Xvi fəSİl azərbaycan sovet rejiMİ ŞƏRAİTİNDƏ


Azərbaycanda sovet milli siyasəti



Yüklə 379,92 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix29.12.2021
ölçüsü379,92 Kb.
#48814
1   2   3   4   5   6   7   8   9   ...   19
azssr muhazire

 

2. Azərbaycanda sovet milli siyasəti.  

DQMV-nin və Naxçıvan MSSR-in təşkili 

 

1920-ci il iyunun 6-da Zaqatalada güclü üsyan baş verdi. Bu 

üsyanın əsas qüvvəsini dinc əhali təşkil edirdi. Üsyana keçmiş Xalq 

Cümhuriyyətinin xadimlərindən biri, peşəkar hərbiçi Əhmədiyev və 

Molla Hafiz Əfəndi başçılıq edirdilər. Amansızlıqla yatırılan üsya-

nın sağ qalan hissələri Gürcüstanda sığınacaq tapmalı oldular. 1920-




 

262


ci ilin yayında Şəmkir qəzasının Müşkürlü kəndi ətrafında, avqustda 

Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndlilərin silahlı dəs-

təsi ilə Qırmızı ordu hissələri arasında toqquşmalar baş verdi. 1920-

1924-cü illərdə Lənkəran, Cavanşir, Ordubad və Şərur qəzalarında, 

Qəbələ  və Xaçmazda da sovet rejimi əleyhinə kütləvi çıxışlar baş 

vermişdi. “İttihad” partiyasının Sovet hakimiyyətini devirmək üçün 

hazırladıqları üsyan planı baş tutmadı. Beləki, partiyanın sədri Qa-

rabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə  tərə-

findən həbs olunmuşdu. 

1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, 

Zəngəzur, Dağlıq Qarabağ  və  Şərur-Dərələyəz torpaqlarını  ələ 

keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında 

Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər.  Əhalinin tələbi ilə 

Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə 

gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci 

ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci 

ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış 

müvəqqəti sazişə görə,  Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana 

verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan 

mübahisəli  ərazilər elan olunur. 1920-ci il oktyabrın  əvvəllərində 

təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması fak-

tiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi gü-

dürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P 

MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qəra-

rına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbay-

canı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil-

dir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq 

iddialarını daha da artırdı (12, s. 133). 

1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıq-

larının  əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlan-

dırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bil-

dirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin 

olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə 

dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında 




 

263 


Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyən-

ləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə 

Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3-

cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə  əlavədə nəzərdə 

tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın 

muxtar  ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü 

dövlətə güzəştə getməməlidir (73, s. 598-599). 1921-ci il oktyabrın 


Yüklə 379,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin