Şəkil 1. Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun xəritəsi
Mənbə: http://www.mot.gov.az - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saytı
Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra ilkin dövrdə bu xətt vasitəsilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük, 2034-cü ildə isə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı ehtimal olunur. Yük daşımaları həcmi 3-cü istismar ilində 3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10 milyon ton və çox proqnozlaşdırılır.
Hesablamalara görə Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50$ milyon təşkil edəcəkdir. Bu isə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv və vaqon parkının adekvat olaraq yeniləşməsini şərtləndirir. Hesablamalara görə daşımalar ildə 5 milyon ton olduqda Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı 70 ədəd olmalı və əlavə 50 yeni lokomotiv alınmalıdır. Həmin yol mənzilində tələb olunan yük vaqonlarının orta sayı 1500 ədəd olmalı, əlavə olaraq 28 ədəd şərnişin vaqonu alınmalıdır. Qeyd olunmalıdır ki, hazırda Bakı-Böyük Kəsik xətti ilə daşınan ümumi yüklərin orta illik həcmi 20 milyon ton, o cümlədən tranzit yüklərin orta illik həcmi 7,5 milyon tondur [8, 11].
Bağlantı vasitəsilə əsasən qara və əlvan metallar, daş kömür, pambıq, taxıl, kükürd, neft və neft məhsulları, avadanlıqlar, ərzaq məhsulları və digər yüklərin daşınması proqnoz edilir. Tariflərdə 1998-ci ildə Bakıda qəbul olunmuş Əsas Çoxtərəfli Sazişə görə 50%-ə qədər güzəştin tətbiqi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, alternativ marşrut və dövriyyənin qısaldılması, sürət və vaxt tezliyi, etibarlılıq və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcəkdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə konteyner və intermodal (bir neçə nəqliyyat növündən istifadə etmə ilə yük daşıma) daşımalarının həcmini artıracaqdır.
Aşağıdakı cədvəldə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə əsas texniki-iqtisadi parametrlər əksini tapmışdır:
Dostları ilə paylaş: |