2. MÜƏSSISƏNIN IDARƏ EDILMƏSINDƏ ISTIFADƏ OLUNAN AMILLƏR VƏ ELEMENTLƏR. İdarəetmə sistemi - obyekt və subyekt olmaqla iki tərkib hissədən ibarətdir. Obyekt - idarə olunan, subyekt isə - idarə edəndir.
Sistem (yunanca - systema) – hissələrdən təşkil olunmuş; birləşmə – deməkdir.
Mahiyyətcə, sistem - müəyyən bütövü (tamı) əmələ gətirən ayrı-ayrı hissələrin (elementlərin,
əşyaların,
hadisələrin,
baxışların)
qanunauyğun
birləşməsi,
birliyidir.
Müəssisə (təşkilat, firma) dedikdə, bir qrup adamın müəyyən məqsədə çatmaq üçün şüurlu
surətdə fəaliyyət birliyi yaratmaları başa düşülür. İki və daha çox adamın vahid məqsəd üçün iş
birliyi qurması təşkilatı yaradır.
Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc
əldə edilməsi məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq
yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Hər bir təşkilatın yaranması və yaşaması üçün sxemdə verilən 5 amil zəruridir: məqsəd,
işçilər, vəzifələr, struktur və texnologiya.
Hər bir təşkilatın işləməsi üçün aşağıdakı elementlərin olması vacibdir: xammal; kapital; kadrlar;
enerji; informasiya; texnologiya; avadanlıqlar; alətlər; nəqliyyat; idarəetmə və s.
Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın idarə olunması üçün üç
manqa – üç səviyyə vardır:
-aşağı (texniki səviyyə);
-orta (idarəetmə səviyyəsi);
-ali (institut səviyyəsi).
İdarəetmə - təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə çatmaq üçün
planlaşdırma,
təşkiletmə,
icra
(motivləşdirmə)
və
nəzarət
prosesləridir.
İdarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm şaquli, həm də üfiqi əlaqələrin
qurulması, müəssisənin son məqsədə çatmasını təmin etmək işinə xidmət etməlidir.
İdarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya quruluşundan asılı olaraq
idarəetmə pillələri də yaradılır. Bu pillələr şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin
həlqələrini
(skalyar
zənciri)
təşkil
edirlər.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində insanlara təsir göstərmək üçün
idarəetmə üzrə cəmisi üç vasitə (üsul, alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası;
mədəniyyət və bazar.