Tar.XII.2. Şagird iqtisadiyyatın inkişafı üçün resursların əhəmiyyətini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Bir ölkəni (regionu) seçir və təbii və antropogen dəyişikliklərin onun iqtisadi inkişafına hansı təsiri göstərdiyi barədə mülahizə yürüdürsə, tarixi misallardan istifadə edirsə, təsirin miqyaslarını ötən dövrün misalları ilə müqayisə edirsə;
Texnoloji dəyişikliklərin və iqtisadi inkişafın qarşılıqlı təsiri barədə mülahizə yürüdürsə;
Əhalinin sayının və sıxlığının ölkənin iqtisadi inkişafına hansı təsiri göstərdiyi barədə fikir yürüdürsə;
Hər hansı bir ölkəni seçir və onun ərazisində tapılan xammalın bu ölkənin iqtisadi prioritetlərinə necə təsir göstərəcəyi (göstərdiyi) barədə mülahizə yürüdə bilirsə.