Ġnsan özündə sahibkarlıq bacarığını necə kəĢf edə bilər? Həqiqətəndə düşünürəm bunun ən önəmli yolu sahibkarlarla eyni mühitdə olmaq və onlarlarla
tez-tez görüşməkdir. Bu görüşlər nə qədər intensiv olarsa o qədər özünüzdə sahibkarlığın var
olub olmadığını aşkarlaya bilərsiniz. Çünki belə olan halda sahibkarlardan uyğun təkliflər alırıq,
motivasiya alırıq və dəstək alırıq. Bu mərhələdə biznesə başlamağa tərəddüt edən şəxslər olarsa
demək ki, şəxslərdə biznesə qarşı maraq çox azdır.
Əlavə olaraq hər kəsə məsləhət görürəm ki, internetdə araşdırmalar etsinlər. Rusiya bazarını,
Turkiyə və Amerika bazarını. Minlərlə ideyalar var internetdə onları analiz etsinlər və yerli bazar
ilə müqayisə aparsınlar. Bu zaman sahibkarlıq hissində çox ciddi inkişaflar olacaqdır.
Hobbini pula çevirmək daha çox hansı amillərdən asılıdır? Həqiqətən də keçmişə nəzərən indi elə bir zamandır ki, satışı və marketinqi yaxşı bilən mütləq öz
məhsulunu və xidmətini satmağı bacaracaq. Ümumilikdə mən hər zaman düşünürəm ki, uğurlu
bizneslər o bizneslərdir ki, bütün satış kanllarını aşkarlayıb, analiz edib və o satış kanallarını
yaxşı tanıyır. Yəni müştərisini və müştəriyə çıxacaq yolları bilməlidir. Hobbidən də pul
qazanmağın yolları budur. Kimə faydalıdır bizim gördüyümüz iş və bu şəxslərə necə satış edə
bilərik? Bunu öyrənməliyik. Rəqəmsal marketinqi yaxşı öyrənməliyik. Bizim satışımızı
sürətləndirəcək qurumları və təşkilatları tapmalı onlardan dəstəklər almalıyıq. Sonra isə daha çox
necə məhsulumuzun satış sayını artıra biləcəyimiz barədə düşünməli və komandamızı,
biznesimizi qurmalıyıq.
Mövzu№7.Sahibkarlıq fəaliyyətində menecment sistemi.
Plan:
4. Menecmentin mahiyyəti, məzmunu və rolu.
5. Müəssisənin idarə edilməsində istifadə olunan amillər və elementlər.
6. Müəssisənin idarə edilməsində istifadə olunun metodlar və menecmentin funksiyaları.