İstiqamət: Fövqəladə şəraitlərdə təhlükəsiz davranışın əsasları
Təh.XII.3. Şagird Gürcüstanın müdafiə və fövqəladə hallarını idarəetmə sistemlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcüstanın müdafiə sistemlərini və onun fəaliyyətinin əsas prinsiplərini təsvir edirsə;
-
Gürcüstanda fövqəladə halların idarə olunması sistemini və onun işinin əsas prinsiplərini təsvir edirsə;
-
Fövqəladə halların idarə olunması prosesində hərbi-mülki əməkdaşlığın əsas elementlərini xarakterizə edirsə;
-
Fövqəladə hallar zamanı əhalinin məlumatlandırılması, evakuasiyası və əhalinin müdafiəsinin əsas prinsiplərini təsvir edirsə.
Təh.XII.4. Şagird fövqəladə hallarda hərəkət etmək qaydalarından və müdafiə vasitələrindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Fövqəladə hallar zamanı məktəbin hərəkət planının prinsiplərini xarakterizə edirsə;
-
Konkret fövqəladə hala müvafiq olaraq məktəb planına müvafiq şəkildə öz hərəkətlərini sadalayırsa;
-
Konkret hala müvafiq olaraq kollektiv və fərdi müdafiə vasitələrindən istifadə olunmasını təsvir edirsə.
Dostları ilə paylaş: |