H.Ə.Məmmədov
NDU
hasan_1961@mail.ru
DAVAMLI İNKİŞAF ŞƏRAİTİNDƏ İNFRASTRUKTURLARIN İNKİŞAFINDA İNNOVASİYALAR
Xülasə
Məqalədə iqtisadi kateqoriya kimi innovasiya, onun mahiyyəti və məzmunu açıqlanır.
Davamlı inkişaf şəraitində infrastrukturların inkişafının təmin olunmasında digər amillərlə yanaşı innovasiyaların tətbiqi əsas elementlərdən biri hesab edilir. Davamlı inkişaf şəraitində istehsal infrastrukturunun formalaşması və inkişafı istiqamətində innovasiya strukturlarının əsas vəzifələri göstərilir.
Milli iqtisadiyyatımızın inkişafında respublikamızda innovasiya mərkəzlərinin üç modelindən istifadə olunması (milli texnoparklar; regional innovasiya mərkəzləri; yüksək texnologiyaya malik ərazilər) məqsədəuyğun hesab edilir.
Sonda qeyd olunur ki, davamlı inkişaf şəraitində infrastrukturların inkişafı və modernləşdirilməsi üçün innovasiya fəaliyyətinin stimullaşdırılması prioritet istiqimət kimi müəyyən edilməlidir.
Açar sözlər: innovasiya, davamlı inkişaf, infrastrukturlar, innovasiya mərkəzləri, modernləşdirmə
“İnnovasiya” termini son dövrdə elmi ədəbiyyatda və praktiki fəaliyyət sahəsində geniş tətbiq olunmağa başlanmışdır. “İnnovasiya” yenilik olmaqla, tətbiqi tədqiqatların hər hansı bir fəaliyyət sferasına, onun effektivliyinin yüksəldilməsi üzrə tədbiq olunmuş nəticədir.
İnnovasiya latınca “innovato” sözündən olub, dilimizə yeniləşmə, yaxşılaşma kimi tərcümə olunur. Bununla belə, innovasiya ilə əlaqədar əsas anlayışlar hələ də fərqli şərh olunur. Bəzi mənbəələrdə innovasiya fəaliyyəti-insan kollektivinin yeni elmi biliklər, ideyalar, kəşflər və ixtiralar, həmçinin mövcud və sınanmış elmi texnologiya, avadanlıqların istifadəsi və tətbiqi əsasında innovasiyaların tam həcmdə ictimai realizəsinə yönəldilmiş sistemli fəaliyyət növü kimi qiymətləndirilir. Bəzi mənbəələrdə isə mənaca dəyişən şəraitə mütəmadi olaraq münasibət bildirməklə bilik və bacarıqları yeni məhsula və yaxud xidmətə çevirmək mənasını daşıyır.
Bu ifadə “kəşf”, “səmərələşdirmə”, “yeniləşdirmə” kimi məvhumlarla eyniləşdirilir. Başqa sözlə desək, innovasiya elmi-texniki tərəqqinin nailiyyət və yeniliklərini dərindən öyrənib, istehsalata tətbiq etməklə, yeni məhsul istehsalına yönəlmiş fəaliyyət kimi başa düşülür [7].
Davamlı inkişaf şəraitində infrastrukturların inkişafının təmin olunmasında digər amillərlə yanaşı innovasiyaların tətbiqi əsas elementlərdən biri hesab edilir. Ölkədə milli innovasiya sisteminin yaradılması makro və mikroiqtisadi sahələrdə davamlı iqtisadi inkişafın formalaşmasına xidmət edir.
Milli innovasiya sistemi özündə ölkə üçün səciyyəvi olan və innovasiya proseslərinin yayılma şəraitinə təsir göstərən hüquqi, maliyyə, sosial-iqtisadi və informasiya institutlarının məcmusunu birləşdirir. İnfrastrukturların əsas fəaliyyət və istiqamətlərinə uyğun olaraq innovasiyalar bir sıra baza elementlərinə ayrılır. Hər bir istiqamət vahid innovasiya sistemində özünəməxsus alt sistem yaradır və təşkilati struktur formasına görə müxtəlif ola bilər.
Davamlı inkişaf şəraitində istehsal infrastrukturunun formalaşması və inkişafı istiqamətində innovasiya strukturlarının əsas vəzifələri aşağıdakılardan ibarət olmalıdır:
-iqtisadi sahələrdə struktur vahidlərin kəmiyyət və keyfiyyət cəhətdən yenidən qurmaq və istehsal olunan məhsulların rəqabətqabiliyyətini artırmaq;
- istehsal prosesini xammal mənbələrinə yaxınlaşdırmaqla yerli xammal ehtiyyatları hesabına klasterial istehsal sahələrini inkişaf etdirmək;
- elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi hesabına müəssisələrin yenidən qurulmasını təmin etmək.
İnfrastrukturlarda innovasiya fəaliyyəti subyektlərin fəaliyyət istiqamətindən, konkret innovasiyanın xassələrindən, innovasiya prosesinin fazalarından, dövlət innovasiya siyasətinin məqsədindən asılıdır. İnnovasiya siyasətinin reallaşması infrastrukturların inkişaf dərəcəsinə təsir edən əsas amillərdən biri hesab edilir[2].
İnnovasiya infrastrukturunda formalaşan ən vacib element istehsal texnoloji istiqamət sayılmalıdır ki, bunun da əsasında çox da böyük olmayan innovasiya mərkəzləri dayanır. Milli iqtisadiyyatımıza rəğmən respublikamızda innovasiya mərkəzlərinin üç modelinin istifadə olunmasını məqsədəuyğun sayırıq:
-milli texnoparklar;
- regional innovasiya mərkəzləri;
-yüksək texnologiyaya malik ərazilər.
Milli texnoparkların yaradılmasında əsas məqsəd müasir elmin prioritet sahələri üzrə milli elmi-texniki potensialın iqtisadi proseslərə cəlb olunması və elmi tədqiqatların kommersiya reallaşdırılması yolu ilə bu sahələrin gələcək inkişafına əlavə vəsaitlərin cəlb olunması sayılır[3].
Regional innovasiya mərkəzlərinin yaradılmasının əsas məqsədi Azərbaycanın regionlarında texnoloji istiqamətin geniş spektri üzrə innovasiya proseslərinin aktivləşdirilməsi hesab edilir. Yüksək texnologiyalara malik ərazilər innovasiya infrastrukturunun subyektləri sayılırlar və istehlak təyinatlı yüksək texnoloji məhsulların buraxılışı üzrə xarici şirkətlərlə birgə müəssisələr yaratmaq əsasında fəaliyyət göstərirlər. Bu cür təşkilatların yaradılmasında məqsəd Azərbaycan iqtisadiyyatına istehlak mallarının istehsalı üzrə müasir texnologiyaların cəlb olunması sayılır. Yüksək texnologiyaya malik ərazilərin yaradılması üçün ilkin şərtlər əlverişli coğrafi mövqe, istehsal infrastrukturunun kifayət qədər inkişaf səviyyəsi zəngin mineral resursların mövcudluğu, iqtisadi və siyasi sabitlik hesab olunur.
Yüksək texnologiyaya malik ərazilərin effektiv inkişafı üçün ən mühüm şərtlər müvafiq qanunvericilik bazasının işlənib hazırlanması və potensial partnyorlar üçün güzəştlər sisteminin tətbiqi sayılır. Yüksək texnologiyalı ərazilər assosiasiya formasında yaradıla bilərlər. Yüksək texnologiyaya malik ərazilərin inkişafı nisbətən az müddətdə ÜDM-də elmtutumlu məhsulların payının artmasına yerli elmi-texniki və istehsal heyətin yüksək texnologiyalı sferaya cəlb olunmasına, rəqabətqabiliyyətli məhsullarla dünya bazarına çıxmaq üçün əlverişli şəraitin yaradılmasına və beynəlxlaq keyfiyyət standartına keçidin surətlənməsinə kömək edəcəkdir[8].
Azərbaycanda elmi-texniki və innovasiya sferalarının gələcək inkişafı üçün vençur sahibkarlığı sisteminin formalaşması zəruridir. Qeyd etmək lazımdır ki, vençur sahibkarlığının inkişafı sahəsində daha böyük nəticələri yalnız bu sferada xeyli təcrübəsi olan beynəlxalq və xarici maliyyə institutları ilə sıx əməkdaşlığın təmin edilməsi şərtilə əldə etmək olar. Vençur sahibkarlığının inkişafı prosesində aparıcı rolu texnoparklar oynamalıdır, texnoparklar innovasiya fəaliyyəti üzrə informasiya-analitik mərkəz və milli innovasiya fondu oynamalıdır. Müasir mərhələdə vençur maliyyələşdirilməsinin inkişafını ləngidən əsas amillərdən biri kifayət miqdarda cəlbedici şirkətlərin və ya innovasiya təşəbbüskarlarının olmaması sayılır. Odur ki, cari iqtisadi vəziyyət şəraitində investisiyalaşma üçün cəlbedici olan şirkət deyil, ayrıca innovasiya layihəsi müəyyən edilməlidir ki, bu da innovasiya infrastrukturunun bütün subyektlərinin sıx qarşılıqlı təsirinin zəruriliyini şərtləndirir[9].
İnfrastruktuktura aid oilan elementərə misal olaraq Biznes inkubatorları, Texnoparkları, biznes-mərkəzləri, sahibkarlar məktəbini, agentlikləri, elm-tədris mərkəzlərini və bir sıra fondları misal göstərmək olar. Bu elementləri təsnifləşdirərkən bir şeyi nəzərə almaq lazımdir ki bu qruplaşdırma nisbi anlayışdır. Təcrübə göstərir ki, bəzən texnoparklar və biznes inkubatorlar tamamilə eyni vəzifəni yerinə yetirirlər. Eyni hal biznes mərkəzlər və menecerlər məktəbi arasındada mövcuddur.
Beləliklə, aparılan araşdırmaların nəticəsi olaraq, belə qənaitə gəlmək olar ki, innovasiya proseslərinin infrastrukturlara tətbiqi milli iqtisadiyyatın davamlı inkişafında mühüm və əhəmiyyətli rola malikdir.
İnfrastrukturların modernləşdirilməsi məqsədi ilə nəzərdə tutulan innovasiya fəaliyyətinin investisiyalaşması proseslərinin tənzimlənməsi bu və ya digər sahənin kreditləşdirilməsi vəziyyətindən asılıdır. Həmin kreditləşmədə dövlətin fəal iştirakı innovasiya bazarında fəallığa müsbət təsir edir.
Qabaqcıl ölkələrdə innovasiya siyasətinin həyata keçirilməsi təcrübəsi göstərir ki, elmi ideyanın texnoloji reallaşması və kommersiyalaşmasının informasiya təminatının, ümumilikdə innovasiyalar statistikasının formalaşdırılmasında analogiyalara əsaslanmaq, heç də həmişə lazımi səmərə vermir. Sənayedə riskli innovasiya layihələrin həyata keçirilməsi qloballaşma proseslərinin intensivləşməsi, paralel fəaliyyətlərin nadir hal olmaması faktına xüsusi diqqət yetirməyi tələb edir. Məsələ ondadır ki, sürətlənən inteqrasiya prosesləri, çoxaspektli qloballaşma amilinə rəqabət və risk müstəvisində baxmağı həyati əhəmiyyətli məsələyə çevirmişdir. Digər tərəfdən innovasiya fəallığının qeyri-qənaətbəxş səviyyəsi sənayedə, əksər hallarda, demək olar ki, nəinki ixracyönlü inkişafa, hətta daxili bazara hesablanmış fəaliyyətə, belə imkan vermir. Nəticədə daxili istehsal və resurs potensialından bu və ya digər dərəcədə istifadə prosesləri ləngiyir, ayrı-ayrı istehsalçı subyektlərin iflas təhlükəsi yaranır.
İnnovasiyalı investisiya proseslərinin dəstəklənməsində intellektual mülkiyyətin qorunması, normativlərin və standartların hazırlanması prosesinin sadələşdirilməsi, gömrük-vergi stimullaşdırılması, antiinhisar tədbirləri və haqsız rəqabətlə mübarizə istiqamətləri ön planda olmalıdır. İnnovasiya fəaliyyətinin və sənaye istehsalının innovativliyinin konseptual məsələlərinin həllində, adekvat innovasiya siyasətinin həyata keçirilməsinin elmi- nəzəri, metodoloji, texniki, texnoloji və digər aspektlərində uğurlar mükəmməl informasiya təminatı sayəsində mümkündür.
Yuxarıda göstərilənləri ümumiləşdirərək, qeyd edək ki:
- innovativ düşüncə tərzi qədimliklə yeniliyin üzvi vəhdətini nəzərdə tutan birgəyaşayış meyarlarının önə çəkilməsini nəzərdə tutur;
- innovasiya fəaliyyətinin səciyyələndirilməsinə sadələşdirilmiş yanaşma yolverilən deyildir. Çünki innovasiya fəaliyyəti mürəkkəb və çoxsayı subyektlərin birbaşa və ya dolayı yolla iştirak etdiyi fəaliyyət növüdür;
- innovasiya fəaliyyətinin, sözün həqiqi mənasında bazar yönümlü olması, onun maliyyə təminatının mühüm şərtidir;
- hazırda davamlı iqtisadi inkişafın infrastruktur problemlərinin həllinə yönəlmiş innovasiya məsələlərinə diqqət artırılmalı, nəzəri və metodoloji-praktik aspektlərə vahid kontekstdə baxılmalıdır.
Ölkədə innovasiya fəallığını artırmaq və innovativ texnologiyadan istifadə etməklə infrastrukturların modernləşdirilməsini stimullaşdırmaq məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün dövlət dəstəyi ilə yanaşı müvafiq qanunvericilik bazasının yaradılması məqsədəuyğundur:
-Ölkədə davamlı iqtisadi inkişafı təmin edən innovativ infrastrukturların yaradılması məqsədi ilə elm və istehsal sahələri arasında elə münasibətlər qurulmalıdır ki, elmi araşdırmalar yalnız istehsal sahələrinin sifarişləri əsasında, istehsal ehtiyaclarının ödənilməsi istiqamətində aparılsın və əldə edilən nəticələr birbaşa istehsalata tətbiq edilsin;
-Maddi istehsal və ona xidmət edən infrastruktur sahələrinə innovativ texnologiya tətbiq etməklə, rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması təmin edilsin;
- İnnovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması təmin edilsin;
-Qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması təmin edilsin[10].
Fikrimizcə, davamlı inkişaf şəraitində infrastrukturların inkişafı və modernləşdirilməsi üçün innovasiya fəaliyyətinin stimullaşdırılması prioritet istiqimət kimi müəyyən edilməlidir.
İstifadə olunan ədəbiyyatlar:
Eyvazova, N.K. Regionlarda innovasiyalı istehsalın təşkilinin zəruriliyi //-Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Elmi əsərlər toplusu,- 2017, №2,- s.88.
Əliyev, B.N. Dünya təcrübəsi əsasında innovasiya fəaliyyətinin təşkili yolları // Azərbaycan Milli Elmlər Akademiyasının Elmi əsərlər toplusu,-2016. № 2, -s.206-210
Əliyeva, G.O. İnnovasiya və investisiya siyasətinin prioritetlərinin birgəliyi və sənayenin davamlı inkişafı // Azərbaycan Milli Elmlər Akademiyasının Elmi əsərlər toplusu,- 2015, №2, -s.124-130
İnnovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlər/ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu.-Bakı: “Çap ART” Nəşriyyatı,-2017, -36 s.
Qasımlı,V. İqtisadi modernizasiya /V.Qasımlı.-Bakı: Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, -2014,-311 s.
Məmmədov, İ.S.İnnovasiya yönümlü investisiyaların təkmilləşdirilməsi istiqamətləri // İ.S.Məmmədov, T.M. Əhmədov. AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası. -Bakı:-2017. №1, -s. 45-50
Məmmədov, H.Ə. Milli iqtisadiyyatın dayanıqlı inkişafında innovasiyaların rolu // “Naxçıvan MR iqtisadiyyatının innovativ inkişaf istiqamətləri, Naxçıvan Dövlət Universitetində keçirilən Elmi-praktiki konfransın materialları.-Naxçıvan: Qeyrət nəşriyyatı, -2015,- s.33-36.
Sənaye klasterlərinin yaradılması metodologiyası/A.Hüseynovanın rəhbərliyi ilə,-Bakı: “Çap ART” nəşriyyatı,-2017. -63 s.
Голиченко, О. Г. Основные факторы развития национальной инновационной системы // -Москва: Инновации.- 2012.- №5.- с.4-18.
Мамедов, Г.А. Модернизация инновационным путем инфраструктуры в устойчивом развитии// XXXVI İNTERNATİONAL SCİENTİFİC AND PRACTİCAL CONFERENCE. “EUROPEAN RESEARCH: İNNOVATİON İN SCİENCE, EDUCATİON AND TECHNOLOGY”, LONDON,GREAT BRITAIN, Printed in the STATES OF AMERİCA.Журнал «European research», JANUAR 15-16, -2018, № 1 (36), cт.16-19;
Г.А.Мамедов
НГУ
hasan_1961@mail.ru
ИННОВАЦИИ В РАЗВИТИИ ИНФРАСТРУКТУРЫ В УСЛОВИЯХ УСТОЙЧИВОГО РАЗВИТИЯ
Резюме
В статье рассмотривается инновация как экономическая категория, ее сущность и содержание.
Использование инноваций наряду с другими факторами является одним из ключевых элементов поддержки развития инфраструктуры в контексте устойчивого развития. Изложены основные задачи инновационных структур в формировании и развитии производственной инфраструктуры в контексте устойчивого развития.
Целесообразно использовать три модели инновационных центров в нашей республике (национальные технопарки; региональные инновационные центры; высокотехнологичные территории) в развитии нашей национальной экономики.
Наконец, отмечается, что в контексте устойчивого развития, стимулирование инновационной деятельности для развития и модернизации инфраструктуры должно быть определено в качестве приоритетной задачи.
Ключевые слова: инновации, устойчивое развитие, инфраструктура, инновационные центры, модернизация.
H.A.Mammadov
NSU
hasan_1961@mail.ru
INOVATIONS IN THE DEVELOPMENT OF INFRASTRUCTURE IN THE CONDITIONS OF SUSTAINABLE DEVELOPMENT
Summary
The article describes innovation as an economic category, its essence and content.
The use of innovation, along with other factors, is one of the key elements in supporting infrastructure development in the context of sustainable development. The main tasks of innovation structures in the formation and development of production infrastructure in the context of sustainable development are stated.
It is advisable to use three models of innovation centers in our republic (national technology parks; regional innovation centers; high-tech territories) in the development of our national economy.
Finally, it is noted that in the context of sustainable development, the stimulation of innovation activities for the development and modernization of infrastructure should be identified as a priority.
Keywords: innovation, sustainable development, infrastructure, innovation centers, modernization
Dostları ilə paylaş: |