Coğ.XI.2. Şagird sosial-iqtisadi xarakterli qlobal problemləri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müasir dünyada maliyyə axınlarının miqyasları barədə mülahizə yürüdürsə; beynəlxalq maliyyə orqanlarının və transmilli korporasiyaların fəaliyyətinin miqyasları barədə mülahizə yürüdürsə;
Silahlanmaya qənaətlənmiş xərclərin hansı sosial və iqtisadi səmərəni gətirə biləcəyi barədə mülahizə yürüdürsə;
Sosial-iqtisadi xarakterli qlobal problemlər arasında (məs. beynəlxalq əmək miqrasiyası və pul göndərişləri (remitansları)) və məntiqi əlaqə yaradırsa və onların miqyasları barədə mülahizə yürüdürsə;
Xəritələr və başqa mənbələr əsasında ölkələr arasında ərzaq və xammalın qeyri-bərabər bölünməsini təhlil edirsə; proqramın lokal, regional və qlobal səviyyələrdə həllinin mümkün yolları barədə ehtimallar söyləyirsə;
Minilliyin inkişaf məqsədləri ilə (MDG) tanış olursa, onlardan birini seçirsə və problemin aktuallığını xarakterizə edirsə; onların həllinə yönəldilmiş BMT proqramları ilə tanış olursa;
İnkişafın müxtəlif pilləsində durmuş ölkələri seçirsə; hər bir qlobal sosial-iqtisadi problemlərin nə dərəcədə kəskinliklə üzə çıxmasını və problemlərə münasibət bildirməyin yollarının nə dərəcədə fərqləndiyini müqayisə edirsə;
Geridə qalmanın parametrlərini aradan qaldırmağa yönəlmiş tədbirləri təhlil edir və dünya regionlarının proqnozlu (gələcək) “sosial-iqtisadi inkişaf” xəritəsini tərtib edirsə.