Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə42/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Gömrük vergisi
. Bu vergi daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin edir. Eyni 
zamanda xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vəsitəsi olan gömrük tarifinin 
formalaşdırılması və tətbiqi gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını 
müəyyən edir. Gömrük tarifinin məqsədləri aşağıdakılardır: 
- idxalın əmtəə strukturunu səmərələşdirmək;
- ölkə ərazisinə malların gətirilməsinin və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin 
əlverişli nisbətini təmin etmək; 
- valyuta sərvətlərinin ölkənin gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması 
üzərində səmərəli nəzarət etmək;
- ölkədə malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait 
yaratmaq;
- iqtisadiyyatı xarici rəqabətin mənfi təsirindən qorumaq və onun dünya təsərrüfatı ilə 
səmərəli inteqrasiyasına şərait yaratmaq. 
Gömrük tarifi ölkənin gömrük sərhədindən keçirilən mallara tətbiq edilir. O xarici iqtisadi 
fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin 
məcmusudur. İdxal və ixrac rüsumlarının dərəcələri və eyni zamanda əlverişli ticarət rejimi 
tətbiq olunan ölkələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əlverişli ticarət 
rejimi tətbiq olunmayan ölkələrin mallarına idxal gömrük rüsumlarının dərəcələri iki dəfə 
artırılır. İqtisadi praktikada aşağıdakı gömrük rüsumları tətbiq edilir; - advaler - malların gömrük 
dəyərinə görə faizlə hesablanan gömrük rüsumu; - spesifik - mal vahidinə görə müəyyən 


olunmuş dəyərlər hesablanan gömrük rüsumu; - kombinə edilmiş - hər iki növü birləşdirməklə 
hesablanan gömrük rüsumu. 
Qanunda gömrük dəyərinin müəyyən edilməsi üsulları və onların tətbiqi qaydaları mühüm 
yer tutur. 
Malların gömrük dəyəri aĢağıdakı üsullarla müəyyən edilir:
- gətirilən malların sövdələşmə qiyməti ilə;
- eyni malların sövdələşmə qiyməti ilə;
- eynicinsli malların sövdələşmə qiyməti ilə;
- dəyərin toplanması üsulu ilə;
- dəyərin çıxarılması ilə;
- ehtiyat üsulu ilə. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin