Tar.XI.7. Şagird bu və ya digər ölkənin maddi və mənəvi mədəniyyətinə dinin təsirini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Gürcüstanın və başqa ölkələrin xristianlığa qədərki, dini təsəvvürlərini və onların incəsənətə və məişətə təsirini müqayisə edirsə;
Əsas monoteist dinlər arasında mövcud olan oxşarlıqlar və fərqlər barəsində mülahizə yürüdürsə;
Dünyanın monoteist dinlərinin məğzində mövcud olan doqmatik fərqləri tanıyırsa;
Sinif diskussiyası zamanı xristianlığın gürcü xalqının incəsənətinə və məişətinə hansı təsiri göstərdiyi barədə mülahizə söyləyirsə; başqa hər hansı bir xristian ölkəsi ilə paralellər aparırsa;
Milli və ruhani hakimiyyətləri arasında müxtəlif dövrlərdə və ya ölkələrdə münasibətlərin necə dəyişdiyi və bu dəyişikliklərin ölkənin mədəni inkişafına necə təsir göstərdiyi barədə mülahizə yürüdürsə.