Fiz.güc.IX.3. Şagird cisimlərin bərabər və qeyri-bərabər hərəkətini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Koordinasiya və sürətin zamandan asılılığı cədvəlinə əsasən hərəkətin növünü tanıyır və hərəkətin xarakterik kəmiyyətlərini hesablaya bilirsə;
Cismin orta sürətini hesablamaq üçün ölçmələr aparır, nəticələri təhlil edirsə;
Cisimlərin xətti bərabərtəcilli hərəkətini müşahidə etmək üçün sınaqlar planlaşdırır və keçirirsə, müvafiq ölçmələr aparır və hərəkətin xarakterik kəmiyyətləri arasında əlaqəni təsvir edirsə;
Müxtəlif cisimlərə münasibətdə cismin hərəkətini təsvir edir, gündəlik həyatdan hərəkətin nisbiliyi misallarını gətirirsə;
Cisimlərin xətt üzrə hərəkətini müşahidə etmək üçün sınaqlar planlaşdırır və keçirirsə, müvafiq ölçmələr aparır və hərəkətin xarakterik kəmiyyətləri arasında əlaqəni təsvir edirsə;
Günəş sistemi planetlərinin öz oxu və Günəş ətrafında hərəkəti barədə informasiya toplayır, referat hazırlayırsa;
Hərəkətin xarakterik fiziki kəmiyyətlərinin zamandan asılılığını (xətt üzrə bərabər və bərabərtəcilli hərəkət zamanı) qrafiklə təqdim edirsə;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.