Xülasə Tədqiqatın məqsədi


Türkiyə: Marmaray layihəsi



Yüklə 2,22 Mb.
səhifə4/31
tarix28.12.2021
ölçüsü2,22 Mb.
#17020
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   31
Açar sözlər: nəqliyyatın iqtisadiyyatı, iqtisadi inteqrasiya, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi, TRACECA, logistika.

1.Giriş

İqtisadiyyatın bütün aparıcı sahələrində köklü dəyişiklikləri təmin etmiş, böyük uğurlara nail olmuş Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində də davamlı və məqsədyönlü iş aparılır. Ölkənin nəqliyyat sisteminin inkişafına çoxmilyardlı sərmayələr yatırılır, respublikada ən müasir beynəlxalq standartlara uyğun avtomobil yollarının inşası və modernizasiyası həyata keçirilir. Dəniz donanmasının arsenalı yeniləşdirilir, Bakı şəhərinin Ələt qəsəbəsində Xəzərdə ən böyük beynəlxalq dəniz ticarət limanı kompleksi tikilir. Hava gəmiləri parkı ən müasir təyyarələrlə təchiz edilr, yeni beynəlxalq avia reyslər açılır, ölkənin əsas regional mərkəzlərində - Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə beynəlxalq hava limanları fəaliyyət göstərir. Ölkənin dəmir yolu nəqliyyatı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” əsasında yenidən qurulur. Nəqliyyat sferasında daha uzaq hədəfləri nişan alan perspektivli geniş quruculuq işləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində reallaşdırılır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsi nəqliyyat sferasının artan rolu ilə xarakterizə olunur.

Özünün geosyasi mövqeyinə görə Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişdiyi məkanda yerləşir. Əlverişli coğrafi vəziyyəti ona həm özünün sahib olduğu zəngin karbohidrogen resurslarının və həm də qonşu Asiya ölkələri neftini, neft-qaz məhsullarının Avropa bazarlarına daşınmasında çox vektorlu logistik imkanlar yaradır. Bu bir daha ondan irəli gəlir ki, Azərbaycandan keçən Sərq-Qərb dəhlizi - TRACECA Avropa ilə Asiyanı birləşdirən ən kiçik marşrut hesab edilir. İndi resbublika xaricə çıxışı olan 7 neft və qaz magistral kəmərlərinə malikdir. Özünün tranzit imkanlarından irəli gələrək, Azərbaycan mühüm regional nəqliyyat infrastruktur layihələrinin təşəbbüsçüsı və stimullşadırıcısı kimi bu istiqamətdəki fəaliyyətini genişləndirir. Bunlar içərisində müəllifi olduğu qlobal mahiyyətli Trans Anadolu Boru Kəməri - TANAP, onun davamı olan Transadriatik Qaz Kəməri -TAP ilə yanaşı nəhəng nəqliyyat şəbəkəsi - Azərbaycanla Türkiyəni, bütövlükdə isə Avropa ilə Asiyanı birləşdirəcək, müasir dünyanın 100 layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Artıq reallaşmaqda olan bu dəmir yolu xətti üzrə hər il milyonlarla ton yük daşınacaqdır. Gələcəkdə isə onun rolu sərnişin daşınmalarında da artacaqdır. Bu layihənin əhəmiyyətinə yaxın zamanlarda Bosfor boğazı altı keçəcək dəmir yolu tuneli - “Mərməray” layihəsinın tam gücdə işə düşməsi daha bir effektivlik qatacaqdır. Bununla da, Asiyanın ən ucqar şərqindən dəmir relslər üzərindən Avropanın bütün nöqtələrinə yetişəcək tarixi bir nəqliyyat marşrutu gerçəkliyə cevriləcəkdir. Bu nəhəng layihənin reallaşması yaxınlaşdıqca potensial yükdaşıyıcıların ona olan marağı da yüksəlməkdədir.

Nəqliyyat infrastrukturunun təkmilləşməsi ilə bağlı 2013-cü il avqustun 16-da Azərbaycanın Qəbələ şəhərində Heydər Əliyev Konqres Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.

Beləliklə də, çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avro-Asiya kontinentindəki əhəmiyyətini artıracaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevriləcəkdir. Bütün bu aktual səciyyə daşıyan real görüntülər, Bakı-Tbilisi-Qars kəmərinin siyasi qüdrəti, strateji dəyəri, iqtisadi şəmərəsi, onun Azərbaycanın, regionun, bütövlükdə dünya iqtisadiyyatının artım tempinə sosial-iqtisadi töhfəsi ilə bağlı elmi-tədqiqatlara impuls verir və bizim tədqiqat araşdırmamızın da predmetini əks etdirir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin