Coğ.XI.1. Şagird qloballaşma proseslərinin məkan-zaman aspektlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
“Qlobalizasiya” və “qloballaşma” terminlərini fərqləndirirsə;
Qlobalizasiya indeksinin ölçülməsi metodu (KOF indeksini, yaxud Kerney (AT Kearney) indikatorları) təhlil edirsə və hər bir meyarın (siyasi qloballaşma, iqtisadi qloballaşma, sosial qloballaşma, fərdi əlaqələr, informasiya əlaqələri, mədəni yeniliklər) məkan bölünməsi barədə mülahizə yürüdürsə;
Qloballaşma indekslərinin hesablanması metodlarının tamlığı və onlardan təcrübədə istifadə etmək imkanları barədə fikir yürüdə bilirsə;
Ölkələrin məkan-zaman yaxınlaşmasında nəqliyyatın və kommunikasiyanın inkişafının rolunu təhlil edirsə;
Onun üçün aktual olan problemlərin məkan-zaman xüsusiyyətlərini tərtib edirsə; “qlobal” anlayışını müəyyənləşdirir və bu problemə statusun verilməsi üçün meyarları işləyib-hazırlayırsa;
Qlobal problemlərin siyahısını işləyib-hazırlayırsa və mövcud olanla müqayisə edirsə; problemlərin yaranması və transformasiyası (yaranma, kəskinləşmə, nizama salma, dəyişdirmə) səbəblərini təhlil edirsə;
Qlobal problemlər siyahısından Gürcüstan üçün ən aktual problemləri seçirsə; onların transformasiyası məkanını və zamanını müəyyənləşdirirsə; problemin gedişini əks etdirən sxem tərtib edirsə.