Coğ.VIII.4. Şagird Qafqaz regionunu xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müvafiq tematik xəritələrdən istifadə edir və Avropa-Asiya arasında sərhəd çəkmək məsələsini təhlil edirsə (sərhədin keçirilməsinin alternativ variantlarını müzakirə edir və təhlil edirsə, onun üçün məqbul variantı əsaslandırırsa) və onu konturlu xəritəyə köçürürsə;
Siyasi və fiziki xəritələrdən istifadə etməklə ölkələri yerləşmələrinə əsasən qruplaşdırırsa; Qafqaz və ona daxil olan ölkələrin yerləşməsi barədə söhbət aparırsa;
Xəritədən istifadə edir və Qara dənizin və Xəzər dənizinin fiziki-coğrafi xarakteristikaları, əhəmiyyətli resursları barəsində xarakterizə edirsə (mineral, bioloji, rekreasiya) və ətraf mühiti mühafizə problemlərini səciyyələndirirsə; ətraf mühiti mühafizənin rolu və perspektivləri barədə öz fikirlərini deyə bilirsə;
Müvafiq tematik xəritələrdən, statistik informasiyadan istifadə edir və Qafqaz əhalisinin bir sıra xarakterik xüsusiyyətləri barədə mülahizə yürüdə bilirsə (məs.: demoqrafik, etnik, dini rəngarənglik);müvafiq konturlu xəritələri doldura bilirsə;
Xəritədən və mətndə axtarılmış informasiyadan istifadə etməklə Qafqaz üçün xarakterik olan əhəmiyyətli təbii resursları (neft, qaz, mineral sular, meşə və s.) təsvir edirsə, coğrafi obyektləri və təbii özünəməxsusluqları əks etdirirsə; Qafqazın müvafiq konturlu xəritəsini doldura bilirsə;
Tematik xəritələrin köməyi ilə Qafqazın təbii şəraitləri və resurslarını əhalinin ənənəvi təsərrüfat fəaliyyəti ilə (məs.: zonallıq və kənd təsərrüfatının ixtisaslaşdırılması) əlaqələndirirsə; cədvəldə Qafqaz ölkələrini qeyd olunan xarakterik xüsusiyyətlərə əsasən qruplaşdırırsa;
İnformasiya toplayır, Qafqazın təbii fəlakət hadisələri (zəlzələ, torpaq sürüşməsi, qar uçqunu, daşqın və s.), ətraf mühiti mühafizə problemləri (məs.: Qara dənizin və Xəzər dənizinin problemləri) barədə və onların mümkün həlli yolları ətrafında mülahizə yürüdə bilirsə;
Qafqaz regionunu əyani vasitələr nümunəsi ilə dünyanın başqa regionları ilə müqayisə edə bilirsə (yerləşmə, təbii şəraitlər, əhali və s.)oxşarlıq-fərqləri onun üçün məqbul formada əks etdirə bilirsə.