Proqramın məzmunu.
-
Natural ədədlər
Natural ədədlər üzərində cəbri əməliyyatlar. Natural ədədlərin sadə vuruqlara ayrılması. Vuruqlara ayrılmanın tamlığı (cəbrin əsas teoremi), bir neçə tam ədədin ən böyük ortaq böləni və ən kiçik ortaq bölünən. Evklid alqoritmi, bölmənin əlamətləri və onların mövqeli say sistemi ilə əlaqəsi.
-
Tam ədədlər
Tam ədədlər üzərində cəbri əməllər.
-
Rasional ədədlər.
Rasional ədədlərin kəsr və onluq kəsr şəklində göstərilməsi.
Rasional ədədlər üzərində cəbri əməllər. Ədədlərin müqayisəsi və cəbri əməllərin nəticələrinin qiymətləndirilməsi. Ədədi ifadələr, ədədi ifadələrdə əməllərin ardıcıllığı, cəbri əməllərin xüsusiyyətləri.
-
Ədəd oxu. Ədədi aralıqlar.
Həqiqi ədədin ədəd oxunda göstərilməsi. Nöqtənin koordinatı, ədədi aralıqlar.
-
Ədədin modulu.
Modulun əsas xassələri və onun həndəsi mənası.
-
Tənasüb.
Tənasübün xassələri, tənasübün məchul həddinin tapılması, ədədin verilmiş nisbətlərə bölünməsi, kəmiyyətlər arasında düz mütənasib və tərs mütənasib asılılıq.
-
Dostları ilə paylaş: |