İstiqamət: Göstəricilərin təhlili, ehtimal və statistika
Riy.güc.XI.11. Şagird qoyulmuş məsələnin həlli üçün lazımi göstəriciləri tapa bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Kəmiyyətlərin toplanma üsullarından (müşahidə, ölçmə, göstərilmiş respondentlər qrupunun hazır anketlə /sorğu vərəqəsi ilə sual edilməsi, göstəricilərin müxtəlif göstəricilər mənbələrindən tapılması) seçir və istifadə edə bilir, seçimini əsaslandırır;
-
Respondentləri müəyyənləşdirir, sualın müvafiq formasını seçir (açıq suallar, qapalı suallar, xananı qaralamaq, şkalada qeyd etmə), sadə sual vərəqəsi yaradır və ondan göstəricilərin toplanması üçün istifadə edir;
-
Statistik (o cümlədən təsadüfi); eksperiment həyata keçirir və göstəricilər toplayır.
Riy.güc.XI.12. Şagird məsələni həll etmək üçün göstəriciləri əlverişli formada təqdim edə və interpretasiya edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Göstəricilərin təqdiminin uyğun qrafiki formalarını seçir, seçimini əsaslandırır, cədvəllər/diaqramlar qurur və izah edir (o cümlədən intervalların siniflər üzrə qruplaşdırılmış göstəriciləri üçün);
-
Tezlikləri bölüşdürür, onları qrafik formada təqdim edir və onu simmetriklik, üzlərinin sayı, açıqlığı və ya başqa əlamətləri vasitəsi ilə təsvir edir;
-
Bir qrafiki formada verilmiş göstəriciləri fərqli qrafiki formada təsvir edir və hər bir formanın əlverişli və əlverişsiz tərəflərini aşkar edir;
-
Diaqramın yanlış interpretasiyalarını və ya qeyri-konkret şəkildə qurulmuş formalaşdırılmış diaqramları seçir, əksikliyi sadələşdirir və düzəldir.
Dostları ilə paylaş: |