Fiz.gücXII.3. Şagird nisbiliyin xüsusi nəzəriyyəsinin əsas prinsiplərini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Nisbiliyin xüsusi nəzəriyyəsini təsdiq edən eksperimentləri təsvir edirsə;
Eynşteyn postulatlarını formalaşdırırsa;
Uzunluğun və vaxtın nisbiliyini kəmiyyət və keyfiyyətcə təsvir edirsə;
Nisbiliyin xüsusi nəzəriyyəsinin yaradılması barədə informasiya toplayır və müasir fizikanın inkişafı üçün bu nəzəriyyənin əhəmiyyətini qiymətləndirirsə;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.