Xix əsrin birinci yarısında Azərbaycan mədəniyyəti



Yüklə 25,64 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü25,64 Kb.
#38004
1   2   3
XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti

Car-Balakən camaatlığı- Azərbaycanın şimal- qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum.

Tarixi


Car-Balakən camaatının formalaşması prosesi əsasən XVI əsrdən başlamışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində şimal-qərbi Azərbaycana Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car,Muxax, Tala və Katex kəndlərində məskunlaşırdılar. Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə, qeyri-məhsuldar və yoxsul təbiətə malik olan ərazidə yaşayan dağlı tayfalarının qış otlaqları əsasən Baş Qafqaz silsiləsinin cənub yamaclarında yerləşirdi. Əkinçi-maldar, yarımköçəri həyat sürən dağlı tayfaları öz qoyun sürülərini müntəzəm olaraq bu əraziyə sürürdülər. Qeyri-məhsuldar şərait, aztorpaqlılıq getdikcə daha çox dağlı tayfalarının vadilərə enməsinə səbəb olurdu.

Doğrudur, tarixi faktlar dağlıların vadilərə müəyyən bir zamanda və kütləvi şəkildə enməsi haqqında məlumat vermir. Belə ki, bu proses əsasən XVI əsrdə başlamış və sonrakı yüzilliklərdə də davam etmişdi. Başqa sözlə desək, dağlı tayfalarının Azərbaycanın düzən ərazilərində məskunlaşması prosesi tədricən getmişdi.

Rus zadəgan tarixşünaslığında dağlı tayfalarının Qafqazın cənub yamaclarındakı zəngin və münbit ərazilərə axını yalnız birtərəfli, həm də qərəzli mövqedən təsvir edilir. "Hər il on minlərlə davakar ləzgilər dağlardan Qara və Xəzər dənizi arasında olan vadilərə enərək talançılıq və quldurluq edir, xərac toplayır, çoxlu sayda əsir ələ keçirirdilər. Bu yürüşlər zamanı ləzgilərin bir hissəsi vadilərdə məskunlaşır, digər hissəsi isə cənub əyalətlərinin isti hava şəraitinə uyğunlaşmadıqları üçün dağlara qayıdır və gələcək qarətlərin başlanmasını gözləyirdilər. Ləzgi basqınlarının bir müddət ara verməsi Gürcüstan, İran və Azərbaycan xanlıqlarında yaşayan əhalinin bu davakar xalqın tamamilə əsirinə çevrilməsi təhlükəsindən xilas edirdi".

Rus zadəgan tarixşünaslığının nümayəndəsi İ. Lineviç yazırdı ki, Car və Qax ərazilərinin ləzgilər tərəfindən tutulması ləzgi, ingiloy və muğalların rəvayətləri və bu məsələ ilə maraqlanan adamlar tərəfindən toplanan materiallarla ziddiyyət təşkil etmir. Belə ki, polkovnik Koseb tərəfindən 1826-cı ildə tərtib olunmuş statistik məlumatlara görə qarlı dağlar arxasında yaşayan və qluxodar (açıq sinəli adam) adı ilə tanınan bu adamlar iş üçün Kaxetiyaya gəlirdilər.

Tarixi faktlardan aydın olur ki, avar və saxurların vadilərdə məskunlaşması ilk növbədə iqtisadi amillərlə bağlı idi. Vadilərin zəngin otlaqları, əlverişli təbii şəraiti inkişaf edən maldarlıq təsərrüfatı üçün əsas şərt idi. Digər tərəfdən avar və saxur icmalarının formalaşması siyasi səbəblərlə bağlı idi. Güclü dövlətlərin Gürcüstan, Gəncə, Şəki xanlığının əhatəsində yaşayan, İran və Türkiyə arasında gedən mübarizədə öz mövqeyini qoruyub saxlamağa çalışan dağlı tayfalarının icmalarda birləşməsi labüd idi. XIX yüzilliyin əvvələrində isə rus istilasına qarşı dayanmaq üçün icmalar arasındakı ittifaq daha da gücləndi. Nəhayət, vahid dinislam dini dağlı tayfaları ilə düzən yerlərdə yaşayan əhalini birləşdirən ən mühüm amil idi. Dini birlik bu xalqları yadelli əsarətinə, müstəmləkə zülmünə qarşı birgə mübarizəyə səfərbər edirdi.

Mənbələrdə Dağıstan xalqlarının müəyyən etnik qrupuna aid edilən "ləzgi" etnonimi yalnız bir millətin adı kimi deyil, ümumən dağ xalqlarının təyini kimi çıxış edir. Bu termin görünür, ilk əvvəl etnik yox, ictimai məna daşımışdır.

Formalaşan azad icmalar getdikcə müstəqilliyə can atır-heç bir təsir altına düşməmək üçün müntəzəm mübarizə aparırdılar. Azad yaşamaq uğrunda gedən mübarizədə islam amili mühüm rol oynayırdı. Beynəlxalq karvan və ticarət yolları uğrunda mübarizə aparan Səfəvi-Osmanlı dövlətləri islam dininə sitayiş edən dağlı tayfalarını müdafiə edir, bu hərbi qüvvədən xristianlara, ilk növbədə tabe olmayan gürcü feodallarına qarşı istifadə etməyi nəzərdən qaçırmırdı. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi.

Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yolpilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır".



Yüklə 25,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin