cəhənnəm əzabları onun yanında muĢtuluq olsun. Mən dediklərimi yadında saxla. O cəzanı
verəndə məni nahaq yerə asdığını yadına salıb peĢman olacaq, arvad kimi ağlayacaqsan. Çünki
sənin kimi əzazil cəlladlar dünyanın ən qorxaq, ən aciz adamlarıdır.
Əbih Sultanın əli qə‟ti bir hərəkətlə endi, kəndir qazı Əhmədin saqqalını sığallayıb
damarları bilinən boğazına keçdi və dartındı. Onun yalın ayaqları göydən asıla qaldı.
Bu e‟damdan sonra düĢmənlər də, dostlar da bir sual qarĢısında qaldılar: “Bəs Ġsmayıl
hardadır?”.
Həmin gün Ģəhər bazarında bir Ģəhərli tərəkəmədən motal pendiri alırdı. O, motalın tüklü
tərəfini çevirmiĢdi, iri, yağlı tikələr görünürdü. Əvvəl qiymət söhbəti getdi. ġəhərli dedi:
– Pendir yağdan baha olub?
– Ay qadan alım, yağlı motal pendiridi, dayna.
– Bu yağlıdı, yağ döyül axı.
– Düzdü, yağ döyül, pendirdi, qiyməti də budu.
– Qorxmursan?
Birdən tərəkəmənin yadına nə düĢdüsə dedi:
124 www.sarigelin.net
– Ağrın aleym, düz deyellərmi, o ġeyx Heydərin oğlu qeybə çəkilib. Dünya pisləĢəndə
gələcək?
– Bəli.
– Dünyanın nəyi pisdi ki, ağrın aleym? Qoyun var, inək sağılır, quzu məliyer.
– Eh, – deyə görünür hər Ģeydən baĢ çıxaran Ģəhərli dilləndi. – Sənin üçün yaxĢı olar da.
Pendiri yağdan baha, Ģoru yağ qiymətində satanda kefin kök olar. Axı, bəs bizim günahımız
nədi? Bir belə qırğın gedir, Ərdəbilin baĢına bir belə müsibət gətirirlər, bunu hara yazaq?
Tərəkəmə baĢını buladı, dedi:
– Neçədən istəyirsən, apar. Allah bundan betərindən saxlasın...
Dağ keçisi dizlərini qatlayıb ağzını uzadaraq bitən kəklikotunu qırpmaq istəyəndə,
diksindi, ayağa qalxmaq artıq gec idi. Ox alnındakı qaĢqasına batmıĢdı. SürüĢüb qayadan
aĢağıya, mağaranın ağzındakı yastanaya düĢdü. Oxu atan mağaranın ağzındakı mürid idi.
BaĢındakı artıq didilmiĢ on iki dilimli çalmasından tanımaq olardı onu. Sevindiyindən bilmirdi
neyləsin. Tez dağ keçisinin üzünü qibləyə çevirdi, kəmərinə keçirdiyi sapı keçi buynuzundan
olan bıçağı çıxartdı və onun baĢına çəkdi. Qan fıĢqırıb axdı, keçi bircə dəfə ayaqlarını çəkdi.
Bundan sonra o içəridəkiləri səslədi.
– Səfər, gəl baxtımız varmıĢ, Allah ruzimizi göndərib.
Dağ keçisini mağaraya çəkdilər və orada bıçaqla, xəncərlə soymağa baĢladılar. Oxu atan
mürid dedi:
– Necədi yaralının halı?
– YaxĢı deyil, qızdırması var.
ġəmasə müsibətində Murad Sultanəlinin suya yıxıldığını görüb atını sürüb aradan çıxanda,
dalınca çoxlu ox atmıĢdılar. Və onlardan biri onun kürəyinə sancılmıĢdı. Yəhərin qaĢına yatıb
yaralı-yaralı döyüĢ meydanından uzaqlaĢmıĢ, sonra da yəhərdəcə huĢunu itirmiĢdi. At sakit
heyvan idi, meĢə talasında yavaĢ-yavaĢ otlayır, onu da belində gəzdirirdi. Belə bir vaxtda döyüĢ
meydanından qaçıb çıxan bir dəstə mürid ata rast gəlmiĢdi. XoĢbəxtlikdən Cibo Səfər də onların
arasındaydı.
– Ay canım, bu ki, Muraddır.
– Murad kimdi? Mənə də tanıĢ gəlir sir-sifəti.
– Rustəm Mirzənin sahib xəbəri.
– Rüstəm Mirzənin? Ġndi onun qanını ĢüĢəyə tutaram.
– Özündən çıxma. Bizim adamdı. Əbih Sultanın xəbərini o gətirmədi? Kömək eləyin, atdan
düĢürək.
Yerə qoyub kürəyindəki oxu çıxarmıĢ, yaranın yerinə əski yandırıb basmıĢdılar. Sonra da
bu mağaraya gətirmiĢdilər. Amma özünə gəlmirdi. Ġstiliyi enmir, hərdən bir sayıqlayır, iri, enli
dodaqları qaysaq bağlayırdı. Cibo Səfər onun yanından uzağa getməsə də, əlacsız idi. Onu
sağaltmaq əlindən gəlmir, ağrısını yüngülləĢdirmək üçün heç bir tədbir tökə bilmirdi. Ovla
baĢlarını girləyən müridlər gecə bir yerə yığıĢanda onlara yalvarmıĢdı:
– Bu biçarə qərib ölüm ayağındadır. Təbib tanıyanınız varsa, ona bir əlac elətdirək.
Səfər kimi bir arığı, yaĢlısı dedi:
– Heç Sultanəlinin dərdinə qala bilmədik, indi ağqoyunluların sahib xəbərindən ötəri təbib
axtaracağıq? O, ġəmasə yanında ölənlərdən artıqdır?
– Elə danıĢma. Allaha xoĢ getməz. Çıxmayan cana hələ ümid çoxdur.
Lal-dinməz bir mürid dedi:
– Mən Ərdəbildə bir arvad tanıyıram. YaxĢı təbibdi. Otnan, ələfnən ölünü dirildir.
Səfər həmin müridin yaxasından əl çəkmədi. Gecənin birində Ərdəbilə gəlib qadını
tapdılar, razılığını alıb, qayıdıb səhərki axĢam Muradı onun evinə apardılar. Səfər Ərdəbili yaxĢı
tanıyırdı, ona görə də hər yerdə Ağqoyunluların gözündən yayınıb geri qayıtdılar.
Saçlarını qara yaylıqla çalan qadının yanağında iri bir ət xal vardı. Xalın üstündə uzun və
kirpik kimi əyri tüklər bitmiĢdi. Arvadın bığı da vardı. Sifətinin dərisi çürümüĢ ağac qabığına
oxĢayırdı. Nə qədər çirkin olsa da, gözlərindəki mehribanlıq onu yapıĢıqlı göstərirdi. Onun beli
125 www.sarigelin.net
əyilmiĢdi, saçları ağ yuna bənzəyirdi. Təkcə gözləri qocalmamıĢdı. Onunla yanaĢı ağsifət, qartal
burunlu, amma çox pis geyimli bir oğlan da dayanmıĢdı. Oğlanın sifətindəki ifadədən bilmək
olardı ki, baxdığı adamı tanıyır.
Qadını da, oğlanı da bu cür görən Murad idi. Kürəyinə ox sancılandan bəri gözlərini ilk
dəfə açırdı. Gözlərinin də qabağında bu iki sifət dayanmıĢdı. O, çöhrələrdən arxada heç nə ayırd
eləyə bilmirdi. Axı bura haradı, yadındadır ki, ağ paltarlı, qızıl saçlı Sultanəli qıvrıldı, o isə
qılıncını sağa-sola çapdı. At oradan çıxıb xeyli qaçdı. Amma birdən-birə gözləri qabağında meĢə
yuxarı qalxdı. O, çəngə-çəngə at tükü gördü. Bu onun gözləri qabağında dayanan at yalı idi. Bəs
sonra? Neçə vaxtdır elə o sağa-sola aĢan yalı görür. Bu yal nə qədər aĢacaq, yırğalanacaq?
Axırda, baĢı gicəldi, ürəyi bulandı. Amma gözlərini yumanda da eyni Ģey gördü. Və birdən-birə
belə bir yer. Adamlar. UĢaq isə ona lap tanıĢ gəlir.
– Mən hardayam?
– YaxĢı yerdəsən.
– Harda?
– Ərdəbildə.
– Ərdəbil indi kimin əlindədir?
– Ağqoyunluların, – deyə qarı kədərli-pıçıltılı səslə dedi. – Əbih Sultanın!
– Lə‟nətullah. Mənə bu da azdı. Gərək heç dirilməyəydim. Onu neçə dəfə cəhənnəmə vasil
eləyə bilərdim. Heyif...
Bəs sənin adın nədir?
– Adım Ubadı, oğul. Yaran ağrıtmır?
– Yaram?
– Xəbərin yoxdu? Ox lap kürəyinə sancılmıĢdı. Dava-dərman eləyirəm, məlhəm qoyuram,
yavaĢ-yavaĢ sağalır. Murad yavaĢ səslə dedi.
– Allah balalarına kömək olsun. – Və indi ona agah oldu ki, niyə tez-tez elə bilirdi ki,
kürəyində gicitkan bitib, hayana tərpənirsə, onu dalayır.
Qarı dinmədi. Onun bu dünyada heç kəsi qalmamıĢdı. Murad uĢağın ağıllı gözlərinə baxdı.
Birdən-birə tanıdı. Odur, özüdür. Əlini qaldırıb iĢarə elədi ki, Uba qarı qulağını ona
yaxınlaĢdırsın.
– Tanıdım uĢağı. ġeyx Heydər oğlu Ġsmayıldı, elə deyilmi?
Qarı əlini onun dodaqlarına qoydu və diri gözlərini evin içində hərlədi.
– Yox, nəvəmdi.
– Mən onu yaxĢı tanıyıram. Onları zindandan çıxarıb aparanda mənim də köməyim dəyib.
QardaĢı rəhmətlik Sultanəlini nə qədər qılınc çaldımsa, qurtara bilmədim. Ox məndən tez çatdı
ona. Qorxma, mən dost adamam, sirr saxlamağı da bacarıram. Ay Uba xala, axı bu dünya niyə
zillət, zülm, göz yaĢı, zorakılıq üstündə qurulub?
Ġsmayıl da yaxına gəldi. O da bığları qoç buynuzu kimi əyilib qulaqlarına çatan bu adamı
tanımıĢdı. Bu evə gətirilən gündən. Amma adını bilmirdi. Ağrının Ģiddətindən sifəti həmiĢə qırıĢ-
qırıĢ olurdu. Ġndi isə o qırıĢlar yoxdu.
– Mən səni tanıyıram, əmi.
– Çox sağ ol, əvvəlki kimi at üstündə olsaydım, daha yaxĢı tanıyardın. Eybi yoxdu, sağalıb
duraram, at belinə qalxaram, qılıncımı götürrəm, onda Əbih Sultanın atasına od vuraram.
– Mən də sənə kömək eləyəcəm.
– Sən qabaqda, sərkərdə kimi, Sultanəli kimi gedəcəksən, bu qoca Murad da sənin
buyruqlarını yerinə yetirəcək. Onda biz birləĢib bu torpaqda nə qədər pis adam varsa, hamısını
yox eləyəcəyik. YaxĢılara yol açacağıq.
– Əmi, sən Hüseyn Lələnin yerini bilirsən?
Hüseyn Lələnin Ġsmayıl üçün dünyada ən əziz, ən yaxĢı adam olduğundan xəbəri vardı.
Amma onu ġəmasə yanında görmüĢdü.
– Yox, ay gözəl və ağıllı oğlan. Bilmirəm. Sağalan kimi taparam. Sənə söz verirəm.
126 www.sarigelin.net
Tumanın uzun ətəkləri gücsüz ayaqlarına dolaĢan Uba qarı da gəlib Muradın yanında
çöməldi. Ġsmayılın sözlərini eĢitmiĢdi. Onun baĢını sığalladı.
– Tapacağıq, darıxma. Lələ sağ-salamatdı. DüĢmən əlinə keçməyib. Muradı bura gətirən
müridlər xəbər verdilər ki, müridlərin çoxusu Bəqr dağındadı.
Ġsmayılı Uba arvadın yanına qazı Əhmədin özü gətirmiĢdi. Bir dəfə Ġsmayıl darvazadan
küçəyə çıxmıĢdı. Qazı tez duyuq düĢüb onun dalınca çıxmıĢ, görmüĢdü ki, bir adam arxasına
dönüb baxa-baxa harasa tələsir. Qazı da hiss eləmiĢdi ki, onu tanıyıb və çuğullamağa qaçır.
Götürüb çoxdan tanıdığı və inandığı Uba arvadın yanına gətirmiĢdi. Qayıdanda onu
yaxalamıĢdılar. Ġsmayılı gətirəndə demiĢdi ki, Hüseyn Lələ bəyə xəbər göndərəcək, gəlib Ġsmayılı
onun evindən aparsın. Amma buna macal tapmamıĢdı.
Birdən-birə Uba arvad susub dinləməyə baĢladı. Bir vəhĢi, çılğın qadın səsi eĢidilirdi və o
get-gedə daha da aydınlaĢdı. Bilmək olmurdu ağlayır, ya oxuyur.
– Burnuma Ġsmayılımın iyi gəlir. Qulağıma Ġsmayılımın səsi gəlir. Sifətimə Ġsmayılımın
nəfəsi dəyir.
Ġsmayıl da bu səsi tanıdı. Səkinənin səsi idi. Durub küçəyə qaçmaq istədi.
– Səkinə xaladı, Səkinə xaladı. O məni anamın yanına aparacaq... Burax!.. Burax!..
Uba arvad onu qolları arasına alıb güclə saxladı.
– Hara, qurbanın olum? DüĢmənlər sənin ovuna çıxıb. Görən kimi öldürərlər.
– Mən heç kimdən qorxmuram. Anamın, Sultanəlinin, Ġbrahimin yanına getmək istəyirəm.
Muradın iri gözlərindən iri gilələr qopub gözünün yanından qulağına tərəf axdı.
Səkinənnn səsi lap yaxından eĢidilirdi:
– Ġsmayılımın iyi burnuma gəlir. Atam-anam, Ġsmayıl huyy...
Murad qəhərli səslə soruĢdu:
– O arvad kimdi?
Dəlidi. Küçələrdə gəzir. ġəmasə davasında bir oğlu ölüb, adı Ġsmayıl. Onnan baĢına hava
gəlib. Bütün gün küçələri gəzib baĢına kül ələyir, beləcə qıĢqırır.
– Yox, o məni axtarır, Səkinə xaladı. – Özünü saxlaya bilməyib ağladı. YaĢ gözlərindən
yaz yağıĢı kimi ələndi.
LAHĠCANDA MƏRASĠM
Üç yüzə qədər Ağqoyunlu atlısı dəmirağaç meĢəsindən çıxıb BiyəpiĢ mahalının kiçik
Lahican Ģəhərinə girdi. Bu Ģəhərin daĢ döĢənmiĢ dar küçələri vardı. Küçənin hər iki tərəfindəki
iri pəncərəli dükanlarda sənətkarlar iĢləyirdi. Misgərlər kürədən təzəcə çıxardıqları köz rəngli
misi zindan üstünə qoyub hər tərəfdən çəkiclə döyür, yeddi-səkkiz adamın çəkici qalxıb-ensə də,
hamısı bir nöqtəyə vursa da, heç biri o birisinə mane olmurdu. Qapıdan qalaylanmıĢ plov
qazanları, güyümlər, ortasında Quran ayələri həkk olunmuĢ sinilər, atlıların baĢındakı dəbilqələrə
oxĢayan aĢ sərpuĢları asılmıĢdı və müĢtərilərini gözləyirdi. Onların yanında dulusçular dəzgahı
fırlayıb səhəng, küp düzəldirdilər. Bir az aralıda zərgərlər, necə deyərlər, iynə ilə gor qazırdılar.
Bütün Ģəhər ağ, sal daĢlardan tikilmiĢdi. Hörgülərin aralarına isə palıd tirlər atılmıĢdı. Darvazalar
küçəyə açılsa da, bir dənə də olsun pəncərə küçəyə baxmırdı.
Qarğıdalıya bənzər daĢ küçədə at ayaqlarının səsi eĢidiləndə hamı iĢini-gücünü buraxıb
onlara tamaĢa eləməyə baĢladı.
Qabaqda, gümüĢ yəhərdə lovğa-lovğa oturan, zər-ziba geymiĢ Qasım bəy Pərnək heç kimə
fikir vermirdi. Elə bil heç Ģəhərə girmirdilər. MeĢə yolu ilə gedirdilər. Bir-birinə bənzəyən
ağaclara baxmaqdan yorulmuĢdu. Ondan sonra gələn atlının yəhərinin qaĢından asılmıĢ dəri
torbaya bayrağın ağacını keçirmiĢdilər. Bu bayraq xeyli hündür idi və onun ipək parçası üstündə
vurağan ağ qoçun Ģəkli təsvir edilmiĢdi.
127 www.sarigelin.net
BiyəpiĢ mahalı Ağqoyunlu torpağına tabe olmasa da, kiçik, zəif bir mahal idi ki, istəyən
vaxt icazəsiz, filansız Ağqoyunlu atlıları onun baĢ Ģəhəri Lahicana girə bilərdi. Burada gilanlılar
yaĢayırdı. Özləri də əkinlə, biçinlə, sənətkarlıqla məĢğul olub güzəranlarını keçirirdilər.
Atlılar kiçik Ģəhərin biri-birinin yanında tikilmiĢ dörd məscid və dörd hamam olan
meydanında dayandılar. YaĢı əllini haqlamıĢ Qasım bəy bir ildən artıq idi ki, bütün ölkəni ələk-
vələk eləmiĢ, Ərdəbildə “qeybə” çıxan Heydər oğlu Ġsmayılı tapa bilməmiĢdi. Bir dəfə onun
sorağını TalıĢ dağlarındakı Kirko kəndindən almıĢdı, dəstəsini aparmıĢ, amma əlinə heç nə
keçməmiĢdi. Günbatanda, Orta dənizin sahillərindəki Qaraman əmirliyindən xəbər çıxmıĢdı ki,
Ġsmayıl ordadır. Xəfiyyələr, çuğullar, əyyarlar göndərmiĢdilər, amma xəbər yalan çıxmıĢdı. Bir
sözlə, səkkiz yaĢlı Ġsmayıl Ağqoyunlu səltənəti ilə gizlənpaç oynayırdı. Elə bil Rüstəm Mirzə,
Əbih Sultan bərədə dayanıb gözlərini yummuĢdular, onun, “burdayam” kəlməsini eĢitmək
istəyirdilər və bu kəlmə eĢidilirdi. Gözlərini açıb səs gələn tərəfə gedəndə, səs bu dəfə tamam
baĢqa bir istiqamətdən gəlirdi. Bu müddətdə Qasım bəy Pərnəyin üç yüz atlısı da əldən-ayaqdan
düĢmüĢdü.
Bu dəfə əyyarlar səhih mə‟lumat gətirmiĢdilər. Ġsmayıl BiyəpiĢdədi, onu qoca, gününü
ibadətdə keçirən mahalın hökmdarı Mirzə Əli Karqiya gizləyib saxlayır. Qızılözən çayının
günbatanında Biyəpas mahalı idi ki, əhalisi sünnü mənsəb, gündoğan tərəfdə BiyəpiĢ idi ki,
əhalisi Ģiə mənsəb idi. Əyyarlar, çuğullar xəbər gətirmiĢdilər ki, Ġsmayılı Hüseyn Lələ bəy çıxarıb
BiyəpiĢə gətirib. Əvvəla, Lələnin özü də bu tərəflərdəndi, ikincisi də Mirzə Əli ġeyx Heydərin,
Səfəviyyə ocağının müridlərindən hesab olunurdu.
Qasım bəyə göstəriĢ vermiĢdilər. Əgər Mirzə Əli Ġsmayılı verməsə, onda BiyəpiĢi
darmadağın eləsinlər, əkinlərə, meĢələrə, evlərə od vursunlar.
Qasım bəy dəstəyə meydanda dayanmağı buyurub, özü bir neçə müridlə atını Mirzə Əlinin
iqamətgahına sürdü. Onun iqamətgahı uzun, ağaclardan yonulub tikilmiĢ, yanlardan kərpiclə
hörülüb, üstü kirəmidlə örtülmüĢ gilan və talıĢ məscidlərinə bənzəyirdi. Atlılar binanın həyətində
dayananda Mirzə Əli rəhilə qoyub vərəqlədiyi Qurandan yasin surəsini oxuyub qurtarmıĢdı. Səs-
küy eĢidib yanındakı çərçivədə yuxarıya-aĢağıya hərəkət eləyən pəncərəni qaldırdı, altına
çubuqdan dayaq vurdu və oradan həyətdə nökərlərin tutduğu gümüĢ yəhərli ata baxdı.
– Bu kimdi?
Ġçəri girən Qasım bəy baĢ əymədən, salam vermədən dedi:
– Mənəm. Ağqoyunlu taxtının minbaĢısı Qasım bəy Pərnək.
– XoĢ gəlmisən. Mənə görə Rüstəm Mirzənin qulluğu. – O, Quranı öpüb qızıl qabına
qoydu, öpüb gözünün üstünə qoyandan sonra xidmətçiyə verdi.
– XoĢ gəlməyimin bir səbəbi var. Aldığım tapĢırıq belədi. Əgər Heydər oğlu Ġsmayılı mənə
verməsən, onda BiyəpiĢin altı üstünə çevriləcək, onun yerinə sənin özünü Təbrizə aparacağıq.
Mirzə Əli görünür belə hədə-qorxuları çox eĢitmiĢdi. Ona görə də halını pozmadı.
– Yenə deyirəm, xoĢ gəlmisən. Əvvəla, atlardan düĢün, bir tikə Allah verən halal
çörəyimizdən yeyin, sonra danıĢaq, yoxsa, belə iĢ getməz.
Qasım bəy ucaboy, iriburun, iriqulaq, yekəağız, heyvərənin biriydi və belə adamlar heç
kimlə xoĢ, nəzakətlə danıĢmağı bacarmırlar. Onun bu dünyada bacardığı bir iĢ vardı. O da ən
güclü dananın irtməyindən yapıĢıb, hərləyib-hərləyib irtməyi üzmək idi. Əbih Sultan da bilirdi
kimə nə iĢ tapĢırır. YapıĢdımı, irtməyi üzməmiĢ əl çəkməyəcəkdi.
Mirzə Əli çox yaĢlı, balacaboy, xırdagözlü, irialınlı, nazikçənəli bir adam idi. Hökmdardan
daha çox əkinçiyə oxĢayırdı. Taxılı səpməyi kəndlərdə əməli saleh, ən ürəyidüz, əlitəmiz və halal
adamlara tapĢırardılar. O da belə bir kiĢiydi. Balaca mahalı ağıl, məsləhət və məharətlə idarə
eləyirdi.
– Yox, Mirzə Əli, yaxĢısı budur Ġsmayılı xoĢluqla ver, götürək gedək. Yəqin sənin də
balaların var, onların da Ġsmayıl kimi didərgin düĢməyinə razı olmazsan.
– Ġgid, əvvəla, mənim bu elin ağsaqqalı, baĢbiləni, hökmdarı olmağımı nəzərə alıb belə
danıĢma. Ġkincisi də Ġsmayıl burada nə gəzir.
– Əlimizdə səhih xəbər var.
128 www.sarigelin.net
– Yəni o səhih xəbəri verən BiyəpiĢi məndən yaxĢı tanıyır? Bu dünyada ara qarıĢdıran
Ģeytan, böhtançı olmasaydı, nə olardı görəsən. Yox, əgər sənin hökmdarın bizi qovğaya,
qalmaqala çəkirsə, bunu ayrı yolnan eləyə bilməzdimi? YaxĢı, adamlarına de, atlardan düĢsünlər.
Burada bir-birimizə qoĢunkeĢlik eləmirik, Allaha Ģükür. Bir tikə Allah verən ruzimizi yeyək, ac
qarınla yox, tox qarınla söhbətimizi eləyək. Atlılarını götürüb mahalımızı talasan, bizi o qədər
ağrıtmaz, nəinki çörəyimizi yeməyib getsən. DüĢün. Sonra sənə o səhih xəbəri verəni salaq
qabağımıza, mən də sizə qoĢulum, o dediyi yerləri axtaraq. Taparıq, sizin baxtınıza, tapmarıq,
daha mən nə deyim.
Qasım bəy yumĢaldı, tapĢırdı ki, atdan düĢsünlər. Mirzə Əli göstəriĢ verdi, qəssablar iĢə
baĢladılar. Qoyunları kəsdilər, qənarəyə keçirib soydular, aĢbazlar manqalları, qazanları
hazırladılar, aĢbaz köməkçiləri su qızdırıb düyü seçdilər. Mehtərlər isə uzun axurlarda üç yüz
atın qabağına arpa, beĢinin qabağına kiĢmiĢ, xurma tökdülər.
Mirzə Əli özü bu iĢlərin hamısı ilə maraqlanırdı. O, həmiĢə qəssabların qoyun kəsməyinə
baxanda ürəyində Ģükür eləyirdi.
– Allah, səndən çox razıyam. Neçə ildi burada hökmdaramsa, qəssablarım qoyun kəsib,
cəlladım olmayıb, onlar bir adamın boynunu vurmayıb. Bəs indi necə olacaq? Bəlkə elə bu
atlıların hamısını zəhərləsinlər. Yox, onun BiyəpiĢində heç üç siçanı öldürməyə də ağu
tapılmazdı. Bu atlıların əlindən mahalı necə qurtaracaqdı bəs? Axı Ġsmayıl buradadı. Lələ bəylə
lap dağların baĢında, dəmirağaclı Kirkan meĢəsindəki xırda kənddə gizlənmiĢdi.
BeĢ-on evlik kiçik kənddə libaslarını dəyiĢib yaĢayırdılar. Həmin kənd isə onların keĢiyini
çəkirdi. Lələ Ġsmayılı biçənəklərə, ova, gəzintiyə aparır, özləri ilə gətirdikləri iki at yükü kitabları
oxuyur, ona savad verirdi.
Mirzə Əli müridi olduğu səciviyyə təriqətinin son ümüdini qoruyub saxlamaq üçün öz
canını da verərdi. Bundan da baĢqa BiyəpiĢ camaatının bir xüsusiyyəti vardı, onlar hamısı qurban
gedərdilər, amma qonağı güdaza verməzdilər. Bu qonaqlığı bəhanə eləyib o fikirləĢir, tədbir
tökürdü. Qasım bəyin ağzını necə xama verəcəyini bilmirdi.
O, qayıdıb Qasım bəylə bərabər oturdu, bardaĢ qurdu. Bu nəhəngə, heyvərəyə yol axtardı.
– Hörmətli Qasım bəy, bizim bu camaat çox sadədildi. Əvvəllər burada üç quldur
camaatın mal-qarasını, var yoxunu soyub aparırmıĢ. Bu hələ mənim babamın vaxtında olub.
Babam da belə Ģeylərə dözən adam deyilmiĢ. Bir dəstə adam göndərir, quldurlar qaçıb
böyürtkanlıqda gizlənir. Böyürtkan təzə yetiĢibmiĢ, bizim dildə böyürtkana bəğələ deyirlər. Nəsə
quldurlardan birini oxla vururlar. Görürlər ki, bundan çox qara qan axır. Dəstə baĢçısı məəttəl
qalır, deyir:
– Bunun qanı niyə belə qaradır?
O biri kolda gizlənən quldur səsini çıxarıb, bunlara qulluq göstərmək üçün deyir:
– Bə, bəğələ yeyib də.
Onu da vururlar. Vurmaqlarına da peĢman olurlar. Dəstə baĢçısı deyir:
– Bədbəxt dinməsəydi, heç ölən də deyildi. Bu vaxt kolda gizlənən üçüncü quldur da səsini
çıxardır:
– Gör heç mən dinirəm!
O da öz səfehliyinin yox, sadəliyinin güdazına gedir. Bir sözlə, bizim camaat belə ürəyi
təmizdi. Əgər sən axtardığın adam burada olsaydı, onda çoxdan gəlib mənə xəbər verərdilər.
Əgər mən bilməsəm, onu gedib Təbrizə çatdırmazlar. Görünür, bu sözü yayanın özü düz bəndə
deyil ki, bu boyda adamlara zəhmət verib bura gətirib.
– Mirzə Əli, mən bura Rüstəm Mirzənin fərmanıynan gəlmiĢəm. Ya Ġsmayılı aparmalıyam,
ya da...
– Tapmasaq necə?
– Mən bilmirəm. PadĢah tapĢırıb, mən də tapmalıyam.
Əbih Sultan Ģərt kəsmiĢdi ki, kim Ġsmayılı tapıb gətirsə ona əmirlik rütbəsi və ölkənin
harasında istəsə beĢ kənddən ibarət syürqal veriləcək. Dananın irtməyini dartıb çıxardan Qasım
bəy bu fürsəti əldən verərdi?
129 www.sarigelin.net
Ağsaqqal Mirzə Əli bu biədəb misaldan utandı, ağ saqqalının arasından görünən
yanaqlarına qızartı çökdü. Hələ onun özündən bir yaĢ kiçiklər belə onunla aradan pərdəni götürüb
belə açıq-saçıq söhbət eləməmiĢdi. Özünü ələ alıb söhbətin səmtini dəyiĢdi:
– Qasım bəy, bu üç yüz atlıyla axtardığın Ġsmayılın neçə yaĢı var?
– Gərək ki, səkkiz yaĢındadı.
– Səkkiz! – deyə Mirzə Əli gülümsədi. – Ağqoyunlu padĢahlığı, maĢallah, məqribdən
məĢriqə uzanır. Onun ordusunun qabağında dayana biləcək ordu yoxdu. Ġndi bu səkkiz yaĢındakı
uĢaq nədi ki, onu belə əlimyandıyla axtarırsınız? O körpə tifilin qılınc vuran qolu yox, camaatı
qaldırıb arxasınca aparası dili və cəsarəti yox.
Qasım bəy onun inamla dediyi bu sözləri fikirləĢdi. Ağlına da batdı.Amma onun öz
məqsədi vardı. O, əmirlik rütbəsindən keçə bilməzdi Ġsmayıla görə.
– Sən də düz deyirsən Mirzə Əli bəy. Axtarırlarsa, demək lazımdı. Bəlkə böyüyəndə bir iĢ
qarıĢdıracaq. DüĢməni gərək bələkdə boğasan.
– Bu da ağıllı sözdü, amma cavansan, mən qocanın bir məsləhətini də eĢit. Deyirlər ki,
uĢaq sirdi, mö‟cüzədi. Qeybə çəkilib. Onların ocaqlarına inanmayanlar sonradan peĢman olub.
Kim o nəslə sataĢıbsa xeyir aparmayıb. Sultan Yaqub rəhmətlik onlara pislik elədi, anasının
verdiyi zəhərdən öldü. Hansı ana oğluna zəhər içirdər? Heç biri. Bəs niyə içirtdi? Onu bu iĢə
məcbur eləyən sirli bir qüvvə var da. Ġnanmayan kafirdi.
Qasım bəyi bu iĢdə Allahdan da, peyğəmbərdən də çox maraqlandıran rütbə və syürqal idi.
Həm də belə söhbətlərdən də qorxurdu. Bir az da danıĢsa, onun ürəyində elə Allah xofu yaradardı
ki, bu iĢdən tamam əl çəkərdi. Ona görə özündən çıxdı:
– Mirzə Əli, söbhəti ora-bura atma. Ġsmayılı tap ver. Aramızda narazılıq olmasın.
Mirzə Əli pərt oldu, həm də gördü ki, onu bu söz-söhbətlə aldada bilməyəcək.
– YaxĢı, Qasım bəy, Qur‟ani-Ģərifə inamın var da?
Qasım bəy diksindi. Elə bil ona biz batırdılar. Səsinii yoğun yerinə saldı.
– Mənə bu sözü evində deməsəydin, onda cavabı qılıncla verərdim. Qura‟ni-Ģərif yolunda
balalarımın baĢını kəsərəm, “uf” da demərəm.
– Çox gözəl, çox pakizə. Qur‟ana and içsəm ki, Ġsmayıl burada yoxdu, onda mənə
inanarsan? Qasım bəy onun qarĢısındakı rəhilə baxdı. Orada quran yox idi.
Dostları ilə paylaş: |