Xüsusi rütbələr hansı bənddə düzgün göstərilmişdir? baş miqrasiya xidməti müşaviri



Yüklə 222,5 Kb.
səhifə3/3
tarix14.03.2020
ölçüsü222,5 Kb.
#30669
1   2   3
miqrasiya testi-1


153) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarları aiddir:
A) normativ hüquqi aktlara

B) texniki normativ hüquqi aktlara

C) normativ xarakterli aktlara

D) qeyri-normativ hüquqi aktlara
154) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması qaydası düzgün verilmişdir?
A) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən araşdırma aparılır, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır və əlavə materiallar tələb olunarsa bu müddət daha 20 gün artırıla bilər.

B) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti araşdırma təyin edilir, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır.

C) Müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən araşdırma aparılır, xidməti araşdırma 30 gün müddətinə başa çatdırılmalıdır.

D) Müraciət daxil olduqda, aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən xidməti araşdırma təyin edilir, xidməti araşdırma 20 gün müddətinə başa çatdırılmalıdır.
155) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən başqa dövlətə verilməsinə yol verilmir:
A) inhisarçılıq fəaliyyətinə görə təqib edilən şəxslərin

B) hərbi birləşmələrdə iştirakına görə təqib edilən şəxslərin

C) siyasi əqidəsinə görə təqib edilən şəxslərin

D) dini fəaliyyətinə görə təqib edilən şəxslərin



156) Azərbaycan Respubikasının Konstitusiyasına əsasən normativ hüquqi aktların müvafiq normalarına rəsmi şərh verə bilər:
A) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası

B) Azərbaycan Respublikasının Ali Məhkəməsi

C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

D) Azərbaycan Respublikasının Nazirlər Kabineti
157) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təbii ehtiyatlar məxsusdur:
A) ölkədə yaşayan hər bir şəxsə

B) Azərbaycan xalqına

C) Azərbaycan Respublikasına

D) Azərbaycan vətəndaşlarına
158) Azərbaycan Respubikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti:
A) vətəndaşlıq məsələlərini həll edir

B) inzibati ərazi bölgüsünü müəyyən edir

C) amnistiya məsələsini həll edir

D) məhkəmə quruluşunu və hakimlərin statusunu müəyyən edir
159) Bələdiyyələrin statusunun əsasları müəyyən edilir:

A) Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə

B) Azərbaycan Respublikasının Konstitusiyası ilə

C) Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə

D) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə
160) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən qeyri-normativ hüquqi aktlara aiddir:
A) yerli icra hakimiyyəti orqanlarının qərarları

B) Azərbaycan Respublikasının Milli Məclisinin qərarları

C) Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının qərarları

D) Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarları
161) Səyahət sənədi AR-in hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hansı orqan tərəfindən verilir ?


  1. Daxili İşlər Nazirliyi

  2. Xarici İşlər Nazirliyi

  3. Dövlət Miqrasiya Xidməti

  4. Gömrük Komitəsi

162) Səyahət sənədi AR-in hüdudlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hansı hallarda verilir ?
A) AR-in beynəlxalq müqavilələrində nəzərdə tutulmamış hallarda

B) Mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olduğu hallarda

C) AR-in beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda

D) Bütün hallarda
163) Miqrasiya prosseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi hansı tarixdən tətbiq olunur?

A) 2008-ci il 1 iyul

B) 2007-ci il 1 iyul

C) 2009-cu il 1 iyul

D) 2009-cu il 2 iyul
164) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında “ AR-in Qanununa görə hansı doğru deyil ?


  1. Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə AR Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır

  2. Referendum keçirilməsi ilə əlaqədar müraciətlərə AR-in Konstitusiyasına uyğun olaraq baxılır

  3. AR-in İnsan hüquqları üzrə müvəkkili tərəfindən vətəndaşların müraciətlərinə baxılmasl qaydası müvafiq Qanunla tənzimlənir

  4. Dövlət hakimiyyəti orqanları, idarə, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılmasl üçün tədbirlər görməlidir


165) Karguzarlıqla təlimatına görə hansı doğru deyil?



  1. Razılaşdırma qrifi sənədin titul vərəqinin yuxarı sağ küncündə yerləşdirilməlidir

  2. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir

  3. Rəsmiləşdirmə sənədin imzalanması və təstiq edilməsi vasitəsi ilə həyata keçirilir.

  4. Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır . imzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, soyadı və adı daxildir


166) “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” AR Qanununa görə dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətlərinə aid olmadıqda, neçə gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir ?

A) 7 gün

B) 5 gün.

C) 3 gün

D) 10 gün
167) Kolonizasiya nədir ?

A) əhalinin şəhərdə məskunlaşması

B) vətəndaşlıq əldə etməyin üsuludur

C) az məskunlaşmış və zəif inkişaf etmiş, kənar ərazilərə əhalinin köçürülməsi prossesi

D) miqrantın olduğu ölkədə yerli şəraitə uyğunlaşması
168) Müvafiq variantı seçin :

Qastarbayter , deportasiya , repotriasiya , ekspotriasiya

  1. – vətənə qayıtmaq

  2. qonaq işçi

  3. – məcburi və ya könüllü olaraq ölkə xaricinə getmək

  4. – güc tətbiq etmək yolu ilə şəxslərin yaxud əhalinin köçürülməsi




  1. I- eksportasiya, II- qastarbayter, III- eksportasiya, IV- deportasiya

  2. I- eksportasiya, II- deportasiya, III- eksportasiya, IV- qastarbayter

  3. I- repotriasiya, II- qastarbayter, III- deportasiya, IV- eksportasiya

  4. I- repotriasiya, II- qatarbayter , III- eksportasiya , IV- deportasiya


169) Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra neçə gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir ?

A) 15 gün

B) 10 gün

C) 30 gün

D) 7 gün

170) Aşağıdakılardan hansı yalnışdır ?

A) Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə AR-də müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar

B) AR-də 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AR Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar

C) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən müddətə, viza tələb olunmayan hallarda isə 80 gün müddətinə qeydiyyata alınırlar

D) Penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş AR vətəndaşları və AR-də daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar
171) Şəxsin miqrasiya uçotuna alınmasının əsasları ilə bağlı verilənlərdən biri yalnışdır:

A) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına girişi

B) AR-in ərazisində olan şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi

C) əcnəbinin Azərbaycan Respublikasında doğum faktının qeydə alınması

D) AR-də olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin AR-in vətəndaşlığını əldə etməsi
172) Şəxsin miqrasiya uçotundan çıxarılmasıması üçün verilən əsaslardan biri yalnışdır:

A) əcnəbinin və vətəndaşlığı olmayan şəxsin AR-də vəfat etməsi

B) AR-də olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölmüş və ya itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsi

C) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması

D) AR-də olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Yüklə 222,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin