Xülasə Məqalə Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafına həsr edilmişdir


Sənayedə çalışanların sahələr və mülkiyyət növlərinə görə bölgüsü



Yüklə 36,42 Kb.
səhifə3/3
tarix06.04.2023
ölçüsü36,42 Kb.
#93929
növüXülasə
1   2   3
M.Həsən. Məqalə

Sənayedə çalışanların sahələr və mülkiyyət növlərinə görə bölgüsü














nəfər




İllər

mədənçıxarma sənayesi

emal sənayesi

elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi




dövlət

qeyri-dövlət

dövlət

qeyri-dövlət

dövlət

qeyri-dövlət

dövlət

qeyri-dövlət




2010

77

15

139

9898

1610

-

1116

-




2011

86

42

112

11468

1606

-

1140

-




2012

83

43

124

12063

1625

-

1157

-




2013

83

43

106

12299

1667

-

1187

-




2014

73

419

102

11999

1696


1260





2015

70

448

102

12146

1677

-

1309

-




2016

70

512

114

12281

1693

-

1317

-




2017

68

531

117

12513

1684

-

1322

-




2018

67

630

102

12727

1694

-

1337

-




2019

61

636

103

12852

1707

-

1404

-




2020

60

628

103

13053

1654

-

1415

-

Qeyd: Cədvəl 3 www.statistika.nmr.az saitinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.


Cədvəl 3 məlumatlarına istinadən deyə bilərik ki, 2010-cu ildən başlayaraq sənayedə çalışan əmək qabiliyyətli işçilərin say tərkibi dövlət sektorunda hər il azalmış, qeyri-dövlət sektorunda isə mütəmadi olaraq nəzərə çarpacaq dərəcədə artmışdır. Mədənçıxarma sənayesində 2010-cu ildə dövlət sektoru üzrə 77 nəfər işçi çalışmışdırsa, 2020-ci ildə bu göstərici 17 nəfər azalaraq, 60 nəfər olmuşdur. Qeyri-dövlət sektoru üzrə 2010-cu ildə 15 nəfər çalışmışdısa, 2020-ci ildə çalışan işçilərin sayı 628 nəfər olmuşdur.
Emal sənayesi üzrə də dövlət sektorunda çalışanların say tərkibi, qeyri-dövlət sektorunda çalışanların sayı ilə müqayisədə ilbəil azalma ilə müşahidə olunmuşdur. Belə ki, 2010-cu ildə emal sənayesi üzrə dövlət sektorunda 139 nəfər çalışmışsa, 2020-ci ildə 36 nəfər azalaraq 103 nəfər olmuş, qeyri-dövlət sektorunda isə müvafiq olaraq 9898 nəfərdən 3155 nəfər artaraq 2020-ci ildə 13053 nəfər olmuşdur [8].
Bütün bunlar isə onu göstərir ki, ölkədə olduğu kimi, muxtar respublikada da özəl sektorun inkişafı dövlət qayğısı ilə əhatə olunmuş, sahibkarlığın inkişafına göstərilən dəstək öz bəhrəsini verməkdədir.
Yeri gəlmişkən bunu da əlavə edək ki, ötən il sənayedə istehsalın həcminin artması nəticəsində 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur. Ümumilikdə, hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir. 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması isə sənaye məhsulları istehsalçıları qarşısında daha geniş imkanlar açır[9].
Muxtar respublikada son illərdə çörək-bulka məmulatı, un, ət və süd məhsulları, quş əti, makaron, çay, qənd, duz, şirniyyat, meyvə şirəsi, spirtli içkilər, pasterizə edilmiş süd və qablaşdırılmış bal, qovrulmuş və paketlənmiş kənd təsərrüfatı məhsulları, mineral sular, dekorativ daşlar, travertin üzlük daşlar, plastik materiallar, əhəng, gəc, mərmər, müxtəlif çeşidli mebellər, metal, çuğun və əlvan metal emalı və sair məhsulların istehsalı ilə məşğul olan sənaye müəssisələri istifadəyə verilmiş, muxtar respublika əhalisinin tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində xeyli işlər görülmüşdür.
Naxçıvanda faydalı qazıntı hasilatı xüsusi yer tutur. Sənaye əhəmiyyətli daş duz, dolomit, travertin, tuf, mərmərləşmiş əhəngdaşı, gips, gil, qum, mergel, sink-qurğuşun, molibden, miss-molibden, qızıl və mineral sular kimi zəngin təbii sərvətlərə malik muxtar respublikada müxtəlif növ tikinti materiallarının, o cümlədən dəmir-beton, kərpic, travertin, mərmər və sair məhsulların istehsalının genişləndirilməsi və istehsal olunmuş məhsulların dünya bazarına çıxarılması üçün əlverişli şərait mövcuddur.
Naxçıvan Muxtar Respublikasında son dövrlərdə tikinti quraşdırma işlərinin həcmi dinamik artımla müşahidə olunur. Zəngin və çoxsaylı tikinti materiallarına malik muxtar respublikanın ərazisi burada tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər və s. sənaye müəssisələrinin yaradılmasına və nadir tikinti məhsullarının dünya bazarına çıxarılmasına imkan verir. Burada aparılan tikinti-quraşdırma və tikinti təmir işləri yalnız muxtar respublikanın daxili imkanları hesabına təmin olunur.
Aparılan təqiqatları ümumiləşdirərək, belə nəticəgəlmək olar ki, hökumət tərəfindən iqtisadiyyatın inkişafına göstərilən diqqət və qayğı muxtar respublikada digər sahələrlə yanaşı sənayedə də davamlı inkişaf proseslərinin həyata keçirilməsinə şərait yaratmışdır.
Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının təmin olunması belə deməyə əsas verir ki, gələcəkdə də muxtar respublika sənayesi davamlı inkişaf istiqamətinə malik olacaqdır.


İstifadə olunan ədəbiyyatlar:
1.Hacıyev İ.Davamlı və dinamik inkişaf. Respublika, 2020, 26 yanvar, №16,s.6
2.Hacıyev İ.Naxçıvan MR-in ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər). Naxçıvan, “Əcəmi” nəşriyyatı poliqrafiya birliyi.s 272.
3.Əhmədov N. Daim inkişafda olan Naxçıvan sənayesi. Bakı. Xəbər. 2020, 11iyun, №92, s.14.
4. www.statistika.nmr.az.
5.https://azertag.az
6.az.wikipedia.org
7.economy.gov.az
8.in.nakhchivan.az
ГАСАН МАМЕДОВ
НГУ
hasan_1961@mail.ru
УСТОЙЧИВОЕ РАЗВИТИЕ ПРОМЫШЛЕННОСТИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
Резюме
Статья посвящена устойчивому развитию промышленности Нахчыванской Автономной Республики.
В статье показано, что благодаря созданным благоприятным условиям для развития предпринимательства, в предпринимательскую деятельность вовлекаются новые юридические и физические лица, увеличение количества хозяйствующих субъектов, осуществляющих производственную деятельность, значительно ускорило производственные процессы в автономной республике.
Отмечается, что автономная республика имеет большой потенциал для развития промышленности. Целенаправленная экономическая политика, проводимая в последние годы, еще больше ускорила процесс индустриализации в автономной республике, значительно увеличился объем производства конкурентоспособной и экспортоориентированной продукции за счет создания новых инновационных предприятий.
В заключении, обобщая исследование, делается вывод, что промышленность в автономной республике стабильно развивается.
Ключевые слова: промышленность, устойчивое развитие, инновационные технологии, предпринимательство, промышленные кварталы.
HASAN MAMMADOV
NSU
hasan_1961@mail.ru
INDUSTRIAL DEVELOPMENT OF INDUSTRY IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC
Summary
The article is dedicated to the sustainable development of industry in the Nakhchivan Autonomous Republic.
The article shows that due to the favorable conditions created for the development of entrepreneurship, new legal entities and individuals are engaged in entrepreneurial activities, the increase in the number of economic entities engaged in production activities has significantly accelerated production processes in the autonomous republic.
It is noted that the autonomous republic has great potential for industrial development. Purposeful economic policy implemented in recent years has further accelerated the process of industrialization in the autonomous republic, the volume of production of competitive and export-oriented products has increased significantly due to the creation of new innovative enterprises.
In conclusion, summarizing the research, it is concluded that industry in the autonomous republic is developing steadily.
Keywords: Industry, sustainable development, innovative technology, entrepreneurship, industrial neighborhoods


Yüklə 36,42 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin