyə  şerindəki dünyəvilik və tarixilik humanizm ideyaları ilə bağlı idi. 

Müəyyən məsələlərə münasibətdə dini səciyyə daşımasına baxmayaraq, mərsiyə 

şairləri də insanın azadlığı ideyasını müdafiə edirdilər. Bununla belə bu azadlıq 

ictimai mahiyyət qazana bilmirdi və  mərsiyə  şerinin başlıca ziddiyyəti, 

məhdudluğu da bu nöqtədə idi; Qumri, Raci. Dilsuz, Asi, Növrəs və başqalarının 

təsvir və  mədh etdiyi qəhrəmanlar - Məhəmməd,  Əli, liseyn tarixi şəxsiyyətlər 

olduğu halda şairlər onları mövhumiləşdirir, bu adamların guya ruhən 

ölmədiyinə inanır və  əfsanəvi məhşər günü onlardan kömək diləyirdilər. 

Məsələn. Növrəs Füzuliyə təxmislərindən birini belə qurtarırdı: 

 

Arizə qan yaşı gözdən cari eylər müttəsil,  



Növhəxandır Növrəsi-məhzuni-müztər ilbəil,  

Ya Əli, ruzi-cəzadə qoyma qalsın münfəil.  

"Arizuməndi-vüsa1ındır Füzuli xəstədil,  

Vəslin istər, dövləti-didarın eylər arizu". 

 

Mərsiyə  şeri Azərbaycan  ədəbiyyatında süjetli lirikanın inkişafına xeyirli 



təsir göstərmiş. insanın daxili dünyasının, subyektiv hisslərinin canlı  və  təsirli 

təcəssüm etdirilməsində, poetik dilin orta əsrlərə  məxsus qəliz  ərəb-fars 

tərkiblərindən təmizlənməsində  və sadələşməsində müəyyən qədər  əhəmiyyətli 

rol oynamışdır. Bu əsərlər poetik-struktur baxımdan bəzi keyfiyyətlər 

qazanmışdı. Növhə  və sinəzənlərin bir çoxu yüksək bədiiliyi və  şeriyyati ilə 

fərqlənirdi;  şairlər gözəl qafiyələr yaradır, poetik sözün imkanlarından 

sənətkarlıqla istifadə edə bilirdilər. Misal üçün, "həqq yolunda və eşq aləmində 

nə  qədər ağır cəfalara və böyük bəlalara giriftar" (F.Köçərli) olmağı  İmam 

Hüseynin səadət saymasını  və bunu öz bacısı Zeynəbə  fəxrlə bildirməsini 

Əbülhəsən Raci şeirlərinin birində belə ifadə edirdi: 

 

Bacı, əhdim budu bu çöldə gərək qanə batam.  



Qanımı Əkbərimin qanına şövq ilə qatam.  

Can verib təşnə, gərək isti qum üstündə yatam,  

Cismi-məcruhim ilə, sineyi-suzanım ilən. 

  


____________________Milli Kitabxana______________________ 

17 


 

Fikri aydın və təsirli ifadə etmək, oxucuda güclü emosiya yaratmaq üçüıı şair 

əruzun axıcı bəhrini seçməklə bərabər həm də rədiflərdən məharətlə istifadə edir: 

 

Əhli-Kufə yetirər zülmünü itınamə, bacı,  



Bədənimdə dəxi qoymazla qala camə, bacı.  

Mizələrdə apararlar başımı Şamə, bacı,  

Bədənim yerdə qalar peykəri-üryanım ilən. 

 

Şamdə məclisi-işrət quralar, söz demərəm,  



Küçəvü bamdə səf-səf duralar, söz demərəm,  

Xeyzuran çübü nə qədri vuralar, söz demərəm,  

Bəzmi-əğyardə mən bu ləbü dəndamın ilən. 

 

Başqa mövzularda yazılan əsərlər kimi mərsiyə və təriqət şerinin yaradıcıları 



da öz əsərlərinin mərkəzinə insan, onun sosial mühitdə mövqeyi məsələlərini 

çəkir və öz dünyabaxışlarına uyğun  şəkildə izah edirdilər. Bu şerin mayasında 

dünyəvilik və tarixilik motivləri ilə yanaşı bir də humanizm pafosu vardı. 

Müəyyən məsələlərin bədii şərhində idealist səciyyə daşımasına baxmayaraq, bu 

şerin lirik qəhrəmanı zülmkarlıq və qəddarlığın əleyhinə çıxır, insan azadlığı və 

xoşbəxtliyi ideyalarını müdafiə edirdi. 

 

* * * 


 

XIX  əsr Azərbaycan  ədəbiyyatında epik şeir də inkişaf edirdi. A.Bakıxanov, 

M.Ş.Vazeh, M.B.Xalxali, M.M.Şükuhi, S.Ə.Şirvani, M.T.Qumri kimi şairlərin məsnəvi, 

təmsil və mənzum hekayələrində həyat, gerçəklik əhatəli, panoramlı təsvir, poetik təhkiyə 

üsulu ilə canlandırılır, obrazların xarakteri geniş  əhvalatlar və hadisələr fonunda inkişaf 

edir və açılırdı. 

Epik  şeirdə  əxlaqi-tərbiyəvi fikirlərin təbliği xüsusi yer tuturdu. Şairlər qoca Şərqin 

Sədi, Nizami və başqa qüdrətli sözustalarının  ənənələrini davam etdirərək, mənzum 

hekayə  və  təmsillərində müasirlərini qayğıkeş, səmimi olmağa, cəmiyyət işlərinə ayıq 

gözlə baxmağa, ağıl və düşüncə ilə hərəkət etməyə, bəşəriyyət üçün xeyirli işlər görməyə 

çağırırdılar. (A.Bakıxanov -"Hikmətin fəziləti", "Tədbirin gözəlliyi", "Yersiz minnət 

qoymaq"; Q.Zakir - "Zovci-axər", "Tərlanlar və elçilər", "Dərviş ilə qız" və s.). 

      Belə əsərlərin müəllifləri haqqı, ədaləti müdafiə edir, insan şüurunun qüdrətinə yüksək 

qiymət verir, həyatda ən xeyirli şeyin hünər və qabiliyyət, ən yaxşı şeyin xeyirxahlıq, ən 

lazımlı şeyin isə həqiqət olduğunu müasirlərinə bildirirdilər. Onların təbliğ etdikləri sadə 

əxlaq normalarına zəhmətkeşlik, əməksevərlik; düzlük, doğruçuluq, mehribanlıq, təmizlik 

kimi yüksək insani sifətlər daxildi. Yalançılıq, firıldaq, təkəbbür, lovğalıq, xudpəsəndlik 

kimi naqis cəhətlər isə bu əsərlərdə şiddətlə pislənirdi. 

  


____________________Milli Kitabxana______________________ 

18 


 

Klassik poeziya ənənələrini davam etdirən XIX əsr  şairlərinin epik yaradıcılığında 

əxlaqi-didaktik ideyalar geniş yer tuturdu. Orta əsr  ədəbiyyatının, xüsusilə  nəsihətamiz 

şerin möhkəm zəmini üzərində yetişən XIX əsrin didaktik poeziyası tamamilə yeni 

məzmun kəsb eləmişdi. Artıq quru nəsihətçilik, moizə və tərbiyə öz yerini "sağlam ağlın 

mühakiməsinə" (F.Engels) tərk edirdi. Hətta Seyid Əzim, Qasir, Sidqi, Hacı  Ağa Faqir 

kimi məktəbdar şairlər deyil, xalis məclis ab-havasında boya-başa çatan Məhəmməd Səfa, 

Mirzə Ələsgər Növrəs, Molla Məhəmməd Zövi, Məşədi Məhəmmad Bülbül və başqaları 

da qəzəl, qəsidə, rübai janrlarında yazdıqları  əsərlərində yaşadıqları  cəmiyyətin, onun 

əxlaqi və hüquqi qanunlarının köhnəldiyini, yeni zəmanə ilə bir yerə sığmadığını yüksək 

bədii intonasiya ilə bildirir, ağlın qüdrəti, elmin və  mədəniyyətin  əhəmiyyəti barədə 

danışırdılar. M.F.Axundzadə ideyalarını poeziya sahəsində davam etdirən bu şairlər 

özlərinin  ədəbi mühitlərindən, məclis ab-havasından tamamilə ayrılmasalar da, eyni 

zamanda   yeni tipli məktəbin təşkilatçısı, müəllim, humanist və beynəlmiləlçi kimi 

fəaliyyət göstərirdilər. Xüsusilə 80-90-cı illərin ədəbi-bədii prosesində maarifçi  realizmin 

geniş vüsət alması, başda M.F.Axundzadə  və H.Zərdabi olmaqla  "əkinçilərin" irəli 

sürdüyü estetik prinsiplərin bədii təcrübədə getdikcə qüvvətlənməsi onların yaradıclığına 

yeni məzmun gətirir. Dəyişən ictimai-tarixi şəraitin təsiri ilə  qəzəl və  qəsidə  ədəbiyyatı 

kimi əxlaqi-didaktik şeir də müasirliyin ideya-üslub mübarizələrində yeni estetik məzmun 

qazanır. 

Əxlaqi-didaktik şerin qəhrəmanı  dəfələrlə dünyanın isti-soyuğundan keçmiş müdrik, 

aqil bir insan - Atadır. Ömrunü dünya işlərinin gedişatını öyrənməyə sərf edən bu insan - 

Ata çox hadisələr görmüş, çox adamları  sınaqdan keçirmiş, zəngin həyat təcrübəsi 

qazanmışdır. Hansı sifətlərin yaxşı, hansıların isə pis olduğunu gözəl bilən insan - Ata öz 

övladlarına - gənc nəslə müraciətində doğruçuluq, səmimiyyət, xeyirxahlıq, böyüklərə 

hörmət, alicənablıq kimi nəcib insani sifətləri təbliğ edir, konkret həyati nümunələr 

əsasında həmin sifətlərin fəzilətlərini göstərirdi. Bunun əksinə olaraq o, sərxoşluq və 

oğurluq etməyi, qumar oynamağı, rüşvət yeməyi pisləyir, onların insana fayda yox, bəla 

gətirəcəyini bildirirdi. 

Əxlaqi-didaktik  şeirdə  təbliğ olunan əsas insani xüsusiyyətlər sadəlik, təvazökarlıq, 

mehribanlıq, vətənpərvərlik, beynəlmiləlçilik və əməksevərlik idi. Məsələn, Seyid Əzimin 

öyüdlərində zəhmət, əmək insanı ucaldan başlıca amillər       kimi göstərilir, gənc nəslə 

işsizlikdən, bikarçılıqdan uzaqlaşıb, müəyyən bir sənətə yiyələnmək tövsiyə olunurdu: 

 

Ey oğul, bil ki, adəmi-bikar,  



Xüşk olan bir odundu, layiqi-nar.  

Bunu bizdən deyibdilər əqdəm,  

Sənəti olmayan deyil adəm. 

 

 



____________________Milli Kitabxana______________________ 

19 


 

Maarifpərvər  şair başqa bir şerində birlik, ittifaq ideyasını irəli sürərək, 

fərdiyyətçiliyin əleyhinə çıxır, gəncləri birliyə, ittifaqa çağırırdı: 

 

İttifaq eyləyəndə beş barmaq,  



Xeyli asandı bir işi tutmaq.  

Yoxdur, ey sərvarim, tək əldə səda,  

İttifaq ilədir sünırü səfa. 

 

Epik şerin başqa mövzuları kimi əxlaqi-didaktik əsərlər də dərin humanizm 



problemləri qaldırır, cəmiyyət üzvlərinin, bütövlükdə xalqın mənəvi azadlığı, 

əxlaqi saflığı və təmizliyi prinsiplərini müdafiə edirdi. 

XIX  əsr  ədəbiyyatında epik şerin  ən gözəl nümunələri Q.Zakir və Seyid 

Əzimin, M.Ş.Vazeh və A.Bakıxanovun, M.T.Sidqi və Xan Qaradağının mənzum 

hekayələri, öyüd və  təmsilləri, M.M.Şükuhinin "Münazireyi-Əqlü Eşq", 

"Bəzzazların öyünməsi", M.B.Xakalinin "Sələbiyyə", məsnəviləri, 

M.T.Qumrinin "Kənzül məsaib" kitabıdır. Həcmindən asılı olmayaraq, bu 

əsərlərin hər birində canlı  bədii surətlər, yaddaqalan əhvalatlar görmək 

mümkündür. Hadisə  zənginliyi, fəaliyyətin geniş planda verilməsi də adları 

çəkilən əsərlərin epik səciyyəsini qüvvətləndirən məziyyətlərdir. 

 

*** 


 

XIX  əsr Azərbaycan poeziyasının  əsas qol larından biri də realist satiradır. Ölkənin 

sosial-iqtisadi həyatında ictimai və milli zülmə, müstəmləkəçilik siyasətinə qarşı etiraz, 

mövcud vəziyyətdən narazılıq  əhvali-ruhiyyəsinin qüvvətlənməsi və xalq azadlıq 

hərəkatının genişlənməsi - bədii  ədəbiyyatda kəskin, açıq tənqidi pafosun meydana 

gəlməsi ilə nəticələnir; əsrlər boyu gah dəhşətli faciələrlə ağlayan, gah da azadlıq həsrəti 

ilə alışıb yanan, gözəllik və  məhəbbəti tərənnum edən, qəhrəmanlara və hökmdarlara 

mədhiyyə oxuyan, təbiətə, bahara, gülə və bülbülə nəğmələr qoşan bəşəriyyət indi bədii 

təffəkküründə tənqidə geniş yer verir, "həyat haqqında amansızcasına açıq danışan əsərlər 

yazırdılar

1

.  Şeirdə demokratizmin həyatiliyin, sosial məzmunun güclənməsi, obrazlar 



sistemində  təbiillyin artması, mövcud cəmiyyətə, ictimai quruluşa maarifçi baxışın 

dərinləşməsi,  ən başlıcası isə  əsrin ortalarında dünya tarixinin "tam mənada komizm 

mərhələsinə qədəm qoyması" və "getdikcə daha artıq istehza doğurması" poeziyada satira 

va realizmin yaranması üçün obyektiv şərait, zəmin idi. 

Tarixi şərait, ictimai mühitdə gördükləri mənəvi-əxlaqi eybəcərlik saf bəşəri duyğular 

haqqında nəğmələr qoşun Azərbaycan şairlərini məhəbbət və 

  

                                                           



1

 

Əziz Mirəhmədov. Yazıçılar, talelər, əsərlər. Bakı, 1978, s.99. 



 

____________________Milli Kitabxana______________________ 

20 


 

gözəlliyin tərənnümünə dair odlu lirika ilə kifayətlənməyə qoymur, onları kəskin 

tənqidi-satirik  əsərlər yazmağa təhrik edirdi, B.Şakir, Q.Zakir, A.Canı  oğlu, 

M.Miskin, M.Nadim kimi sənətkarların yaradıcılığı Azərbaycan şerində yeni bir 

ədəbi cərəyanın meydana gəlməsini göstərirdi. Bu cərayanın tənqid obyekti, 

şairləri narazı salan məsələlər çox idi. Lakin onlar əməkçi xalqın həyatı, ağır 

güzəranı ilə  hər  şeydən artıq maraqlanırdılar. Yoxsul kəndlinin, rəiyyətin çətin 

dolanışığı, rəncbərin insan yerinə qoyulmaması, bir tikə çörəkdən ötrü bütün 

günü bəylərin qapısında xidmət edəıı  kəndlinin dözülməz vəziyyəti Nadimin 

şeirlərində dərin hüznlə, kədər hissi ilə, onları incidən bəylər və ağalar isə hədsiz 

qəzəblə təsvir olunurdu ("Misir nəvəsi imamverdi", "Murad xan", "Kərbəlayı" və 

s. şeirlər). 

Kəndlilərin vəhşicəsinə istismar olunduqlarını biçinçilərin haqqını  kəsən, 

camaatı susuz qoyan mülkədarların yırtıcı  təbiətini realist boyalarla təsvir edən 

Nadim "Mahmud" satirasında təhkimçi-feodal quruluşunun zulm və zorakılığını, 

rəncbərlərin kotana qoşulduqlarını ürək ağrısı ilə, kəskin daxili etiraz ruhunda 

gostərirdi: 

 

Mahmud! Əya rəncbərara mərdi-yeganə,  



Nahaq yerə rəncidə olub gəlmə fəğanə,  

Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə.  

Hərçənd gərəkdir qoşalar at bu kotanə,  

At olmasa, heç incimə, insan da qoşarlar. 

 

Hakim sinifləri tənqid, çarizmin qanun-qaydalarına, yerli feodalların 



özbaşınalığına etiraz, habelə ayrı-ayrı yaramaz sosial tipləri ifşa satirik şerin 

başlıca motivləri idi. 

Doğrudur, satiriklərin yaradıcılığında cəmiyyətin siyasi-iqtisadi əsaslarına 

toxunulmur, eybəcərliklərin  əsas kökləri göstərilmirdi; bununla belə onlar 

mənfiliklərin bilavasitə "sahibi-ixtiyarla" əlaqədar olduğunu, cəmiyyətin xəstə 

hal aldığını bildirirdilər. Məsələn, Baba boy Şakir murovların oğrularla, 

yolkəsənlərlə dilbir olub, onlardan rüşvət almalarını, qubernator və sərdarın isə 

bu işə göz yummalarını çəkinmədən, cəsarətlə deyirdi: 

 

Bu nə qubernator, bu necə sərdar?!  



Dağılıb vilayət, oldu tarımar;  

Cəldlanibdi rüşvəto murovlar,  

Xəlqin işi ahü əfğanə dönüb. 

 

Başqa bir şerində  Şakir fitnəkar, "bodzat" bəylərin komendant və canişinə rüşvət 



verməklə vəzifəyə keçib, əhaliya divan tutduqlarını təsvir etmişdi. 

Realist satiranın inkişafında Zakirin rolu və movqeyi xüsusi diqqətə layiqdir. Bəy 

zümrəsindən olmasına baxmayaraq, yerli hakimlərin fitnə-fəsadı və 


____________________Milli Kitabxana______________________ 

21 


 

çar məmurlarının  ədalətsizliyi üzündən düşdüyü acınacaqlı  vəziyyət, habelə 

ildən-ilə sadə,  əməkçi insanlara yaxınlaşıb onlarla həmdərd olması Zakiri 

zəmanəsinin barışmaz; dovtələb ifşaçısına çevinmişdi. M.F.Axundzadə ilə ideya-

yaradıcılıq dostluğu da onun realizminin və satirasının inkişafına böyük müsbət 

təsir göstərmişdi ("Vilayətin məğşuşluğu haqqında", "Zəmanənin tənqidi". 

"Divanbəyiləri həcv", "Hüseyn bəyi həcv", M.F.Axundzadə,  İ.Qutqaşınlı, 

M.P.Kolyubakinə yazdığı mənzum məktublar və s,). 

Zakir satirasında sosial bəlalar, yerli hakimlərin zülmü, çarizmin idarə  və 

məhkəmələrindl olan sürundürmələr, ölkəni bürüyən rüşvətxorluq, halsizlıq 

cəsarətlə  tənqid olunur. Şair çar məhkəmələrində  işləyən məmurların çirkin 

mənəvi aləmini açır, onların büsbütün humanist hisslərdən məhrum yalançılar, 

"həşəratlar" olduğunu yazırdı: 

 

Həddən aşıb büxlü həsəd, şərarət,  



Yoldaş yöldaşına eylər xəyanət,  

Alimdə əməl yox, bəydə ədalət,  

İşlərimiz olub saf gərdən-bucaq. 

 

Tənqidi-satirik  şerin ifşa obyektlərindən biri də ikiüzlü din xadimləri, 



yalançı, satqın ruhanilər - seyid, molla, mərsiyəxan, dərviş, vaiz, axund və 

başqaları idi. Onlar dini təbliğat yolu ilə avam xalqı aldadır, itaətkarlıq  əhvali-

ruhiyyəsi tərbiyə edirdilər. Allah, Məhəmməd, Quran adından danışıb, islam 

dinindən öz cibləri üçün istifadə edən ruhanilərin qapazı, adətən, yoxsul vo 

sadəlövh kəndlinin başına dəyirdi. Onlar aldatmaq, hiylə  gəlmək və müxtəlif 

təriqətlər düzəltməklə  zəhmətkeş küllələri istismar boyunduruğu altında 

saxlayırdılar. Onların başlıca hökmləri  şəriət məhkəmlərində verilir və  təsdiq 

olunurdu. Bu məhkəmələrin hüquqları isə hüdudsuz idi. Hətta"l846-cı ilə qədər 

bəylərə  və başqa feodallara məxsus olan torpaqların alınıb-satılması çar 

hökuməti tərəfindən qanuni hal hesab olunmurdu. Bu işlər  əsasən  şəriət 

məhkəmələri vasitəsilə həyata keçirilirdi"

1

. Şəriət məhkəmələrinin başında duran 



qazilər moizələrində doğruçuluqdan,  ədalət, insaf və halallıqdan danışsalar da, 

özləri dövrün hakim təbəqələri ilə  əlaqəyə girib riyakarlıq edir, oğurluq, 

rüşvətxorluq və quldurluğa rəyac verirdilər. 

Bu sifətlərinə görə Azərbaycan  şairləri ruhanilərin yaramazlığını açıb göstərir geniş 

xalq kütlələrində onlara qarşı nifrət hissi oyadırdılar. Q.Zakir "Qarabağ qazisi", "Şuşa 

mollaları haqqında", "Üsuli və  şeyxi təriqət mollalarının həcvi" kimi şeirlərində  

xadimlərinin eybəcərliyini gösrərir, M.F.Axundzadəyə məktublarının birində sözü ilə işi 

düz gətirməyən vaizlərin ikiüzlülük və yalançılığını ifşa edirdi. 

 

                                                           



1

Azərbaycan tarixi.1 cilddə, II cild, Bakı, 1964, s.99. 

  


____________________Milli Kitabxana______________________ 

22 


 

Vaiz bizə söylər şəri-Mustafa;  

Hərama mürtəkib olmayın əsla!  

Özü lüm-lüm udur batində, amma  

Zahirdə dediyi mənayə bir bax! 

 

İkiüzlü din xadimlərinin, məzhəb və  şəriət başçılarının,  əxlaqsız mollaların, 



rüşvətxor qazilərin tənqidi Vazeh, Bakıxanov, Nadim, Canıoğlu,  Şeyda, habelə 

aşıq  şeri tərzində  əsərlər yazan başqa  şairlərin də yaradıcılığında nıühüm 

yerlərdən birini tuturdu. Şübhəsiz, bu sənətkarların  əsərlərində satirik pafos, 

ictimai kəsər, ifşa gücü, hadisələrin mahiyyətinə nüfuz, həyatı tipik əks 

etdirmənin bədii dərəcəsi eyni deyildi. Dünyagörüşündən, ictimai-sosial 

mövqeyindən, yaradıcılıq metodundan və poetik istedadının gücündən asılı 

olaraq, onlardan, məsələn, Zakir, Vazeh. Nadim və  Şakirin yaradıcılığında 

tənqid, açıq ifşa daha güclü olduğu halda, o birilərdə qismən zəif idi. Bu şairlərin 

tənqidi hələ onları  əhatə edən dövrün, zamanın, bütövlükdə ictimai mühitin 

konkret milli problemlərinə, mətləb və ziddiyyətlərinə  dərindən nüfuz edə, 

cəmiyyətin ictimai əsasını sarsıda biləcək yüksək gülüş  səviyyəsinə qalxa 

bilmirdi. 

Əlbəttə, ayrı-ayrı realist-satirik təfərrüat "ictimai-həyat hadisələri, baş verən 

siyasi-iqtisadi dəyişikliklər üzərində real müşahidələr Zakirdə (əlavə edək: Şakir, 

Misgin və Nadimdə - Z.Ə.) çoxdur. Amma onları birləşdirən, izah edən 

qanunauyğunluq və proses kimi qavrayan konsepsial ictimai baxış zəifdir, daha 

doğrusu, suxiya şəklindədir"

1



Üz etiraz və narazılıqlarında "xalqın mənafeyi və mövqeyi ilə  ən geniş 

mənada birləşə bilmədiyi üçün" bu şairlərin həcvləri satiraya məxsus geniş 

ictimai vüsət və  dərinlik qazanmır. Onlar ümumiyyətlə "bəyliyə yox, ayrı-ayrı 

bəylərə, vaizliyə yox; islamı "xələldar edən" vaizlərə qarşı  çıxdığı üçün öz 

demokratizmində  və  xəlqiliyində ardıcıl görünə bilmir"

2

. Bu cəhəti Q.Zakirin 



yaradıcilığında izləyən F.Qasımzadə haqlı yazır ki, ictimai ədalətsizliyi obyektiv 

surətdə ifşa edən  şair "çar hakimləri  əleyhinə mübarizə apardığı zaman 

mütləqiyyətin başqa siyasi bir quruluşla  əvəz edilməsi məsələsini  əsla fikrinə 

gətirmirdi. O da Şakir və başqa müasirləri kimi güman edirdi ki, bütün ictimai 

bəlaları törədənlər ancaq ucqarlarda işləyən çar hakimləridir, guya canişinin və 

padşahın bu ədalətsiz işlərdən xəbəri yoxdur"

3



Əsrin ikinci yarısında satirik şeir M.B.Nadim, M.M.Şükuhi və Seyid Əzim 



Şirvaninin yaradıcılığında inkişaf edir. "Dövlətlilərin xəlvəti işi", "Sərrafiyyə", 

"Əttar", "Dər həcv ağa Əbdüşşükr Marağayi vəkili-marafiə", "Marağa 

                                                           

1

 



Yaşar Qarayev. Realizm: sənət və həqiqət. Bakı, 1980. s.56. : 

 

2



 

Yenə orada, s.57.

 

3

 



Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974. s.224. 

 


____________________Milli Kitabxana______________________ 

23 


 

bəzzazlarının yığıncağı", "Kənd əhli və qurd" kimi təmsil və həcvlərində Şükuhi 

müasiri olduğu insanlarda gördüyü mənəvi naqislikləri - sələmçilik, yalançılıq, 

saxtakarlıq kimi sifətləri bədii gülüşün hədəfinə çevirir. 

Nadim və Seyid Əzimin satiralarında isə yerli bəylərin ikiüzlülük və 

satqınlığı ilə yanaşı çar məmırlarının rüşvətxorluğu, soyğunçuluğu, ruhanilərin 

ictimai  əxlaqsızlığı  kəskin bədii intonasiya ilə  tənqid olunur. Xüsusilə Seyid 

Əzimin "Şirvanın təzə  bəyləri haqqında", "Şamaxının təzə  bəylərini həcv", 

"Köpəyə ehsan", "Allaha rüşvət" kimi satiralarında tənqid və ifşanın boyaları 

olduqca tünddür. Öldürücü gülüş, kəskin istehza, tənqid hədofinə qarşı nifrət və 

qəzəb hissi, xəlqilik ruhu bu satiraların başlıca məziyyəlləridir. 

Bütün bunlar göstərir ki, XIX əsr Azərbaycan poeziyası bizim çoxyaşlı 

şerimizin inkişaf tarixinə yeni bir mərhələ kimi daxil olur. Əsrin  əvvəllərindən 

ictimai-siyasi və  mədəni həyatda baş verən mühüm dəyişikliklər ümumiyyətlə 

bədii fikrin, o cümlədən poeziyanın yeni istiqamətdə inkişafın  şərtləndirir. 

Qədim və  zəngin  ənənələri olan lirik və epik şeir bu dövrdə  həm bədii-estetik 

məzmun, həm də poetika-sənətkarlıq, forma-janr və dil-üslub baxımından daha 

da zənginləşərək orijinal keyfiyyətlər qazanır. Satirik şeir təşəkkül tapır və 

getdikcə qüvvətlənir... 

"XIX  əsr Azərbaycan  şeri antologiyası" adlanan bu kitabda həmin dövrdə 

yaşayıb-yaratmış 60-dan çox şairin  əsərlərindən nümunələr toplanmışdır. 

Tərtibçi onları müxtəlif dövrlərdə çap olunmuş kitablardan seçmiş  və tarixi-

xronoloji prinsip əsasında düzmüşdür. Əvvəlki nəşrlərdə təsadüf edilən bir sıra 

imla xətaları aradan qaldırmış, kitabda əsərləri gedən sənətkarlar haqqında çox 

qısa məlumat verilmiş, nümunələrin götürüldüyü mənbələr göstərilmişdir. 

 

Zaman Əsgərli 

 

 


____________________Milli Kitabxana______________________ 

24 


 

 

XIX ƏSR 



AZƏRBAYCAN 

ŞERİ 

____________________Milli Kitabxana______________________ 

25 


 



  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə