3.
Cənubi Qafqazda Etnik Münaqişələrə Hərbi Əməkdaşlıq Məsələləri
Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq əksər Türkiyə vətəndaşları xarici siyasət
problemlərinə fəal maraq göstərərək, onun sərtləşdirilməsini tələb etmişlər və bu istiqamətdə ilk əvvəl
Türkiyə hökuməti bölgəyə yönəlmiş siyasətində qeyri-sabit və dəyişkən mövqe göstərmişdir. Bu ayrıca
geniş bir tədqiqatın mövzusu olduğu üçün bu yazıda məsələyə qısaca münasibət bildirilir. Belə ki, 1992-ci
il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verən soyqrımdan sonra, fevralın axırlarında
İstanbul, Ankara və Türkiyənin digər rayonlarında çoxsaylı antierməni nümayişləri keçirildi. Nümayiş
iştirakçıları Cənubi Qafqazda etnik münaqişələrə hərbi müdaxilə olunması çağırışları edirdilər. 1992-ci
ildə prezident Özal Türkiyə tərəfindən belə bir müdaxilənin mümkünlüyünü bəyan etdi (Cornell, 2001:
94).
Prezident S.Dəmirəl isə Cənubi Qafqazda etnik münaqişələrin nizamlanması ilə Avropa döv-
lətlərini və ATƏT kimi Qərb institutlarını bu məsələdə əməli fəaliyyət göstərməyə çağırdı. Onun fikrincə,
əgər Rusiya regionda etnik münaqişələrin qəti olaraq nizamlanmasında pozitiv rol oynamaq istəyirsə, o,
öz davranış modelini dəyişməlidir. Əgər Rusiya buraya kənardan müdaxilə üçün qapalı olan öz yepar-
xiyası kimi baxırsa, o zaman o, sülhün bərqərar olmasında maraqlı deyil. Əgər Rusiya hesab edirsə ki,
region dövlətlərini Rusiyanın bir hissəsinə çevirmədən Qafqazda sabitliyi bərqərar etmək mümkün deyil,
onda hazırkı durum onun üçün çox sərfəlidir.
Türkiyə cəmiyyətinə assimilyasiya olunmuş, öz mənşəyini Şimali Qafqazdan götürən türk və qeyri-
türk qrupları (Winrow, 2000:33) SSRİ dağılana qədər onlar özlərini ümumiləşdirilmiş halda “çərkəz”
adlandırırdılar. Onlar gələcəkdə müstəqil və vahid Şimali Qafqaz yaradılacağını arzulayırdılar. Sovet
sisteminin iflası bu qrupların bəzilərinin aşkar siyasiləşməsinə səbəb oldu. Belə ki, uğurlu lobbiçilik
nəticəsində Qafqaz Abxaz Həmrəyliyi Komitəsi Türkiyənin müxtəlif siyasi partiyalarını təmsil edən bir
sıra deputatların dəstəyini əldə etdi. 1992-ci ilin oktyabrında TBMM-də abxazları dəstəkləyənlərlə Tbilisi
hakimiyyətini dəstəkləyənlər arasında gərgin debatlar baş verdi. Gürcüstanın ərazi bütövlüyünə hörmət
edilməsi əsasında kompromissə gəlmək mümkün oldu. Abxazlara və gürcülərə humanitar yardım eyni
ölçüdə göstərilirdi. Nümunə göstərdiyimiz hal haqqında onu demək olar ki, Türkiyədə mütəşəkkil etnik
qrup parlament-lobbiçilik fəaliyyəti yolu ilə Türkiyənin Qafqaz siyasətinə təsir göstərmək iqtidarında
olduğunu sübut etdi.(Winrow, 2000:33)
1996-cı ilin sentyabrında Türkiyə abxazları Gürcüstanda yaşayan abxazların bundan sonra
Suxuminin verdiyi pasportlar əsasında Türkiyəyə buraxılmayacağı ilə bağlı Türkiyə XİN-in qərarına
etirazlarını bildirdilər. Belə ki, həmin qərara əsasən, bu sənədlər yalnız mərkəzi Gürcüstan
hakimiyyətindən alınmalı idi (Monitor, The Jamestown Foundation). Bu dövrdə Gürcüstanın potensial
nəqliyyat-energetik dəhliz kimi artmaqda olan əhəmiyyətini dərk edən Türkiyə hökuməti bu ölkə ilə sıx
münasibətlər qurmaq arzusunda idi.
Türkiyənin sayı 250 min nəfərə çatan çox güclü çeçen icması 1994-1996-cı illərdə Rusiyanın
Çeçenistana hərbi müdaxiləsi nəticəsində kifayət qədər siyasiləşmişdi. Çox yüksək səviyyədə təşkil
olunmuş Çeçen Komitəsi ianələr toplayaraq Şimali Qafqaza könüllülər və silah göndərirdi. Antirus
ovqatlarını bölüşən Türkiyənin müəyyən islamçı qrupları, həmçinin pantürkist birliklər çeçenlərə -
müsəlmanlara, yardım təklif edirdilər (Winrow, 2000:34). İkinci çeçen müharibəsi zamanı Qafqaz
Çeçenləri Həmrəyliyi Komitəsinin prezidenti Əli Yandar Türkiyə hökuməti Çeçenistana humanitar
yardım göndərməyə və Ankaradan çeçen xalqına qarşı Rusiyanın soyqırım törətməsi faktının beynəlxalq
birliklər tərəfindən tanınması haqqında bəyanat vermələrini tələb etməyə çağırırdı (Winrow, 2000:34)
.
.
İslamçı Fəzilət Partiyasından, milliyyətcə çeçen olan Abdullətif Şener 1999-cu ilin dekabrında parlament
debatları zamanı Türkiyə hökumətini Çeçenistanla əlaqədar kəskin tənqid etmişdi.
O, hökuməti
Türkiyənin “Rusiya lobbisi” adlanan və Rusiya iqtisadiyyatına böyük sərmayələr yatıran işgüzar
dairələrin maraqlarının təmin edilməsinə yönəldilmiş Rusiyapərəsət xətt yeritməkdə ittiham edirdi. Çeçen
lobbisinin təzyiqinə baxmayaraq, TBMM birgə Bəyannamədə Çeçenistandakı vəziyyəti “soyqırım” kimi
deyil, “humanitar faciə” kimi müəyyən etdi. 1999-cu ilin dekabrında və 2000-ci ilin yanvarında
İstanbulda və Bursada ictimaiyyətin çeçen xalqına dəstəklərini ifadə edən kütləvi mitinqləri keçirildi.
(Turkish Daily News, 16.12.1999)
Bütövlükdə, lobbi və ictimai nümayişlər Türkiyə XİN-in Çeçenistana münasibətdə siyasətini dəyişə
bilmədi. XİN Moskvaya “kürd kartı”ndan istifadə etmək üçün bəhanə vermək arzusunda olmayaraq,
çeçen məsələsinə etinasız yanaşdı (Winrow, 2000:4). Bununla belə, etnik lobbinin abxaz münaqişəsinə,
həmçinin Dağlıq Qarabağdakı vəziyyətə münasibətdə təkcə ictimai rəyə deyil, eləcə də Türkiyənin xarici
siyasətinə təsir göstərməsi baxımından aşkar uğurları vardı.