(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Fövqəladə hallar və təhlükəsizlik: fövqəladə halların məğzi, onların başvermə səbəbləri, təsnifatı və onunla bağlı əsas anlayışlar və ümumiləşmələr. Fövqəladə haldan yaxa qurtarmaq və mümkün nəticələri yüngülləşdirmək tədbirləri. Fövqəladə hallarda hərəkət və davranış qaydaları.
Gürcüstan üçün xarakterik olan təbii və texniki xarakterli fövqəladə hallardan: fövqəladə halların xarakteristikası. Onların səbəb olduğu zərərverici amillər. Ekoloji tarazlığın pozulması ilə əlaqədar fövqəladə hallar.