İstiqamət: Göstəricilərin təhlili, ehtimal və statistika
Riy.güc. X.11. Şagird məsələni həll etmək üçün lazımi kəmiyyət və keyfiyyət göstəricilərini tapa bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəricilərin toplanma üsullarından istifadə edə bilir (müşahidə, ölçmə, göstərilmiş respondentlər qrupunun hazır anketlə /sual vərəqəsi ilə sorğu edilməsi);
-
Statistik(o cümlədən təsadüfi) eksperiment həyata keçirilir və göstəricilər toplayır;
-
Göstəricilərin müxtəlif tarixi və müasir mənbələrini tədqiq edir və istifadə edirsə (məsələn, informasiya kitabçası, internet, kataloq və s.).
Riy.güc.X.12. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini tapa və onları qoyulmuş məsələnin həlli üçün əlverişli formada təqdim edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Keyfiyyət və kəmiyyət (qruplaşdırılmamış göstəricilərin təqdimini müvafiq qrafiki formasını seçir, öz seçimini əsaslandırır və cədvəl/diaqram qurursa);
-
Eyni kəmiyyət və ya keyfiyyət göstəriciləri üçün müxtəlif diaqramlar qurur və hər birinin nə dərəcədə əhəmiyyətli aspekt olduğunu və hər birinin hansı üstünlüyə malik olduğu barədə mülahizə yürüdür.
-
Göstəriciləri qruplaşdırır/düzür , qruplaşdırma/ düzmə prinsipləri barədə fikir yürüdür.
Dostları ilə paylaş: |