Kimyəvi hadisələr (baza pilləsi və orta pillə)
Baza pilləsi Bu istiqamətin tədrisinin başlıca məqsədidir: şagirdlər kimyanın əsas qanunlarının məğzinə varsınlar, atom-molekul nəzəriyyəsindən baş çıxarsınlar, kimyəvi reaksiyaların keyfiyyət və kəmiyyət xarakteristikalarını bacarsınlar, elementlərin dövrilik sistemi ilə, onun yaranması tarixi ilə tanış olsunlar, kimyəvi anlayışlar, qeyri-üzvi və üzvi birləşmələr və onlardan praktikada istifadə etmək barədə təsəvvürləri olsun.
Bu pillədə şagirdlər tədqiqatın və kommunikasiyanın zəruri qabiliyyət-vərdişlərinə yiyələnirlər. Onlar öyrəndikləri nəzəri bilikləri təcrübədə istifadə etməyi bacarırlar: əvvəlcə müəllimin köməyi ilə, sonra müstəqil surətdə sınaq keçirməyə cəhd göstərir, göstəriciləri toplamağa, təhlil etməyə və müvafiq nəticələr çıxarmağa çalışırlar. Şagirdlər təqdimatın müxtəlif vasitələrindən istifadə etməklə öz göstəricilərini və nəticələrini ictimaiyyətə təqdim edə bilirlər. Onlarda tədricən tənqidi fikir qabiliyyəti aşılanır.
Orta pillədə şagird baza pilləsində aldığı informasiya və qazandığı təcrübə sayəsində kimyəvi reaksiyaların gedişinin qanunauyğunluqları barədə biliyini dərinləşdirir, sınaqları müstəqil planlaşdırır və müqayisə edir. Atomun quruluşu, kimyəvi anlayışların təbiəti və dövrilik qanunlarının öyrənilməsi əsasında elementlərin və onların birləşmələrinin xüsusiyyətlərini mənimsəyir. Şagirddə termokimya və elektrokimya prosesləri üzrə tam təsəvvür yaranır. O, kimyəvi istehsalın əsasları ilə tanış olur, texnoloji sistemləri birləşmələrin kimyəvi xüsusiyyətlərindən istifadə etməklə təsvir edir. Şagird müəllimin köməyi ilə kimyəvi istehsalla bağlı olan ətraf-mühiti müdafiə problemlərini tədqiq edir. Bu pillədə şagird məşhur kimyaçıların elmi fəaliyyəti ilə tanış olur.
Dostları ilə paylaş: |