Ölkələrin inkişafına kömək göstərən və mane olan (coğrafi yerləşmə, sosial, iqtisadi və siyasi) amilləri sadalayır və qruplaşdırırsa; qeyd edilən amillərin ölkələrin inkişafına təsirini təhlil edir və öz münasibətini əks etdirə bilirsə;
Ölkənin inkişaf səviyyəsinin göstəricisinin öz meyarlarını işləyib hazırlayırsa (iş yerləri, ticarət obyektləri, orta aylıq əməkhaqqı, nəqliyyat, yaşayış yeri) və öz mülahizələrini əsaslandırmağı bacarırsa;
Ölkənin Şimal-Cənuba bölünməsi (iqtisadi inkişaf səviyyəsinin göstəricisi) xəritəsinə diqqət yetirirsə və ölkələri qitələrin və inkişaf səviyyəsinə əsasən cədvəldə qruplaşmasını bacarırsa;
Bütöv daxili məhsul və humanitar inkişaf indeksinə əsasən ölkələrin göstəricilərini müqayisə etməyi bacarırsa; onların hər biri barəsində dəqiq inkişaf ritmi və ya nöqsanlar üzrə öz fikirlərini deyə bilirsə.