XÜLasə Müəllif: Muradov Məhəmməd (Elektron) dövlət satınalması nədir?



Yüklə 163.88 Kb.
tarix16.07.2017
ölçüsü163.88 Kb.
ELEKTRON TENDER KONSEPSİYASI BARƏSİNDƏ XÜLASƏ

Müəllif: Muradov Məhəmməd

  • (Elektron) dövlət satınalması nədir?

Dövlət satınalması dövlət qurumu, yaxud dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən mal, iş və xidmətlərin alınmasıdır. Bu xəstəxanalar üçün çarpayıların, eləcə də məktəblər üçün dərsliklərin sifariş verilməsindən tutmuş, dövlətin sifariş veridyi maliyyə və hüquq xidmətləri, eləcə də yol, körpü və aeroportların tikintisi sahələrini də əhatə edə bilər. Dövlət tenderlərinin təşkilində məqsəd şəffaf, hesabatlı, ədalətli dövlət tenderinin təşkili nəticəsində mal, iş və xidmətlərin düzgün kəmiyyətdə, kefiyyətdə və vaxtda, ən yaxşı təchizatçıdan, optimal şərtlər və adekvat müqavilə öhdəlikləri əsasında alınmasıdır. Düzgün tender prosesi ictimai və dövlət ehtiyaclarını nəzərə alaraq dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təşkil etməli, o cümlədən iddiaçı podratçılara ədalətli rəqabət mühitini yaratmalıdır. Azərbaycan qanununvericiliyində satınalma dedikdə malların (işlərin və xidmətlərin) qanunla müəyyən edilmiş üsullarla əldə edilməsidir.

Elektron dövlət satınalması dedikdə isə informasiya texnologiyalarından, xüsusən internetdən istifadə etməklə dövlət qurumlarının ictimai məqsədlər üçün zəruri olan iş, mal və xidmətlərin göstərilməsi ilə bağlı müqavilə prosesinin təşkilidir. İnformasiya texnologiyaları dedikdə internet, onlayn auksiyon, onlayn mağazalar da nəzərdə tutulur. Qısası elektron dövət satınalması ictimai məqsədlər üçün zəruri olan iş, mal və xidmətlərin informasiya texnologiyalarından, xüsusən internetdən istifadə edilməklə satın alınmasıdır.


  • Dövlət satınalmalarında elektron tender sistemi lazımdırmı?

Tədqiqatlar göstərir ki, dövlətin satınalma sistemi korrupsiyaya daha çox həssas sahələrdəndir. Məhz buna görədir ki, bu gün dünyada əksər ölkələrdə satınalmalar sahəsində islahatlar aparılır. İslahatlar əsasən elektron tender sisteminin tətbiqi ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, elektron tender sisteminin qurulması satınalmaya xərclənən dövlət büdcəsində 5-20 % miqdarında qənaətə gətirib çıxarır. Bu əsasən tender sənədlərininin standartlaşdırılması, iddiaçının tender prosesində avtomatlaşdırılmış qeydiyyatı, müraciəti, nəhayət təkliflərin elektron qiymətləndirilməsi ilə mümkün olur. Bundan başqa, elektron satınalma dövlət qurumlarının şəffaflığını, hesabatlığını artırır, həmçinin bazarda rəqabət mühitini stimullaşdırır.

  • Elektron tenderin qurulması üçün hansı maneələr, hansı imkanlar vardır?

Azərbaycanda elektron satınalma portalının qurulmasında hüquqi, idarətetmə, şəffaflıq, hesabatlılıq baxımından maneələr vardır.

Hüquqi baxımından

  • Azərbaycan qanunvericiliyində elektron tenderdən istifadə ilə bağlı dövlət qurumlarına hər hansı məcburedici norma yoxdur;

  • Tenderdən sonrakı mərhələ üçün müqavilərlərin icrası ilə bağlı müddəalar aydın deyil.

İdarəetmə baxıınından

  • Azərbaycanda satınalan təşkilatların reyestri yoxdur;

  • Azərbaycanda mal, xidmət satın alanınan zaman malların və xidmətlərin klassifikasiya kodlarından istifadə edilmir.

Şəffaflıq baxımından

  • Tenderlərlə bağlı “məlumat axtarış” imkanı məhdud səviyyədədir;

  • Tenderlərlə bağlı sənədlər, müqavilə formaları qanəedici səviyyədə deyil;

  • Dövlət qurumlarının illik tender planlarına çıxış məhduddur.

Hesabatlılıq baxımından

  • Tender komissiyalarının işinə nəzarət zəifdir;

  • Satınalma komissiyalarının tərkibində kənar ekspertlər iştirak etmirlər;

  • Dövlət qurumları satınalmalarla bağlı tənzimləyici quruma az hesabatlıdır.

Texnoloji baxımdan

Azərbaycanda elektron satınalma sisteminin qurulması üçün ciddi maneə yoxdur. Belə ki, Azərbabycanda aşağıdakı infrastruktur komponentlərin olması texniki baxımdan elektron tender sisteminin qurulmasını mümkün edir:



  • Elektron imza infrastrukturu;

  • Mobil imza infrastrukturu;

  • Məlumat mübadiləsi infrastrukturu;

  • Vergi ödəyicilərinin elektron reyestri;

  • Elektron ödəmə infrastrukturu;

  • Elektron hökumət portalı infrastrukturu.

Elektron tender portalı hansı prinsiplər əsasında qurulmalıdır?

Azərbaycanda elektron tender portalı şəffaflıq, hesabatlılıq, dəyər üçün xərc, qənaət, yaxşı idarəetmə, rahatlıq, peşəkarlıq prinsipləri əsasında təşkil edilməlidir.



Elektron tender portalında hansı tərəflər olmalıdır?

Azərbaycanın tender sistemində şəffaflığı və hesabatlığı təmin etmək üçün “9 gözlə nəzarət” prinsipi təklif olunur. “Hər kəsin hər kəsi gördüyü” mühitdə satınalma prosesi baş tutacaqdır.

Şəkil 1: Azərbaycanın elektron tender sistemi modeli



N

Tərəflər

Əhatə dairəsi

Elektron tender portalında rolu

1

Satınalan təşkilat

Dövlət büdcəsindən ən azı 30 % miqdarında maliyyələşən istənilən təşkilat.

Elektron portalda illik satınalma planını yerləşdirir, elektron şəkildə tender elanı qoyur, qoyduğu tender elanı üzrə təklifləri elektron şəkildə qəbul edir, elektron şəkildə də cavab verir və tenderin müqaviləsinin icrasına nəzarət edir.

2

Podratçı

Tenderə müraciət edən və müqaviləni icra edən xarici və yerli biznes subyekti

Tender elanları barədə elektron şəkildə məlumatlanır, tenderə elektron şəkildə müraciət edir və tender müqaviləsinin icrası ilə bağlı elektron sistemdə məlumatlar yerləşdirir.

Bununla bərabər, razılığı olduğu və ya qanunvericilik tələb etdiyi halda tender vəsaitləri üzrə xərcləmələrin banklar tərəfindən elektron tender portalında yerləşdirilməsinə mane olmayacaq.



3

Adminstrator

Anti-İnhisar Siyasəti və İstehlakçılarının hüquqlarının müdafiəsi Dövlət Xidməti

Elektron tender portalının adminstratorudur.

Elektron satınalma qaydalarının qaydalarının tənzimləyicisidir.

Satınalma prosesinin qanuna uyğun həyata keçirilməsinə nəzarət edir.

Tenderlərlə bağlı şikayətləri idarə edir.



4

Satınalma müqavilələrini icrası üçün dövlət büdcəsindən pul ayıran qurum

Maliyyə Nazirliyi, Dövlət Xəzinədarlıq Agentliyi


Tender müqaviləsinin icrası ilə bağlı satınalan təşkilatdan elektron şəkildə invoys qəbul edir və ödənişi podratçının hesablaşma hesabına edir. Portaldan qeydiyyatdan keçməmiş heç bir elan üçün maliyyə ayrılmır.

5

Audit

Bu qurum Hesablamalar Palatası, ehtiyac olduğu təqdirdə Vergilər Nazirliyi də ola bilər.

Audit tender müqavilələri reyestrinə daxil ola biləcək. Maliyyə tranzaksiyalarına və satınalma müqavilərin icrası ilə bağlı məlumatlara daxil ola biləcək. Məlumatlardan özünün audit planlamasında və yoxlamalarında istifadə edəcək.

6

Podratçının ödəmə tapşırığını icra edən və açıqlayan tərəf

Banklar

Maliyyə Nazirliyindən satınalma müqaviləsi üzrə ödənişləri qəbul edir, podratçıların ödəmə tapşırığı əsasında ödəmələri həyata keçirir. Banklar elektron tender sistemə daxil olaraq satınalan təşkilatın maliyyə tranzaksiyalarını podratçı razılıq verdiyi və ya qanunvericilik imkan verdiyi təqdirdə elektron tender sistemi ilə mübadilə ediləcəkdir.

7

Tender müqavilələrini sığortalayan tərəf

Sığorta təşkilatları

Tender müqavilələrinin icrasında sığorta predemti ola biləcək halları sığortalayır..

8

Tender müqavilələri üzrə nağdsız əməliyyatlara nəzarət edən qurum

Maliyyə Bazarlarına Nəzarət Palatası


Nağdsız maliyyə axınlarına nəzarət edir. Nağdsız əməliyyatlarla bağlı asan təhlil apara bilir.

9

Vətəndaş cəmiyyəti

Bu statusda həm vətəndaş, həm QHT, həm də biznes subyekti çıxış edə bilər.

Bu şəxslər tenderlərlə bağlı açıq məlumatlara çıxış əldə edirlər.

Tenderlərlə bağlı rəy yazırlar.

Tenderlərlə bağlı ictimai nəzarəti təşkil edirlər.


Vətəndaşlar üçün hansı məlumatlar açıq olmaldır?

İlkin səviyyədə təchizat prosesi ilə bağlı aşağıdakı verilənlər elektron tender portalının saytında olmalıdır:



  • Satınalan qurumun adı və ünvanı;

  • Tenderin identifikasiya nömrəsi;

  • Tenderin adı;

  • Tenderin təsviri;

  • Tenderin statusu ;

  • Elan edilmiş tenderlər;

  • Ləğv edilmiş tenderlər;

  • Satınalma metodu;

  • Tender komissiyası üzvlərinin adları;

  • Təchizolunma müddəti;

  • Mal, xidmət və işin təsviri və həcmi;

  • Tenderlə əlaqəli sənədlər;

  • Müqavilənin təltif edilmə sənədinin identifikasiya nömrəsi;

  • Müqavilə təltifinin təsvir sənədi;

  • Müqaviləni təltif sənədinin imzalandığı gün;

  • Müqaviləni təltif sənədinin dəyəri;

  • Seçilmiş podratçıların adları və ünvanları;

  • Müqavilələrin identifikasiya kodu, statusu, icra olunma müddəti, dəyəri, mal, xidmət və işin təsviri və həcmi.

Orta səviyyədə aşağıdakı verilənlərin təqdim edilməsi zəruridir.

  • Satınalan və podratçıların identifikasiya nömrələri;

  • Mal, xidmət və işlərin klassfikasiyası;

  • Satınalma planı ilə bağlı, o cümldən büdcə ilə bağlı məlumatar və əlaqəli sənədlər;

  • Tender müqaviləsi təltif edilməsinin meyarları, ehtimal olunan qiymət və tender müraciəti üzrə məlumatlar;

  • Tender şərtləri ilə bağlı sorğu edilməsi müddəti;

  • Tenderə müraciət edən qurumların sayı və adları;

  • Müqavilə sənədləri;

  • Müqavilənin imzalandığı tarix;

  • Müqavilənin əsas mərhələləri üzrə icrası ilə bağlı müddətlər və məlumatlar;

  • Müqavilənin icrası ilə bağlı sənədlər.

Yüksək səviyyədə aşağıdakı verilənlərin təqdim edilməsi zəruridir:

  • Tender üzrə icrası nəzərdə tutulan layihəni mərhələləri üzrə müfəssəl, strukturlu məlumatlar;

  • Tender müqaviləsinin əsas mərhələri üzrə mütəmadi yenilən məlumatlar;

  • Mal, xidmət və işlərin vahidi, kəmiyyəti və xərc məlumatları barədə detallı məlumatlar;

  • Müqavilələrin icrası ilə bağlı icraçılara ödənilən xərc tranzaksiyaları.

Hansı yeni satınalma üsulları təklif edilir?

  • Elektron ticarət üsulu

Elektron ticarət (Onlayn mağaza) üsulu təklif olunan malların həcmi və qiyməti konkret yazılır. Çox həcmli və kiçik dəyərli malları almaq üçün dövlət qurumu özünə lazım olan malı həmin ticarət portalından sifariş verib alır. Qanunvericilikdə dəyəri 5000 AZN-ə qədər malların alınması satınalma üsulu əsasında aparılmır. Dövlət qurumu sərbəst şəkildə özü qərar verir ki, hansı podratçıdan mal və xidmət qəbul eləsin. Dəyəri 5000 AZN-ə qədər malların alınması üçün elektron ticarət bazarı üsulundan istifadə edilə bilər.

  • Sadələşmiş elektron tender üsulu (“Tərs hərrac” üsulu)

Bu modeldə (reverse auction) tender sistemində podratçılar satınalan təşkilata təklif olunan mala görə qiymət təklif edirlər. Onlayn şəkildə 3 mərhələdə təşkil olunan müsabiqədə (bidding) təklif etdikləri qiymətləri aşağı salırlar və sonda malın təqdim edilməsinə görə ən aşağı qiymətin sahibi qalib elan olunur. Məlumat üçün bildirək ki, qiymətlər təklif olunan zaman iddiaçılar bir birlərinin təklif etdikləri qiymətdən xəbəri olurlar, ancaq qiyməti təklif edən podratçının kimliyini bilmirlər. Bu üsul imkan verir ki, dölvət büdcə pullarına qənaət etsin. Dəyəri 50.000 AZN-ə qədər malların alınması üçün “tərs hərrac” üsulundan istifadə edilə bilər.

  • Elektron açıq tender üsulu

Dəyəri 50.000 AZN-dən yuxarı mal və xidmətlərin qəbulu zamanı elektron açıq tender üsulundan istifadə edilə bilər. Bu zaman tender elanı elektron tender portalında yerləşdirilir, tender təklifləri podratçı tərəfindən kriptolanaraq elekton şəkildə göndərilir, tender komissiyası təkliflərə ancaq müsabiqə günü baxa bilir, tender komissiyasının əsaslandırılmış şəkildə qərarı, o cümlədən müqavilənin təltifi ilə bağalı qərarl iddiaçılara elektron şəkildə bildirilir, tender müqaviləsi elektron şəkildə imzalanır, malların təqdim edilməsi ilə bağlı elektron sifariş verilir, podratçı da təqdim ediləcək malların ödənilməsi ilə bağlı elektron invoysu satınalan təşkilata göndərir, satınalan təşkilat da invoysu və tender müqaviləsini Dövlət Xəzinədarlıq Agentliyinə göndərir, satınalan təşkilat və podratçı müqavilənin icrası ilə bağlı məlumatları elektron tender portalında müqavilələrin icrasının monitorinqi moduluna daxil edir.

Tövsiyələr

Satınalan təşkilatlara elektron tender sistemindən tender elanı yerləşdirməlidirlər. Bunun üçün satınalmalar haqqında qanunvericilikdə dəyişikliklər edilməldir.

Satınalan təşkilatların elektron reyestri yaradılmalıdır. Maliyyə Nazirliyi elektron portalda tender elanı yerləşdirməmiş, başqa sözlə elektron portalda tenderin identifikasiya kodunu təqdim etməyən dövlət qurumuna dövlət satınalma müqaviləsinin icrası üzrə maliyyə ayırmamalıdır. Bu mexanizm dövlət qurumlarını elektron tender sistemində elan verməyəcə məcbur edəcək və beləcə satınalan təşkilatların elektron sistemi yaradılacaq.

Satınalan təşkilatların illik satınalma planları açıqlanmalıdır. Bunun üçün elektron sistemdə tender elanı vermək istəyən qurumdan illik satınalma planının təqdim edilməsi tələb ediləcək. Əks halda həmin dövlət qurumu tender elanı verə bilməyəcək, dolayısı ilə həyata keçirdiyi tenderin maliyyələşməsini təmin edə bilməyəcək.

Satınalan təşkilatların illik satınalma planlarının nümunəsi hazırlanmalıdır. Satınalma planı pdf formatında elektron tender sisteminə yüklənə yaxud elektron tender sistemində doldurula bilər.

Podratçı təşkilat elektron tenderə müraciət etməmişdən əvvəl maliyyə hesabatlarını təqdim etməlidir. İşlərin görülməsi ilə bağlı tenderə müraciət etməmişdən əvvəl podratçılar ixtisaslaşma sənədlərini elektron tender sisteminə daxil etsinlər. Bütün bunlar, ali audit qurumu olan Hesabalama Palatasının işini asanlaşdıracaqdır.

Seçilmiş satınalma üsulu əsaslandırılmaldır. Qanunvericilik hər satınalma üsulunu seçilməsi ilə bağlı şərtlər qoyur. Həmin şərtlərin biri (fövqəladə hal, təcili hal, təchizatçının bazarda tək olması və s.) seçilir və sübutedici arayış və sənədlərlə əsaslandırılır.

Tender elanı verilərkən alınası mallar və xidmətlər klassifikasiya kodları ilə göstərilməldir. Satınalınan mal və xidmətlər üçün Avropa İttifaqının, Gürcüstanın və Ukraynanın tətbiq etdiyi CPV kodlar istifadə edilə bilər. Bu imkan verəcək ki, dövlət qurumu konkret nə almaq istəyir. Çox zaman tender elanlarında bu qeyri-müəyyən olur.

Həcmi çox, dəyəri az olan malların alınması üçün “ehtimal olunan qiymətin” tender elanında yerləşdirilməlidir. Azərbaycanda ehtimal olunan qiymətin hesablanma qaydası yoxdur. Ehtimal olunan qiymət tender komissiyasının görüşünə qədər gizli saxlanılmalıdır. Ehtimal olunan qiymətlər malların “qiymət siyahısı” informasiya sisteminə əsasən müəyyən edilir. Qiymət siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edə bilər. Yaxud keçmiş tender layihələri üzrə alınan malların qiymətləri nəzərdən keçirilə bilər.

Podratçısı və həcmi çox, dəyəri az malların satın alınması üçün yeni təchizat üsulları-“tərs-hərrac” və “elektron ticarət platforması” modellərindən istifadə edilə bilər. Bu üsullar şəffaflığa, sahibkarlığın inkişafına, eləcə də dövlət büdcəsinə qənaətə gətirib çıxara bilər.

Tender müqavilələrinin maliyyələşməsi elektron sifariş, elektron invoys sistemi əsasında Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilməlidir.

Tender müqaviləsi üzrə xərcləmələr podratçının razılığı və ya qanunvericilik imkan verdiyi təqdirdə banklar tərəfindən elektron tender portalında açıqlanmalıdır. Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə görə dövlət satınalmalarının xərclənməsi nağdsız olmalıdır. Yəni vergi ödəyiciləri arasında hesablaşmalar bank hesabından bank hesabına aparılır. Şirkətlər satınalmalarla bağlı xərcləmələri ictimaiyyətə açıqlaması barədə elektron tender sistemində razılıq verdiyi təqdirdə, podratçı şirkətlərin dövlət vəsaitləri üzrə xərcləmələri onlayn şəkildə satınalan dövlət qurumu tərəfindən izlənilə bilər.

Elektron tender portalında tebder müqavilələrin idarə edilməsi və monitorinqi modulu yaradılmaldır. Tender müqaviləsinin icrası ilə bağlı podratçılar görülən işlər barədə elektron tender sistemində məlumatlar daxil etməlidirlər. Satınalan təşkilatlar da həmin şirkətləin təqdim etdiyi mal, gördükləri iş və xidmət barəsində rəy yaza bilərlər.

ƏLAVƏ 1

Elektron tender prosesində satınalan təşkilat



  1. Qeydiyyatdan keçir

Satınalan təşkilat elektron qeydiyyatdan keçir və ona identifikasiya nömrəsi verilir. Beləliklə təşkilat, satın alan təşkilatlarının reyestrinə düşür. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi ancaq elektron tender portalında tender elanının kodunu göstərən satınalan təşkilata büdcədən pul ayıracaqdır. Bu satınalan təşkilatları elektron tender sisteminə keçməsini təşviq edəcəkdir. Azərabcyanda satınalan təşkilatların dəqiq siyahısı yoxdur. Elektron sistem imkan verəcək ki, satınalan təşkilatların siyahısı dəqiqləşdirilsin.

  1. Satınalma proflini müəyyən edir

Satınalan təşkilat qeydiyyatdan keçərkən hansı sahələr üzrə mal, xidmət və iş almaq istədiyini satınalma sahələri üzrə klassifikasiya kodları əsasında sistemə qeyd etməlidir1. Avropa İttifaqının dövlət satınalması üzrə mal, iş və xidmətlərin CPV (common procurement vocabulary) adlı klassifikasiya kodları vardır. CPV kodu 9 rəqəmdən ibarət olub üç hissədən ibarətdir: ilk iki rəqəm sahəni göstərir. (XX000000-Y); ilk üç rəqəm qrupu göstərir. (XXX00000-Y);ilk dörd rəqəm “sub-qrup”-u (class) müəyən edir. (XXXX0000-Y);ilk beş rəqəm isə kateqoriyanı müəyyən edir. (XXXXX000-Y); Növbəti üç rəqəm kateqriya içərisində daha dəqiq vahidi müəyyən edir.Sonuncu rəqəm isə ilk 8 rəqəmin doğruluğunu yoxlamaq üçün müəyyən edilmiş rəqəmdir. Misal: 03311000-2 CPV kodunda balığı bildirir. İlkin qeydiyyat üçün CPV kodunun ilk iki rəqəminin qeyd edilməsi kifayətdir. Bu imkan verəcək ki, biznes ixtisaslaşdığı sahələr üzrə elektron satınalma sistemində axtarış etsin və beləliklə elektron sistemdə öz profilinə uyğun “prioritet” dövlət qurumlarını özünün şəxsi tender səhifəsində qeyd etsin.

  1. Ehtiyaclarını müəyyən edir

Ehtiyacların müəyyən edilməsi satınalma elanının verilməsi üçün vacibdir. Satınalma ehtiyacı aşağıdakı sənədlər əsasında bəyan edilir: illik satınalma planı, tələbnamə, ehiyacların qiymətləndirilməsi hesabatı. İllik satınalma planında il ərzində aylıq, yaxud rüblük əsasda satınalan qurumun alacağı mal, xidmət və işlərin təsviri, həcmi və tələb olunan büdcə proqnozu planda qeyd edilir. Tələbnamədə isə satınalan qrupa satınalan təşkilatın müvafiq şöbəsindən göndərilir. Tələbnamədə şöbə üçün ehtiyac duyulan mallar və xidmətlər qeyd edilir. Ehtiyacların qiymətləndirilməsi ilə bağlı ən müfəssəl sənəd ehtiyac qiymətləndirməsi hesabatıdır(need assessment report). Tender elanı verməmişdən əvvəl qurum illik satınalma planını, konkret tenderin keçirilməsini zəruri etmiş tələbnaməni icbari olaraq, könüllü olaraq isə ehtiyac qiymətləndirməsi hesabatını elektron sistemə yükləyir. Əks halda elektron sistemində qeydiyyatdan keçmək mümkün olmur. Bu sənədlərin ilk ikisinin təqdim edilməsinin məqsədi odur ki, satınalma qrupları bu sənədləri hazırlasınlar. Bu sənədlərin hazırlanması tender elanlarının daha aydın şəkildə yazılmasına səbəb olacaqdır.Bu bir tərəfdən audit qurumunun işini asanlaşdıracaq. Satınalma üçün əsasları müəyyən edə biləcək.Digər satınalma planlarının elektron sistemə yüklənməsi imkan verəcək ki, biznes dövlət qurumlarının satınalma ehtiyacları haqqında daha yaxşı məlumatlanıb tenderlərdə iştirakla bağlı daha optimal qərar qəbul edə bilsin.

  1. Satınalma üsulunu əsasladırır

Bunun üçün qanunvericiliyin müəyyən etdiyi açıq tender, iki mərhələli tender elanı, bir mənbədən tender, təkliflər sorğusu, kotirovka sorğusu, məhdud və qapalı tender, xidmət təkliflərinin cəlb olunması üsullarından biri seçilir. Qanunvericilik imkan verdiyi təqdirdə auksion üsulu və “elektron ticarət bazarı” üsulundan da istifadə edilə bilər. Satınalma üsulu seçildikdən sonra əsaslandırılmaldır. Qanunvericilik hər satınalma üsulunu seçilməsi ilə bağlı şərtlər qoyur. Həmin şərtlərin biri (fövqəladə hal, təcili hal, təchizatçının bazarda tək olması və s.) seçilir və sübutedici arayış və sənədlərlə əsaslandırılır.

Hesablama Palatasının hesabatlarından aydın olur ki, ölkədə satınalmaya xərclənən hər 100 AZN-dən 4 manatı heç bir satınalma üsulundan istifadə etmədən xərclənir. Bundan başqa, satınalan təşkilatlar çox hallarda təkliflər sorğusu etmədən kotirovka sorğusu əsasında mal, xidmət və iş alırlar. Kotirovka sorğusu ilə 2015-ci ildə 150 milyon AZN-ə yaxın mal və xidmətlər alınmışdır. Bəzən isə açıq tender keçirməli olduğu, halda bir mənbədən, qapalı və məhdud tender təşkil etmiş olurlar. Satınalma üsulunun seçilməsində yol verilə biləcək sui-istifadə hallarının qarşısını almaq üçün satınalan təşkilat satınalma üsulunu seçərkən mütləq bunu əsaslandırmaldır. Bu audit qurumunun da işini asanlaşdıracaqdır.



  1. Tender elanı verir

Tender elanı hamı üçün açıq və pulsuz olmaldır. Tender elanı təkliflərin göndərilməsinə qədər əlçatan şəkildə elektron sistemdə olmalıdır. Azərbaycanda dəyəri 50 min AZN-dən yuxarı mal, xidmət və işlərin alınması bəzi hallar istisna olmaqla açıq tender üsulu ilə həyata keçirilir. Açıq tender üçün elanı 1 aydan əvvəl vermək lazımdır.

Açıq tender üzrə elan verilərkən tender elanının məzmunu aşağıdakı kimi olur.



  • Tender elanı üçün sistem tərəfindən xüsusi nömrə verilir- Bu kod tender elanlarının reyestri üçün vacibdir. Bu həm də Maliyyə Nazirliyindən tender layihəsini maliyyələşdirmək üçün tələb olunur.

  • Tenderin elan tarixi göstərilir-Tenderin elan tarixi göstərilməlidir. Bəzən dövlət qurumları tender elanlarını rəsmi qəzetlərdə başqa bir tarixdə, dövlət qurumunun saytında isə daha gec göstərirlər. Məqsəd isə satınalma haqqında podratçıları az məlumatlandırmaq olur.

  • Alınacaq mal, xidmət və iş CPV kodu vasitəsilə göstərilir- Alınacaq mal, xidmət və iş CPV kodu ilə göstərilməsi ona görə vacibdir ki, satınalan təşkilat sahibkarı istədiyi məhsul haqqında müfəssəl məlumatlandırsın. Qəzetlərin birində satınalan təşkilat “avadanlıq” üçün elan vermişdi. Bilinmirdi ki, söhbət hansı avadanlıqdan gedir. CPV kodu əsasında satınalmanın təşkili imkan verəcək ki, dövlət ehtiyaclarını daha yaxşı təhlil edib optimallaşdırmalar edə bilsin. Mal, xidmət və iş daha ətraflı təsvir edilməsi üçün əlavə bölməyə məlumatlar daxil edilir.

  • Mal, xidmət və işin təchizat dövrü göstərilir-Yəni mal, xidmət və iş nə vaxta qədər təhvil verilməlidir. Bu məlumatın olması biznesə daha yaxşı planlaşdırmağa kömək edəcək.

  • Təkliflərin qəbulunun başlanğıc və son tarixi göstərilir-Bu məlumatların olması tender prosesinə aydınlıq gətirir.

  • Satınalınan mallar üzrə ehtimal olunan qiymət açıqlanır-Azərbaycan qanunvericiliyinə görə satınalan malın ehtimal olunan qiymətini əvvəlcədən müəyyən etməli və tender komissiyasının görüşünə kimi gizli saxlamalıdır. Ehtimal olunan qiymət tender təkliflərinin açılması zamanı tender komissiyası qərar verərkən istinad edilir. Malların ehtimal olunan qiyməti praktikada bir çox hallarda biznes subyektlərindən təkliflər qəbul edilməklə müəyyən edilir.Qanunvericilikdə ehtimal olunan qiymətin müəyyən edilməsi ilə bağlı qaydalar aydın deyil. Ehtima olunan qiymətin açıqlanması biznesə tenderə girməklə bağlı qərar vermə prosesində vacibdir.

  • Ehtimal olunan qiymətin müəyyən edilmiş “price list” əsasında müəyyən edilir-Gürcüstanda satınalan təşkilat ehtimal olunan qiyməti “price list”-ə əsasında müəyyən edir. “Price list” də satınalma işinə nəzarət edən qurum tərəfindən hazırlanmışdır. Azərbaycada da satınalınan məhsul, xidmət və işlərin orta bazar qiymətləri müəyyən edilməlidir. Bunun üçün tender komissiyalarının təcrübələrindən də faydalanmaq olur. Budan başqa, tender üsulu ilə alınmış mal, xidmət və işlərin qiymətləri ayrıca reyestri tutulmalıdır. Bu reyestr “price list”in hazırlanmasına kömək ola bilər. “Price list” əsasında ehtimal qiymətinin müəyyənləşdiriliməsi satınalan təşkilat və podratçı şirkətlərin malların real dəyərindən artıq almasını yaxud satmasının qarşısını alacaq. Bundan başqa, audit təşkilatı da satınalınan mal, xidmət və işin ehtimal olunan qiyməti ilə real qiyməti arasındakı vəziyyəti sorğulaya bilər.

  • Tender üçün əsas şərtlər toplusunun sistemə yüklənməsi-Bəzən tender iddiaçıları arasında tərəfkeşlik etmək üçün tender üçün əsas şərtlər toplusu tender təkliflərinin qəbul edilməsi üçün müəyyən edilmiş son tarixdən bir neçə gün əvvəl edilir. Beləliklə, iddiaçılar fakt qarşısında qalıb, tender təklifləri göndərə bilmirlər. Bunun qarşısını almaq üçün elektron sistem satınalan təşkilat əsaslandırma istəyəcək və tenderi ağlabatan müddətdə artıra biləcək.

  • Tenderdə olan əsas şərtlər toplusu ilə bağlı sorğu göndərilməsi üçün son tarix müəyyən edilir. Sorğuya cavab təkliflər üçün müraciət etmiş bütün iddiaçılara göndərilir.

  • Satınalınacaq mal, xidmət və işin həcmi göstərilir.

  • Təklif üçün qarantın (təminatın)məbləği və etibarlılıq dövrü qeyd edilir.

Tender üzrə təklifləri qəbul edir

Tenderə təkliflər elektron imza ilə göndərilir.Tender təklfiləri kriptolaşdırılır. Tender təkliflərini göndərəndən sonra podratçı öz təklifini oxuya və dəyişə bilməz. Tender təklfini dəyişmək üçün iddiaçı sistemdən təklifini ləğv edib, yenisini sistemə yükləməlidir. Elektron tender portalının admini təkliflərin açılması vaxtını müəyyən edir. Bu vaxt tender komissiyasının üzvlərinin toplandığı və təklifləri qiymətləndirdiyi vaxt olur.



Təklifləri qiymətləndirir və qərar qəbul edilir.

Təkliflərin qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə meyarlar vardır. Həmin meyarlar əsasında tender komissiyası öz qərarını verməli və həmin qərarı elektron sistemdə əsaslandırmaldır. Bu zaman, komissiyanın protokolu da elektron sistemə yüklənməlidir. Digər iddiaçılara qanunvericilikdə müəyyən edilmiş meyarlar əsasında imtina bildirişi göndərilməlidir. Qərar qəbul edilərkən real rejimdə elektron sistemə yüklənməldir. Elektron sistemə yüklənən qərar ictimaiyyət üçün açıq və pulsuz olmalıdır.



Müqavilənin təltifi ilə bağlı qalib iddiaçıya bildiriş göndərir

Bildirişdə tender müqaviləsinin bağlanma vaxtı müəyyən edilir. Tender müqaviləsinin bağlanma dövrü 10 iş günü müddətində müəyyən edilir. Müqavilə bağlanmadığı təqdirdə elektron satınalma portalının admini cəza tətbiq etməlidir.



Tender müqaviləsini imzalayır və elektron sistemə daxil edir

Tender müqaviləsi imzalanır və elektron tender portalında tender müqavilələrinin reyestrinə daxil edilir. Reyestrə daxil edilərkən müqavilənin mətni sistemə daxil edilir. Müqavilələrin elektron monitorinqini asanlaşdırmaq üçün müqavilə üzrə həyata keçiriləcək işlər rüblük əsasda elektron sistemə daxil edilməldir. Bu şərt kimi müqavilədə öz əksini tapmaldır. Bununla bağlı elektron nümunə də sistemdə olmalıdır.



Podratçıya elektron sifarişi verir.

Dövlət qorumu bu modul vasitəsilə podratçıya mal, xidmət və iş sifariş edəcəkdir. Sifarişin layihə versiyası göndəriləcək, sonra isə son variant qəbul ediləcəkdir.



Podratçıdan elektron “invoys” (hesab faktura) qəbul edir və dövlət xəzinədarlığına göndərir

Satınalan təşkilat şirkətə göndərdiyi elektron sifarişin əsasında elektron invoys qəbul edir. Satınalan təşkilat elektron invoysu, elektron tender elanın identifikasiya nömrəsi və tender müqaviləsini Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyinə göndərir. Maliyyə Nazirliyi bu üç sənəddən biri olmadıqda podratçının hesablaşma hesabına ödəməni həyata keçirmir.



Müqavilənin icrasını montorinq edir

Podratçı müqavilənin icrası müqavilənin icrası ilə bağlı rəylərini elektron sistemə daxil edir.



Müqavilə üzrə podratçınının xərcləmələri barəsində mütəmadi məlumatlanır

Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə görə dövlət satınalmalarının xərclənməsi nağdsız olmalıdır. Yəni vergi ödəyiciləri arasında hesablaşmalar bank hesabından bank hesabına aparılır. Şirkətlər satınalmalarla bağlı xərcləmələri ictimaiyyətə açıqlaması barədə elektron tender sistemində razılıq verdiyi təqdirdə, podratçı şirkətlərin dövlət vəsaitləri üzrə xərcləmələri onlayn şəkildə satınalan dövlət qurumu tərəfindən izlənilə bilər.



Müqaviləyə dəyişiklik edir.

Müqavilədə dəyişikliklər baş verdikdə müqavilələrin elektron reyestr sisteminə məlumatlar daxil edilməli və dəyişiklik əsaslandırılmaldır.



ƏLAVƏ 2

Podratçı perspektivi

Qeydiyyatdan keçir

Podratçı elektron qeydiyyatdan keçir və ona identifikasiya nömrəsi verilir. Podratçının qeydiyyatdan keçməsi üçün elektron imza tələb edilmir. Podratçının daxil elədiyi VÖEN nömrəsi Vergilər Nazirliyinin AVİS informasiya sistemi ilə mübadilə edilir və yoxlanılır. Beləliklə istifadəçi podratçıların reyetsrinə düşür. İstifadəçi qedyiyyatdan keçərkə CPV kodları vasitəsilə ixtisaslaşdığı ixtisaslaşdığı sahələri qeyd edir.



Tender elanı barədə məlumatlanır/məlumatlandırılır.

Qeydiyyatdan keçən podratçı tender elanları barədə pulsuz məlumat əldə edir. “mənim tenderlərim” bölməsində maraq göstərdiyi tender elanlarını qeyd edir. Eyni zamanda, sistem podratçının profilinə uyğun tenderlər barəsində podratçını mütəmadi məlumatlandırır.



Tender təklfi göndərir.

Tender təklifi göndərmək üçün tender şərtlər toplusuna daxil olmaq zəruridir. Bunun üçün, podratçı tenderdə iştirak haqqı və zəmanət haqqı ödəyir. Tenderdə iştirak haqqı ödəniş kartı vasitəsilə ödənilir.Tender təklfinə zəmanət vermək üçün bank zəmanəti vacibdir. Bunun üçün təklif olunan bank hesablarından birini seçməklə müəyyən məbləği satınalan təşkilatın bank hesabına köçürür. Tenderə təkliflərin göndərilməməsi, tenderin ləğvi, tenderdə məğlub, tenderdə qalib olan halda bank zəmanəti üçün ödənilən məbləğ podratçının şəxsi hesabına geri qaytarılır. Elektron ödəmələrdən sonra tenderlə bağlı əsas şərtlər toplusu sənədlərinə daxil olmağa imkan yaranır. Sənədlərlər tanış olduqdan sonra tender üçün qiymət göndərilir. Qiymət göndərilən zaman ƏDV də hesablanır.



Tərs-hərracda (reverse auction) iştirak edir

Auksion zamanı birinci dəfə dövlət qurumu təklif olunan qiymətləri qəbul edir. Bu podratçılar digərlərinin təqdim etdiyi qiymətlərdən xəbəri olmur. Daha sonra 3 round müsabiqə təşkil edilir. Bu zaman, bütün podratçılar təklif olunan qiymətləri onlayn olaraq görürlər. Ancaq podrtaçının kimliyini bilmirlər. 3-cü roundda ən aşağı qiyməti təklif edən podratçı qalib gəlir. Məlumat üçün bildirək ki, auksiona girməmişdən əvvəl podratçılar müsabiqəyə girəndə öhdəlik götürürlər ki, təklif etdikləri qiymətlər üzrə müsabiqə zamanı minimum 2-4 % güzəşt etməlidir.



Müqavilə təltifi barədə bildiriş alır və müqaviləni imzalayır

Dövlət qurumundan müqavilənin tətlifi barədə bilidiriş əldə edir. 10 gün ərzində elektron şəkildə müqavilə imzalanır, yaxud müqavilə elektron sistemə daxil edilir.



Müqavilənin icrası ilə bağlı məlumatları elektron sistemə daxil edir

Müqavilədə nəzərdə tutulan şərtləin yerinə yetirilməsi ilə bağlı məlumatları aylıq və ya rüblük qaydada elektron tender sisteminə daxil edir.



ƏLAVƏ 3

Elektron tender ilə bağlı Ukrayna təcrübəsi

Kontekst

2014-cü ilin fevral ayının sonunda (Ukrayna inqilabından sonra) Pavlo Şeremeta Kiyev Mohila Biznes Məktəbinin dekanı, Kiyev İqtisadiyyat Məktəbinin rektoru Ukraynanın İqtisadiyyat naziri təyin olunur. Pavlo dövlət satınalmalarını özünün islahat siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edir. “Maydan”-da fəal iştirak edən könüllülərin bir qrupu qərara gəlir ki, yeni təyin edilmiş nazirə satınalma sahəsində kömək etsinlər. Təəcüblüsü o idi ki, kömək etmək istəyənlərin heç birisinin bu sahədə təcrübəsi yox idi. İlkin olaraq nazir Pavlo Şeremeta qərar verir ki, satınalamalar haqqında qanun dəyişilsin. Səbəb isə qanunda 40-dan çox korrupsiogen normaların olması idi. Bunun üçün nazir ictimai fəallar, ekspertlər və İqtisadiyyat Nazirliyinin məmurlarının da daxil olduğu işçi qrupu formalaşdırır. Qrup 1 ay işləyərək yeni qanun layihəsi hazırlayır və əvvəlkinə nisbətdə yeni qanun layihəsində korrupsiya riskləri daha az olur.

Daha sonra ictimai fəallar toplaşıb dövlət satınalamalar sahəsində daha “radikal islahat” aparmaq üçün birgə işləməyə başlayırlar. Beynəlxalq təcrübəni öyrəndikdən, ekspertlərlə müsahibələrdən sonra islahat qrupu anlayırlar ki, elektron tender sistemi biznesin dövlət satınalmalarına çıxışını asanlaşdıracaq və dövlət satınalamarı sahəsində şəffaflığı artıracaq. Ona görə də dövlət satınalmalarının elektronlaşması əsas satınalmalar üzrə islahatın əsas istiqaməti kimi müəyyən edilir.

Əsas ekspertlərlə müsahibələr edildikdən sonra, islahat qrupu beynəlxalq təcrübəni öyrənməyə başlayırlar. Bir çox məsələ ortaya çıxır: Hər hansı ölkənin elektron satınalma sistemini almaq yoxsa özümüzə məxsus bir elektron sistem hazırlamaq? Elektron satınalma sistem konkret necə işləyəcək? Bütün bu suallara cavab kimi, 2014-cü ildə xarici ölkələrin təcrübələri əsasında Elektron Satınalma Konsepsiyası işlənib hazırlanır. Bu konsepsiya sənədi Prezident Petro Poroşenkoya “Yeni ölkə” vətəndaş cəmiyyəti platformasında müzakirələr zamanı təqdim edilir.

2014-cü ilin May ayında tədbirlərin birində ictimai fəallar Gürcüstanın elektron satınalma sisteminin yaradıcıları (2009-2010-cu illər)Tato Urjumelaşvili və David Marghania ilə görüşürlər. Bu zaman Tato və Davidin elektron satınalma sisteminin Gürücüstan təcrübəsi ilə bağlı təqdimatından çox təccüblənirlər. Bundan sonra Gürcüstan ekspetləri Ukrayna Parlamentinin Komitələrindən biri ilə, eləcə də millət vəkili Kseina Lyapina ilə elektron satınalma sisteminin fəaliyyətinə imkan verəcək yeni qanun layihəsinin üzərində işləyirlər. Beləliklə, həm İqtisadiyyat Nazirliyi nəzdində, həm də parlament nəzdində iki qrup dövlət satınalmaları ilə bağlı qanun layihələrinin üzərində işləyirlər. İctimai fəallar isə hər iki işçi qrupu arasında kommunikasiyanın təmin olunmasında körpü rolunu oynayırlar.

2014-cü ilin avqustunda islahatlar proqressiv məcrada davam edirdi. Gürcüstan təcrübəsi əsasında Elektron satınalmalar sisteminin konsepsiyası təsdiqlənir və müvafiq qanun layihəsi ilə birlikdə Parlamentə göndərilir. Avqustun ortalarında bir sıra gözlənilməz hadisələr baş verir. İlk öncə, nazir Pavlo Şeremeta o vaxtın baş naziri Arseniy Yatsenyukun kadr siyasətinə etiraz əlaməti olaraq gözlənilmədən istefa verir. Bundan başqa, Ukrayna parlamentinə planlaşdırılmamış yeni seçkilər elan edilir. Beləcə, qanun layihəsinin parlamentdən keçməsi böyük sual atına düşür.

Siyasi dəstəyi itirindən sonra, ictimai fəallar çətin seçim qarşısında qalırlar: fasilə vermək, yəni parlamentin yenidən seçilməsini 6 ay gözləmək, yoxsa davam etmək, başqa sözlə, mövcud vəziyyəti nəzərə alıb və islahatları bir az fərqli istiqamətdə davam etdirmək.

Xoşbəxtlikdən dəyirimi masaların birində Prezident Administrasiyasının müavini, Microsoft Ukraynanın keçmiş rəhbəri Dmitro Şimkiv yeni təkliflə çıxış edir. O təklif edir ki, bütün tenderlərə münasibətdə islahatı başlamaqdansa, tender haqqında qanunun təsir dairəsini düşməyən satınalmalardan başlamaq daha düzgün olar. Başqa sözlə tenderlərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan “həddən” aşağı (Azərbaycanda bu hədd 50 min AZN-dir) satınalmalara münasibətdə elektron tender sistemi tətbiq edilsə daha məqsədəuyğun olar. Bu islahatların olması üçün hər hansı qanunda dəyişiklik vacib deyil, bu islahatın baş verməsi üçün qurumun xoş niyyəti və yuxarıdan “yumşaq təzyiq” kifayət edir. Könüllülər Dmitornun təklifini qəbul edirlər. Beləcə, tender haqqında qanunun təsir dairəsinə düşməyən satınalmalar üçün elektron sistem hazırlanmağa başlanır.

Avqustun sonundan etibarən könüllülər Kiyev Mohila Biznes Məktəbinin dərs otaqlarında Ukraynada elektron ticarət platformalarının (bazarlarının) təmsilçiləri ilə birgə görüşməyə başlayırlar. Görüşlər ictimaiyyətə açıq şəkildə davam etdirilirdi. Görüşlərdə, elektron satınalma sisteminin konsepsiysa sənədinin üçüncü versiyası hazırlanır. Son variantda elektron satınalma sisteminin konsepsiyasına yeni bir tərəf-elektron ticarət platformaları (bazarları) da cəlb edilmişdi. Bundan başqa, elektron satınalma sisteminin maliyyə modeli də işlənib hazırlanır. Gürcü həmkarlardan fərqli olaraq, Ukraynanın elektron satınalma sisteminə satınalma elanı verən sifarişçi dövlət qurumu üçün elektron satınalma sistemindən istifadə etmək “pulsuz” başa gəlir. Əvəzində isə podratçı (icraçı) şirkətləri isə satınalma elanlarına təklif göndərmək üçün “xidmət haqqı” ödəməli idilər. Nəticədə, elektron ticarət platforması nə qədər müraciətçi sistemə cəlb edə bilirsə, bir o qədər də komissiya əldə edir, son nəticədə isə elektron sistemdə rəqabət mühiti formalaşır. Buna “qələbə-qələbə” vəziyyəti də demək olar. Bununla bərabər, satınalmalara təklif göndərən şirkətlərdən əldə edilən vəsaitin bir hissəsi elektron sistemin dəstəklənməsi və Mərkəzi Verilənlər (data) Bazasının və infrastrukturun yaradılmasına sərf olunur. Beləliklə, elektron satınalma sistemi 2015-ci ilin 1 yanvarından işə düşür.

Şəkil 2: Prozorro” elektron tender sistemi



Müzakirələr zamanı tərəflər elektron satınalma sisteminin aşağıdakı fəaliyyət prinsipləri barəsində fəaliyyətinə razılığa gəlirlər:



  • Hər kəs hər şeyi görür.

  • Hibrid elektron sistem, yəni dövlətə məxsus vahid data mərkəz və bu mərkəzə bir çox ticarət platformalarının giriş imkanının olması təmin edilir.

  • Vahid data mərkəzə elektron ticarət platformalarının saytından daxil olmaq imkanı təmin edilir.

  • Elektron satınalma sistemi maliyyə baxımından öz özünü təmin edir.

  • Sadədən mürəkkəbə kimi “minimum resursla səmərəli məhsul” (Minimum viable product) hazırlamaq

  • Məhsulun “Open source”-açıq mənbədən olması

İnstitutsional çərçivə

İslahatın institutlaşması çox çətin proses olur. Ukraynada vəziyyəti daha da pisləşdirən “Tender Palatası” adlı qeyri-hökumət təşkilatının bu sahədə yaratdığı bir sıra problemlər idi. Belə ki, 2006-2007-cu illərdə “Tender Palatası” adlı məşhur QHT dövlət satınalmalarına olan çıxışı məhdudlaşdırır və satınalamlara çıxış üçün şirkətlərdən “haqq” tələb edirdi. Tender Palatası ilə bağlı pis təcrübə satınalma subyektlərini narahat edirdi.

Bir çox müzakirələrdən sonra qərara alındı ki, yeni bir qht yaradılmasın. Yaxşı maliyyə idarəetmə təcrübəsi olan QHT-lərdə biri ilə əməkdaşlıq edilsin. Bu mənada, Transparency İnternational Təşkilatının yerli ofisindən xahiş edilir ki, satınalma layihəsinin maliyyə idarəetməsini təşkil etsin. Transpareny İnternational Ukrayna da razılaşır və təşkilatın nüfuzu islahatların dinamikasına müsbət təsir edir.

12 fevral 2015-ci ildə onlayn səsvermə zamanı layihənin adı Ukrayna Milli Bankının müavini Vladislav Raşkovanın təklifi ilə “Prozorro” seçilir.

2015-ci ilin yazında bir sıra önəmli hadisələr baş verir. İlk öncə, iqtisadiyyat naziri Aivaras Abromaviçius, bankir, Maksim Nefyodovu satınalma üzrə müavini təyin edir. Daha sonra, Maksim tender könüllülərinə İqtisadiyyat Nazirliyinə qoşulmağı təklif edir. Oleksandr Starodubetsev İqtisadiyyat Nazirliyində satınalma ilə bağlı departamentə rəhbərlik etməyə razılıq verir. Daha sonra, Milli İslahat Şurası (hansı ki, ölkədə cəmiyyətin bütün seqmentlərini bir araya gətirir) dövlət qurumlarıa tövsiyə edir ki, tender qanunu ilə tənzimlənməyən bütün satınalma əməliyyatlarını PROZORRO sistemi vasitəsilə etsinlər. Prozorro sistemindən ilk öncə Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, İnfrastruktur Nazirliyi və s. qurumlar istifadə etməyə başlayır. Daha sonra digər dövlət qurumları da elektron sistemdən faydalanmağa başlayır.

Bütün bunlara baxmayaraq əsas çətinlik kadr problemi idi. Satınalma departmentinin yeni rəhbəri təyin olunan Oleksandr Starodubetsev satınalma heyətinin yarısını istefya göndərir. Yeni heyətə peşəkarlar, o cümlədən biznes sektorundan yeni əməkdaşlar cəlb edilir. İqtisadiyyat Nazirliyini “ələ keçirdikdən” sonra könüllülər qrupu dövlət satınalmaları ilə bağlı bütün elanları öz saytında açıqlayan dövlətə məxsus “Zovniştorqovidav” agentliyinin də kadrlarını dəyişərək öz adamlarını orada yerləşdirdilər. Daha sonra nazirliyin satınalama departamenti “Zovniştorqovidav” dövlət agentliyinni binasına köçdü və beləcə komadan tamamilə islahatlara fokuslandı. İşlər 3 istiqamətdə aparılırdı.

İT sistemin və İT infrastrukturun qurulması-Bu iş“Zovniştorqovidav” dövlət agentliyi də, eləcə də yerli elektron ticarət platformaları və Anriy Kuçerenkonun İT şirkəti rəhbərlik edirdi.

Yeni qanunvericiliyin yaradılması-İqtisadiyyat Nazirliyinin satınalma departamenti bu işə məsul idi. O parlamentdə siyasi dəstək üçün demək olar ki, tək mübarizə aparırdı.

Treninqin keçirilməsi-Elektron satınalamalar üzrə treninqlərin keçirilməsi elektron tenderə keçid üçün vacib idi. Bu işi Kristina Gutsalova aparırdı. O bu iş elektron ticarət platformaları ilə birgə aparırdı. Bundan başqa, Avropa İttifaqının dövlət satınalmaları layihəsi çərçivəsində ekspert yardımı da bu işdə xeyli kömək olur.

Qanunvericilik

Bir ildən az bir müddətdə parlamentə iki qanun layihəsi təklif olunur, İT sistem demək olar ki, yenidən dizayn edilir və İT sistemə sahiblik dövlətə keçir. Prozorro komandasının köməyi ilə ölkənin müxtəlif yerlərindən 200-dən çox təlim keçilir. Eyni zamanda, Dövlət Satınalmaları ilə bağlı Dünya Ticarət Təşkilatının Sazişinə qoşulmqla bağlı köhnə təşəbbüslərə də yenidən təkan verilir. Dövlət Satınalmalar Haqqında qanun iki mərhələdə həyata keçirilir. İlk öncə 1 aprel 2016-cı ildən etibarən Prozorro bütün mərkəzi icra hakimiyyəti qurumları və monopolistlər üçün məcburi xarakter daşımağa başlayır. 1 avqust 2016-cı ildən etibatən isə satınalan digər qurumlar üçün Prozorro-dan istifadə məcburi xarakter daşımağa başlayır. Bunu etməkdə məqsəd elektron sistemi həddən artıq yükləməmək idi. Belə ki, ölkədə ümumən 25.000 tender komissiyası, 15 min tender sifarişçisi var idi. Prozorro bir sıra yeni layihələrlə bağlı ideyaların doğulmasına səbəb olur: dövlət əmlakının satılması və s. Dövlət Satınalamarı Qanunu ilə bərabər başqa qaydalar da qəbul edildi. Bu qaydalar əsas dövlət satınalmalar ilə bağlı ictimai məlumatların, tender komissiyalarının təşkili, tender obyektinin müəyyən edilməsi, tender sənədlərinin forması ilə bağlı idi. Qanuna görə tenderlər iki yerə bölünür:



  1. Mal və xidmətlər üzrə 1 il üçün 200.000 qrivinanı2, işlər üzrə 1.5 milyon qrvinanı keçməyən satınalmalar: xüsusi iqtisadi sferada işləyən satınalan təşkilatlar üzrə mal və xidmətlər ilə bağlı hədd 1 milyon qrivina, işlərə isə 5 milyon qrvina hədd qoyulmuşdur. Bu satınalamalar Satınalma haqqında qanunun tələblərinin təsir dairəsinə düşmür. Qanuna görə, satınalan təşkilat 50.000 qrivina və müəyyən edilmiş həddən aşağı Prozorro sistemindən istifadə etməlidir. Satınalmanın şərtləri və təqdim edilən sənədlərlə bağlı tələbləri satınalan təşkilat tərəfindən müəyyən edilir.

  2. Mal və xidmətlər üzrə 1 il üçün 200.000 qrivinadan (işlər üzrə 1.5 milyon qrvina) başlayan işlər üzrə satınalmalar. Xüsusi iqtisadi sferada işləyən (kommunal və təbii monopolistlər) üçün hədd mal və xidmətlər üçün 1 milyon qrivinadan, işlər üçün isə 5 milyon qrivinadan başlayır. Bu satınalmalar Dövlət Satınalmaları haqqında qanunun təsir dairəsinə düşür. Satınalmalarla bağlı proseduralar, sənədlərin formaları ilə bağlı tələblər Dövlət Satınalmaları haqqında qanunla tənzimlənir.

Şəkil 3: Tender prosesində prosedur ardıcıllığı

untitled diagram (5)Ukraynanın Tender haqqında qanunu dövlət qurumlarına “böyük” tenderlər üçün aşağıdakı üç tender üsulundan birini seçməyi tələb edir:

• Açıq tender-satınalma təşkilatı tərəfindən istifadə edilməli olan üsullardan biridir. Açıq tender Prozorro elektron sistemi vasitəsilə edilir.

• Danışıqlar proseduru-İstisna hallarda bu üsuldan istifadə edilə bilər, bunun üçün gərək əsaslı səbəb olsun. Satınalan təşkilat podratçını danışıqlar yolu ilə seçir və prosedur barədə hesabat ProZorronun saytında dərc edilir.

• Rəqabət əsaslı dialoq-Bu üsul da istisna hallarda və əsas səbəb gətirməklə istifadə etmək olar.



Tenderlərə nəzarət

Bi.prozorro.org ölkənin elektron tender sistemini cəmiyyət tərəfindən nəzarət edilməsi üçün yaradılmış elektron monitorinq sistemidir.

1 noyabr 2016-cı ildən etibarən Dozorro.org monitorinq portalı istifadəyə verildi. Portalda hər bir tərəf, yəni podratçı, satınalan təşkilat, nəzarət edən qurum, vətəndaş, rəqabətə zərər vuran faktları ictimailəşdirə bilərlər. Başqa sözlə, burada hər bir tərəf satınalan və podratçı təşkilata rəy verə, müzakirə edə, hər hansı satınalma elanın şərtlərini müzakirə edə bilərlər. Bununla bərabər, hər hansı dövlət qurumunun satınalma profilini təhlil etmək və nəzarət edən qurumlara şikayət etmək mümkündür.

Bununla bərabər, böyük tenderlər üzrə bizneslər tenderlərdən narazı olduğu təqdirdə Ukraynanın Anti-monopoliya Komitəsinə baş vura bilərlər, elektron ticarət platformasından birbaşa olaraq komitənin hesabına öz şikayətlərini yönləndirə bilərlər. Qurum şikayətin əsaslı olduğu təqdirdə tenderi təxirə sala və ya ləğv edə bilər. Kiçik tenderlər üzrə şikayətlər isə Şikayətlərin Araşıdırlması Komissiyasına göndərilir. Komissiya məsləhətverici xarakterə malik olsa da, praktika göstərir ki, satınalan təşkilat qurumun qərarlarına hörmət edirlər.

Bundan başqa, tender haqqına tədris materialları infobox.prozorro.org saytında yerləşdirilib.

ƏLAVƏ 4

Elektron tender ilə bağlı Albaniya təcrübəsi

Albaniyada dəyəri 6200 Avrodan aşağı mal, iş və xidmətlərin alınması elektron şəkildə baş tutur.

Müxtəlif elektron satınalma üsullarından istifadə edilir: açıq, məhdud

Elektrik enerjisinin alınması 700 avrodan aşağı mal, xidmət və işlər elektron satınalmadan(əgər təcilirsə) azaddır.

Sistemdə qeydiyyat, məlumatlara baxma, eləcə də elektron müraciətlərin edilməsi pulsuzdur.

Elektron tender sistemi əsasən iki hissədən ibarətdir: e-tender proseduraların həyata keçirildiyi platformada və bağlanılmış, ləğv edilmiş, təxirə salınmış tenderlərin elektron arxivi (audit və monitorinq üçün).

Satınalmalarla bağlı qanunvericilik aktları elektron satınalma portalında yerləşdirilmişdir.

Maarifləndirici bələdçi həm dövlət qurumları, həm də tədarükçülər üçün elektron tender portalında yerləşdirilmişdir.

Standart tender sənədləri elektron satınalma portalında yerləşdirilmişdir.

Tender elanları, qaliblər, müqavilə predemtləri barədə və s. barədə bülletenlər yerləşdirilir.

Qara siyahıda olan biznes subyektləri barəsində məlumatlar təqdim edilir.

Dövlət Satınalma Agentliyi tərəfindən illik hesabat hazırlanır.

Elektron satınalma sisteminin satınalma prosedurları ilə bağlı giriş yalnız iqtisadi operatorlara və satınalan təşkilatlar üçün mümkündür.

Elektron satınalma sisteminin tender müqavilələri ilə bağlı arxiv məlumatlara isə yalnız auditorlar tərəfindən daxil ola bilər.

Elektron satınalma sisteminin istifadəçiləri aşağıdakılardır:


  • Satınalan təşkilatlar

  • İqtisadi operatorlar

  • Auditorlar (Ali Audit Orqanı (rəsmi) )

  • Dövlət Satınalmalar Agentliyi (elektron sistemin administrasiyası və tender elanlarının qoyulması)

Elektron satınalma sistemini təşkililində əmək bölgüsü vardır:

Admin-Tender elanlarının qoyulması üçün zəruri elektron mühiti təmin edir.

Elan edən- Satınalan təşkilat tender elanını verir və zəruri sənədləri tələb edir.

İqtisadi Operator- Sahibkarlıq subyektləri öz tender təkliflərini təqdim edirlər.

Tender təkliflərini qəbul edən- Tender təkliflərini qəbul edir və tenderi qiymətləndirən şəxsə xəbər verir.

Tender təkliflərini qiymətləndirən şəxs-Tender təklfilərini qiymətləndirir və adminə qalib barədə məlumat verir.

Admin-Tender qalibinə elektron məktub göndərir və qaliblə müqavilə imzalanır.

Audit- Auditdə elektron arxivdə olan müqavilələri audit edir.

Tender təklifləri şirkətlər tərəfindən təqdim edilərkən (sistemə yüklənərkən) təkliflər kriptolaşdırılır və heç bir şəxs, hətta təklifləri göndərən şirkətin nümayəndəsi tərəfindən belə öxunula bilmir. Müraciət edən şirkət kripta olunmuş təklifi ləğv edə, yenisini yükləyə bilər, ancaq sistemə yüklənmiş öz təklifin oxuya və dəyişə bilməz.

Satınalan təşkilat təkliflərin açıqlması üçün dəqiq vaxtı müəyyən edir və elan edir.

Təkliflər satınalan təşkilatın təmsilçiləri (komissiya) olan üç nəfər və daha çox şəxs (həmişə tək rəqəm olamlıdır) tərəfindən açılır.

Tender təkliflərinin açılması üçün tender komissiyasının üzvləri özlərinə məxsus istifadəçi adı və şifrə ilə sistemə daxil olub, tender təkliflərinin açlmasına icazə verir. Bu zaman, təklifin kriproları açılmış olur.

Tender təklifləri açılandan qiymətləndirmə başa çatana qədər tender komissiyasının üzvləri tenderlə bağlı bütün sənədlərə, habelə maliyyə sənədlərinə baxa bilirlər.

Tender təklifləri açılandan bağlanana qədər biznes subyektləri tender təkliflərinin statusu barədə aşağıdakı kimi məlumatlanırlar: tenderə müraciət başa çatmışdır, tender təkliflərinin qiymətləndirilməsi açıq elan edilmişdir, tender təkliflərinin qiymətləndirilməsi başa çatmışdır.

Qiymətləndirmə başa çatdanda sistem qalibi elan edir, eləcə də uduzan tərəfə imtinanın səbəbləri açıqlanır. Bu məlumatlara tenderə müraciət edən tərəf və tender komissiyasının üzvləri daxil ola bilərlər.

Elektron arxiv sistemi iki hissədən ibarətdir: operativ data baza və arxiv data bazası. Operativ data bazadan məlumatlar arxiv data bazaya real vaxt rejimdə daxil olur.

Arxiv data bazaya məlumatlara ancaq auditorlar daxil ola bilər və buda onların işini asanlaşdırır.

ƏLAVƏ 5

Belarusiyanın elektron tender üzrə təcrübəsi

Belarusiyada tenderlər həm elektron həm də kağız əsas aparılır. 2015-ci il üçün tenderlərin 67,7 %-i bir mənbədən olmuşdur. 32,3 %-i elektron şəkildə baş tutmuşdur. Elektron tenderin 20 %-i elektron auksyon, 4 % kotirovka sorğusu, 8 %-i açıq tender vasitərsilə olmuşdur.

Ölkədə bütün tenderlər barədə məlumat www.icetrade.by saytında yerləşdirilir.

Belarusiyada tenderlərə müraciət elektron şəkildə baş tutur. Eyni zamanda, günün 24 saatı kotirovka sorğusu vermək mümkündür.

Kiçik və orta sahibkarlar onlara məxsus lotlarda iştirak edə bilirlər.

Elektron sistemin gələckdə inkişaf istiqamətləri

Dövlət satınalmaları ilə bağlı dataların idarə edilməsi ilə bağlı sistemin qurulması

Elektron monitorinq sisteminin yaradılması-satınalma planının elan edilməsindən müqavilələrin icrasına qədər

Bütün sənədlərin elektron imza ilə imzalanması

Dövlət satınalmaları müqavilələrinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı İdarəsinə elektron şəkildə göndərilməsi

ƏLAVƏ 6

Gürcüstanın elektron tender üzrə təcrübəsi

Gürcüstanın elektron tender sistemi sürətlidir və müsabiqə üsulu kimi auksiona əsaslanır. Ümuilikdə isə Gürcüstanda 3 tip təchizat üsulundan istifadə edilir:



  • Sadələşdirilmiş təchizat (Simplified procurement)

Bu üsuldan istifadə üçün aşağıdakı şərtlər olmalıdır:

    • Dəyəri 5000 laridən aşağı mal, xidmət və işlərin alınması

    • Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Gürcüstanın diplomatik missiyaları üçün dəyəri 20.000 laridən aşağı mal, xidmət və işlərin alınması

    • Prezidentin və hökumətin icazəsinin olması

    • Təcili ehtiyacın polması

Satınalan qurum podratçını özü seçir, yaxud birbaşa qiymət əldə etməklə bağlı kotirovka sorğusu göndərir.

  • Sadələşdirilmiş elektron tender (auksion) (Simplified electronic tender)

Dəyəri 5000 laridən 200.000 lariyə qədər olan malların, xidmətlərin və işlərin alınması zamnı tətbiq edilir.

Tender 3 gün davam edir. 1-ci gün potensional podratçılar məlumatlarla tanış olur, növbəti 2 gün ərzində təkliflərini göndərirlər. Tenderin başlanması ilə bitməsi arasında 3 gün vaxt olur.

Tenderdə iştirak üçün 50 lari ödənilir. Ödəmə elektron baş tutur. Elektron zəmanət (bankda depozit hesabda tender təklifinin 1 % miqdarında məbləğ olur) tender təklifinin 1 % miqdarında olur. 30 gün ərzində qüvvədə olur. Tender bitdikdən sonra geri qaytarılır.

Auksion zamanı birinci dəfə dövlət qurumu təklif olunan qiymətləri qəbul edir. Bu podratçılar digərlərinin təqdim etdiyi qiymətlərdən xəbəri olmur. Daha sonra 3 round müsabiqə təşkil edilir. Bu zaman, bütün podratçılar təklif olunan qiymətləri onlayn olaraq görürlər. Ancaq podrtaçının kimliyini bilmirlər. 3-cü roundda ən aşağı qiyməti təklif edən podratçı qalib gəlir. Məlumat üçün bildirək ki, auksiona girməmişdən əvvəl podrtaçılar müsabiqəyə girəndə öhdəlik götürürlər ki, təklif etdikləri qiymətlər üzrə müsabiqə zamanı minimum 2-4 % güzəşt etməlidir.

Şəkil 4: Gürcüstanın elektron tender sistemi

Müsabiqə bitdikdən sonra tender komissiyası təklif edilən qiyməti tender şərtlər toplusunda tələb edilən şərtlərlə nə dərəcədə uyğun olduğunu müəyyən edir və rəyini bildirir.


  • Elektron tender (Electronic tender)

Dəyəri 200.000 laridən yuxarı olan malların, xidmətlərin və işlərin alınması zamnı tətbiq edilir.

Tender 20 gün davam edir. İlk 15 gün potensional podratçılar tender elanı ilə tanış olur, növbəti 5 gün ərzində təkliflərin göndərilməsi ilə bağlı auksion başlanır.

Tenderdə iştirak üçün 50 lari ödənilir. Ödəmə elektron baş tutur. Elektron zəmanət (bankda depozit hesabda tender təklifinin 1 % miqdarında məbləğ olur) tender təklifinin 1 % miqdarında olur. 60 gün ərzində qüvvədə olur. Tender bitdikdən sonra geri qaytarılır.

Elektron tenderdə də müsabiqə üsulu kimi auksiondan istifadə edilir. Ancaq tenderin ümumi müddəti 20 gün olur, onun 15 günü sənədlərlə tanış olmağa, 5 günü isə auksiona sərf olunur.




1 http://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:32008R0213&from=EN


2 200.000 qrivna=7593 dollar/12794 AZN, 1.500.000 qrivan=56.947 dollar/95.956 AZN, 5.000.000 qrivna 189.825 dollar/319.855 AZN, 22.05.2017-ci il



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə