İqtisadi qarşılıqlı münasibətlərin iki formasını seçir və onları bir-biri ilə müqayisə edə bilirsə (məs.: orta əsrlərdə emalatxana və XVIII əsrdə manufaktura);
İqtisadi qarşılıqlı əlaqələrin formalarından birini seçir və Gürcüstanda və hər hansı bir başqa ölkədə onun formalaşması və inkişafını müqayisə edirsə (məs.: Gürcüstanda və Qərbi Avropada feodal təsərrüfatı);
Coğrafi mühitin, əhalinin sayının və sıxlığının bu və ya digər dövlətin və ya xalqın itisadi inkişafına hansı təsiri göstərdiyi barədə mülahizə yürüdə bilirsə;
Müxtəlif dövrlərdə baş vermiş iki miqrasiya prosesini seçir və onların səbəblərini və nəticələrini müqayisə edə bilirsə;
Hər hansı bir münaqişənin (müharibənin) iqtisadi ilkin şərtləri və nəticələri barədə mülahizə yürüdülən mövzu yaza bilirsə;
İki imperiya seçir və onların əyalətlərdə və müstəmləkələrdə yürütdükləri iqtisadi siyasəti bir-biri ilə müqayisə edirsə(məs.: İngiltərənin və İspaniyanın öz müstəmləkələrində yeritdikləri siyasət);
Bu və ya digər iqtisadi nəzəriyyəni tanıyır və onun bu və ya digər ölkənin (regionun) iqtisadi inkişafına təsir göstərdiyi barədə fikir söyləyə bilirsə.