Özünü mənsub hesab etdiyi ictimai qrupu müəyyənləşdirirsə və onun nailiyyətləri və maraqları qrupun maraqları və nailiyyətləri ilə nə dərəcədə uyğun gəldiyini qiymətləndirə bilirsə;
Özünün şəxsi təcrübəsi əsasında keçmişdə baş vermiş və bugünkü həyatda baş verən əhəmiyyətli hadisələr barəsində mülahizə yürüdürsə, onları bir-biri ilə əlaqələndirirsə və keçmişdə əldə edilmiş nailiyyət və ya müvəffəqiyyətlərin indiki dövrdə nail olunmuş nəticələrə nə dərəcədə təsir göstərdiyini təhlil edirsə, bu hadisələrdə özünün şəxsi rolunu qiymətləndirməyi bacarırsa.