UOT:338.43, 636/637:338.23
AZƏRBAYCAN RESPUBLİKASINDA DAMAZLIQ QUŞÇULUĞUN İNKİŞAF
AMİLLƏRİ
Esmira Nazim qızı Lətifova, k.t.e.n.
Aqrar Tədqiqatlar Mərkkəzi, direktorun müşaviri
e-mail: esmira.latifova@atm.gov.az
Xülasə
Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət
siyasətinin əsas prioritetlərindən biridir. Bu məqalədə Azərbaycanda quşçuluq sənayesinin, xüsusilə də
damazlıq quşçuluq sektorunun mövcud vəziyyəti, bu sahədə qanunvericilik, dövlət siyasəti və tənzimlənmə
mexanizmləri, idxal-ixracla bağlı mövcud vəziyyət, sahənin üzləşdiyi problemlər, yeni qlobal çağırışlar
kontekstində quşçuluq sahəsinin dayanıqlı inkişafına təsir göstərən amillər və digər vacib məsələlərə
toxunulmuşdur.
Məqalədə damazlıq, həmçinin əmtəəlik quş əti və yumurta istehsalı sahəsində fəaliyyət göstərən
yerli sahibkarların problemləri və onların aradan qaldırılması yolları barədə fikirlərə də xüsusi yer
ayrılmış, quşçuluq sənayesində daxili bazarın idxaldan asılılıq vəziyyəti, qarşılıqlı münasibətlərin daha
məhsuldar formalaşdırılması yolu ilə damazlıq quşçuluğun potensialının artırılması və digər vacib
aspektlər təhlil edilmiş və müvafiq təkliflər hazırlanmışdır.
Açar sözlər: dayanıqlı inkişaf, quşçuluq sənayesi, quşçuluqda damazlıq işi, damazlıq quşçuluq
sahəsində problemlər, damazlıq quşçuluğun inkişaf etdirilməsi.
Giriş
Dünya əhalisinin sürətlə artması 21-ci əsrin kənd təsərrüfatı sistemi qarşısında bir sıra ciddi
məsələlərin həll edilməsi zərurətini qoymuşdur. Bu zərurət dünyanın aparıcı ölkələrinin diqqətini ərzaq
məhsulları, yem və yem əlavələri, bioenerji alınması üçün xammal materiallarının daha çox istehsal
edilməsi, iqlim dəyişikliklərinə cavab verən daha səmərəli və davamlı texnoloji üsulların istehsalatda geniş
tətbiq edilməsi yolu ilə yaxın gələcəkdə bəşəriyyətin üzləşə biləcəyi ərzaq çatışmazlığının aradan
qaldırılmasına yönəltmişdir.
Bu məsələlərdən ən əhəmiyyətlisi sayılan əhalinin ərzaq məhsulları ilə təmin edilməsi birbaşa olaraq
kənd təsərrüfatının davamlı inkişafından asılıdır. Kənd təsərrüfatının davamlı inkişafı isə öz növbəsində
1
ətraf mühitin sağlamlığının qorunması, sosial və iqtisadi sahədə bərabərlik mühitinin yaradılması və
iqtisadi səmərə əldə edilməsi kimi üç vacib istiqamətdə müsbət nəticələrin əldə edilməsindən asılıdır.
Bu baxımdan əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı bütün ölkələrlə yanaşı
Azərbaycan dövlətinin də qarşısında duran ən vacib vəzifələrdən biridir.
Kənd təsərrüfatı sektorunda önəmli yer tutan quşçuluq sənayesinin inkişafı isə bu vacib vəzifənin
yerinə yetirilməsində xüsusi əhəmiyyət daşıyır, çünki quşçuluq sahəsi qısa müddət ərzində əhalinin daha
ucuz və keyfiyyətli heyvan mənşəli zülal və əvəzolunmaz amin turşuları (yumurta, quş əti və ət məhsulları)
ilə təmin edilməsinə imkan verir.
Quşçuluq sənayesinin daha da inkişaf etdirilməsi və dayanıqlılığının təmin edilməsi üçün sahənin
davamlı və mütəmadi olaraq yüksəkkeyfiyyətli genetik materialla
(valideyn sürüsü, birgünlük cücə,
yumurta) təmin edilməsi tələb edilir. Buna isə damazlıq quşçuluğun inkişafı və genişləndirilməsi sayəsində
nail olmaq mümkündür.
Dostları ilə paylaş: |