Riy.VIII.11. Şagird göstəriciləri tapa və onları qoyulmuş məsələnin həlli üçün əlverişli formada təqdim edə bilər. .
Nəticə göz önündədir, əgər şagird:
Təsadüfilik yarada bilən hər hansı bir avadanlıqla təsadüfi eksperimentlər keçirirsə, göstəriciləri toplaya və onları tezlik cədvəli şəklində təqdim edə bilirsə;
Sadə sorğu yarada bilir, respondentləri müəyyənləşdirir, göstəricilər toplayır və onları qrafik formada təqdim edə bilirsə;
Bir qrafik formada təqdim olunmuş göstəriciləri fərqli qrafik formada təqdim edir və hər bir formanın əlverişli və əlverişsiz cəhətlərini üzə çıxara bilirsə.