Xülasə: Ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları ilə özünü təminetmə həlledici



Yüklə 184.14 Kb.

tarix04.07.2017
ölçüsü184.14 Kb.
növüXülasə

AzJESS 

 

2014

 

 

Number 1, Volume 1, 2014 

 

 



Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

i.ü.f.d. Namiq Əlövsət oğlu Şalbuzov, 

i.ü.f.d Ramil Zahid oğlu Hüseyn, 

 

Xülasə: Ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları ilə özünü təminetmə həlledici 

amil kimi çıxış edir. Xüsusilə Azərbaycanda tarixən qəralaşmış olan ərzaq istehlakı modelində 

çörək və çörək məhsulları xüsusi çəkiyə malikdir. Bununla belə taxılçılıqda əldə olunmuş artım 

respublika əhalisinin artmaqda olan tələbatına, hələ də tam cavab vermir. Odur ki, taxılçılığın 

inkişafı ilə bağlı problemlərin həlli Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafında 

yaxın  dövr  üçün  əsas  prioritet  kimi  qəbul  edilib.  Bu  məqalədə  müharibə  şəraitində  yaşayan 

Azərbaycanda taxıl istehsalı ilə bağlı  problemlər araşdırılır və müvafiq təkliflər verilir. 

 

Açar sözlər: ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, taxıl, subsidiya, rəqabətqabliyyəti. 

 

 

Giriş.  Etibarlı  ərzaq  təminatı  hər  bir  ölkənin  suverenliyinin  və  müstəqilliyinin,  iqtisadi 

sabitliyinin  və  sosial  dayanıqlılığının  başlıca  şərtidir.  Azərbaycan  Respublikasında  əhalinin 

etibarlı  ərzaq  təminatı  dövlətin  iqtisadi  siyasətinin  başlıca  istiqamətlərindən  birini  təşkil  edir. 

2001-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidentinin  sərəncamı  ilə  “Azərbaycan 

Respublikasının  ərzaq  təhlükəsizliyi  Proqramı”  təsdiq  olunmuş,  bu  Proqram  çərcivəsində 

görülmüş  işlər  nəticəsində  ölkədə  kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  artırılmasına  nail 

olunmuşdur.  2013-cü  ilin  yanvar  ayına  olan  məlumata  görə,  əhalinin  ərzaq  məhsullarına  olan 

tələbatı taxıl üzrə 65 %,  ət üzrə 95 %, quş əti üzrə 88 %, yumurta üzrə 96 %, kartof üzrə 100 %, 

meyvə və giləmeyvə üzrə 126 %, , üzüm 94 %, tərəvəz 99 %, bostan məhsulları üzrə 100 %, 

şəkər istehsalı üzrə 180 %, süd və süd məhsulları üzrə 73 %, bitki yağı üzrə 70 %, kərə yağı 

üzrə 50 % ödənir. 2014-ci ilə olan rəsmi proqnoza görə, daxili tələbt taxıl üzrə 85 %, ət üzrə 95 

%, quş əti üzrə 93 %, yumurta 100 %, bitki yağları 75 %, kərə yağı 52 %, kartof üzrə 114 %, 

meyvə  və  giləmeyvə  130  %,  bostan  məhsulları  104  faiz,  süd  və  süd  məhsulları  üzrə  78  faiz 

ödəniləcək. Kənd təsərüfatında məhsul istehsalı artsada ölkədə əsas ərzaq məhsullarına tələbatın 

yerli  istehsal  hesabına  tam  təminatı  mümkün  olmamışdır  və  həmin  məhsulların  istehsal 

miqyaslarının əhəmiyyətli dərəcədə genişləndirilməsi aktual məsələ olaraq qalmaqdadır. 

Dünyada cərəyan edən prosesləri də nəzərə alaraq strateji ərzaq məhsullarını maksimum 

dərəcədə  respublika  daxilində  yetişdirmək  zərurəti  yaranır.  Bu  baxımdan  Azərbaycan 

Respublikası  Prezidentinin  1  may  2008-ci  il  tarixində  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 

təminatına  dair  Dövlət  Proqramının  hazırlanması  haqqında  və    25  avqust  2008-ci  il  tarixində 

“2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 

təminatına  dair  Dövlət  Proqramı”  təsdiqlənməsi  haqqında  sərəncamları  da  mühüm  əhəmiyyət 

daşıyır.  Dövlət  Proqramında  ölkədə  ərzaq  məhsulları  istehsalını  artırmaq  əsas  vəzifə  kimi 

qarşıya qoyulur.  



AzJESS 

Number 1, Volume 1, 2014 

19 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatında  isə  taxıl 



məhsulları  ilə  özünütəminetmə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Çünki  əksər  dünya  ölkələri  ilə 

müqayisədə  Azərbaycanda  tarixən  qərarlaşmış  olan  ərzaq  istehlakı  modelində  çörək  və  çörək 

məhsulları  xüsusi  çəkiyə  malikdir.  Buna  görə  həmin  məhsullarla  təminatın  zəruri  səviyyəsi 

bütövlükdə  ərzaq  təhlükəsizliyi  baxımından  həlledici  amil  kimi  çıxış  edir.  Məqalədə  də 

müharibə  şəraitində  yaşayan  Azərbaycan  Respublikasında  taxıl  istehsalı  ilə  bağlı  mövcud 

problemlər araşdırılır və inkişaf istiqamətləri ilə əlaqədar müvafiq təkliflər verilir. 



1.

 

XIX əsrin sonu və XX əsrdə Azərbaycanda taxılçılığın inkişafı 

Azərbaycan qədim zamanlardan əkinçilik ölkəsi olsa da taxılçılığın sürətli inkişafı XIX 

əsrdə təsadüf etmişdir. Hətta XIX əsrin son onilliklərində ölkədə istehsal olunan taxıl məhsulları 

daxili tələbatı ödəməklə yanaşı bir hissəsi də ixrac edilmişdir. 

Azərbaycanda  taxıl  istehsalı  ilə  bağlı  yüz  illik  məlumatların  təhlili  göstərir  ki,  1896  – 

1898-ci illərdə Azərbaycanda taxıl istehsalının orta illik həcmi 1 milyon tonu keçmişdir. Həmin 

dövrdə  adambaşına  illik  məhsul  istehsalı  təxminən  580  kq  olmuşdur.  XIX  əsrin  sonlarında 

Azərbaycanda adambaşına taxıl istehsalının həcmi XX əsrin əvvəli üçün (1909  -1913-cü illər) 

dünya  üzrə  müvafiq  göstəricidən  (233  kq)    2,5  dəfə,  həmçinin  həmin  dövrdə  inkişaf  etmiş 

taxılçılıq ölkələri hesab edilən Rusiya, Almaniya, Fransa, İsveç kimi ölkələrin göstəricilərindən 

(455 kq) 1,3 dəfə yüksək olmuşdur(12). 

XX əsrin əvvəllərindən başlayaraq isə ölkədə taxıl istehsalı azalmışdır. Belə ki, 1913-cü 

ildə  823,9  min  hektar  sahədə  taxıl  becərilmiş  və  orta  məhsuldarlıq  5,8 sentnerə  enmişdir(13). 

Bununla yanaşı 1909–1913-cü illərdə taxıl üzrə Azərbaycanın dünya istehsalında payı onun 

ərazi üzrə payını 2 dəfədən çox qabaqlamış və əhali üzrə payı ilə eyni səviyyədə olmuş dur. 

1909  –  1913-cü  illərdə  Azərbaycanda  adambaşına  buğda  istehsalının  orta  illik  miqdarı  86 

kq təşkil etmişdir. Bu, həmin dövrün orta dünya göstəricisindən 1,18 dəfə çoxdur. 

Cədvəl 1. 

Dünya üzrə taxıl istehsalında Azərbaycanın payı (12 səh.40)

 

 

Dünya əhalisinin 



ümumi sayında 

Azərbaycanın payı 

(%) 

TAXIL 

Dünya 

min ton 

Azərbaycan 

min ton 

Azərbaycanın          

payı %-lə 

1909 – 1913 

0,13 

468700 


614 

0,13 


1934 – 1938 

0,14 


625100 

664 


0,11 

1948 –  1952 

0,11 

721000 


530 

0,07 


1969 – 1971 

0,14 


1221300 

636 


0,05 

1988 – 1990 

0,14 

1851000 


1200 

0,06 


1998 – 2000 

0,13 


2064000 

1196 


0,06 

 

Birinci  Dünya  Müharibəsi  və  ondan  sonrakı  illərdə  də  Azərbaycanda  taxılçılıqda 



geriləmə davam etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə taxıl 

əkini sahələri 568,8 min hektara enmişdir. 

Sovetlər  Birliyi  zamanında  taxıl  istehsalını  təhlil  edərkən  aydın  olur  ki,  Azərbaycanda 

1940-cı ildə 567 min ton,  1960-cı ildə isə 725 min ton taxıl istehsal olunmuşdur. 1960-cı ildən 

sonra  isə  taxılın  əkin  sahəsi  azalsa  da  məhsuldarlığın  artırılması  hesabına  istehsal  artmışdır. 

Belə ki, 1956-1960-ci illərlə müqayisədə 1960-1965-ci illərdə taxılın əkin sahəsi 100 min hektar 

azalmış və 653,4 min hektar səviyyəsinə düşmüşdür(13). 

Sovetlər dövründə Azərbaycanda taxıl istehsalının ən yüksək inkişafı 1981-1985-ci illərə 

təsadüf edir.  Azərbaycanda bu beşillikdə taxıl istehsalı orta hesabla1239,9 min tona çatdırılmış 

və bu artım 1990-cı ilə kimi davam etmişdir. Belə ki, 1985-ci ildə 1297,0 min ton, 1990-cı ildə 

1413,6 min ton taxıl istehsal olunmuşdur. Müstəqilliyin ilk illərindən etibarən daxili tələbatın 

ödənilməsi  məqsədilə  taxıl,  ilk  növbədə  buğda  istehsalının  həcmi  genişləndirilmişdir. 



AzJESS 

Number 1, Volume 1, 2014 

20 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

Nəticədə 1990-cı ildən sonrakı dövrdə əkin sahələrinin strukturunda ciddi dəyişiklik olmuşdur. 



Texniki  və  yem  bitkilərinin  əkin  sahələrinin  azalması  hesabına  taxılın  əkin  sahəsi 

genişlənmişdir.  



2.

 

Azərbaycanda taxılçılığın inkişafının mövcud vəziyyəti 

Müstəqillik illərində əkin sahələrinin strukturundakı dəyişiklik nəticəsində dənli və dənli 

paxlalıların xüsusi çəkisi 1990-cı ildə 39,9%, 1995-ci ildə 50,5%, 2000-ci ildə 62,2%, 2002-ci 

ildə  67,2%,  2005-ci  ildə  60,4%,  2009-ci  ildə  61,4%,  2011-ci  ildə  isə    60,2%  təşkil  etmişdir. 

2005-ci ildə 802,3 min hektar, 2009-cu ildə 1125,4 min hektar ərazidə dənli və dənli paxlalılar 

əkilmişdir(17).  Ümumilikdə  isə  Azərbaycanda  taxıl  istehsalı  ancaq  2000-ci  ildən  yeni  inkişaf 

mərhələsinə  qədəm  qoymuşdur  və  istehsal  2  milyon  tonu  ötüb  keçmişdir  və  ən  yüksək 

məhsuldarlıq əldə olunmuşdur. Nəticədə müstəqillik tarixində ilk dəfə 2009-cu ildə Azərbaycan 

özünü dənli bitkilər üzrə 76 % təmin etməyə nail olmuşdur.  

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının kənd təsərrüfatında taxılçılığın inkişafı 

yaxın  müddətli  dövr  üçün  əsas  prioritet  kimi  qəbul  edilmişdir.  Dövlət  Proqramında 

Azərbaycanın  kənd  təsərrüfatında  ənənəvi  sahələrdən  olan  taxılçılığın  inkişafı  prioritet  vəzifə 

olaraq qalacağı göstərilir (2). 

Eyni zamanda Dövlət Proqramı 2015-ci ilə kimi dənli bitkilərin əkin sahələrini 900 min 

hektara,  məhsuldarlığı  32  s/ha-ya,  ümumi  istehsalı  2,8  milyon  tona  çatdırmağı  qarşıya  əsas 

məqsəd  qoyur(3).  Bu  məqsədə  nail  olmaq  üçün  2008-ci  ildən  başlayaraq  ardıcıl  tədbirlər 

görülür.    Nəticədə  2009-cu  ildə  taxıl  istehsalı  rekord  səviyəyə  2988,3  min  tona  yüksəlmişdir 

(Cədvəl 2). 



Cədvəl 2 

Azərbaycan Respublikasında taxıl istehsalı (1) 

Göstəricilərin 

adı 

Ölçü 


vahidi 

1990 


1995 

2000 


2005 

2006 


2007 

2008 


2009 

2010 


2010-

1990-


ci ilə 

nisbə-


tən 

%-lə 


Əkin sahəsi 

min ha 


583,4 

609,4 


648,2 

802,3 


784,7 

739,6 


897,0 

1125,4 


968,0 

166 


İstehsal 

min 


ton 

1413,6  921,4  1540,2  2126,7  2078,9  2004,4  2498,3  2988,3  2000,5  141,5 

Məhsuldarlıq  sentner 

24,2 


15,1 

23.8 


26,5 

26,5 


27,1 

27,9 


26,6 

20,7 


85,5 

 

Cədvəldən  göründüyü  kimi  2010-cu  ildə  1990-cı  ilə  nisbətən  taxıl  istehsalı  66%, 



artmışdır.  Bununla  yanaşı  müqayisə  dövründə  taxılın  əkin  sahəsi  də  41,5%  artmışdır.  Amma 

istehsal həcminin artırılması əsasən əkin sahələrinin artırılması hesabına əldə edilmişdir. Bunu 

bir  fakt  da  sübut  edir  ki,  müqayisə  olunan  dövrdə  taxılın  məhsuldarlıq  göstəricisində  heç  bir 

dəyişiklik  müşahidə  olunmamışdır.  2010-cu  ildə  isə  2009-cu  illə  müqayisədə  həm  əkin 

sahəsinin 157,4 min ha azalması, həm də qeyri-alverişli iqlim şəraiti ilə əlaqədar məhsuldarlığın 

5.9  sentner.ha  azalması  hesabına  taxıl  istehsalı  987.8  min  ton  azalmışdır.  Nəticədə  əhalinin 

daxili  istehsal  hesabına  ərzaqlıq  buğda  ilə  təminatında  və  mal-qara  üçün  qüvvəli  yem 

ehtiyatlarının  yaradılmasında  gərginlik  əmələ  gəlmişdir.  2011-ci  və  2012-ci  illərdə  taxıl 

istehsalında  yenidən  artım  müşahidə  olunmuşdur.  Belə  ki,  2011-ci  ildə    967,0  min  hektardan  

2458,4 min ton  taxıl istehsal olunmuşdur. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 25,4 

sentner olmuşdur. 2012-ci ildə 2802.3 min ton dənli və dənli paxlalılar istehsal olunmuşdur. Bu 

da  2011-ci  illə  muqayisədə  14.0  %  coxdur.  Digər  tərəfdən  Dövlət  Proqramında  2015-ci  ildə 

taxıl istehsalında məhsuldarlığın 32 s/ha-ya çatdırılması qarşıya məqsəd qoyulmuşdur.  Son 10 

ilin  məlumatlarının  təhlili  isə  göstərir  ki,  ciddi  tədbirlər  görülməsə  qarşıdakı  3  ildə  taxıl 

istehsalında məhsuldarlığın 32 s/ha-ya çatdırılmasının xeyli çətin olacaq.  


AzJESS 

Number 1, Volume 1, 2014 

21 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

Ümumiyyətlə,  təhlillər  göstərir  ki,  taxılçılıqda  əldə  olunmuş  iqtisadi  artım  respublika 



əhalisinin  artmaqda  olan  tələbatına  tam  cavab  vermir.  Dünyanın  bir  sıra  inkişaf  etmiş 

ölkələrində taxılçılıqda hər hektardan 50-60 sentner məhsul əldə etdiyi halda, Azərbaycanda isə 

məhsuldarlıq  dünya  üzrə  orta  göstərici  olan  30  sentner  səviyyəsinə  də  çatmamışdır.  Bu  isə 

taxılçılıqda  dinamik  artımı  ekstensiv  yox,  intensiv  faktorların  hesabına  təmin  edilməsinin 

zəruriliyini göstərir.  

3.

 

Taxılçılığın inkişafı üçün iri təsərrüfatların yaradılması zərurəti 

Hazırda  Azərbaycanda  nəinki  taxıl,  ümumilikdə  kənd  təsərrüfatı  məhsulları  istehsalının 

artımı  daha  çox  ekstensiv  faktorların  hesabına  təmin  edilməsi  ölkədə  ərzaq  istehsalının 

davamlılığının  təmin  edilməsi  baxımından  ciddi  problem  kimi  qəbul  edilə  bilər.  Bunu 

Azərbaycanda  bəzi  məhsulların  məhsuldarlıq  səviyyəsinin  dünya  ölkələri  ilə  müqayisəsi 

göstərən aşağıdakı cədvəldən də aydın şəkildə görmək olar.  



Cədvəl 3 

Azərbaycanda bəzi taxıl məhsullarının məhsuldarlıq səviyyəsinin dünya ölkələri ilə 

müqayisəsi 

Məhsulun adı 

Ölçü 

vahidi 

Məhsuldarlıq göstəricisi 

Ölkə üzrə 

Dünya üzrə 

orta 


Dünya üzrə 

minimum 


Dünya üzrə 

maksimum 

Buğda 

Sent/ha 


25,8 

30,4 


3,0 

90,7 


Düyü 

Sent/ha 


57,1 

35,7 


7,5 

96,6 


Arpa 

Sent/ha 


21,6 

27,1 


2,5 

78,7 


Qarğıdalı 

Sent/ha 


44,1 

35,8 


1,2 

200,0 


Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ( FAO) 

Düzdür  respublikamızda  həyata  keçirilən  tədbirlərin  nəticəsi  kimi  son  illər  ölkədə  taxıl 

istehsalında artıma nail olunmuşdur. Amma Cədvəl 3-dən  göründüyü kimi taxıl məhsullarının 

məhsuldarlıq  göstəriciləri  üzrə  daha  yüksək  nailiyyətlər  əldə  etmiş  ölkələrlə  müqayisədə 

Azərbaycanın müvafiq göstəriciləri aşağıdır. Taxılçılıqda məhsuldarlığı yüksəltmə üçün həm də 

nisbətən  iri  təsərrüfatların  təşkilinə  ehtiyac  var.  Bildiyimiz  kimi  torpaq  islahatı  nəticəsində 

respublikada  iri  təsərrüfatların  bazasında  yaradılmış  istehsal  vahidlərinin  torpaq  sahələri  xeyli 

kiçikdir. Hazırda Azərbaycanda bitkiçilik məhsullarının 96 %-i fərdi sahibkarlar, ailə kəndli və 

ev təsərrüfatlarında istehsal olunur. Bir təsərrüfata  isə orta hesabla 2 hektar sahə düşür. Xırda 

təsərrüfatlarda  növbəli  əkin  dövriyyəsi  tətbiq  etmək  praktiki  mümkün  deyil.  Taxıl  əkinlərinin 

böyük ıksəriyyətinin kiçik torpaq sahələrində aparılmasının nəticəsi olaraq kənd təsərrüfatında 

işləyənlərin sayı mexaniki artmış, əmək məhsuldarlığı 2,5-3 dəfə aşağı düşmüşdür.  

2010-cu ildə respublika üzrə taxılçılıqla məşğul olanlardan yalnız 1 təsərrüfat  («Kraun-

KO»  şirkətinin)  50  min  hektar  sahədə  taxıl  becərmişdir.  2012-ci  ilin  məlumatına  əsasən  isə 

Ağcabədi və Beyləqan rayonlarında 4800 hektar ərazidə 2 iri taxılçılıq təsərrüfatı yaradılmışdır. 

Taxılçılıqda təsərrüfatların əksəriyyətinin kiçik olması məhsuldarlığa ciddi təsir etdiyi üçün iri 

təsərrüfatların  yaradılması  və  bu  sahədə  rəqabətqabliyyətliliyin  yüksəldilməsi  istiqamətində 

müvafiq addımlar atılır. 

Qeyd  edək  ki,  “Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-

iqtisadi  inkişafı Dövlət  Proqramı”nın  icrasının  dördüncü  ilinin  yekunlarına  həsr  olunmuş 

konfransdakı  çıxışında  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  “İri  fermer 

təsərrüfatlarının  yaradılması  prosesi  başlamışdır.  Bildiyiniz  kimi,  mən  bu  tapşırığı  bir  neçə  il 

bundan  əvvəl  vermişdim.  Ancaq  keçənildəki  müşavirədə  öz  iradlarımı  bildirmişdim  ki, 

baxmayaraq,  göstərişlər  verilib,  heç  bir  iş  görülmür.  İndi  hesab  edirəm  ki,  keçən  il  ərzində 

görülən  işlər  bu  prosesə  də  təkan  vermişdir.  Beş  min  hektara  qədər  torpaq  sahələri  ayrılıb, 

Ağcabədi və Beyləqan rayonlarında iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması artıq təmin 

edilibdir.  Bu  layihələrin  icrası  nəticəsində  biz  taxılla  özümüzü  təmin  etmək  üçün  çox  ciddi 

addım  atmış  oluruq.  Demək  istəyirəm  ki,  ən  azı  50  böyük  fermer-taxılçılıq  təsərrüfatları 



AzJESS 

Number 1, Volume 1, 2014 

22 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

yaradılmalıdır  ki,  biz  özümüzü  taxılla  tam  şəkildə  təmin  edək.  Yeni  fermer  təsərrüfatlarında 



məhsuldarlıq, məsələn, taxılda 40-50 sentnerə çatmalıdır. İndi bizdə orta hesabla hər hektardan 

27 sentner məhsul əldə etmişik ki, bu da əvvəlki illərə nisbətən yaxşı göstəricidir. Ancaq inkişaf 

etmiş  ölkələrdə  hektardan  50,  60,  bəzi  yerlərdə  70  sentner  götürülür.  Biz  də  o  səviyyəyə 

çatmalıyıq” deməklə bu sahəyə diqqətin artıtılacağını bildirmişdir (19).  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  orta  və  iri  təsərrüfatların  yaradılması  və  taxılçılıq  üzrə 

regionların  ixtisaslaşdırılması  üçün  də  dövlət  stimullaşdırma  tədbirləri  həyata  keçirməlidir. 

Amma respublikamızda 50 iri taxılçılıq təsərrüfatının yaradılması kiçik təsərrüfatları arxa plana 

keçməsi anlamına gəlməməlidir.  

Dünya  təcrübəsi  göstərir  ki,  dövlət  tərəfindən  dəstək  olduğu  təqdirdə,  xüsusən    lazımi 

texnologiya, informasiya və infrastruktur təminatı olduğu təqdirdə kiçik təsərrüftlar da məhsul 

istehsalını  artıraraq  kənd  yerlərində  yoxsulluğun  azaldılmasına  və  ərzaq  təhlükəsizliyinin 

təmininə böyük töhfə verirlər (14). 

Qeyd  edək  ki,  taxılçılığın  inkişafı  ilə  bağlı  tək  inkişaf  etmiş  ölkələrin  yox  həm  də 

postsovet  ölkəsi  olan  Özbəkistanın  təcrübəsi  də  Azərbaycan  üçün  maraqlı  ola  bilər.  Məlumat 

üçün bildirək ki, 1981 - 1990-cı illərdə Özbəkistanda 800 min hektar sahədə taxıl əkilmişdir və 

ölkə üzrə orta məhsuldarlıq 17 sentner\ha olmuşdur. 1991-ci ildə isə Özbəkistanda 0,9 milyon 

ton  taxıl  istehsalı  edilmişdir  və  ölkənin  təlabatını  ödəmək  üçün  4,5  milyon  ton  taxıl  idxal 

edilmişdir. Vəziyyətin ciddiliyini nəzərə alan Özbəkistan höküməti taxıl istehsalının artırılması 

istiqamətində müvafiq qərarlar qəbul etmişdir. Aparılan islahat nəticəsində “Uzkhleboprodukt" 

Dövlət Korporasiyası (keşmiş Taxıl Məhsulları Nazirliyi) "Uzdonmahsulot" Səhmdar Cəmiyyəti 

adı altında yenidən formalaşdırılmışdır(21). Bu quruma taxılçılığın inkişafa üçün əslahiyyətlər 

verilmişdir. Həmçinin 1995-1998-cu illərdə 13 taxılemalı müəssisəsi, 30 qarışıq yem və 52 un 

üyütmə zavodları özəlləşdirilmişdir. 

Həmçinin  Özbəkistan  hökuməti  buğda  istehsalçılarına  kredit  imkana  yardaraq  onları 

istehsal  resursları  ilə  təmin  etməyə  başlamışdır.  Taxılçılığın  inkişafda  əsas  hədəf  isə 

məhsuldarlığın artırılması olmuşdur.  

 

 

Şəkil 1. 1993-2010-cu illərdə Özbəkistanda taxıl isteahsalının göstəriciləri 



 

Şəkil  1-dən  göründüyü  kimi  10  il  ərzində  Özbəkistanda  taxılın  məhsuldarlığı  1,5 

sentner\ha-  dan  45  sentner\ha-ya  qaldırımasına  nail  olunmuşdur.  2005-  ci  ildə  etibarən 

Özbəkistan Respublikası ildə 5.8 milyon tondan çox taxıl istehsal edərək  özünü təmin etmişdir. 

2012-ci ildə isə Özbəkistanda 6.7 milyon ton taxıl istehsal olunmuşdur (20) 

4.

 

Regionların taxılçılıq üzrə ixtisaslaşdırılması 

0,0


1 000,0

2 000,0


3 000,0

4 000,0


5 000,0

6 000,0


7 000,0

8 000,0


1993

1995


1997

1999


2001

2003


2005

2007


2009

Planted area ('000 Ha)

Yield ('000 tons)

Əkin sahəsi, Ha 

Məhsuldarlıq, ton 


AzJESS 

Number 1, Volume 1, 2014 

23 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

 Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasında  olduğu üçün 

torpaq  resurslarından  daha  səmərəli  istifadə  olunması  məqsədilə  əkin  yerlərinin  strukturunda 

müəyyən  dəyişikliklər  aparılmalıdır.  Belə  ki,  2012-ci  ilin  yanvar  ayına  olan  məlumatda 

respublikada  kənd  təsərrüfatı  dövriyyəsində  olan  cəmi  əkin  yeri  1608,2  min  hektar  təşkil 

etmişdir. Bunun 967,3 min hektarı dənli və dənli paxlalıların payına düşür. Bu isə, cəmi əkin 

yerinin  60,2%  deməkdir.  Göründüyü  kimi,  əkin  sahələrinin  çox  hissəsi  taxıl  istehsalı  üçün 

istifadə  olunur.  Halbuki,  məhsuldarlığın  yüksəldilməsi  taxıl  istehsalı  üçün  istifadə  olunan 

torpaqların  digər  məqsədlər  üçün  istifadəsinə  imkan  verər.  Fikirimizcə,  əkin  sahələrinin 

azaldılması və məhsuldarlığın artırılması hazırkı vəziyyət üçün tamamilə doğru yanaşmadır. Bu, 

həm  sərf  olunan  maliyyə  resurslarının,  həm  də  torpaqların  daha  səmərəli  istifadəsinə  şərait 

yaradacaqdır.  Beləliklə,  əsas  vacib  məsələ  ondan  ibarətdir  ki,  taxıl  əkini  üçün  əsasən  hansı 

regionların torpaqlarından istifadə edilməlidir. Bu məqsədlə iqtisadi rayonlar üzrə taxılın əkin 

sahəsi,  məhsuldarlığı  kimi  göstəricilər  üzrə  qısa  araşdırma  aparmağı  məqsədəuyğun  hesab 

edirik. İlk olaraq Respublika üzrə taxılın məhsuldarlıq göstəricilərinə nəzər salaq(Cədvəl 4).  

Cədvəl  4-dən  göründüyü  kimi,  məhsuldarlıq  göstəriciləri  Gəncə-Qazax,  Aran  və 

Naxçıvan  iqtisadi  rayonlarında  daha  yüksəkdir.  Belə  ki,  2011-ci  ildə  respublika  üzrə  orta 

məhsuldarlıq  25,4  sent/ha  olduğu  halda  bu  iqtisadi  rayonlarda  taxılın  məhsuldarlığı  müvafiq 

olaraq 30,3 sent/ha, 26,4 sent/ha və 29,4 sent/ha təşkil etmişdir. Bu iqtisadi rayonlarda taxılın 

orta məhsuldarlığı dovlətin qarşıya qoyduğu hədəf göstəricisinə (32 sent/ha) yaxındır



 

 

 

 

Cədvəl 4 

Taxılın məhsuldarlığı, sent/ha 

 

2000  2005 



2006 

2007  2008  2009  2010  2011 

Respublika üzrə cəmi 

23.8 

26.5 


26.5 

27.1 


27.9 

26.6 


20,7 

25,4 


Abşeron iqtisadi rayonu 

12.0 


14.1 

13.4 


14.1 

14.0 


15.1 

14,4 


14,7 

Gəncə-Qazax iqtisadi rayonu  24.2 

29.8 

29.5 


31.3 

32.8 


30.9 

26,3 


30,3 

Şəki-Zaqatala iqtisadi 

rayonu 

18.1 


21.4 

20.5 


24.0 

29.6 


25.3 

20,2 


30,2 

Lənkəran iqtisadi rayonu 

22.7 

24.2 


24.6 

24.9 


23.3 

20.5 


14 

18,9 


Quba-Xaçmaz iqtisadi 

rayonu 


23.5 

21.6 


23.5 

23.8 


21.3 

21.3 


20,2 

23,0 


Aran iqtisadi rayonu 

26.7 


29.5 

30.2 


30.1 

30.7 


30.4 

22,7 


26,4 

Yuxarı-Qarabağ iqtisadi 

rayonu 

24.4 


27.3 

27.9 


28.0 

28.5 


25.2 

18,7 


23,0 

Kəlbəcər –Laçın iqtisadi 

rayonu 

11.6 


27.2 

29.1 


29.1 

30.2 


30.6 

24,1 


25,5 

Dağlıq Şirvan iqtisadi 

rayonu 

20.8 


24.2 

21.8 


21.2 

22.7 


21.2 

15,6 


19,3 

Naxçıvan iqtisadi rayonu 

35.6 

38.7 


35.5 

30.9 


25.1 

28.5 


28,6 

29,4 


Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır. 

Deməli taxıl istehsalının bu iqtisadi rayonlarda cəmləşdirilməsi məqsədəuyğun hal kimi 

qiymətləndirilməlidir.  Lakin  qeyd  olunan  məqsədə  nail  olunması  üçün  bu  iqtisadi  rayonların 

kifayət  qədər  torpaq  resurslarına  malik  olması  vacib  şərtlərdəndir.    Bu  baxımdan  son  illərdə 

respublikada  kənd  təsərrüfatı  bitkilərinin  əkin  sahələrinin  rayonlar  üzrə  yerləşməsinə  nəzər 

salaq.       



Cədvəl 5 

Kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi, ha 

AzJESS 

Number 1, Volume 1, 2014 

24 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

 



2000 

2005 

2009 

2010 

2011 

Respublika üzrə cəmi 

1 041 542 

1 327 922 

1 705 449 

1 583 874 

1 608 184 

Bakı 


133 

574 


499 

491 


539 

Abşeron iqtisadi rayonu 

3 544 

4 510 


3 706 

3 548 


3 313 

Gəncə-Qazax iqtisadi rayonu 

116 389 

164 651 


208 402 

193 293 


195 160 

Şəki-Zaqatala iqtisadi rayonu 

126 950 

155 496 


221 672 

200 806 


198 413 

Lənkəran iqtisadi rayonu 

102666 

102430 


117 203 

116 301 


116 639 

Quba-Xaçmaz iqtisadi rayonu 

57 804 

105 812 


116 094 

107 427 


114 425 

Aran iqtisadi rayonu 

470 270 

592 145 


705 738 

652 339 


684 938 

Yuxarı-Qarabağ iqtisadi rayonu 

39 800 

60 679 


139 578 

133 750 


121 991 

Kəlbəcər –Laçın iqtisadi rayonu 

2 198 

2 065 


6 473 

4 645 


3 402 

Dağlıq Şirvan iqtisadi rayonu 

84 671 

90 750 


126 886 

112 076 


109 346 

Naxçıvan iqtisadi rayonu 

37 117 

48 810 


59 200 

59 199 


60 020 

       Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır. 

Cədvəldən  göründüyü  kimi,  cəmi  əkin  sahələrində  də,  Gəncə-Qazax  və  Aran  iqtisadi 

rayonları daha yüksək xüsusi çəkiyə malikdirlər. Belə ki, respublika üzrə cəmi əkin sahələrinin 

53,6%-i  Gəncə-Qazax  və  Aran  iqtisadi  rayonlarının  payına  düşür.  Amma  bu  heç  də  o  demək 

deyil ki, bu iqtisadi rayonların torpaqları tamamilə taxıl əkini üçün istifadə olunmalıdır. Əksinə 

məhsuldarlıq  göstəricisini  nəzərə  almaq  şərti  ilə  digər  rayonlarda  da  taxılçılıq  sahəsində 

səmərəli fəaliyyət göstərən təsərrüfatların potensialı güclənilməlidir. Məsələn, son illər Astara 

rayonunda  taxılın  orta  məhsuldarlığı  40,5  sent/ha,  Balakən  rayonunda  37,2  sent/ha,  Tərtər 

rayonunda  33,9  sent/ha,  Zaqatala  rayonunda  32,0  sent/ha,  Şərur  rayonunda  30,9  sent/ha  və  s. 

təşkil  etmişdir.  Məhz  bu  rayonlarda  da  imkanları  nəzrə  alınmalı  xüsusən  də  Astara  və  çəltik 

becərilməsini  münasib  olan  diğər  rayonlarda  bu  bitkinin  istehsalı  stimullaşdırılmalıdır. 

Göründüyü kimi, taxılda məhsuldarlığı artırmaqla 2,8 milyon ton məhsulu 900 min hektardan 

da az əkin sahəsindən əldə etmək olar.  

Bu, həm də taxıl istehsalına ayrılan subsidiyaların da səmərəliliyinin artırılmasına şərait 

yarada  bilər.  Məsələn  2009-cu  ildə  respublikada  807 880  hektarı  sahədə  əkilən  buğdanın  hər 

hektarı  üçün  80  AZN  subsidiyanın  ayrıldığını  nəzərə  alsaq  sadə  hesablama  nəticəsində 

müəyyənləşdirmək olur ki, 1 ildə buğda əkininə təxminən 65 milyon AZN maliyyə vəsaiti sərf 

olunur. Aydındır ki, bu məbləğ 650 min hektar arasında bölüşdürülsə hər hektara düşən vəsaitin 

məbləği  daha  yüksək  olar  (100  AZN).  Həmçinin  əkin  sahəsinin  azaldılması  nəticəsində 

subsidiyaların  ümumi  həcmini  artırmaqla  daha  yüksək  nəticələr  əldə  etmək  mümkündür.  

Bundan  əlavə  taxıl  istehsalının,  məhsuldarlıq  göstəricilərinin  daha  yüksək  olduğu  ərazilərdə 

cəmləşdirilməsi  taxıl  istehsalı  üzrə  hədəf  göstəricilərinə  nail  olunması  və  istehsalın 

səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Taxıl  üçün  az  səmərəli  ərazilərdə  isə  digər  bitkiçilik  məhsullarının  istehsalını 

stimullaşdırmaq fikirimizcə daha səmərəli olardı. Məsələn,  2009-cu ildə Quba-Xaçmaz iqtisadi 

rayonunda  taxılın  məhsuldarlığı  21.3  sent/ha  təşkil  etmişdir.  Bu  isə  iqtisadi  cəhətdən  heç  də 

səmərəli göstərici deyildir. Lakin 2009-cu ildə Respublikada pomidorun orta məhsuldarlığı 154 

sent/ha olduğu halda Quba-Xaçmaz iqtisadi rayonunda bu göstərici 215 sent/ha təşkil etmişdir. 

Beləliklə, fikirimizcə Quba-Xaçmaz iqtisadi rayonunda taxıl əkməkdənsə pomidor və ya digər 

uyğun  bitkiçilik  məhsullarının  becərilməsi  daha  məqsədəuyğundur.  Oxşar  vəziyyət  digər 

regionlar üzrə də müşahidə olunur. Onun üçün taxılçılığın inkişafın müəyyən iqtisadi rayonlarda 

stimullaşdırmaq daha məqsədəuyğun olardı. 

5.

 

Taxılçılığın inkişafının stimullaşdırılması 

 “Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  dövlət  dəstəyi  haqqında”  Azərbaycan 

Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq aqrar sahəyə 

edilən  dövlət  yardımlarının  miqyası  daha  da  artmışdır.  B  sərəcama  əsasən  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  üçün  sərf  olunan  yanacaq  və  motor  yağları  və  mineral  gübrələrin 


AzJESS 

Number 1, Volume 1, 2014 

25 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

dəyərinin  orta  hesabla  50  %-i  dövlət  tərəfindən  ödənilir.  Azərbaycan  Respublikası  Nazirlər 



Kabinetinin  müvafiq  Qərarına  əsasən  buğda  istehsalçılarının  maddi  marağının  artırılması  və 

buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər 

hektar üçün əlavə 40 manat (cəmi 80 AZN) yardım verilir.  

Kənd  təsərrüfatı  istehsalçılarının  yüksək  reproduksiyalı  buğda  toxumu  və  mineral 

gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə 

Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  21  avqust  tarixli  Sərəncamına  əsasən  kənd 

təsərrüfatı  məhsulları  istehsalçılarına  bir  sıra  əlavə  güzəştlər  də  verilmişdir.  Belə  ki,  buğda 

toxumunun  istehsalı  ilə  məşğul  olan  dövlət  və  özəl  toxumçuluq  təsərrüfatlarına  dövlət  vəsaiti 

hesabına  idxal  olunan  yüksək  reproduksiyalı  buğda  toxumunun  satış  qiymətinin  50  faizinə, 

buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt 

verilmişdir.  

Hökumətin  aqrar  sektora  daha  bir iqtisadi  yardımı  vergi  güzəştləri ilə  bağlıdır. Belə  ki, 

2014-cü ilə kimi kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən başqa, bütün vergi-

lərdən  azad  edilmişdir.  Həmçinin  Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramında 

nəzərdə  tutulmuş  tədbirlər  çərçivəsində  aqrar  sektora  edilən  əhəmiyyətli  dövlət  yardımı,  ilkin 

mərhələdə  səhmlərinin  nəzarət  zərfi  100%  dövlətə  məxsus  olan  “Aqrolizinq”  Açıq  Səhmdar 

Cəmiyyətinin yaradılmasıdır.  

Amma  etiraf  etmliyik  ki,  taxılçılıqın  inkişafı  üçün  göstərilən  dəstək  yetərli  deyil  və 

subsidiyalaşdırılması  mexanizmləri  qeyri-təkmildir.  Belə  ki,  bu  sahəyə  edilən  dövlət 

yardımlarının  i)    miqyası  mövcud  ehtiyacla  müqayisədə  çox  məhduddur,  ii)  tətbiq  edilmə 

mexanizmləri  qeyri-təkmildir  və  beləliklə  də,  iii)  qeyd  edilən  səbəblərdən  də  effektliyi  azdır. 

Azərbaycanda 

taxılçılığın 

subsidiyalaşdırılması 

mexanizmləri 

ciddi 


şəkildə 

təkmilləşdirilməlidir. 

Burada Azərbaycanın ÜTT-yə üzvülük ərəfəsində olduğu da nəzərə alınmalıdır. Belə ki, 

ÜTT üzvü olan ölkələr qarşısında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin 

ardıcıl surətdə ixtisar olunması, aqrar məhsullarının istehsalı və ticarətinin davamlı olaraq bazar 

mexanizmlərinə  yönəldilməsi  tələbləri  irəli  sürülür(16).  ÜTT-nin  qaydaları  üzv  ölkələr 

qarşısında kənd təsərrüfatı istehsalçılarına hökumət tərəfindən verilən daxili maliyyə köməyini 

qadağan etmir. Lakin bu dəstəyin ixtisar olunmasını tələb edir və eyni zamanda onun yol verilə 

bilən  son  həddinin  kəmiyyətini  müəyyən  edir.  Əgər  Azərbaycan  taxılçılığın 

subsidiyalaşdırılması  mexanizmləri  təkminləşdirilməsə  ÜTT-yə  üzvülükdən  bu  sektor  ciddi 

zərər çəkə və ölkənin ərzaq təhlükəsizliyinin təminində müəyyən problemlər yarana bilər. Son 

illər  dünya  bazarında  da  ərzaq  məhsullarının  qiymətinin  qalxdığını  nəzərə  alsaq  taxılçılığın 

ÜTT-yə inteqrasiyadan zərər çəkməməsi üçün vaxtında qərarların qəbulu vacibdir. 

6.

 

Dünya ərzaq bazarında baş verən proseslərin Azərbaycana təsiri  

Müasir şəraitdə dünya ərzaq bazarında baş verən iri sarsıntılar son nəticədə bütün ölkələr 

üçün  problemin  yaranmasına  səbəb  olur.  Bu  sahədə  yaxın  dövrlərin  narahatedici  təcrübəsi 

mövcuddur.  1972-1973-cü  və  1979-1980-ci  illərdə  dünya  taxıl  bazarında  baş  verən  böhranlar 

beynəlxalq  səviyyədə  ərzaq  təminatına  təhlükə  törətmişdir  (11  səh.  15).  2007-2008-cu  illərdə 

dünya bazarında taxıl qiymətinin artması bir çox ölkələr üçün problem yaratmışdır.  

 


AzJESS 

Number 1, Volume 1, 2014 

26 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

 



Şəkil 2. 1960-2008-ci illərdə dünya bazarında əsas dənli və paxlalıların qiymətləri (5 

səh.9) 

Xüsusən  də  2000-ci  ildən  sonrakı  dövrdə  taxılın  qiyməti  yenidən  bahalaşmağa 

başlamışdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) və BMT-nin Ərzaq və Kənd 

Təsərrüfatı Təşkilatının (FAO) proqnozların görə 2020-ci ilə kimi ərzaq, yem və yanacağa olan 

artan  tələbatla  əlaqədar  olaraq    taxıl  qiymətlərinin  davamlı  olaraq  artacağı  gözlənilir(10). 

Xüsusən  də  Asiya,  Afrika  və  Yaxın  Şərq  ölkələrində  tələbatın  artması  qiymətlərə  təsir 

edəcəkdir.  Ümumiyyətlə  dünya  üzrə  ərzağın  qiymət  indeksinə  nəzər  saldıqda  son  10  illikdə 

qiymət artımının davamlı olduğu görülür. 

         

 

 



 

Şəkil 3. Dünya üzrə dənli bitkilərin qiymət indeksi 

Mənbə: www.fao.org/worldfoodsituation/FoodPricesIndex/en/ 

FAO-nun 2011-ci ilin fevral ayında hesabatında da dünyada ərzaqların qiymətinin 1990-

cı ildən indiyə kimi olan dövrdə rekord səviyyəyə çatmasını bildirməsi də bunun göstəricisidir. 

Bu isə o deməkdir ki, dünya bazarında qiymət artımının birbaşa Azərbaycana da təsiri olacadır. 

Çünki, Azərbaycan 2005-2010-cu illərdə orta hesabla 1062 ton taxıl idxal etmişdir. Qarşıdakı 

10  ildə  də  Azərbaycanın  taxıl  idxal  edəcəyi  proqnozlaşdırılır.  Bu  isə  belə  qiymət  artımının 

ölkəmizə  birbaşa  təsirinin  olacağından  xəbər  verir.  Elə  Azərbaycan  Respublikası  Prezident 

İlham  Əliyevin  Nazirlər  Kabinetinin  2013-cü  ilin  birinci  rübünün  sosial-iqtisadi  inkişafının 

yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında yenidən bu məsələyə 

toxunması  da  vəziyyətin  ciddiliyindən  xəbər  verir:  “Biz  ərzaq  təhlükəsizliyini  yüz  faiz  təmin 

etməliyik. Bu, o demək deyil ki, biz inteqrasiya proseslərinə, yaxud da ki, indi dünya inteqrasiya 

proseslərinə qoşulmuruq. Biz qoşuluruq. Əlbəttə ki, biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı 

prinsipləri  üzərində  qurmuşuq.  Ancaq  onu  da  xatırlayırıq  ki,  taxılla  bəzi  ixracçı  ölkələrdə 

Dənli 

bitkilərin 



qiymət 

indeksi; 

1990; 97,6 

Dənli 


bitkilərin 

qiymət 


indeksi; 

1996; 


140,7 

Dənli 


bitkilərin 

qiymət 


indeksi; 

2000; 84,5 

Dənli 

bitkilərin 



qiymət 

indeksi; 

2005; 

103,4 


Dənli 

bitkilərin 

qiymət 

indeksi; 



2008; 

237,9 


Dənli 

bitkilərin 

qiymət 

indeksi; 



2011; 

244,8 


2002-2004=100 

1990


1991

1992


1993

1994


1995

1996


1997

AzJESS 

Number 1, Volume 1, 2014 

27 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

yaranmış  müəyyən  çətinliklər  istər-istəməz  bizə  də  mənfi  təsir  göstərmişdir.  Əvvəlki  illərdə 



bağlanmış  kontraktlara  xitam  verildi,  onlar  icra  edilmədi  və  biz  vəziyyətdən  çıxış  yolunu 

axtarmağa məcbur idik. Ona görə özümüzü tam əmin və sığortalı hiss etmək üçün biz əsas ərzaq 

məhsulları  ilə  özümüzü  təmin  etməliyik.  Əlbəttə  ki,  meliorasiya,  irriqasiya  sistemlərinin 

qurulması prosesi getməlidir” (15). 

Qeyd edək ki, Azərbaycan hökuməti bu təsiri azaltmaq üçün 2008-ci ildən bəri müəyyən 

işlər  görür.  Məhz  Dövlət  Taxıl  Fondunun  yaradılması  və  Azərbaycan  Respublikası 

Prezidentinin 22 aprel 2008-ci il tarixli fərmanı ilə Fonda nəzarət funksiyasını həyata keçirtmək 

Fövqəladə  Hallar  Nazirliyinə  tapşırılması  da  bu  qəbildəndir.  Fonddan  taxılın  istifadəsi 

fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri 

yerinə  yetirmək  və  lazım  gəldikdə,  daxili  bazarda  taxıl  məhsullarının  kəskin  qiymət 

dəyişmələrinin  qarşısını  almaq  məqsədi  ilə  həyata  keçirilir.  “Taxıl  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  əsasən  isə  Dövlət  Taxıl  Fondunun  formalaşması  əsasən  yerli  istehsal 

hesabına həyata keçirilir(8). 

2010-cu ildən etibarən Fondda 500 min ton ərzaq buğdası ehtiyatı olub və bu 4 ay ölkəni 

təmin edə bilər. Amma bu yolla da davamlı olaraq  qiymət artımının qarşısını almaq  mümkün 

deyil. Onun üçün ölkənin taxıl məhsulları ilə etibarlı və davamlı şəkildə təmin edilməsi üçün bir 

sıra tədbirlərin həyata keçirilməsi zəruridir. 

7.

 

Taxılçılığın inkişaf etdirilməsinin əsas istiqamətləri 

FAO-nun məlumatına əsasən dünya üzrə aclıqdan əziyyət çəkən insanların sayı 1 milyard 

nəfərdən artıqdır. Yəni planetimizdə yaşayan hər altı nəfərdən biri gündəlik ərzaq çatışmazlığı 

ilə  üzləşir.  Dünyada  baş  verən  iqtisadi  böhranlar  isə  ərzaq  məhsullarının  qiyməti  artırır  və 

dövlətlərin yoxsulluqla mübarizə aparmasını xeyli çətinləşdirir. 

Məlumat üçün bildirək ki, 2000-ci ildə Nyu-Yorkda 147 ölkənin iştirakı ilə qəbul edilmiş 

Miniliyyin  İnkişaf Məqsədlərində  (MDGs)  də ifrat yoxsulluğun və aclığın aradan qaldırılması 

əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş və 2015-ci ilədək onun 2 dəfə azaldılması üçün 

dünya  ölkələrinin  səylərinin  birləşdirilməsi  qərara  alınmışdır.  FAO-nun    təşkilatçılığı  ilə  3-5 

iyun  2008-ci  il  tarixində  Romada  keçirilən  Dünya  Ərzaq  Təhlükəsizliyi  üzrə  yüksəksəviyyəli 

konfransda  180 ölkənin dövlət və hökümət başçıları bir daha bəyan etdilər ki, 2015-ci ilə kimi 

Minillik İnkişaf Məqsədlərinə nail olunması və ac insanların sayının 50 %-ə qədər azaldılması 

üçün səyləri artıracaqlar. Bu tədbirlərin davamı kimi  FAO-nun dəstəyi ilə 6-7 iyun 2009-cu il 

tarixində  Sank-Peterburq  şəhərində    keçirilən  Dünya  Taxıl  Forumunda  da  ərzaq  probleminin 

həllində  taxıl  istehsalının  oynadığı  mühüm  rol  müzakirə  edilmişdir.  Bildirilmişdir  ki,  ərzaq 

bazarında problem heç vaxt aradan qalxmamışdır və  iqtisadi böhran bu problemi ölkələr üçün 

daha da aktuallaşdırmışdır. Ekspertlərin proqnozuna görə isə 2030-cu ildə, taxılın istehlakı 30-

40  %  arasında  artacaqdır  (9).  Bu  da  o  deməkdir  ki,  dünya  birliyi  gələcəkdə  ərzaq  böhranının 

təkrarlanmasından sığortalanmayıb. Bunun üçün də ölkənin taxıl məhsulları ilə dayanıqlı təmini 

üçün aşağıdakı məsələlərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik. 

Azərbaycanda  taxıl  istehsalının  artırılmasının  başlıca  şərtlərdən  biri  kimi  təsərrüfatların 

yeni  məhsuldar  sortlarla  təminatının  yüksəldilməsi,  sektorun  rəqabətqabiliyyətliliyinin  təmin 

edilməsində çıxış edir. Fikrimizcə, bu istiqamətdə də müvafiq dövlət siyasəti tədbirləri əsasən, 

fermerləri  yüksək  keyfiyyətli  toxumlarla  qısa  müddətdə  və  səmərəli  şəkildə  təchiz  etmək 

təşəbbüslərinin həvəsləndirilməsinə yönəldilməlidir.  

Qeyd  edək  ki,  Tərtərdə  Təcrübə  Stansiyasında  səpindən  başlamış  yığımadək  bütün 

aqrotexniki  tədbirlər  həyata  keçirildiyi  üçün  ayrı-ayrı  sortlar  üzrə  yüksək  məhsuldarlıq  əldə 

edilmişdir. Bu göstərici bəzi təsərrüfatlarda hətta 75-80 sentnerə çatmışdır (4 səh. 319). Deməli 

dövlətin  bu  istiqamətdəki  tənzimləmə  və  nəzarət  funksiyaları  da  təkmilləşdirilməsi  və 

taxılçılığın inkişafın müəyyən iqtisadi rayonlarda stimullaşdırması yolu ilə ölkə üzrə buna yaxın 

nəticələr əldə etmək olar. 


AzJESS 

Number 1, Volume 1, 2014 

28 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

Kənd  təsərrüfatlı  təyinatlı  torpaqların  keyfiyyətinin  yaxşılaşdırılması  və  suvarma  infra-



strukturunun gücləndirilməsi istiqamətində həyata keçirilən işlərin sistemliliyini və daha da sü-

rətləndirilməsini təmin etmək məqsədilə dövlət proqramının hazırlanması məqsədəuyğun olardı.  

Azərbaycanda  taxılın  istehsal  həcminin  artırılması  əsasən  ekstensiv  yolla  -  əkin 

sahələrinin  artırılması  vasitəsilə  əldə  edilmişdir.  Respublikada  intensiv  yolla  taxılın  istehsal 

həcminin  artırılması  mümkündür.  Əkin  sahələrinin  münbitliyini  bərpa  etməyin  və  torpağın 

məhsuldarlığının yüksəldilməsinin ən etbarlı yolu isə növbəli əkin sisteminin tətbiq edilməsidir. 

Eyni zamanda kənd təsərrüfatı istehsalçılarının maşın, texnika və avadanlıqlarla, həmçi-

nin  mineral  gübrələr  və  pestisidlərlə  təminatının  yaxşılaşdırılması  istiqamətində  başlanan 

fəaliyyətdə sürətləndirilməlidir.  

Hökumət  tərəfindən  kənd  təsərrüfatı  sektoruna  göstərilən  infrastruktur  (məsələn, 

meliorasiya,  fitosanitar,  elmi-tədqiqat,  kadr  hazırlığı  və  s.)  xidmətlərin  keyfiyyəti  aşağıdır. 

Aqrar sahəyə dövlət yardımının daha effektiv olan bir sıra formaları, məsələn, minimal qiymət 

tənzimlənməsi, fermerlərin bazar haqqında informasiya ilə təmin edilməsi, onların bazara çıxış 

imkanlarının  yaxşılaşdırılması  və  s.  ümumiyyətlə,  tətbiq  edilmir.  Bu  məsələlərdə  həllini 

tapmalıdır.  

Nəticə 

Taxıl  istehsalının  mövcud  həcmi  istər  ərzaq,  istərsə  də  yem  məqsədləri  üçün  tələb 

olunandan  azdır.  Əhali  tərəfindən  qida  kimi  istifadə  olunan  taxıl  və  taxıl  məhsullarının  bir 

hissəsi idxalın payına düşür. Müstəqillik illərində taxılın məhsuldarlıq göstəricisində ciddi artım 

müşahidə olunmamışdır.  

Digər tərəfdən Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına 

aiddir.  Buna  görə  də,  Azərbaycanda  kənd  təsərrüfatı  məhsulları  istehsalının  fiziki  həcmini 

istənilən  səviyyəyə  çatdırmaq  mümkün  deyil.  Bununla  belə,  Azərbaycan  Respublikasının 

müxtəlif  regionlarında  torpaq-iqlim  amillərinin  kəmiyyət  və  ərazi  etibarilə  paylanma 

xüsusiyyətlərinin  təhlili  göstərir  ki,  ümumilikdə  ölkəmizdə  kənd  təsərrüfatının  inkişafı  üçün 

təbii-coğrafi şərait əlverişlidir. Azərbaycanda taxılın məhsuldarlığını 50-60 sentnerə çatdırılması 

üçün  potensial  mövcuddur.  Lakin  Azərbaycan  taxıl  istehsalı  ilə  bağlı  mövcud  potensialından 

kifayət  qədər  səmərəli  istifadə  etmir.  Ona  görə  də  ölkədə  1898-ci  ildə  adambaşına  580    kq, 

1999-cu  ildə  137  kq,  2005-ci  ildə  isə  254  kq  taxıl  istehsal  olunmuşdur.  Hazırda  ölkədə  kənd 

təsərrüfatı istehsalının dinamik artımı daha çox ekstensiv faktorların hesabına təmin edilir ki, bu 

da  ölkədə  ərzaq  istehsalının  davamlılığının  təmin  edilməsi  baxımından  ciddi  problem  kimi 

qəbul edilə bilər. 

Bu vəziyyəti dəyişmək üçün də 2020-ci ilə kimi Azərbaycanda taxıl əkin sahələrinin 700 

-750 min hektara qədər azaldılması və orta məhsuldarlığın 50 sentnerə çatdırılması üçün bütün 

imkanlar işə salınmalıdır. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot iri taxılçılıq təsərrüfatı 

yaradılmışdır.  Növbəti  addım  olaraq  Cəlilabad,  Şamaxı  və  Hacıqabul  rayonlarında  da  iri 

taxılçılıq  təsərrüfatlarının  yaradılması  istiqamətində  zəruri  işlərə  başlanılmışdır.   Rəsmi 

məlumatlara əsasən də iri təsərrüfatların yardılması nəticəsində 2013-cü ildə taxıl məhsulları ilə 

özünütəminat  70  %  olacaqdır.  50  iri  fermer  təsərrüfatlarının  yaradılması  nəticəsində  isə 

Azərbaycan özünü taxıl məhsulları ilə tam təmin edə bilər. Amma iri təsərrüfatlar yaradılması 

prosesində ekoloji məsələlərdə mütləq nəzərə alınmalıdır. Çünki bu məqsədlə yeni sahələrinin 

dövriyyəyə cəlb edilməsi zərurəti yaranacaq. Rəsmi məlumata əsasən də meliorativ tədbirlərdən 

sonra  300  min  hektar  əkin  sahələri  dövriyyəyə  buraxılacaqdır.  Amma  qış  otlaqlarında  iri 

taxılçılıq  təsərrüfatlarının  yaradılmasının  ekoloji  təsirləri  də  daha  dərindən  öyrənilməlidir. 

Həmçinin  taxılçılıqda  ekoloji  cəhətdən  təmiz  və  keyfiyyətli  məhsul  istehsalının 

stimullaşdırılmasıda  zəruridir.  Proqnozlara  görə  2020-ci  ildə  Azərbaycan  əhalisi  10  milyon 

nəfərdən  artıq  olacaq  və  təxminən  ölkənin  4500  min  ton  taxıla  tələbat  yaranacaq    (tələbat 

adambaşına 420 kq nəzərdə tutularsa). Müvafiq tədbirlər görülərsə respublikamız 2020-ci ildə 

700  -750  min  hektara  sahədə  taxıl  əkməklə  ən  azı  tələbtın  80  %-dən  artığını  ödəyə  və  ərzaq 



AzJESS 

Number 1, Volume 1, 2014 

29 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

təhlükəsizliyini  təmin  edə  bilər.  Bunu  üçün  isə  yeni  torpaq  sahələrinin  dövriyyəyə  cəlb 



edilməsindən daha çox məhsuldarlığın artırılması vacibdir. 

 

 



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

1.

 



Abasov İ.D. Azərbaycanın kənd təsərrüfatı. Bakı, “Elm və təhsil”, 2010, 592 s. 

2.

 



 “Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 

Dövlət Proqramı”. Bakı,  14 aprel 2009-cu il. 

3.

 

 “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə 



etibarlı təminatına dair Dövlət Proqramı”. Bakı, 25 avqust 2008-ci il. 

4.

 



 Aqrar  sahə  modernləşmə  dönəmində:  problemlər  və  onların  həlli  yolları.  Kollektiv 

monoqrafiya. AMEA İqtisadiyyat İnstitutu, Bakı: 2009, 505 s. 

5.

 

Derek Headey and Shenggen Fan. Reflections on the Global Food Crisis: How Did It 



Happen? How Has It Hurt? And How Can We Prevent the Next One? IFPRI 2010 

www.ifpri.org

 

6.

 



 DSK. Müstəqil Azərbaycan – 20 il. Bakı, 2011. 640 s. 

7.

 



 DSK. Azərbaycanın kənd təsərrüfatı - 2010. «Statistik məcmuə» Bakı: 2010, 628 s. 

8.

 



“Taxıl  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu.  Bakı,  16  iyun  2000-ci  il. 

http://e-qanun.az/print.php?internal=view&target=1&docid=631&doctype=0

 

9.

 



FAO. World agriculture: towards 2015/2030. Summary report. Rome, 2002 

10.


 

OECD-FAO. Agricultural Outlook 2010-2019.  OECD-FAO 2010. www.agri- outlook.org 

11.

 

 Xəlilov H.A. Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və iqtisadi qloballaşma 



amilləri. Bakı: Adiloğlu, 2001, 176 s. 

12.


 

 Xəlilov  H.A.  Aqrar  iqtisadiyyatda  sistem  transformasiyaları  və  modernləşdirmə  şəraiti. 

Bakı: Mütərcim, 2005, 228 s. 

13.


 

Şəfiyev M.Ə. Azərbaycanda taxıl istehsalı və onun artırılması yolları. İqtisad üzrə fəsəfə 

doktoru elmi dərəcəsi almaq üçün yazılmış dissertasiya. Bakı:2009, 150 s. 

14.


 

Recommendations  to  ensure  that  the  Agricultural  Subsidy  Fund  contributes  to  sustainable 

and equitable growth, revitalization of the rural areas and reduction of migration. Republic 

of 


Moldova. 

http://typo3.fao.org/fileadmin/user_upload/eufao-

fsi4dm/docs/Moldova_Policy_Brief_April2013.pdf

 

15.



 

www.president.az/articles/7810

 

16.


 

www.wto.org

 

17.


 

www. stat.gov.az

 

18.


 

www.fao.org

 

19.


 

www.azertag.com/node/1055048

 

20.


 

http://www.indexmundi.com/agriculture/?country=uz&commodity=wheat&graph=producti

on

 

21.



 

http://www.uzdon.uz/

 

 

 



 

 

 

 

 

 

 

 

AzJESS 

Number 1, Volume 1, 2014 

30 | Namiq Şalbuzov, Ramil Hüseyn. Taxıl məhsulları ilə özünü təminetmə: reallıqlar və perspektivlər 

 

 

 

Проблемы самообеспечения зерновыми продуктами: реальности и 



перспективы  

Н.А.Шалбузов, Р.З.Гусейн 



Аннотация 

Необходимый  уровень  обеспечения  зерна  выполняет  роль  решающего  фактора,  с 

точки  зрения  продовольственной  безопасности.  По  сравнению  с  большинством  стран 

мира,  в  моделе  потребления  пищевых  продуктов  Азербайджана  хлеб  и  хлебобулочные 

изделия играют главную роль. Поэтому, решение проблем, которые связанны с развитием 

производства зерна считается основным приоритетом на ближайшее будущее в развитии 

сельского  хозяйства  Азербайджанской  Республики.  В    статье  исследованы  проблемы 

связанные с производством зерна и даны соответствующие предложения. 

 

Ключевые  слова:  Продовольственная  безопасность,  сельское  хозяйство,  зерно, 

субсидия, конкурентоспособность. 



 

The problems of self provision by grains: realities and prospects  

Ph.D.Namig Shalbuzov, Ph.D.Ramil Huseyn 



Annotation 

The necessary level of foodstaff guarantee of grains is one of the most important factors 

of  food  security.  Because,  in  the  food  consumption  model  of  Azerbaijan  grains  take  the  first 

place.  The  economic  growth  in  agriculture for  the  last  10  years  does  not  completely  meet  the 

requirements of the increasing demand of the population. That’s why, solution of the problems 

connected with the development of the grain production is considered as the priority for the next 

years.  The  problems  connected  with  the  grain  production  are  investigated  and    corresponding 

proposal are put forward in the article. 



 

Key words: Food security, agriculture, grains, subsidy, competitive ability. 

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə